Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə17/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   13   14   15   16   17   18   19   20   ...   132

____________________Milli Kitabxana_____________________ 

51 


 

yavaş əlini işdən çəkdi. Nə çox idi qonum-qonşuda bir qarın çörək üçün kömək 

istəyən... 

Sayalı nəyinki ev işindən, kolxozun işindən də əl çəkdi. Qurban ona dedi ki, 

"evdə otur, heç yerə getmə. Görürsən ki, qapımızdan qonaq əksik olmur". Aylar 

ötdükcə Sayalı  ətə dolub qəşəngləşir, ipək paltarın birini soyunub, o birini 

geyinirdi. Kənddə bir toy, bir məclis onsuz keçmirdi. Oğluna nişan qoyan da, 

qızını  ərə verən də, evinə  gəlin gətirən də,  əsgərlikdən oğlu gələn də  əvvəlcə 

onunla məsləhtıtləşməliydi, yoxsa Sayalının burun-damağını  yığıb-yığışdırmaq 

olmazdı. 

Müharibədən sonra da bu vərdiş bir müddət davam etdi. Onsuz bir iş olanda 

Sayalı əlini belinə qoyub qışqırırdı: "Nə tez yadından çıxdı? Dava vaxtı səni mən 

saxlamadımmı? Neçə  dəfə qapıma gəldin, çörəkləyib yola saldım.  İndi ağzınız 

genişliyə çıxıb? Qurban olmasa idi heç sümüyün də qalmamışdı. Yoxsa axsaya-

axsaya gəlib yalvardığın, məni uşaqların başma çevir dediyin yadından çıxıb?" 

Kosaoğlu da arvadından geri qalmırdı. Müharibə dövründə  kəndə hökmranlıq 

edən bu adam heç kəsi tanımaq istəmir, nəyin hesabına olursa-olsun sədrliyi 

əlində saxlamağa çalışırdı. 

...Çay-çörəkdən sonra Şahnaz süfrəni yığışdirıb qonşu otağa keçdi. Ər-arvad 

tək qaldı. Qurban gümüş qutusunu çıxardıb sarı saçaqlı tütündən papiros eşdi. 

- Bu 

gədə bizim başımıza oyun açmasa yaxşıdır. Sayalı təəccüblə ərinin 



üzünə baxdı. 

- Hansı gədə? 

- Tükəzbanın oğlunu deyirəm. Deyəsən, atası kimi tərsin biridir. 

- Elə  şey olmaz, a kişi, dünən yolda gördüm, yaman xoşuma gəldi. 

Deyəson, mərifətli uşaqdır. Heç inanmazdım ki, dul Tükəzban belə oğul böyüdə. 

Kosaoğlu istehza ilə güldü: 

- Eləliyinə baxma, şuluq uşaqdır. 

- Olmaya 

aranızda söz olub? 

- Yox, 


deyə Qurban sakitcə cavab verdi, - hələ heç nə olmayıb. 

Amma ağzının havasından görürəm ki, bizimki tutmayacaq. Mən belə 

fikirləşmirdim. 

Bir anlığa aralığa sükut çökdü. 

- Bəs necə fikirləşirdin, a kişi? 

  



____________________Milli Kitabxana_____________________ 

52 


 

Kosaoğlu köksünü ötürüb mütəkkəyə dirsəkləndi, ayaqlarını uzadıb yerini 

rahatladi, sağ əlini qırxıq başında gəzdirdi. 

- Doğrusu, yaman diribaş  uşaqdır. Elə bil od parçasıdır. Elə ürəyimə 

yatırdı ki... 

O, papirosunu sümürdü. Gözlərini qıyıb otuzluq lampaya baxdi. Sayalı ərinin 

fikrini başa düşən kimi oldu. Nədənsə Şahnaz gəlib gözlərinin önündə dayandı. 

- Düz 


deyirsən, əyə, birlik olmasa iş yeriməz. İllah da ki, kənd yerində. 

- Nə isə, arvad...yer sal yataq. Yaman yuxum gəlir. 

Sayali yer saldı. Lampanın piltəsini aşağı çəkdi. Bir azdan Qurban xoruldadı. 

Sayalı isə gözünü tavana zilləyib, işə necə başlayacağını fikirləşdi... 

 



 



Zeynəbi od götürmüşdü. Bir az bundan qabaq arxın üstündə Gövhər qarıdan 

eşitdiklərinə  əvvəlcə inanmaq istəməmişdi. "Onun peşəsi elə aralıqda söz 

gəzdirməkdir" - deyə düşünmüş  və  səhəngini götürüb geri qayıtmışdı. Ancaq 

yolda öz manqasının üzvü Gülsümə rast gəlmişdi. "Ay Zeynəb bacı, bu nə işdir? 

Belə olsa heç mən də orda qalmayacam," - deyə Gülsüm kövrəlmiş halda, 

eşitdiklərini ona danışmışdı. Zeynəb yenə  də sakitliyini pozmamış, "işində ol, 

belə boş sözlərə inanma" - dcyə Gülsümə  təskinlik vermişdi. Amma evə  gəl-

dikdən sonra təsirlənmiş, düşündükcə odsuz-ocaqsız alovlanmağa başlamışdı. 

"Bu kişi lap ağlını itirib. Kefi nə istəyirsə onu eləyir. Heç buna qoruq-qaytaq 

edən yoxdur. Salaşmadığı adam qalmadı.  İndi də  mənə  əl uzatdı. Axı niyə ey, 

nədən ötrü? Nə əsasa görə'?.." 

O, evdə  hərlənir, mütəkkələri çırpıb taxtın üstünə düzür, qab-qacağı 

danqıldadırdı. "Özü də onun-bunun sözü ilə iş görür. Bilirəm, o elə əvvəldən də 

buna razı deyildi". 

Zeynəb bir yerdə durub sakitləşə bilmirdi. Tez-tez eşiyə  çıxır, qapıları 

taqqıldadır, eyvanda hərlənir və öz-özünə deyinirdi: "Gör bir mənim yol 

göstərənim kim olub? Xır-xır Kazım! Hamısını da eləyən o Kosaoğludur. Zərər 

yoxdur. Görünür, o hələ məni yaxşı tanımayıb. Mən onu bir Kosaoğlu elərəm ki

biri də yanından çıxar". 

  



____________________Milli Kitabxana_____________________ 

53 


 

Zeynəb içəri girdi, şalını başına örtüb bayıra çıxdı. Çəpori ayaqlayıb qonşu 

həyətə keçdi, Tükəzban xalanı çağırdı. Arvad eyvanda göründü. 

İmran evdədirmi? 



- Yox, 

səhərdən getdiyidir. İdarədə olar. Neyləyirdin? 

İşim var. 



- Gəl otur, indicə gələr, şər qarışır. 

- Yox, 


Tükəzban xala, gözləyə bilmərəm. 

O, dönüb aralandı. 

Qaranlıq düşürdü. Qapı-bacalarda qaraltılar çoxalırdı. Baltalar taqqildayır, 

dallarında səbətlə saman gətirən uşaqlar tövlələrə yaxinlaşırdılar. Arvadlar 

buzovu  əmizdirdikdən sonra çəkib mıxa bağlayır, südü evə qoyub qayıdır və 

qarın üstündə ot yeyən inəkləri haylayıb dama salırdilar. Bəzi qapılarda itlər yal 

üstündə boğuşurdu. Yavaş-yavaş sazaq başlayır, göy üzündə təkəmseyrək ulduz 

görünürdü. Dərsdən qayıdan uşaqlar tələsir, özlərini evə salmağa çalışırdılar. 

Onların bəziləri soyuqdan büzüşür, bəziləri də papaqlarınin qulaqları atıla-atıla 

qaçırdılar. Pəncərələrdə titrəyən işıqlar çoxalır, bacalardan çıxan tüstü axşam 

toranlığına qarışıb yox olurdu. 

Zeynəb heç nəyə fikir vermədən irəliləyir, öz-özünə Kosaoğlunu asıb-kəsirdi: 

"Gərək elə hamı Kosaoğlunun qohumu olsun? Kolxozun xeyir-şərində biz də 

iştirak etsək dünya dağılmaz ki! Elə gərək hər şeyi qamarlayıb özləri götürsün? 

Kənd onların adına ha yazılmayıb! Daha bəsdir! Hər şeyi açıb lap gözünün içinə 

deyəcəm. İslanmışın yağışdan nə pakı? Onsuz da mənə dəli Zeynəb deyirlər". 

Zeynəb kolxozun xırman yerinə çatdı. Saman tığlarının yanında kişilər 

çənələrini yabaya söykəyib söhbət edirdilər. Onlar saman keşikçisinə  nə isə 

deyir, o da qışqırırdı ki, olmaz". Başqa vaxt olsaydı Zeynəb bəlkə  də dayanıb 

söhbət edənlərə salam verər, sinə-sinə tayalara yaxınlaşaraq səbətlərini samanla 

doldurub qaçan uşaqlara acıqlanar və keşikçiyə sataşıb "gözlə özünü də  səbətə 

qoyub apararlar", - deyərdi. Ancaq indi hövsələsi yox idi. 

O, xırmandan tələsik keçib idarəyə doğru addımladı. Xəstxananın yanında, 

əyninə qara xəz palto geyinmiş  Şahnazla rastlaşdı. Onlar sakitcə bir-birini 

başdan-ayağa xeyli süzdülər. Şahnaz birdən qəhqəhə çokdi. 

- Ay 


qız, şala nə yaman bürünübsən? 

- Hamı sənin kimi şuba geyinməz ki, Şahnaz xanım! 

 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə