Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə52/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   48   49   50   51   52   53   54   55   ...   132

____________________Milli Kitabxana_____________________ 

156 


 

  

- Mənəm, - dedi. 



- Bəs bu nədir, ay Yasəmən, belə  də pambıq becərərlər? Alaq qurşağa 

çıxır. 


- Nə qayırım, - arvad yanıqlı-yanıqlı  səsləndi, - gətirib tullayıbsınız 

meşənin ortasına, nə traktor var, nə  də kultivator. Kətmən vurmaqdan 

yorulmuşuq. 

Doğrudan da pambığın yavaş-yavaş çiçək açmasına baxmayaraq, hələ 

kətmənləmə qurtarmamışdı.  İmran kolların dibini yoxlayıb  şaxlara baxırdı. 

Torpaq daş kimi idi. Cərgələrin arası isə yetmiş santimetr idi. O, başını bulayıb 

manqabaşçısına baxdı. 

- Bəs niyə seyrəltmə aparmayıbsınız?! 

- Dərdin alım, kimdi bizə baxan? Nə qədor çalışdıqsa, Kazım razı olmadı. 

Elə Kosaoğlu özü də onun tərəfini saxladı. Dedi bura xam topaqdır, heç nə lazım 

deyil. Üstəlik bizi tovladı ki, buranın pambığını yığıb-yığişdıra bilməyəcəksiniz. 

Amma işin təhərindən görürəm ki, zəhmətimiz hədər gedəcək. 

- Kazım buralara gəlirmi? 

- Gəlir, niyə  gəlmir, - deyə Yasəmən cavab verdi və  Nəsib dayını bir 

kənara çəkdi. - O gün Kosaoğlu da gəlmişdi. Pambığa baxdılar. Sonra 

Qarabulağın üstünə getdilər. Beş-altı dənə qırqovul vurmuşdular. 

Nəsib dayı daha heç nə soruşmadı. Arvaddan aralanıb, pambığın içində 

dolaşan İmranı səslədi. 

Gördün bunlar başımıza nə oyun açıblar? - Nəsib dayı yola düşəndə 



hirsli-hirsli sözə başladı. – Kəndə çatan kimi təftış komissiyasının sərdini, 

briqadirlərdən birini, bir də bizim komsomol Həsəni götürüb geri qayıdarsan. 

Yeri ölçüb akt bağlayarsan. 

Onlar idarənin yanında ayrıldılar. 

...Elə həmin gecə əhvalatdan xəbər tutan Kazım özünü Kosaoğlunun yanına 

saldı. 


- Qurban 

qağa, amanın bir günüdür, qoyma akt bağlasınlar. O, nəfəsi 

tutula-tutula əhvalatı danışdı. Kosaoğlu təşvişə düşdüsə də, özünü sındırmadı. 

- Get 


işində-gücündə ol, hay-küy salma. Özüm hər şeyi düzəldərəm. 

Kosaoğlu o gecə  səhərə  qədər yerin içində çöyrükdü. "İndi mən neyləyim? 

İmrana bir söz demək olmaz. Ona baxanda yenə  Nəsib yaxşıdır. Köhnədən bır 

yerdə işləmişik, tay-tuşuq. Bəlkə o, sözümə baxdı. Bircə bu zəhrimar pambığın 

üstünü basdırsaq, hər şey düzələrdi. 

 



____________________Milli Kitabxana_____________________ 

157 


 

Məsələ böyüyüb bir də yuxarılara gedib çıxsa, bütün rayonda biabır olaram. 

Bəs Nəsibi necə yola gətirim? Gedib desəm ki, ay Nəsib, bu işin üstünü vurma

mənim xətrimə keç, onda necə olar? Deməzmi ki, hərif qorxur? Yox, yox, mən 

Kosaoğlu Qurban onlara boyun əymərəm. Bes necə olsun?" 

O, bu cür düşüncələr içində səhərəcən yata bilmədi. Səhər tezdən isə idarəyə 

yollandı. Partiya tsşkilatçısının kabinetinə çatanda dayanıb gözlədi. Boğazını 

arıtlayıb qapını açdı. Nəsib dayı onun salamını çox könülsüz aldı. Kosaoğlu stul 

çəkib oturdu. Pencəyinin cibindən qutunu çıxarıb arxayın-arxayın papiros eşdi. 

- Eşitdiyimə görə, dünən o taya gedibsənmiş. 

- Sənin əməllərinə baxmağa getmişdim. 

- Mənim niyə olur, elə sənin də əməlindir. Sabah bir şey olanda kolxoza 

məndən qabaq sən cavab verəcəksən, elə deyilmi, yoldaş siyasi rəhbər? Odur ki, 

adam bir şey görəndə məsləhətləşər. 

- Səninki məsləhətdən keçib. 

Bax, bu olmadı. Uşaq ha deyilsən. Bir iş görəndə adamdan soruşarlar. 



Yoxsa bu nədir? Kolxozun sədri mənəm, heç nədən xəbərim yoxdur. Amma siz 

özbaşına qəmisiyə düzəldirsiniz, akt bağladırsınız. 

Biz də bir kişiyik, ya yox, kolxozun işini mən də bilsəm olmazmı? 

- Sən bu işləri çoxdan bilirsən, - deyə Nəsib dayı sakitcə cavab verdi. - O 

yerləri ki, özün əkdiribsən... 

Əvvəla, bu işdən mənim xəbərim yoxdur. İkincisi də, sən ora gedəndə 



gərək  İmranı yox, məni aparaydın. - O, İrəli  əyilib səsini alçaltdı. - Ə, bu 

kolxozun yiyəsi sənlə  mənəm. Gərək sirrimiz də bir olsun. Yoxsa İmran nə 

uşaqdır ki, onunla əlbir olursan? Sabah bir iş olsa, sənin dalında mən duracam 

ey, mən!... Nəsib dayı Kosaoğlunun qızarmış sifətinə baxıb üzünü turşutdu. - 

Yaxşı, de görüm nə istəyirsən? - Aktı ver görüm, orda nə yazılıb. - Komissiya 

gələndə biləcəksən. Özün də qol çəkəcəksən! 

- Düz 

şeyə niyə qol çəkmirəm?! O yeri kim əkdiribsə, cəza da verərik. 



Əlbəttə vcrəcəyik. Birinci cəzanı sən alacaqsan! 

- Nədən ötrü? 

- Kolxozun 

idarə heyətinin qərarına iabe olmaq istəmədiyin üçün. 

Ə, nə kolxoz, nə idarə heyəti?! - deyə Kosaoğlu səsini ucaltdı. 



  


____________________Milli Kitabxana_____________________ 

158 


 

- Kazım o yeri özbaşına əkməyib, Kosaoğlu! Qurban qağası deməsəydi, o 

bu qələti eləməzdi. 

Ə, sən nə təhər adamsan? Sənə dedim mənim xəbərim yoxdur. Bu saat o 



Kazımın atasun dalına şələləməsəm, məndən pis adam yoxdur! 

Kosaoğlu ayağa durdu, qapıya yaxınlaşıb üzünü həyətdə dayananlara tutdu. 

Ə, görün o Kazım ölmüş buralarda varmı? 



O, geri qayıdıb yerində oturmamış, Kazım özünü içəri saldı. 

- Nə deyirsən, Qurban qağa? 

- Canına dərd deyirəm, boğazına boğma!  Ə, gərək elə  həmişə  sənin 

üstündə başımız ağrısın? Ə, nə özbaşınalıq eləyirsən? Sənə kim demişdi ki, gedib 

meşədə pambıq əkibsən? Səni adam yerinə qoyanda gərək boynumuza minəsən? 

Utanmaz!.. Təqsir məndədir ki, sənin kimi axmağı briqadir qoymuşam. Səndən 

briqadir-zad olmaz. Di rədd ol burdan! 

- Qurban 

qağa... 

- Kəs səsini, haramzada! Sənin burada qağan-zadın yoxdur! İtil 

gözümdən! 

Kazım Kosaoğlunun özündən çıxdığını gorüb dinməz-söyləməz idarədən 

getdi. Qurban bir xeyli otaqda gəzindi. Papirosunu yanıqlı-yanıqlı sümürüb atdı. 

Sonra Nəsib dayı ilə üz-üzə oturdu. 

- Beləsini adam yerinə qoyursan, sonra da səni biabır eləyir.  Əslinə 

baxsan, sən düz deyirsən, gözündən boğazlanası haramzadadır. 

İstəyirsən, elə bu saat briqadirlikdən qovaq, getsin işinə. 

- Onu 


qovmaqla 

hər şey düzələcəkmi? 

- Niyə düzəlmir? 

- Bəs əkilən pambıq? 

- Eh, 

rəhmətlik oğlu, ona nə var! Beş on hektar yerdir, heç bır yazı-



pozuya da düşməyib, elə billik, heç əkməmişik. Kim nə bilir bizim meşədə 

pambığımız var? 

- Bəs öz vicdanın? 

Ə kişi, qoy görək sən də!.. Nə vicdanbazlıqdır?! Bir də, balam, artıq yer 



əkiləndə hökumətə nə zərər olur? 

- Görürəm səninlə danışmaq çox çətindir, Kosaoğlu. Sən başa düşmürsən 

ki, hökuməti aldadıb gözdən pərdə asmaq ən böyük cinayətdir?! 

Ə, qanmaz ha deyiləm, niyə başa düşmürəm? Mən dedim hazır 



pambıqdır, əkilib, qoy dursun, indi ki razı deyilsən, sabah bir çeteze göndərərəm. 

Hamısını alt-üst elər. 

 

 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə