Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə45/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   41   42   43   44   45   46   47   48   ...   132

____________________Milli Kitabxana_____________________ 

135 


 

  

- Nəsib dayı, indiyəcən niyə evlənməyibsən? 



Nəsib dayı diksindi, qıpqırmızı oldu. Zeynəb dediyinə peşman oldusa da, sual 

və maraq dolu baxışlarını  Nəsib dayının üzündən ayırmadı: "Görəsən ona nə 

oldu?" 

...İki gündən sonra Zeynəb Tükəzban xalanın yanına gəldi. Arvad qızın sözlü 



olduğunu görüb soruşdu: 

- Nə var, qızım? 

Zeynəb pul kimi qızardı. Başını aşağı salıb saçının ucunu oynatdı. 

- Tükəzban xala... Səndən bir söz soruşsam acığın gəlməz ki? 

- Acığım niyə gəlir, qızım?! 

- Sən Nəsib dayını çoxdanmı tanıyırsan? 

- Lap 

uşaqlıqdan, nə olub ki? 



Zeynəb birdən ciddiləşdi. Başını qaldırıb arvadın üzünə baxdı. 

- Bəs o niyə evlənmir? 

Tükəzban xala cavab vermədi. Zeynəb hiss etdi ki, arvadın fikri uzaqlara 

getdi... 

Onlar bir vaxtın uşaqları idilər. Balacalıqda bir-birlərindən ayrılmazdılar. 

Gah pencər yığmağa gedər, gab da həyətdə gizlənqaç oynayardılar. Axşamlar 

Nəsibin başına yığışardılar. O çox gözəl tütək çalardı. Tükəzban xalanın indiki 

kimi yadındadır, kəndə qaranlıq çökər-çökməz Nəsib tütəyini götürüb damların 

üstünə  çıxardı. Aradan çox keçməmiş, uşaqlar onun başına yığılardılar. Nəsib 

dəmir tütəyini  şalvarının dizinə sürtüb, papağının dalını qaldırardı. Onun 

barmaqlarını görmək olmazdı. Gah atdandırma, gah çadırbəngi çalar, gah da 

oynamaq istəyənlərin xahişini yerinə yetirərdi. Qız, oğlan bir-birinə qarışardı. 

Onlar hələ balaca idilər. Yəqin buna görə  də  hələlik heç kəs onların xatirinə 

dəymirdi. Ancaq hərdənbir Nəsibin anası qazma damdan çıxıb, onlara 

acıqlanırdı. 

A bala, gedin bir az o yanda oynayın. Torpaq başımıza tökülür. 



Anasının danlağından sonra Nəsib uşaqları da götürüb xırman yerinə gedərdi. 

Onlar ay işığında gecə yarıya qədər çalıb-oynayardılar. O vaxt qızların içərisində 

ən gözəl oyunçu Tükəzban hesab olunurdu. Ancaq Güləsor da ondan geri 

qalmırdı. O, balacaboy, sivriburun bir qız idi. İri, badamı gözləri ağ bənizinə çox 

yaraşırdı. Ağzı, dodaqları elə  nəcib idi ki, adam baxmaqdan doymurdu. 

Yanağında iri 




____________________Milli Kitabxana_____________________ 

136 


 

  

bir xal var idi. Buna görə də anasi ona "Xallı" deyərdi. Uşaqlar da onu "Xallı" 



çağırardılar. Anası  həmişə ona qırmızı parçadan büzməli don tikər, göy kofta 

geydirər, başına da yaşıl yelənli ağ  kəlağayı örtərdi. Uşaqlar onu oynamağa 

çağıranda Xallı əvvəlcə balaca əlləri ilə, gözünün üstünə düşən saçını geri edib, 

kəlağayısının altında gizlədər, burrnunu çəkib bir az gözləyəndən sonra ortaya 

çıxardı. Yalın gəzməkdən qapqara yanmış balaca ayaqlarının ucunda yaşlı 

arvadlar kimi asta-asta hərlənirdi. 

O həmişə Tükəzbanla oynayırdı. Nədənsə, onlar oynayanda Nəsib daha 

həvəslə çalardı. 

Onda hərəsiniu beş-altı yaşı olardı. Nəsib dana otarırdı. 

İllər ötdükcə dəstə azalırdı. Qızlar bir-bir nişanlanıb ərə verilirdi. On iki-on 

üç yaşına çatanda onları evdən bayıra çıxmağa qoymurdular. Qızlar ancaq arx 

kənarında, quyu başında görüşürdülər. 

Xallı gözəllər gözəli olmuşdu. Tükəzban neçə dəfə öz qulağı ilə eşitmişdi ki, 

arvadlar Güləsərin arxasınca baxıb "zalım balası yamanca gözəkür" deyirdilər. 

Qızlar uşaqlıq yoldaşları ilə ancaq kənddən kənarda görüşə bilərdilər. At, mal 

suvarmağa gətirən oğlanlar qızlarla ötəri salamlaşıb, hal-əhval tuturdular. 

Nəsib indi mal otarırdı. Axşamlar yenə damın üstündə oturub tütək çalırdı. 

Kəndin hər yerində onun tütəyinin səsi eşidilirdi. Qızlar daha onun yanına gedə 

bilmirdilər. Öz qapılarında iş görə-görə ona qulaq asırdılar. 

Güləsərlə Tükəzban qapı-qapıya qonşu idilər. Səhər-axşam bir yerdə 

olardılar. Onlar suya da birgə gedər, qapı-bacaya da birgə  çıxardılar. Bəzən 

axşamlar evin dalında yanaşı oturub Nəsibnı tütəyinə qulaq asar, uşaqlıq 

günlərini xatırlayardılar. Belə dəqiqələrdə Güləsərin halı yaman dəyişərdi. 

Bir axşam o, çalınan havaya qulaq asıb, səsi titrəyə-titrəyə dedi: 

- Ay, 

Tükəzban, ölməmiş yenə nə yaman yanıqlı çalır... 



Tükəzban ay işığında onun gözlərinin yaşardığını gördü. 

- Ay, 


qız sənə nə olub? 

Heç özüm də bilmirəm... - Güləsər başını  aşaği salıb susdu, sonra öz-



özünə danışırmış kimi əlavə etdi: - Gədəni ürəyim yaman istəyir. Uşaqlığımız 

yadıma düşəndə, burnumun ucu göynəyir. Kaş heç yekəlməyəydik... 

  



____________________Milli Kitabxana_____________________ 

137 


 

Bir dəfə Güləsərgilin atı cidarını  qırıb qaçmışdı. Qız qorxusundan tir-tir 

əsirdi ki, "atam gələndə  məni öldürəcək". Gecə vaxtı Tükəzban onu tək 

buraxmadı. Qoruqlara atı axtarmağa birlikdə getdilər. Süd kimi aydınlıq 

olmasına baxmayaraq qızlar qorxurdular. Ağacların, çəpərlərin dibi ilə sinə-sinə 

gedirdilər.  Şaqqıltı  eşidəndə dayanır, yaxında adam olub-olmadığını 

yoxlayırdılar. Ürəkləri döyünə-döyünə bir qoruqdan o birinə keçirdilər. Birdən 

yaxında hənirti eşidildi, at fınxırdı. Onlar gözlədilər. Qaraltı yaxınlaşdı. 

Tükəzban Nəsibi tanıdı. 

- Bu 


atı hardan gətirirsən? 

- Qoruqların aşağısından tutmuşam. 

Güləsər dilləndi: 

- Çox 


sağ ol, ay Nəsib. 

Oğlan özünü itirdi. O, qızı yenicə görürdü. 

- Xallı?.. Belə Güləsər... Sən də burdasan? 

- Tükəzbanla atı gəzirdik... 

Onlar ağacların arası ilə yanaşı getməyə başladılar. Budaqların arasından 

düşən ay işığı çiyinlərini bəzəyirdi. Hər üçü susurdu. Birdən Tükəzban təlaşla 

dedi: 

- Vay, 


evim 

yıxıldı, anam məni öldürəcək. Südü ocaqda qoyub gəlmişəm. 

Tükəzban ağaclar arasında gözdən itdi. Nəsiblə Güləsər onun yaxındakı nar 

kolunun arxasında gizləndiyini görmədilər. 

Onlar tək qaldılar. Güləsər bir ayağını qaçaraq qoyub, ətrafa boylandı. O həm 

qorxur, həm də Nəsibdən ayrılmaq istəmirdi. 

- Xallı? 

- Nədir? 

Heç balaca vaxtımız yadına düşürmü? 



- Deyinən, heç yadmdan çıxırmı? 

- Mənim də... 

Onlar armud ağacının dibində dayandılar. Nəsib atın noxtasını Güləsərə 

verdi. Qız oğlana diqqətlə baxdı. O xeyli böyümüşdü. Bığ yeri terləmişdi. Kürəyl 

də enlənmişdi. Nəsib də öz növbəsində, ondan bir az aralı dayanan qızı gözdən 

keçirdi. O da böyümüşdü. Ay işığında onun yanağına düşən cığaları, açıq sinəsi, 

koftasını dik tutan xırdaca döşləri aydınca görünürdü. 

- Nəsib, sağ ol. 

- Sağ ol, Xallı. 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə