Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə44/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   40   41   42   43   44   45   46   47   ...   132

____________________Milli Kitabxana_____________________ 

132 


 

  

Nəsib dayı  əvvəlcə gecə kursunda oxumuş, sonra qonşu kənddəki kəndli-



gənclər məktəbini bitirmişdi. Kəndə qayıdanda onu komsomol komitəsinə katib 

seçmişdilər. Kollektivləşmənin ilk illərində  Nəsib dayı komsomolçuları başına 

yığıb, gecəni gündüzə qataraq taxıl hazırlamağa kömək etmişdi. 

Kəndə gələn traktoru ilk dəfə briqadir Nəsib qarşılamışdı. Kolxoz qurulanda 

dağlarda qaçaqlarla atışmışdı. Hətta bir dəfə az qala çovutma güllənin qurbanı 

olmuşdu. Nəsib dayı "Komvuza" oxumağa göndərilmişdi. Beləliklə, illər gəlib 

keçmiş, Nəsib dayının saçlarına dən düşmüşdü. O, müxtəlif vəzifələrdə 

işləmişdi. Bu il isə yenidən öz doğma kəndinə qayıtmışdı. 

O, ilk gündən işin ağır olduğunu, kolxozda dözülməz hallar baş verdiyini 

duyurdu. Lakin səbr edir, hər  şeyi nəzərdən keçirir, ara söhbətləri ilə yox

sübutlarla iş görməyə çalışırdı. O hiss edirdi ki, Kosaoğlu çoxlarının gözünü 

qorxudub özbaşınalıq eləyir. 

Hadisələr getdikcə gərginləşirdi. Nəsib dayı hiss edirdi ki, ciddi tədbirlərə əl 

attnaq lazım gələcəkdir... 

Kəndin girəcəyində o, Zeynəblə rastlaşdı. Nəsib dayı onu görən kimi yenə 

özünü itirdi. Bir dəqıqə sakit dayanıb diqqətlə Zeynəbin üzünə baxdı. Qızın 

kədərli olduğunu, ağladığını dərhal sezdi. Atdan düşdü. 

- Nə var, nə yox, qızım, gözümə bir təhər dəyirsən? 

Zeynəb sirrini gizli saxlamağa çalışan adam kimi diksindi: 

- Heç 


nə yoxdur, Nəsib dayı. 

- Bəs niyə bikefsən? 

- Bikefəm? Onu sizə kim deyib? 

- Mən özüm görürəm. Deyəsən, ağlayıbsan. 

Zeynəb qızarıb başını  aşağı saldı. Bir istədi hər  şeyi boynuna alsın, kolxoz 

sədri ilə dalaşdığını,  İmrandan ötrü gizlincə  ağladığını  Nəsib dayıya danışsın. 

Ancaq ar elədi, özünü güclə saxlayıb gülümsündü. 

- Niyə ağlayıram, mənə nə olub ki? 

"Ağıllı qızdır, lap anasına oxşayır. O da belə idi. Heç kəsə boyun əyməzdi. 

Onun ürəyini bilmək üçün xeyli əziyyət çəkmək lazımdı" – deyə  Nəsib dayı 

düşündü. Axı, Nəsib dayı onun hər dərdini bilmək, qayğısına qalmaq istəyirdi. 

Bunu Zeynəb özü də hiss edirdi. Nəsib dayınm hərəkətləri qıza qəribə gəlsə də o, 

bu adamda özünə bir yaxınlıq duyurdu. Bəzən ürkən kimi olsa da, ona qanı 

qaynadığını hiss edirdi. 

^  

 

 




____________________Milli Kitabxana_____________________ 

133 


 

Zeynəb Nəsib dayının tutulduğunu gördü. - Demək, mənə etibar eləmirsən, 

qızım? - O nə sözdür, Nəsib dayı? - Zeynəb tərəddüdlə dilləndi və  nəhayət, 

boynuna aldı: - Ağlamışam... Axır ki, Zeynəb öz təbiətinə zidd gedə bilmədi. 

Olub keçənləri açıb söylədi. Üstəlik dedi ki: "Partkomsan, ancaq heç şeydən 

xəbərin yoxdur. İmran kimi ağranomu harda tapacağıq? Sözün düzünü danışır 

deyə, Kosaoğlu onu işdən çıxardır. Biz də hamımız kiriyib dururuq, bəs nə gündə 

lazımıq?" 

- Susmarıq, qızım, susmarıq, səbr elə. - Nəsib dayı fikirli cavab verdi. 

Onlar ayrıldılar. Ancaq axşam üstü idarədən qayıdanda yenə görüşdülər. Yol 

uzunu qırıq-qırıq söhbət elədilər. Zeynəbgilin doqqazına çatanda dayandılar. 

Nəsib dayı  qızın gah qızarıb, gah ağardığını, nə isə demək istədiyini duydu. 

Ancaq heç nə soruşmadı. 

Zeynəb Nəsib dayının evində heç kəsin olmadığını düşündü. "İndi hara 

gedəcək? Qapını üzünə açıb qabağına çay-çörək qoyan da olmayacaq. Səhərdən 

yorğun-arğın gəzir. Bir azdan yəqin yenə idarəyə qayıdacaq, gecə yarıya qədər 

ac-susuz orada oturub iş görəcək". Zeynəb Nəsib dayıntn kabinetdo çaydanda 

çay qoyub içdiyini bir neçə dəfə görmüşdü. "Yəqin çox vaxt elə çörəyi də orada 

yeyir, bəlkə gecə də idarədə qalır". Zeynəbin qəlbində qayğı və mərhəmət hissi 

oyandı. 


- Nəsib dayı, gedək bizə. Bir-iki stəkan çay iç. 

Sanki Nəsib dayı  qızın dediyini eşitmədi; gözlərini qızın üzünə dikib 

dayandı. "O da belə gülərdi. Qaşlarını çatıb gözünü süzdürərdi. Qımışanda 

şirmayı kimi ağ, incə dişlərinin parıltısı dodağına düşərdi. Onun da telləri 

yanağında qıvrılardı. Gör necə  də oxşayır, elə bil anası ilə bir almadır, yarı 

bölünüb". 

- Yoxsa 

mənim çayımı  bəyənmirsən, Nəsib dayı? - deyə Zeynəb 

məzəmmətedici bir ahənglə səsləndi. Nəsib dayı elə bil yuxudan ayıldı. 

- Sənə əziyyət olar, qizım. 

- Nə əziyyəti var? Gedək. 

- Yaxşı, sən deyən olsun. 

Onlar həyətə girdilər. Zeynəb qapını açdı. Taxtın üstünə döşəkcə saldı. 

İstəyirsən uzan, bir az dincini al, mən də çörək hazırlayım. 



Nəsib dayı bir uşaq itaətkarlığı ilə Zeynəbə qulaq asdı. Onun gətirdiyi 

yastıqlara söykəndi. Qız evdən çıxandan sonra yenə öz-özünə 




____________________Milli Kitabxana_____________________ 

134 


 

  

düşündü: "Səsi də oxşayır". O, evə nəzər yetirdi. Otaq yoxsul olsa da, səliqəli idi. 



Nəsib dayı  əvvəllər bu evə ayaq basmamışdı. Bura gəlməyə  bəhanə tapa 

bilməmişdi.  İndisə oturub ötən günləri, Zeynəbin yaşından da əvvəlki vaxtları 

xatırlayırdı... O, bu evə ilk dəfə ayaq basan gəlinin necə hallar keçirdiyini 

düşünməyə və onu təsəvvüründə canlandırmağa çalışırdı. 

Zeynəb içəri girdi. 

- Yəqin səni çox gözlətdim, Nəsib dayı. 

- Yox, 

yox, 


qızım. 

Zeynəb onu süfrəyə dəvət etdi: 

- Çörəyini yeyincə samovar da qaynayar. 

Bir azdan balaca ağ samovar da süfrəyə qoyuldu. Zeynəb keçən yay bişirdiyi 

mürəbbədən çıxartdı. Çay süzdü. Nəsib dayı isə gözaltı ona baxırdı. Qızın 

gözlərində elə  səmimiyyət və mehribanlıq vardı ki, Nəsib dayı baxmaqdan 

doymurdu. Zeynəb qonağını razı salmağa çalışır, arabir də onun nə üçün belə 

dalğın olduğunun səbəbini fikirləşirdi. 

Zeynəb onu indiyə  qədər evinə çağırmadığı üçün xəcalət çəkir, ürəyində 

"daha rast gəldikcə çağıracağam" - deyirdi. 

Birdən Nəsib dayı özünü saxlaya bilməyib soruşdu: 

- Qızım, anan yadına gəlirmi? 

- Sifəti bir az yadımdadır. 

Onlar susdular. Nəsib dayı qızın kədərləndiyini görüb, sual verdiyinə peşman 

oldu. Lakin gec idi. O yenə üzünü Zeynəbə tutdu: 

- Onun 


heç 

şəkli varmı? 

Zeynəb başını qaldırdı. Ona elə gəldi ki, Nəsib dayının gözlərində bir həsrət 

var. Bu baxışlar hətta Zeynəbi təşvişə saldı. O, titrəyən kimi oldu. Elə bil Nəsib 

dayı yalvarırdı... 

Zeynəb ayağa durdu, nadir hallarda açdığı sandığa yaxınlaşıb qapağını 

qaldırdı. Boğçanı açdl, ipək dəsmala bükdüyü şəkli çıxartdı. 

Anamdan qalan yadigar bircə budur. 



Nəsib dayı  şəkli aldı. Zeynəb onun əllərinin titrədiyini gördü. Kişi elə bil 

özünü unutmuşdu. O gah gülümsəyir, gah qaşlarını çatırdı. 

Zeynəb onun sifətinin hər bir cizgisinə diqqət yetirirdi. Nəsib dayının üzü 

qırışmışdı. Saqqalına dən düşmüşdü. Saçı da ağarmışdı. Birdən Zeynəbin 

beynində qəribə bir sual doğdu, özü də hiss etmədən soruşdu: 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə