Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə20/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   16   17   18   19   20   21   22   23   ...   132

____________________Milli Kitabxana_____________________ 

60 


 

  



Allah özü sizi bədnəzərdən saxlasın. Həmişə xətir-hörmütli olun. 

Biz də sizin kölgənizdə dolanaq. 

Kazım Zeynəbin səsində aşkar sezilən kinayəni anlamadı. Xırıltılı səslə gülüb 

ona daha da yaxınlaşdı. 

- Elə  əvvəldən beləcə yumşalsan nə olardı ki? Gəl,  əl-ələ verib işləyək. 

Onda Qurban qağamın da gözü üstümüzdə olar. 

Hər ikisi susdu. Zeynəb başını aşağı saldı. Kazım bir-iki dəfə udqunub ətrafa 

boylandi. Nə isə demək istədi. Səsi xırıldayıb tutuldu. Zeynəb gülümsündü. 

Kazımın gözləri işıldadı. Dişlərini ağardıb hırıldamağa başladı. Zeynəb əvvəlcə 

astadan. sonra bərkdən güldü, onun qaqqıltısı getdikcə ucalıb  ətrafa yayıldı. 

Əvvəlcə sevinən Kazım yavaş-yavaş ehtiyat eləməyə başladı. Özünü yığışdırıb 

soruşdu: 

Bura bax, nəyə gülürsən? 



- Gülməli adama gülərlər. 

- Mən gülməliyom'." - Kazım daha da ciddiləşdi. - Gəl  əməyindən daşı 

tök, sonra peşman olarsan. 

- Bircə onu görməzsən! 

Zeynəb dirsəyini göstərdi və dabanı üstündə  fırlanıb cəld aralandı. Kazım 

papağını başına basdı. 

- Yaxşı, borc olsun! 

Zeynəb itləri duyuq salmaqdan qorxub çəpərin dibi ilə  səssizcə yeriyirdi. 

Döngədəki teleqraf dirəyinin yanına qədər nəfəsini belə dərmədi. Sonra yoldan 

çıxıb, kəndin aşağısındakı evlərinə doğru uzanan cığıra düşdü və yalnız bu vaxt 

ayaq saxlayıb ətrafa göz gəzdirdi. 

Çöllərdə heç kəs görünmürdü, təkcə aramsız güyüldəyən teleqraf dirəkləri

bir də quru pambıq kollarının uclan nəzərə çarpırdı... 

O üç il bundan əvvəl orta məktəbi qurtarandan sonra pambıqda işləməyə 

başlamış  və rayonlararası yarışlara qoşularaq, öz manqası ilə birlikdə  hər 

hektardan qırx beş sentner pambıq verməyi öhdəsinə götürmüşdü.  İlk günlərdə 

öz-özünə inanmamış, sözünün yalan çıxaracağından qorxmuşdu. Ancaq onun 

manqası sözünə  əməl etmişdi. Bu il onlar hər hektardan əlli sentner pambıq 

yığmaq ümidində idilər.  İndi, Zeynəbin arzu ilə yaşadığı bir vaxtda, onu öz 

manqasından ayırmaq istəyirdilər. 

Zeynəb teleqraf dirəyinə söykənib dayandı. Yanaqlarının istiliyini, ürəyinin 

çırpındığını hiss etdi. Bayaqdan qəlbində coşan qəzəb birdən-birə yox oldu. 

Nəyinsə intizarını çəkən adam kimi, özünü na- 

  



____________________Milli Kitabxana_____________________ 

61 


 

rahat hiss etdi, yalqızlığını yeni görürmüş kimi, ürkək baxışlarla  ətrafına 

boylandı. Səbəbini özü də bilmədən qəlbini bir kədər bürüdü. Vahimələnən kimi 

oldu. 


Birdən o, təəccüblə çiyinlərini çəkərək "mənə  nə oldu?" - dedi. Heç nə 

düşünməmək, tez evə çatmaq üçün addımlarını yeyinlətdi. "Gərək  İmranı 

gözləyəydim. Bəlkə birdən qabağıma it-pişik çıxdı? 

O, evlərinə yaxınlaşanda özünü tam yalqız hiss etdi. Birdən-birə onda İmranı 

görmək arzusu doğdu. Hətta İmranı tapıb "ay yalançı, niyə məni tək qoydun? Bir 

az tez gəlsəydin xəncərinin qaşı ha düşməzdi" - deyə danlamaq istədi. Azacıq 

sonra qızın qaşları çatıldı. "Mən lap gülməli olmuşam" - dedi və addımlarını 

yeyinlətmək istəyirdi ki, birdən arxadan kiminsə gəldiyini hiss edib geri çevrildi. 

Qaranlıqda papiros işıldadı, kim isə astadan öskürdü. Zeynəb ürəyinin quş 

ürəyi kimi çırpındığını hiss etdi. Həmişə sevinəndə olduğu kimi, şıltaqlıq etmək 

arzusu doğdu. Arxasına baxmadan sürətini artırdı. İmranın yetişdiyini gördükdə 

saymazyana kənara çəkilərək ona yol verdi. Gələn adamın kim olduğunu 

bilmirmiş kimi, başını qaldırmadan onun keçib getməsini gözlədi. Lakin İmran 

dayandı, yavaşca onun qolundan tutub: 

- Özünü 

palçığa salma, - deyə cığıra çəkdi. 

Zeynəb qolunu onun əlindən çıxartdı. 

- Zəhmət çəkmə, yalançı... 

- Özün 

qaçıbsan. Mənim günahım nədir? 



Onlar kəndin ortasından keçən, burulub bağların arasında yox olan arxın 

kənarına çatdılar. Zeynəb qabağa adlayıb ayaq körpüsünə yaxınlaşdı. Tir 

islandığından keçmək mümkün deyildi. 

- Geri 


qayıt, sürüşüb yıxılarsan, gedək böyük körpüyə. 

Zeynəb ona əhəmiyyət vermədon, körpünün üstünə  çıxdı.  İki addım 

atmamışdı ki, ayağı sürüşdü.  İmran özünü yetirənə  qədər qız buzun üstünə 

düşdü. Zərbdən sınan buz xırıldadı. Zeynəbin ayaqları islandi. İmran əl atıb onun 

qolundan yapışdı. 

- Sözə niyə baxmırsan? 

Zeynəb onun qolunu itələmədi, əksinə, ona qısıldı. İmran qızın ilıq nəfəsini 

öz özündə hiss etdi. Qızı sinəsinə basacaqmış kimi, özünə doğru çəkib sudan 

kənara çıxaranda onun titrədiyini duydu. Zeynəb  əsəbiliklo gülüb qolunu onun 

əlindən çəkdi: 

- Səndən adama xeyir gələr? 

 



____________________Milli Kitabxana_____________________ 

62 


 

- Mənım günahım nədir, özün tərslik edirsən. 

Bir buna bax, - deyə Zeynəb islanmış ayağını göstərdi. 



Onlar arxın yaxası boyunca körpüyə doğru getdilər. Susurdular. Yalnız 

ayaqlarının altındakı qarın xırıltısı  eşidilirdi. Zeynəb körpüyə çatıb məhəccərə 

söykəndi. Gözlərini buzun arası ilə  şütüyüb axan suya zillədi. Birdən başını 

qaldırıb İmrana baxdı: 

- Yadına düşürmü? 

İmran ani olaraq ötən günləri xatırladı. Çox vaxt gecə  məktəbdən, yaxud 

klubdan evə qayıdanda onlar burada, körpünün üstündə yanaşı dayanardılar. 

Sonra Zeynəb yüngül addımlarla, arxın yaxası boyu salınmış bağa girər, 

ağacların arasında gah xəyal kimi görünür, gah da yoxa çıxardı.  İmran sakit 

dayanıb qızın arxasınca baxar, Zeynəb bağın ayağındakı evlərinə girincəyə qədər 

onu gözdən qoymazdı.  İmran yarpaqların pıçıltısını dinlər,  şırıltı ilə axan suda 

əks edən titrək ulduzlara, saçaq-saçaq olub sallanan söyüd ağaclarının qatı 

kölgəsinə baxardı. İmran beləcə dayanmağı, təbiətin bu sakit gözəlliyinə tamaşa 

etməyi xoşlardı. O, şirin xatirələri yadına sala-sala Zeynəbə baxdı: 

- Yadımdadır. 

- Bəs may bayramı necə? Sən də Gəncədən qonaq gəlmişdin... 

- O 

da 


yadımdadır. 

Onlar yenə susdular. Zeynəb üç il bundan əvvəl keçirilən may bayramını 

yadına saldı. 

Gözəl bir yaz günü idi. Ağaclar, çöllər, çəmənlər bir-biri ilə  bəhsə girmiş 

kimi gül-çiçək açmışdı. Hava elə  təmiz, sərin və  ətirli idi ki, nəfəs almaqdan 

doymaq olmurdu. Bütün kənd çay kənarındakı meşəyə toplaşmışdı. Cavanlar 

atları qoşalaşdırır, xəndəklərdən atlanaraq tel-tel olmuş zəmilərin arası ilə çapıb 

gözdən itirdilər. Zurnaçılar cuşa gələrək daha da zilə  çəkir, cıdıra çıxanların 

qayıtmasını gözləyirdilər. Oğlanlardan bəziləri atlarını zurnaçıların lap 

qabağında saxlayırdı. At fınxırır, yerində fırlanıb yüyəni çeynəyir, şahə qalxaraq 

kişnəyirdi. Al-əlvan geyinmiş  qızlar çöllərə  səpələnib gül-çiçək dərir, sinəsi 

qızaran taxılların arası ilə qaçıb laləlikdə görünməz olurdular. Hamı çalıb 

oynayırdı. Əlində uzun bir tənək çubuğu tutan Kərim dayı: 

- Ay 


uşaq, dala durun, - deyə qışqırıb çubuğu hərləyirdi. Uşaqlar gülüşüb 

geri çəkilir, meydan böyüyürdü. Kərim dayı  əvvəlcə özü qabağa düşür, çiynini 

çəkib dayanır və birdən əllərini qoşalayıb qaldıraraq silkələnə-silkələnə, sevdiyi 

"Uzundərə" havasını oynayırdi. Kə- 

 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə