Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə11/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   7   8   9   10   11   12   13   14   ...   132

____________________Milli Kitabxana_____________________ 

33 


 

Axşamüstü göyün üzü tutuldu. Bərk sazaq başladı. Eyvanın baş  tərəfindəki 

buxarıda sac asan Tükəzban xala, axırıncı çörəyi qıraqlayıb ayağa durdu. Üst-

başıni çırpıb sacı çevirdi. Közün həniri onun üzünə vurdu. İsti çörəkləri tabağa 

yığıb evə apardı, taxtın üstünə  sərdi. Sonra ağ samovarı su daşından süzülən 

dumduru su ilə doldurub buxarının yanına qoydy. Maşanı götürüb sacın altından 

çıxan közləri qurdaladı. Elə bu vaxt çəpərin o üzündən səs gəldi. Tükəzban xala 

Zeynəbi səsindən tanıyıb hay verdi. 

- Sən Allah, mənə bir xəkəndaz od ver. Peçi qalamaq istəyirəm. 

Heç bilmirəm spiçkanı hara qoymuşam. 

- Gəl apar. 

Eh, bir də kim gəlsin! Doldur, elə çəpərin üstündən bəri ver. 



Oralara od-zad salarsan. Doqqazdan keç, gəl apar. Zeynəb əlini 

payaya uzatdı. Ayağını çəpərin alçaq yerinə qoyub bəri üzə keçdi və 

bir göz qırpımında eyvana çıxdi. Tükəzban xala təəccüblə: 

- Bıy, başıma xeyir, ay qız, hardan gəldin? 

Zeynəb gülə-gülə  xəkəndazı doldurdu. Tükəzban xala çəpərin tapdanmış 

yerinə baxıb başını buladı. 

- Bilmirəm nə vaxt ağıllanacaqsan? 

- Nə olub ki? 

Daha bundan artıq nə olacaq? Sənin əlindən çal-çəpər də qalmadı. 



Keçi kimi, hara gəldi dırmaşırsan. Ayaq basmadığın yer yoxdur. Evimizin 

dörd tərəfində cığır salıbsan. Heç fikirləşmirsən ki, Tükəzban dul arvaddır, bir də 

kim onun qapısına-bacasına çəpər çəkəcək? 

- Bıy!.. - Zeynəb şaqqıldayıb güldü. – Bəs oğlun balacadır? 

- Mənim oğlum çəpər çəkəndir? 

- Niyə çəkmir, bəyəm oğlun o qədər artıq adamdır? 

Tükəzban xala gözlərini qırpmadan diqqətlə Zeynəbə baxıb, bilmək istədi ki, 

qız zarafat eyləyir, yoxsa İmran barədə doğrudan da bu fikirdədir? Birdən arvad 

xəkəndazı götürüb közü ocağa tökdü. 

- Sənə od-zad verən deyiləm. Çəpəri ayaqladığın yetmir, od da istəyirsən? 

Zeynəb qarının könlünə dəydiyini hiss etdi. 

- Bir 


də ayaqlamaram. 

- Yalan 


deyirsən. 

-  


Bəs neyləyim ki, inanasan? 

  



____________________Milli Kitabxana_____________________ 

34 


 

- And 


iç. 

- Nəyə? 


İmranın canına. 

Zeynəb azacıq qızardı. 

İmran mənim and yerimdir? 



Bir buna bax! - deyə Tükəzban xala səsini uzatdı. - Ay qız, sən gərək 

şükür eyləyəsən ki, mən səni İmranın canına and verirəm. 

Zeynəb qəfildən qarını qucaqlayıb üzündən öpdü. 

- Xətrinə  dəyməsin, mən elə-belə dedim, qoy xəkəndazımı doldurum 

gedim. 


- And 

içmirsən? 

Zeynəb gözlərini Tükəzban xalanın üzünə dikdi. Onun saçları ağarsa da, özü 

gümrah idi. Sifəti hələ gözəlliyini itirməmişdi. Yanaqlarının qızartısı belə 

getməmişdi. Ancaq gözlərinin  ətrafındakı  qırışlar çoxalmışdı. Burnu, çatma 

qaşları, açıq alnı, qonur gözləri İmranı xatırladırdı. O da, İmran kimi, qaşlarını 

çatıb diqqətlə adama baxırdı. Zeynəb Tükəzban xalanın gözlərinə xeyli baxdı və 

birdən özünü itirən kimi oldu. Səsi titrədi: 

- Mənsiz də onun canına and içən tapilar. 

Tükəzban xala qızın bir az tutuılduğunu, hətta gözlərinin yaşardığını gördü. 

Hiss etdi ki, "mənsiz də onun canına and içən tapılar" - deyəndə nədənsə Zeynəb 

kədərləndi, köksünü ötürdü. Qarının da ürəyi yumşaldı. Axı bu qızı özü 

böyütmüş, ona analıq etmişdi. 

- Yaxşı, əvvəlcə mənə komək elə, odunu içəri daşı, ocağı qala, sonra od 

apararsan. İmran da indicə gələcək. Anası ölmüş səhərdən getdiyidir. 

- Gəlsin özü ocaq qalasın, mən ona borclu deyiləm ki! 

- Ay 

qız, bəsdir. 



- Düz 

deyirəm də. Ya da arvad alsın. Kimi gözləyir? Balacadır? 

Onun taylarının iki-üç uşağı var. 

Ay günü ağ olmuş, sənə dedim mənə kömək elə, daha demədim inkir-



minkir başla. Di tez ol. 

Zeynəb gülə-gülə  həyətə düşdü. Yarılıb qalaqlanmış odunlardan bir qucaq 

götürüb  ıçəri apardı. Tükəzban xalanın peçə doldurduğu közlərin üstünə  yığıb 

üfürməyə başladı.  Əyildikcə yoğun hörükləri çiynindən sürüşüb sinəsinə 

düşürdü. Ocaq közərir, odunlar çatıldaşaraq yavaş-yavaş alışırdı. Qapağın 

deşiklərindən süzülən işıqlar döşəmədə 

  



____________________Milli Kitabxana_____________________ 

35 


 

oynayanda, Zeynəb saçlarını geri atıb ayağa durdu. Tükəzban xala qızın pörtmüş 

yanaqlarına, üzünə tökülmüş cığalarına, qalxıb-enən sinə-sinə, çirməkli qollarına 

baxdı. "Uçuq bir evin dirəyidir. Qız deyil, qızıl parçasıdır. Hansı evin qapısından 

girsə, çıraq kimi işıq salacaq. Halalca uşaqdır". O, üst-başının tozunu çırpan 

Zeynəbi bir daha nəzərdən keçirdi: 

- Bilmirəm oğlanların gözü niyə bağlanıb, səni niyə görmürlər?! 

Zeynəb daha da qızardı. Hər dəfə Tükəzban xaladan eşitdiyi bu söz onun 

xoşuna gələrdi. İndi isə özü də hiss etmədən, diksinən kimi oldu. 

Tükəzban xalanın gözlərinə baxa bilməyib başını aşağı saldı. 

- Məni az təriflə. 

- Təriflənəsi qızsan, tərifləyirəm, qadan alım. Maşallah, gün kimi şölə 

salırsan, sənə pis deyənin dili quruyar. 

Zeynəb getmək istədi. Tükəzban xala onun qolundan tutub saxladı. 

- Başım qarışıb, yadımdan çıxıb. Sən ananın goru, taxtın üstə çıx, çırağın 

şüşəsini də sil. Qoca arvadam, nə olar, kömək elə. 

Zeynəb gülümsədi. 

Yox, daha aldada bilməzsən. Onu da qoy o təmizləsin. 



Kim, ay bala? 

- Nərgiz müəllimə, - deyə Zeynəb başı ilə qonşu otağı göstərib bic-bic 

güldü və tez eyvana çıxıb xəkəndazı közlə doldurdu. 

- Ay 

Tükəzban xala, samovar daşdı. 



Qarı çayniki götürüb eyvana çıxanda, çəpərin üstündon adlayıb evlərinə 

gedən Zeynəbin arxasinca baxaraq köksünü ötürdü: "Dilli də olsa, yaxşı uşaqdır. 

Bircə belə gəlinim olsaydı, heç dərd çəkməzdim". 

Samovar hoqquldayırdı. Deşiklərdən fışqırıb çıxan buxar az qalırdı qapağı 

atsın. Tükəzban xala çayı dəmləyəndən sonra samovarı silib içəri gətirdi, stolun 

üstünə qoyub dəmkeşi keçirtdi. Çayniki dəsmalla bürüyüb dəmə qoydu. Süfrəyə 

stəkan-nəlbəki düzdü... 

Artıq hava qaralmışdı. Seyrək qar yağırdı. Bayaqdan həyətdə vurnuxan 

toyuqlar indi çardağın altındaki tara çıxıb boyunlarını bükmüşdülur. Yerlərini 

rahatlamaq üçün bir-birini itələyib qığıldaşırdılar. -örüşdən qayıdan mal 

qapılarda mələşirdi. Yarpağı tökülmüş ağacların arasından güclə seçilən evlərin 

pəncərələrinda titrəşən işıqların sayı getdikcə artırdı. 

Tükəzban xala şüşəni silib, otuzluq lampanı yandırandan sonra həyətə çıxdı. 

Yarılmış odunu daşıyıb eyvana yığdı. 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə