Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə15/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   11   12   13   14   15   16   17   18   ...   132

____________________Milli Kitabxana_____________________ 

45 


 

Qurban kolxoza girəndən sonra ev-eşik tikdirdi. Əyin-başını düzəltdi, hətta 

özünə yaxşı bir at da aldı. O, hər gün atını minib kəndin arası ilə çapanda, ya da 

briqada üzvlərini işə çağıranda, qız-gəlinlər onun dalınca baxmağa başladılar. 

- Yamanca 

qoçaqlaşıb, amma bilmirsan niyə evlənmir? 

Ona kim gedər? Qapqara şeydir. 



- Kişi gözəl olmasa da olar. Ağlığı nəyə gərəkdir, üzündə qatıq doğramacı 

yeməyəcəklər ha... 

- Ay 

qız, deyəsən, ürəyinə yatır? 



- Pis 

oğlan deyil ki... 

Qızlar gülüşür, onun kimi istəyəcəyini gözləyirdilər. Sayalı isə heç nəyə fikir 

vermədən işləyirdi. 

Amma bir gün kənddə heç kəsin ağlına gəlməyən bir hadisə baş verdi... 

Kəndin suyunu kəsmişdilər. Görünür, arxı  təmizləyəcəkdilər. Qız-gəlinlər 

səhər tezdən durub, kənddən xeyli aralı axan çaydan su gətirməyə gedirdilər. 

Hələ nişanlı seçməyən qızlar səhəngi götürməzdən  əvvəl özlərinə  sığal verir, 

qaş-gözlərini düzəldir, gəlinlər onlara sataşır, qarılar isə qibtə ilə cavanlara baxır, 

öz aralarında pıçıldaşırdılar. Çay kənarına səpələnən qız-gəlin səhəngləri 

doldurur, hərdən bir-birinin üstünə su atıb zarafatlaşırdılar. Qaqqıltı  hər yeri 

bürüyürdü. 

Sayalı qabı yenicə doldurub kənara qoymuşdu ki, kənd tərəfdən qarı tozlaya-

tozlaya gələn kəhər atlı bir oğlan çaya yaxınlaşdı. Yaxası açıq idi. Şinelinin uzun 

ətəkləri havada yellənirdi. Uzaqdan baxanda adama elə  gəlirdi ki, nəhəng bir 

quşdur, qanadlanıb uçmaq istəyir. 

Qızların yanından güllə kimi ötən at, özünü suya saldı. Nazik buz çilik-çilik 

oldu. Oğlan atının başını  çəkib, ağzını çay yuxarı saldı. Kəhər başını dik tutub 

suyu yardı. Daşları  şaqqıldada-şaqqıldada iki-üç dəfə çay yuxarı gedib-gəldi. 

Sahibinin arzusunu bilirmiş kimi sonra birbaş  qızların üstünə cumdu. Qızlar 

çığırışıb  ətrafa dağıldılar. Ancaq Sayalı yoldan çıxmadı. Kəhər ona toxunub 

keçdi. 


- Ciyəriyanmış, elə bil havalanıb, gözü ayağının altını görmür. 

Oğlan atın başını qanırıb geri qayıtdı. Düz Sayalının qabağında dayandı. 

Gəlinin dolu sinəsi tez-tez qalxıb enir, burun pərələri genişlənirdi. Yanaqları 

soyuqdan və həyəcandan qızarmışdı. 

- Məni cin atına mindirmə! 

- Neylərsən? 

  



____________________Milli Kitabxana_____________________ 

46 


 

Sayalı gözlərini süzdürüb qaşlarını çatdı  və altdan yuxarı ona elə baxdı ki, 

oğlan titrədi: elə bil Sayalını birinci dəfə görür, onun qaynar gözlərinə ilk dəfə 

baxırdı. Oğlanın qanı üzünə vurdu. 

Vallah, bu saat atın tərkinə alıb apararam. 



- Bəyəm halvadır? 

Su içimi kimi. 



Sayalının həyəcanı daha da artdı. Dəyirmi papağını gözünün üstünə basmış 

oğlana və yüyəni çeynəyib fınxıran ata baxdı. 

Yolunla düz get, Qurban, el içində özünü də, məni də biabır eləmə. 



Onun səsi titrədi. Bunu hiss edən Qurban daha da ürəkləndi. 

- Demək əlinin dalını yerə qoyursan? 

Sayalı dik onun gözünün içinə baxdı. Gülümsündü, yanaqları çökəldi, 

dirsəyini Qurbana göstərib şaqqıldadı. 

- Başa düşdünmü? 

Qurban heç nə demədən atı məhmizləyib onun üstünə şığımaq istədi. Kəhər 

yerindən tərpənməmiş Sayalı geri sıçradı. Havalanan at Qurbanı götürüb xeyli 

aralandı. Qızlar gülüşdülər. Qurban gözdən itəndən sonra qara kəlağayılı, göy 

koftalı bir qız Sayalıya yaxınlaşdı. 

- Qurban 

kişi kimi sözünün üstündə durub səni aparsaydı, nə yaxşı olardı! 

Sənə söz düşmür, kəs səsini! 

- Heç 

çığır-bağır salma, ay Sayalı bacı, pis oğlan ha deyil. İstəsə elə 



gedərsən ki, vallah, ürəyin tökülür. 

Bir neçə gün sonra kəndə səs yayıldı ki, Qnrban Sayalını aparıb... Onlar pis 

dolanmadılar. Elə ilk gündən Sayalı Qurbana kömək etməyə, briqadanın yazı-

pozu işlərini düzəltməyə, əmək günlərini hesablayıb nizama salmağa başladı. Az 

sonra Sayalı Qurbanı gecə  məktəbinə göndərdi. "Mən oxuya bilmədim, sənsə 

oxu" - dedi. O, Qurbana dərslərində də kömək elədi. 

İllər dolandı, uşaqları oldu. Qurbanın vəzifəsi yavaş-yavaş böyüdü; onu 

kolxoz sədrinə müavin seçdilər. Ancaq müharibə  hər  şeyi yarımçıq qoydu. 

Qurban əsgər getdi. 

İlk günlər Sayalı çox darıxdi. Evə baş sala bilmədi. Uşaqlara baxdıqca gözləri 

doldu. Hər gün doqqaza - poçtalyonun qabağına yüyürdü, Qurbandan gah hər 

gün məktub gəlir, gah da aylarla xəbər-ətər olmurdu. Onun məktubları  həmişə 

şikayətlə dolu olurdu. Soyuğa, 



____________________Milli Kitabxana_____________________ 

47 


 

əziyyətə dözə bilmədiyini yazırdı. Sayalı hiss edirdi ki, əri döyüşdən çox evə 

qayıtmaq haqqında düşünür. 

Sayali bəzən gecə səhərə qədər yata bilmir, yerinə qor dolmuş kimi o üz-bu 

üzə çevrilirdi. Bayırda külək  əsən kimi diksinir, adi bir taqqıltıdan oyanır, çox 

vaxt alt paitarında eşiyə  çıxıb çovğuna, qara baxırdı. Qayıdıb yerinə girdikdən 

sonra da yata bilmirdi. "Görəsən indi hardadır? Bu soyuqda səngərdədir, 

düzdədir? Yazıq necə dözür? Sağ-salamat qayıdıb gələcəkmi?" O, hər gün 

qəzetlərə baxır, kənddə gedən söz-söhbətə qulaq verirdi. Kiminin yaralandığını, 

kiminin qəhrəmanlıqla vuruşub orden aldığını eşidir, onun da ürəyində şirin ar-

znlar doğurdu. Qurbanın haqqında şad xəbər eşilmək, bir qadın kimi əri ilə fəxr 

etmək istəyirdi. 

Sayalı Qurbana ərə gedəndən sonra qəlbində qəribə bir hissin baş qaldırdığını 

duyurdu. O istəyirdi ki, əri adli-sanlı adam olsun, Sayalını barmaqla göstərib 

"filankəsin arvadıdır" desinlər. Amma hər dəfə  məktub alanda Sayalı  məyus 

olurdu. Qurban hey zarıyırdı. 

Sayalı əvvəlcə ürəyində onu asıb kəsir, "tabsız", hətta "qorxaq" deyə qarasına 

danışırdı. Bəzən də "neyləsin? - deyirdi, - yazıq çöl gorməmişdi". Gah da o

ərinin qayıtmayacağını  təsəvvürünə  gətirirdi. Belə hallarda körpələrinə baxıb 

dəhşətə gəlirdi. "Yox, qoy şikest olsun, iraq canından, bir qolu, bir qıçı olmasın, 

amma qayıdıb evinə gəlsin, balalarını yetim qalmasın" - deyirdi. 

Qaranlıq bir qış gecəsində, bu cür qarmaqarışıq fikirlərdən sonra Sayalı 

yenicə yuxuya getmişdi ki, birdən itlər hürüşdü, sonra qapı döyüldü. O səksəkəli 

halda soruşdu: "Kimsən?" Bayırdan boğuq səs eşi-dildi: "Mənəm, aç qapını". 

Sayalı qapını açanda gözlərinə inana bilmədi. Gələn Qurban idi. Üz-başını 

tük basmışdı. Şineli palçığa bulaşmışdı. Sarıqlı qolu boynundan asılmışdı. Sayalı 

ərinin boynuna sarılıb ağladı. Qurban onu sakitləşdirdi. 

- Uşaqlar hanı? 

- Yatıblar. 

Qurban taxtın üstündə yan-yana salınmış yorğan-döşəkdə yatan uşaqlarına 

yaxınlaşdı. Bir anlığa hər şeyi unudaraq balalanna tamaşa elədi. Özünü saxlaya 

bilməyib hönkürdü. 

Uşaqlar oyanıb döyükdülər, gözlərini ovuşdurub mat-mat atalarına baxdılar. 

Əvvəlcə onu tanıya bilmədilər. Sonra boynuna sarıldılar. Evi marçıltı  və gülüş 

səsləri bürüdü. 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə