Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə42/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   38   39   40   41   42   43   44   45   ...   132

____________________Milli Kitabxana_____________________ 

126 


 

- Nə toy, nə sayıqlayırsan? 

Guya heç nə bilmirik. Ay qız, bizi xam yerinə niyə qoyubsan? 



Çağırmayıbsan, canın sağ olsun. Daha niyə gizlədirsən? 

- Ay 


qız, sənin başına at təpib nədir, nə toy?! Sən nə danışırsan, yuxu-zad 

görməyibsən ki? 

- Heç 

ətəyini suya-zada çəkib eləmə. Bütün el-oba bilir, hər yerə car 



çəkilib, indi məni  ələ salırsan. Nə olar ey, belə  iş  təkcə  sənin başında ha 

görünməyib. Cavandılar, həlbət özlərini saxlaya bilməyiblər. 

Vaxtında mən sənə demədimmi odla pambığı bir yerə qoyma, axın pis olar? 

İndi gördün? Ancaq ürəyini sıxma, pis uşaq deyil. Görünür qismət buymuş. 

Amma mən  İmrana başqa qız alacaqdım. Sözün düzü, elə  Şahnazın da İmrana 

ürəyi vardı. Xeyrinizi bilmədiniz. Oğlun da bədəməllik elədi. Kişinin üzünə ağ 

oldu. Xeyirmi tapacaq? At mıxı qopardar, bir yerə  dəyər, beş özüna Görünür, 

halal çörək sənin oğluyun qarnını deşdi. Rahatca oturub yemədi, özünü dağa-

daşa saldı. 

Tükəzban xala qəzəbini güclə saxlayjb boğuq səslə soruşdu: 

- Nə olub ki? 

- Nə olacaq, kişiynən yola getmədı, kolxozu dağıtdı.  İndi də deyəsən 

işdən çıxartmaq istəyirlər. 

- Mənim oğlum elə oğul deyil ki, yediyi çörəyə əyri baxa. Onun elə fikri-

zikri kolxozdur. Uşağa şər atmayın. 

- Ay 


qız, nəyimizə lazımdır, sədr bilər, o bilər, - qari səsini alçaltdı. 

Sürünüb, çay süzən Tükəzban xalaya lap yaxınlaşdı. Onun qulağına pıçıldadı: 

- Bəri bax, qızın uşağı neçə aylıqdır? 

Tükəzban xala heç nə başa düşmədi. Gözlərini döyüb qarının üzünə baxdı: 

- Nə uşaq? 

- Ay 


qız, özünü faqqılığa niyə qoyursan? Qızı deyirəm dayna, 

müəlliməni, adı da yadımdan çıxır. Çoxdan boyludur? 

Tükəzban xala sarsıldı. Bütün bədəni tər tökdü. Arsız-arsız hırıldayan qarının 

üzünə baxa-baxa qaldı. Bu kaftar nə danışırdı? Kosaoğlular nə fikir edirdilər? 

İndi Tükəzban xala ona nə cavab versin? 

- Bilirəm, bilirəm, - deyə qarı yenidən sözə başladı, - ona görə  də  səs-

küyə salmayıbsınız. Yaxşı da eləyibsiniz. İş işdən keçəndən sonar başqa nə çarə 

olardı? Barı kəbinlərini kəsdiriblərmi? 

 



____________________Milli Kitabxana_____________________ 

127 


 

Tükəzban xala yerindən durub qarının saçını biləyinə nə vaxt doladığını özü 

də bilmədi. Bircə onu gördü ki, Gövhər qarı ortada yumaq kimi firlanır. 

- Nə dedin? Bir də de görüm? İndi də  mənim oğlumu  şərə salırsan?! - 

deyə Tükəzban xala qarını döyəclədi. - Kaffar köpək qızı!.. 

Sənin dilin necə gəlir ki, gül kinü qıza elə söz deyirsən, imansız?! Di rədd ol 

burdan! 

Gövhər qarı birtəhər ayağa durdu, başı əsə-əsə o doqqaza doğru getdi. Yola 

çıxanda bir ayağını qaçaraq qoyub qışqırdı: 

- Yaxşı, həyasız!.. Gör səni rüsvay eləyirəm, ya yox. Gizlədə 

bilməyəcəksiniz! Ölsəniz də ört-basdır eləyə bilməyəcəksiniz! 

Tükəzban xala iti açıb buraxdı. Gövhər qarı donunun balaqlarını çirməyib 

qışqıra-qışqıra qaçdı. 

Tükəzban xalanın halı özündə deyildi. "İndi mən başıma haranın daşın salım, 

camaatın üzünə necə baxım? Allah heç bəndənin adını bu imansızın dilinə 

salmasın. İki gündən sonra kənddə zurna çalınacaq, bunun hamısı o Kosaoğluyla 

Sayalının işidir. Gədəciyi təkləmək istəyirlər. Ara yerdə  qızcığazı  bədnam 

eləyirlər. Kaş bu xəbərləri Nərgiz eşitməyəydi! Bilsə ölüb yerə keçər. Gör bir 

imansız nə danışır, uşaqların üstünə necə qara yaxır!" 

Tükəzban xala dincələ bilmirdi. Qarının dedikləri yadına düşdükcə 

vahimələnir, ürəyinə yüz cür qara-qorxu gəlirdi. "Allah, sən özün bircə balamın 

pənahı ol! Yazığam, gözümün ağı-qarası bircə  oğlumu dilə-ağıza salma. Min 

zillətlə böyütmüşəm. Saçımın birini ağ hörmüşəm, birini qara. Boğazımdan 

tikəmi kəsib ona vermişəm. Balama yetim deməsinlər deyə  hər  əziyyətə 

dözmüşəm. Boya-başa çatdırmışam. Sən onun başından bir tük əksik eləmə, ey 

yeri-göyü yaradan, mənə yazığın gəlsin". 

Naxır gəldi. Yolu tozlaya-tozlaya kəndə girən mallar qapı-bacalara 

dağılışdılar, heyvanların qarnı çıxıb, tükləri sığallanmışdı. Bəziləri buynuzlaşırdı. 

Kəndi mələşən inəklərin, buzovların, camışlann səsi bürüdü. On dörd-on beş 

yaşlı bir oğlan ağır-ağır gələn camışın belində otürmuşdu. O, qıçlarının ikisini də 

bir tərətb aşırıb çəpəki  əyləşmişdi. Camış yeridikcə  oğlan yırğalanırdı. Çöldən 

dərdiyi yovşan süpürgəsi də camışın belində idi. Deyəsən, qucağında qulançar 

var idi. 

Naxırın qabağına çıxan Tükəzban xala yolla gedən Nərgiz müəlliməni görüb 

əl-ayağa düşdü. 



____________________Milli Kitabxana_____________________ 

128 


 

  

- Dərdin alım, nə gec gəldin? Yəqin lap acıbsan. Yeri, yeri, ağacın altına 



gəbə salmışam, otur, mən də bu saat inəyi sağıb süd gətirim, köpüklü-köpüklü iç. 

Nərgiz müəllimə heç nə demədi. Dinməz-söyləməz gedib əyləşdi. Tükəzban 

xala inəyi sağa-sağa fikirləşirdi: "Niyə qaşqabaqlıdır? Olmaya, imansız qarı ona 

da deyib?" O, inəyi yarımçıq sağdı, tez gəlib Nərgiz müəllimənin yanında 

oturdu. Ona çay süzdü, süd verdi, ancaq başını qaldırıb qızın üzünə baxa 

bilmədi. Tükəzban xala qızdan xəcalət çəkirdi. Elə bil Nərgiz müəllimə də onun 

ürəyinden keçənləri bilirdi. Dinmirdi. Utanırdı. Anası yerində olan Tükəzban 

xalanın bu işlərə nə deyəcəyini düşünürdü. "Elə qorxduğum başıma gəldi. Gərək 

İmran kəndə qayıdan gündən mən özümə başqa ev tapaydım. Bu söz-sohbətdən 

sonra mən neyləyim?" 

Onlar qaradinməz oynayırmış kimı, xeyli oturdular. Söhbətə necə  nədən 

başlayacaqlarını müəyyənləşdirə bilmirdilər. Nəhayət, Tükəzban xala dilləndi: 

- Qızım, çamadanını  səhər özün stolun üstünə qoymuşdun? Həmişə axı 

şkafda olardı. 

- Özüm 

qoymuşanı. Paltarlarımı yığışdırırdım... - Nərgiz müəllimə başını 



aşağı saldı. Gözləri yaşardı. Qırıq-qırıq sözünə davam etdi: 

- Tükəzban xala... məndən inciməyin. 

- Ağlına gələn dağlara-daşlara, qızım,  adam  da  sənin kimi gül baladan 

inciyərmi? 

- Mən... 

O susdu. Arvad ehtiyatlanmağa başladı. "Yəqin qızın da qulağına 

çatdırıblar". 

- Mən sizin evdən köçmək istəyirəm. 

- Olmaya 

bizdən inciyibsən, dərdin alım, xətrinə-zada dəymişəm, 

onunçün gedirsən? 

Yox, yox, Tükəzban xala, o nə sözdür! Mən sizin yaxşılığınızı heç vaxt 



unutmayacam. Bu kəndə gələli siz mənə analıq eləyibsiniz, çox sağ olun. 

- Bəs niyə gedirsən, qızım? 

- Getsəm yaxşıdır, - Nərgiz tərəddüdlə susdu. Sözünü necə bitirəcəyini 

düşündü. O, istəyirdi ki, Tükəzban xalanın xətrinə dəyməsin. 

-  Əvvəl  İmran yox idi. Onda mən sizə  həyan oldnm. İndi oğlunuz gəlib. 

Sözün düzü, yerinizi dar eləmək istəmirəm. 




Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə