Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə23/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   19   20   21   22   23   24   25   26   ...   132

____________________Milli Kitabxana_____________________ 

69 


 

 



Kosaoğlu oturmaq istəmədi. Otağın ortasında dayanıb, etinasızcasına 

divardakı  şəkillərə, kitab şkafına, qalaq-qalaq yığılmış  qəzetlərə, kilabçalara 

baxdı. O özünü elə aparırdı ki, guya buraya təsadüfən gəlmiş  və bir-iki 

dəqiqədən sonra çıxıb gedəcəkdir. Nəsib dayı da ona fikir vermir, qezetləri 

çevirib nə isə axtarırdı. Onlar zahirən özlərini nə qədər laqeyd aparsalar da, bir-

birini gizlin-gizlin süzür, hər kiçik hərəkəti belə gözdən qoymurdular. Kosaoğlu 

idarədəki qəzet və kitabları  nəzərdən keçirdikdən sonra acı-acı gülümsədi. "Bu 

kişi təzədən alimmi olacaq, bu qədər kitab-dəftəri neyləyir?" - deyə fikirləşdi. 

Özünü saxlaya bilməyib soruşdu: 

- A 


Nəsib, bu kağız-kuğazla əlləşməkdən doymadınmı? Elə mən gözümü 

açandan səni belə görmüşəm. 

Nəsib dayı Kosaoğlunu yenicə görürmüş kimi dedi: 

- Niyə ayaq üstə durursan? Otur, bir az söhbət eləyək. 

Nə söhbət eləyəcəyik? 

- Tapılar. O qədər iş-güc var ki. 

Kosaoğlu könülsüz stul çəkib  əyləşdi. Nəsib dayı stolun siyirməsini açıb 

papiros çıxartdı. Papirosu barmaqları arasında tutub fikirli-fikirli yumşaltmağa 

başladı. Deyəsən, söbbətə necə başlayacağını bilmirdi. Əlbəttə, o birdən-birə əsl 

məsələyə keçə bilərdi, ancaq belə etmək istəmirdi. Ümumiyyətlə, Nəsib dayı 

sözün, təbliğatın gücünə inanırdı. O həmişə  ən çətin, mübahisəli məsələləri də 

sakitliklə  hətl etməyi lazim bilirdi. Onun əqidəsincə, bəzi adamlar iş başına 

keçəndə, onlara verilən hüquq və imtiyazları görərkən özlərini itirir, bütün 

bunların nə üçün verildiyini, xalqa xidmətin, xalq etimadının nə demək olduğunu 

unudurlar. Onlara elə  gəlir ki, hamıdan güclü və  ağıllıdırlar. Özlərini yüksək 

rütbədə görəndə gözləri ayaqlarının altını seçmir, başları hərlənir və gec-tez bu 

bədgümanlığın qurbanı olurlar. Nəsib dayi düşünürdü ki, vəzifədən havalanmaq, 

bəzən iş üçün çox faydalı adamları belə məhv edir. Buna görə də özünün dediyi 

kimi, "yolunu azmış adamları" hövsələ ilə başa salmağa çalışırdı. O, Kosaoğlunu 

da bu cür yolunu azan adamlardan hesab edirdi. 

O bir neçə dəfə Kosaoğlu ilə təklikdə söhbət eləmişdi. Lakin görünür, deyilən 

sözlər təsirsiz qalmışdı. İndi Nəsib dayı Qurbanla 

  



____________________Milli Kitabxana_____________________ 

70 


 

axırıncı  dəfə söhbət eləmək istəyirdi. Amma söhbəti  İmrandan başlayacağını 

bilmirdi. Uzun sükut Kosağlunu darıxdırdı. 

Ə, nə fikrə gedibsən? 



- Heç, 

ötən günlər yadıma düşdü. 

Nəsib dayı papirosunu çəkib dərindən nəfəs aldı. 

- Səndən bir şey soruşmaq istəyirəm. 

- De 

görüm! 


- Camaatın hörmətini necə qazanmaq olar? 

Gözlənilməz sual Kosaoğluna yersiz və gülməli gəldi. 

- Bu 

nə deməkdir, zarafat eləyirsən? 



Yox, düz sözümdür. 

Kosaoğlu diqqətlə müsahibinə baxdı və laqeydliklə sözə başladı: 

- Deyəsən, sən dünyadan xəbərsizsən. Nə hörmətbazlıqdir, ə! 

Dünyada heç kəs heç kəsə boş-boşuna hörmət eləməz. Kim ki birindən 

asılıdır, ona işi düşüb, ondan qorxur, hörmət də eləyir. Uşaq nədi, ona da gözünü 

ağartmasan, sözünə baxmır. El içində hörmətinin olmasını istəyirsənsə, gərək 

özünü göstərəsən, gərək səni saysınlar. Boş yerə deməyiblər ki, ilan ulduz 

görməsə ölməz. Yoxsa işmi gedər? İllab da bizim camaatla... 

- Sənin sözündən belə çıxır ki, hamını döymək, qorxutmaq lazımdır? 

Kosaoğlu Nəsib daynın söhbəti hara gətirəcəyini duyub ehtiyat etdi: 

- A 


kişi, sən mənim sözümü niyə pis yerə yozursan? Mən deyirəm ki, 

gərək böyük-kiçik olsun. Səni iş başına qoyanda bir az zəhmli olasan. Mənim 

ölüvay adamdan xoşum gəlmir. 

- Evdə də beləsən? 

- Necə? 

- Uşaqlarını qorxudursan? 

- Nə demək istəyirsən? 

- Bilmək istəyirəm ki, sənin uşaqların səni sevirmi? 

- Uşağın ağzı  nədir atasını sevməsin,  ə! Mənim yanımda cırıqırlarını 

çəkmirlər! Bir dəfə gözümü ağardanda siçan deşiyini satın alırlar. 

- Sən də buna məhəbbət deyirsən? 

Kosaoğlu çiyni atıla-atıla güldü. 

- Ay 

Nəsib, sən də lap gülməli adamsan. Bu sözləri bir evli-eşikli, 



arvadlı-uşaqlı adam desəydi, dərd yarı idi. Mən də deyərdim başına gəlib.  Ə, 

Həcdən gələn mən, xəbər verən sən? 

  



____________________Milli Kitabxana_____________________ 

71 


 

Nəsib dayı azca tutuldu. Kosaoğlunun nəyə  işarə etdiyini anlasa da, üstünü 

vurmadı və birdən-birə söhbəti dəyişdi: 

Əsgərlikdə olduğun günləri yada salirsanmı? 



Kosaoğlu diksindi. Bir-iki dəfə udqundu, gözlərindən ani bir kölgə keçdi. 

- Nə olub ki? 

- Komandirlərin yadındadırmı? 

- Olanı da var, olmayanı da. 

- Hansı komandiri çox sevirdiniz? 

Kosaoğlu sakitləşdi. 

- Komban. 

- Niyə? 


- Necə niyə? Yaxşı adam idi. Həmişə saldatın dərdinə qalırdı. Onun səsi 

gələndə aşpazlar tir-tir əsirdilər ki, xörək pis olsa, atamızı yandıracaq. Çox vaxt 

da elə bizimlə yeyib-içirdi. 

- Demək, camaatla öz arasında ayrı-seçkilik qoymurdu, ona görə  də 

hörmət eləyirdiniz? 

Heç, bir sözünü iki eləyən vardı ki!.. 



Nəsib dayı kələfin ucunu tapıb sevindi: 

- Bəs sən neyniyirsən? Heç xəbərin varmı ki, camaatdan ayrı düşübsən? 

- Səhərdən mus-mus deyincə, bir yolluq Mustafa de, mən da başa düşüm 

də. 


- Dərd ondadır ki, başa düşmək istəmirsən! 

- Mən neyləmişəm ki, ə? - Kosaoğlu əsəbiləşdi. - Kimdən geriyəm? Planı 

vaxtında doldurmuşam? Hazırlıqları vermişəm? Daha nə istəyirsən? Rayonda 

hamı mənim kolxozumu tərifləyir, sən də gündə cəfəngiyat açırsan! Mən səndən 

ötrü uşaq-muşaq deyiləm ki, hər gün üzümü danlayasan. Mən öz işimi çox yaxşı 

bilirəm. 

- Plan... 

Bir 


şey olan kimi plandan yapışırsan.  Əvvəla, o planı  sən 

ödəməyirsən.  İkinci, plan ödəməklə  iş qurtarmır.  Əsas məsələ plan ödəyən 

camaatın qeydinə qalmaqdır. 

Ə, elə mən də camaatdan ötəri çalışmırammı? 



- Çalışmağına sözüm yoxdur. Amma, axı biz belə danışmamışdıq. 

Özün mənə dedin ki, Nəsib, gəl  əl-ələ verək, işləyək. Məsləhətsiz iş 

görməyək. Amma belə getsə, deyəsən, aramız dəyəcək. 

 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə