Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə16/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   12   13   14   15   16   17   18   19   ...   132

____________________Milli Kitabxana_____________________ 

48 


 

  

Sayalı göz yaşlarını silərək lampanın piltəsini qaldırdı, ocağı qaladı. Ev 



isindi. Hər şey sakitləşəndən sonra Qnrban qolunu göstərib yaralandığını söylədi. 

- Səni təmizmi buraxdılar? 

- Yox, 

qospitala 



gedirəm. Yolda maşından düşdüm. Uşaqlardan ötrü 

burnumun ucu göynəyirdi... 

Sayalının qaşları çatıldı: 

- Hansı qospitala gedəcəksən? 

- Nə bilim, hansı olsa. Elə istəyirəm öz rayonumuzdakında yatam... 

Səhər onlar birlikdə rayon mərkəzinə, xəstəxanaya getdilər. Cəbhədən yenicə 

gətirilmiş yaralıları qəbul edirdilər. Qurban da onlara qarışdı... İki gündən sanra 

Sayalı yenə əri ilə görüşdü. Bu dəfə Qurbanın rəngi daha da ağarmışdı. Gözləri 

çuxura düşmüşdü. Dili-dodağı təpimişdi. 

O, arvadını bir küncə çəkdi. 

- Sayalı, ölmüşəm, meyidimi götür, amanın bir günüdür, məni çevir 

uşaqların başına. 

- Nə olnb, a kişi? 

Qurban ehtiyatla ətrafa baxdi. Pıçıltı ilə: 

- Deyəsən, üstü açılacaq, - o, yaralı qolunu göstərdi, - özüm eləmişəm... 

Sayalı ilan çalırmış kimi dik atıldı. Bir-iki addım geri çəkilib ərini nəzərdən 

keçirdi. Qurbanın elə pərişan görkəmi vardı ki, yağının da yazığı gələrdi. Sayali 

dinmək istədi, bacarmadı. Qəhər onu boğdu. 

- Məni çevir uşaqlarının başına, - deyə Qurban yenə xırıldadı. 

- Bir 


xatadır, əlimdən çıxıb. Gör bir təhər kömək eyləyə bilərsənmi... 

Sayalının bədəninə  üşütmə düşdü. Çiynindəki ağ yun şala bərk-bərk 

bürünərək, dinməz-söyləməz, evinə qayıtdı. Taxtın üstünə döşənib hönkürtü ilə 

ağladı. Uşaqlar onun başına yığışdılar. 

- Ana, 

nə olub? 



- Dədəm getdi? 

- Dədəmi ürəyim elə istəyir ki!.. Bəs havaxt gələcək? 

- Mən dədəmdən küsmüşəm. Bizi qoyub niyə getdi? 

Doktor qolunu sarıdımı, ay ana? 



Sayalı dinmirdi, hönkürtüsünü boğmaq istəyirdisə  də bacarmırdı, çiyinləri 

qalxıb-düşürdü. 

  



____________________Milli Kitabxana_____________________ 

49 


 

Uşaqlar da hönkürüşdülər. Sayalı özünü toplayıb ayağa durdu. Göz yaşını 

silib uşaqlarına baxdı. Onlar boyunlarını büküb dodaqlarını büzmüşdülər. Lap 

balaca qızın saçı gözünün üstünə tökülmüşdü. Burnundan selik axırdı. O, balaca 

yumruqları ilə gözlərini ovuşdururdu. 

- Dədəm niyə gəlmədi, ay ana? 

Sayalı uşaqlarıni bir xeyli süzdü. Elə bil onlar analarından imdad istəyir, "bizi 

atasız qoyma" deyirdilər. Sayalı titrədi, uşaqlarının yetim qalacağını düşünüb 

dəhşətə gəldi. 

Qaranlıq qarışdı. Sayalı ocağı qalamadı, lampanı yandırmadı. Uşaqlarına yer 

saldi, özü isə  gəbənin üstünə uzanıb dirsəkləndı. Səhərə  qədər gözlərini yuma 

bilmədi. "Bəs el-oba bilsə buna nə deyər? El içində rüsvay olaram. Camaatın 

üzünə necə baxacam? Axı mənim bəxtim niyə qaradır?!" O, əvvəlki ərinin necə 

tutulub aparıldığını gö-zünün qabağına gəlirdi.  İkinci dəfə bu cür rüsvay 

olacağını düşünəndə bədəni əsdi... 

Sayalı qapıdakı camışı  və  gəbələrdən birini satdi. Hərbi xəstəxananın 

qapısina ayaq döyməyə başladı, çətinliklə də olsa, istədiyi adami tapdı... 

Bir aydan sonra Qurban yarım illik möhlət alıb evlərinə qayıtdı. Kənddə ona 

hörməl etdilər. Hətta arvadlar yığışıb onu sədr seçdilər. Qurban o qalmaqla qaldı. 

İlk günlər o hamının hörmətini qazanmağa çalışdi.  Əsgər ailələrinə kömək 

etdi, otu olmayana ot, taxılı olmayana taxıl payladı. Kolxozun sulu yerini əl 

altından bölüşdürüb istədiyi adamlara payladı. "Qarğıdalı əkin, bostan becərin. - 

dedi, - birtəhor başınızı dolandirın". Bəzən Sayalı ərinin hərəkətlərinin səbəbini 

soruşanda "arvad, sən qarışma,   deyə Kosaoğlu cavab verirdi, - mən nə 

elədiyimi bilirəm". 

Yavaş-yavaş kənddə Kosaoğlunun başına and içənlər çoxaldı. Arvadların dili 

ağzına sığmadı: "Allah onun ömrünü uzun eləsin, o olmasa axırımız itərdi". 

Kosaoğlu öz hərəkətlərindən məmnun qalır, "belə etməsəm olmaz, - deyirdi, - 

yoxsa ağzıgöyçəyin biri məsələni öyrənər, gedib xəbər verər. Ondan sonra 

tribunaldan yaxamı qurtara bümərəm. Bir də ki, mən nə itirirəm, kolxozun varı-

dövlətidir, paylayıram". 

Aylar keçdikcə Qurban yerini möhkəmlədirdi. Onun qapısına gəlib-gedənlər 

çoxaldı. 

  



____________________Milli Kitabxana_____________________ 

50 


 

Kazımla Kosaoğlunun dostluğu da elə bu vaxtdan başlamışdı. Soyuq bir qış 

axşamı Kazım boynunu büküb sədrin evinə  gəldi. Onun qabağına çay-çörək 

qoydular. Ancaq Kazım dilinə heç nə vurmadı. Bunu görən Kosaoğlu: 

Ə, boğazın tikilməyib ha, niyə çörək yemirsən? 



- Vallah 

düz 


deyirsən, elə boğazım tikilmiş kimidir, bu saat gözümə 

çörək-zad görünmür. 

Ə, nə olub? 



- Qurban 

qağa, paveska gəlib, deyəsən,  əsgər aparacaqlar, - Kazım 

doluxsundu. – Mənə kömək elə, birtəhər vayonkomla danış, möhlət versin. 

Kosaoğlu ona söz verdi, səhəri rayona getdi. Hamıdan xahiş etdi ki, heç 

olmasa qoyun, kolxozda bir kişi briqadiri qalsın. Bir sədr kimi onun sözünü 

eşitdilər. Bundan sonra Kazım Kosaoğlunun qarşısında  əlibağlı qula döndü. 

Qurban yavaş-yavaş onu özünə köməkçi etdi. Kolxozun sulu yerindən ona da bir 

hektar verdi. "Özünə bostan ək" - dedi. Kazım sevinə-sevinə həmin yeri becərdi. 

Payızda isə qarpızları şəhərə satmağa apardı. Kəndə bir ətək pulla qayıtdı. 

Bir gün Kosaoğlu onu yanına çağırdı: 

- Bəs mənim payım? 

Kazımın məsələni başa düşmədiyini hiss edən Kosaoğlunun qaşları çatıldı: 

Özünü niyə qanmazlığa qoyursan? Səni  əsgərlikdən saxladım, kolxozun 

yerini verdim, bostan əkdin. Elə bilirsan bunlar müftə başa gəlir? Təkcə sən yox, 

elə hamınız beləsiniz. Heç olmasa sənə çəkdiyim xərci ödə. 

Kazım heç nə demədi. Dinməz-söyləməz evə qayıtdı, bostandan qazandığı 

pulun yarısını gətirib Kosaoğluna verdi. 

Var-dövlət artdıqca Kosaoğlu özünə dost tutmağa çalışır, rayondan kolxoza 

gələnləri dərhal evinə aparır, onları yedirib-içirməmiş buraxmırdı. Ortada əl iyi 

kimi fırlanan Kazım gah dükana, gah anbara qaçır, gah da kolxozçuların birinin 

qapısinı döyüb, "kişinin rayondan qonağı gəlib, bir heyvan ver" - deyirdi. 

Bəzi rayon işçiləri bu evə ayaq açandan sonra Kosaoğlu daha da dirçəldi. 

Sayalı evinin cah-cəlalmı gördükcə sevinir, Qnrbanın başına pərvanə kimi 

dolanırdı. Əvvəllər qonaqlara özü qulluq edən Sayalı yavaş- 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə