Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə50/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   46   47   48   49   50   51   52   53   ...   132

____________________Milli Kitabxana_____________________ 

150 


 

Birgün Leyla yanıma gəldi. Onun sifəti tutqun idi. Hiss edirdim ki, mənə nə 

isə acı bir xəbər vermək istəyir. Ürəyim  şiddətlə döyündü. Nəhayət, tab gətirə 

bilməyib soruşdum: 

- Leyla 

nə olub? 

- Nə olacaq? - deyə o acıqlı-acıqlı cavab verdi. - Teymura nişan taxıblar. 

Özüm güclə saxlayıb pıçıltı ilə xəbər aldım: 

- Kimə? 

- Bizim 


institutda 

oxumur. 


Mən o qızı tanıyıram. Çox ağıllı  və  təmiz 

qızdır. 


- Gözəldirmi? 

- Sənə  nə var, gözəldir ya çirkindir! Sənə deyirəm, ona nişan taxıblar. 

Ağlını başına yığ! 

Leyla nə  qədər danlayıb öyüd-nəsihət verdisə, olmadı. O gedəndən sonra 

oturıb gözlərimə dəm verdim. Səhəri uşaqlar Teymuru təbrik edirdilər. Bəziləri 

də zarafatla "sağ əlin başımıza" - deyirdi. Leyla məni bir küncə çəkdi. 

- Özünü 

biabır eləmə. Gəl gedək sən də onu təbrik elə. 

- Yox, 

bacarmaram. 



- Aləmi özünə güldürmə! 

Leyla məni zorla Teymurun yanına apardı. Mən onun üzünə baxanda 

gözlərimə qaranlıq çökdü. Leyla qolumdan tutdu. 

- Təbrik edirəm. Xoşbəxt olasınız... 

- Çox 

sağ olun. O gün olsun ki, sizin də başınıza gəlsin. 



O gündən yasa batmış kimi oldum. Mənə elə gəlirdi ki, dünya uçub, altında 

qalmışam. 

Aradan bir neçə ay keçdi. Üçüncü kursu bitirdik, yay tətilinə getdik. Leyla 

məndən ayrılmadı. Birlikdə  Şuşada istirahət evində olduq. Payız girdi, yenidən 

instituta qayıtdıq. Ancaq mən yenə Teymuru qəlbimdən çıxara bilmədim. Bir 

dəfə Leyla üstümə möhkəm düşdü: 

- Mən dünyada ondan başqa heç kəsi sevə bilməyəcəyəm, - deyə cavab 

verdim, - özüm də bilirəm, mənim məhəbbətim axmaq məhəbbətdir. O məni 

sevmir, onun nişanlısı var, ancaq olmur, ürəyimə necə hökm edim?! 

Bu cavabdan sonra Leyla mənə heç nə demədi. Aradan bir qədər də keçdi. 

Mənə elə  gəlirdi ki, Teymur xeyli dəyişmişdir. O, daha şaddı, deyib-gülür

oğlanlarla zarafatlaşır, hətta 

  



____________________Milli Kitabxana_____________________ 

151 


 

mənə  də mehribanlıq edirdi. Onun bu hərəkəti qəlbimdəki arzuları daha da 

alovlandırırdı. 

Bir gün Leylagilə  yığışmışdıq. Onun anadan olan günü idi. Adam çox 

deyildi. Leyla bu gecə  mənimlə mehriban idi. Onun tez-tez saata baxmasından 

anlayırdım ki, kimi isə gözləyir. 

Çox keçmədi ki, qapı açıldı. Teymur içəri girdi. Onu hay-küylə qarşıladılar. 

Hamı ayağa durdu. Mən isə yerimdən tərpənə bilmədim. Teymur qoltuğundakı 

kağızı açdı, ordan bir əmzik çıxardıb Leylaya verdi. 

Al, - dedi, - istəyirsən özün sor, istəyirsən saxla, lazım olar. O, mənalı-



mənalı gülüb ətrafdakılara göz qırpdı. Otağı qaqqıltı götürdü. 

Bilmirəm qəsdənmi, təsadüfənmi Leyla nə təhər elədisə, biz Teymurla yanaşı 

oturduq. O nə  qədər mehriban və  nəzakətli idi! Elə  səmimi danışırdı, qulaq 

asmaqdan doymurdum. Hər  şeyə göz qoyur, süfrədəki cürbəcür yeməklərdən 

mənim qabağıma düzürdü. Arabir nə isə deyirdi. Mən heç nə başa düşmürdüm. 

Daha doğrusu, mən məst idim. Özümü dünyanın  ən xoşbəxt adamı hesab 

edirdim. Vaxtın necə gəlib keçdiyini hiss etmədim. 

Biz dağılışanda tramvay işləmirdi. Küçələrdə görünən tək-tük maşınlar fit 

verib sürətlə keçirdi. Leyla məni tək buraxmaq istəmədi. 

Əgər razı olsa, onu mən ötürərəm. Elə evimiz bir səmtdədir, - deyə 



Teymur Leylanın, sonra da mənim üzümə baxdı. 

Mən heç nə demədim. Ancaq o yadımdadır ki, Leyla güldü və bizim 

arxamızca: 

- Teymur, 

bax, 

qızdan muğayat ol ha, sonra əlimdən qurtara bilməzsən, - 



dedi. 

Biz yola düşdük. Nə o danışır, nə  mən dillənirdim. Ayaq tappıltılarımız 

aydınca eşidilirdi. Tramvay yolunu keçib hündür bir yerdə dayandıq. Bakının 

işıqları sayrışırdı.  Şəhərin qucaqladığı  dəniz bu işıqların ağuşunda parıldayırdı. 

Lap uzaqda mayak yanıb-sönürdü. Sərin, aylı bir sentyabr gecəsi idi. 

Üşüyürdüm. Teymur bunu hiss edib pencəyini soyundu, yavaşca çiynimə saldı. 

Heç nə demədim. Mənə elə gəlirdi ki, yuxu görürəm, əgər etiraz etsəm, ya ona 

bir söz desəm, hər şey yox olacaq. Mən bu şirin xəyaldan ayrılmaq istəmirdim. 

O, yavaşca qoluma toxundu. Biz vağzal körpüsünə çıxdıq. Birdən məndə dənizə 

yaxından tamaşa etmək arzusu doğdu. Teymur etiraz etmədi. Hökumət evinin 

yanından keçib yenicə basdırılmış ağacların arası ilə sahilə en- 

 



____________________Milli Kitabxana_____________________ 

152 


 

dik. Soyuq, mamır qoxusu verən nəmli dəniz küləyi üzümə vurdu. Ləpələr 

narahatlıqla çırpınırdı, sahili yalayırdı. Ay işığı dənizin ortasında uzun bir zolaq 

salmışdı. Bu zolaq dənizlə  bərabər titrəyirdi. Elə bil dənizə gümüş pullar 

səpələnmişdi. Ürəyim elə döyünürdü ki, az qalırdı sinəmi yarıb çıxsın. 

Yanaqlarım alışıb-yanırdı. Teymur da gözünü dənizə zilləmişdi. Mən ay işığında 

onun sifətindəki dalğınlığı gördüm. Nəhayət, o dilləndi: 

- Nərgiz, gedək, sənə soyuqdur. 

Mən daha dözə bilmədim. 

- Yanıram, Teymur, - dedim, - bircə əlini üzümə vur. 

O, əlini ehmalca mənim yanağıma vurdu. Dütıya başıma hərlotıdi. Özüm də 

bilmodən əlini tutub yanağıma sıxdım. Başımı onun qoluna söykədim. 

Aradan nə  qədər keçdiyini bilmədim. Gözümü açanda Teymurun üzümə 

zillənmiş gözlərini gördüm. Mən inana bilmirdim ki, bütün bunlar həqiqətdir. 

Teymur doğrudan da mənim yanımdadır, mən onun sinəsinə  qısılmışam. O, 

tirtrək əlləri ilə saçımı sığallayır. 

Xeyli beləcə dayandım. Birdən qəhər məni boğdu. Ağladım, doyunca 

ağladım. 

- Məni bağışla, Teymur. Mən beç təsəvvürümə  gətirə bilməzdim ki, biz 

beləcə yanaşı dayana bilərik. Mənim nələr çəkdiyimi bilirsənmi, Teymur? 

- Bilirəm, Nərgiz... Leyla mənə hamısını danışıb, mən səndən də çox 

əziyyət çəkirəm. Mən  əvvəllər bunu hiss eləmirdim. Heç ağlıma da gəlməzdl 

Sənin mənə görə əziyyət çəkdiyini görəndə nə edəcəyimi bilmədim. 

O məni sahildən uzaqlaşdırdı. Fəvvarənin yanındakı skamyalardan birində 

oturduq. 

Nə isə demək istədi, qoymadım. 

- Heç 

nə lazım deyil, mən sənin ürəyindən keçənləri bilirəm, Teymur, 



onu da bilirəm ki, bu görüş bir də təkrar olunmayacaq. Mən bir də heç kəsi bu 

cür sevə bilməyəcəyəm. 

- Sevgi... 

deyə Teymur pıçıltı ilə  təkrar etdi və gözlərini harayasa 



zillədi. O xeyli dayanıb fikrə getdi. Mən onun kədərləndiyini,  əzab çəkdiyini, 

nədənsə narazı olduğunu hiss etdim. Beynimdə qəribə fikir dolaşdı: "Bəlkə o da 

məni sevir?" 

Mən ona daha yaxın oturdum. 




Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə