Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə47/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   43   44   45   46   47   48   49   50   ...   132

____________________Milli Kitabxana_____________________ 

141 


 

- Dütdüdüdü, dütdüdüdü... Quşun nəğməsinə valeh olub hər  şeyi unudan 

Nərgiz arxasında bir hənirti duydu, cəld geri döndü. Zeynəb şaqqıldayıb güldü:  

 -  Olmadı, səni yamanca qorxudacaqdım. Bəs niyə  təkcə gedirsən? - Nə 

bilim, elə belə... Bes sən özün niyə burayla gedirsən? - Kənddən çıxanda 

taxılların arasında bir qaraltı gördüm, yerişindən tanıyıb dalınca düşdüm. Dedim, 

bu saat gedib o qızı götürüb qaçacam. 

Nərgiz müəllimə  qızardı. Zeynəb zarafatının yerinə düşmədiyini duyub 

susdu. Bayaqkı quş yenə oxumağa başladı. 

- Nə gözəl oxuyur! Bu hansı quşdur? 

Zeynəb söhbətin dəyişdiyinə sevindi: 

- Heç 


bilirsən o nə deyir? 

- Quş nə deyəcək ki? 

- Yox, 

o, 


quş deyil, gəlindir. Özü də deyirlər, gözəl bir gəlin olub. Elə bir 

gəlin ki, su sonası kimi, bir qənir üzünə baxmaq olmurmuş. 

- Bəs sonra nə olub? 

Sonra gördüyün kimi, həmin gəlin quşa dönüb çöllərdə oxuyur. 



Nərgiz müəllimə maraqla Zeynəbin üzünə baxdı, nə isə soruşmaq istədi. 

Ancaq quş yenə oxumağa başladı. 

Bir qulaq as, lap aydınca deyir. 



- Axı nə deyir? 

- Eşitmirsən? Taxçada, boxçada, taxçada, boxçada... 

Quş  pırıltı ilə uçub getdi, səsi taxılların ortasından gəldi. Zeynəb dərindən 

köksünü ötürdü. 

Bu, uzun nağıldır. Deyilənə görə, bu quş cavan bir gəlin imiş.  Əri 



yaman əzazil imiş. Yazıq gəlinin günü qaraymış. Bir gün əri ona bıçaq verir ki

saxla. Gəlin saxlayır. Kişi hər axşam evə  gələndə  bıçağı istəyirmiş. Bir dəfə 

axşamüstü ərinin evə qayıtdığını görüb tez bıçağı axtarır. Amma tapa bilmir. Nə 

qədər çalışırsa, yadına düşmür ki, haraya qoyub. Gəlin lap özünü itirir. Bilir ki

əri gələn kimi bıçağı soruşacaq, tapmayanda salacaq təpiyinin altına.  Əlacı 

kəsilən gəlin allaha yalvarır ki, məni bu zülmdən qurtar, bir quşa döndər, bu 

xarabadan uçum gedim. Arzusu yerinə yetir. Gəlin quşa dönüb çəmənlərə uçur. 

Nərgiz müəllimə bir uşaq sadəlövhlüyü ilə sevinib dərindən nəfəs aldı. 

-

 

Nə yaxşı olub. 



  


____________________Milli Kitabxana_____________________ 

142 


 

- Hələ dalına qulaq as. Gəlin quşa dönüb çəmənə qonandan sonar yadına 

düşür ki, bıçaq taxçadakı boxçadadır. Elə o vaxtdan oxuya-oxuya gəzir. Bircə 

qulaq as. 

Quş doğradan da elə bil Zeynəbin dediklərini təkrar edirdi: "Taxçada, 

boxçada", 

- Bəs o gəlinin adı nəymiş? 

- Turac. 

Onlar pambıq tarlalarına çatmışdılar. Cərgələr artıq qalınlaşmışdı. Qabağa 

düşən qızlar alaq vururdular. 

- Gedək bizim manqaya! - deyə Zeynəb təklif etdi. 

- Yox, 


əvvəlcə o biri manqalara gedəcəm. 

- Niyə bizden qaçaq gəzirsən, müəllimə? Nərgiz dillənmədi. 

- Vallah, 

adamın səndərı ötrü burnunun ucu göynəyir. Mağıl qonşu idik, 

axşam-səhər görüşürdük. Üzümüz-gözümüz öyrəşmişdi. İndi elə bil bir yarımız 

köçüb... Tükəzbarı xala da sənin xiffətini çəkir, Doğrudan, niyə köçdün? 

Nərgiz könülsüz cavab verdi: 

- Eşitməyibsən nə söz çıxardıblar? 

- Belə, ağrım ürəklərinə! O qədər danışsınlar ki... Sizin ki aramzda bir 

söhbət olmayıb... Yoxsa... 

O, diqqətlə Nərgiz müəllimin üzünə baxdı. Ürəyi döyündü. Səbirsizliklə onun 

nə deyəcəyini gözlədi. Qız elə bir vəziyyət aldı ki, guya bütün həyat müəllimənin 

verəcəyi cavabdan asılı idi. Nərgiz də özünü itirdi. Yanaqları xəfifcə qızardı. 

- Yox, 


yox, 

nə danışırsan, heç elə şey olarmı? 

Zeynəbin rəngi açıldı. 

- Bəs onda nədən çəkinirsən? 

- Dedi-qodudan. 

Bilirsənmi, Zeynəb, mənim ömrümdə qalmaqalla işim 

olmayıb. Elə institutda da adətim idi. Qızlar hərdən baş-başa verib qeybət 

eləyəndə, bir-birinə söz deyəndə kənara çəkilərdim. 

- Ancaq 

sən hərdənbir Tükəzban xalaya baş çək. Elə İmrana da. 

Zeynəb İmranın adını eşıdəndə Nərgiz müəllimənin birtəhər olduğunu duydu. 

- Köçəndən sonra heç onu görübsənmi? 

- Yox. 

Yenə susdular. Zeynəb arxın üstündəki ensiz körpüdən keçib dayandı, göz 



işlədikcə uzanan cərgələrə baxdı. 


____________________Milli Kitabxana_____________________ 

143 


 

  

-



 

Xoşuna gəlirmi? 

Nərgiz müəllimə yanağında oynayan telini geri sığalladı. 

- Çox 


yaxşıdır! Kollar adamın üzünə gülür. 

Bu il yaxşı pambıq olacaq. Doğrusu, səpinə başlayanda mən özüm də 



qorxurdum. Amma, bax gör nə gözəldir! Kollar muncuq kimi düzülüb. 

Kosaoğluyla Kazımın acığına gərək bu il hamıdan çox pambıq verəm. 

Birdən Zeynəb tarlanın aşağı tərəfində toz qalxdığını görüb susdu. 

- Bıy, görəsən bu bəxtəvər kimdir? 

Motosikl gurultu ilə onların yanında dayandı. Zeynəb toza batmış  oğlanı 

təpədən-dırnağa süzüb qaqqıldadı: 

- Bu 

nədir, ay İmran, xalq "Pobeda" alanda sənin də gücün buna çatdı? 



Bir gör özünü nə kökə salıbsan! 

- Ağronom adamam, mənimki elə budur. De görüm yaxşı maşındır? 

- Yaxşılığına söz yoxdur. Amma, düzü, mən bu ikitəkərlilərdən 

qorxuram. Birdən yıxılıb eləyər. Barı yaxşı sürə bilirsənmi? 

İstəyirsən gəl otur, gəzdirim. 



- Mən sənin kimi işsiz-gücsüz deyiləm. Xudahafiz! 

Zeynəb alaq vuran qızlara doğru qaçdı. 

İmran çiynini çəkib onun arxasınca baxdı, sonra üzünü kənardaca başını 

aşağı salıb duran Nərgizə tutdu: 

-  

Necəsiniz, müəllimə? - Çox sağ olun. - O, bir az duruxdu. - Anan 



necədir? - Niyə, siz görəni pis deyil. - Yoxsa məndən inciyib? - Bəs inciməz? – 

Mən ki onun xətrinə dəyən bir iş görməmişəm. 

- Görmüsünüz. 

Həm də təkcə anamın yox, mənim də xətrimə dəyibsiniz. 

- Mən buna bir səbəb görmürəm. 

- Səbəbi böyükdür. - Bu dəfə də İmran duruxdu. - Bəlkə də günahın çoxu 

məndədir. Gərək mən əvvəldon sizinlə açıq danışaydım... 

Qız təlaş içində onun üzünə baxdı. İmran Nərgizin qızardığını, sinəsinin tez-

tez qalxıb-endiyini gördü. İmran dəsmalını  çıxardıb alnını sildi. Nərgiz 

qolundakı saata baxdı: 

- Mən geçikirəm, sağ olun, gorək ikinci növbəyə  qədər dərsə qayıdarn. 

İmran özünü ələ almamış, Nərgiz arxın üstündəki söyüd ağaclarının arasında 

gözdən itdi. 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə