Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə8/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   4   5   6   7   8   9   10   11   ...   132

____________________Milli Kitabxana_____________________ 

24 


 

Ondan ötrü ki, onun xeyrindən çox şəri var. 



-  

Kərim dayı, axı  mən başa düşə bilmirəm, məhsuldarlığı artırmağın 

kolxoza nə zərəri ola bilər? Hər hektardan iyirmi yox, əlli, altmış sentner pambıq 

götürsək, kolxuz zərər çəkər? 

- Bəli, çəkər,      Kərim kişi cadar-cadar olmuş baş barmağı ilə  qəlyanın 

külünü basdı. - Sən, oğul, hələ bizim adamları yaxşı tanımırsan. 

Elə lap rayonun bəzi rəhbərlərini də deyirəm. 

İmran maraqla qocaya baxır, onun boş-boşuna danışmadığını duyurdu. O, lap 

uşaqlıqdan Kərim kişinin ağıllı sözlər söylədiyini, iclaslarda çıxış edib, heç kəsin 

ağlına gəlməyən məsələləri açdığını bilirdi. 

Kim çux işləyirsə, onu daha çox yükləyirlər. Geridə qalanlarla heç kəsin 



işi yoxdur, - deyə Kərim kişi sözünə davam etdi. - Sən bu il hər hektardan qırx 

sentner pambıq verərsən, gələn il əlli olar, o biri il altmışa qalxar. Amma heç kəs 

fikirləşmir ki, bunu necə becərmək olar. Molla Nəsrəddin kimi elə  mıxdakını 

döyürlər. Geridə qalanların borcunu da qabağa gedənlərin boynuna yükləyirlər 

ki, rayonun planı dolsun. Amma bir maraqlanan yoxdur ki, niyə kolxozun biri 

planı doldurur, o biri yox? Bax mən bunu deyirəm, bala. Tutaq ki, bu il bizim 

kolxoz irəli gedəcək. Raykom Kosaoğlunu çağıracaq. O da sinə-sinə döyüb 

səksən sentnerə söz verəcək. Sonra deyəndə ki, ay sədr, səksən sentnerdən ötrü 

filan-filan  şeylər lazımdır, qulaq ardına verəcək. Ona nə var, bir "malades"dən 

ötrü kəndi alt-üst elər. 

- Bura bax, ağsaqqal vaxtında yenə nə demaqoqluq eləyirsən? -   deyə,  

içəri girən Kazım ucadan səsləndi: - Biz həmişə canla-başla işiəyirik, yenə  də 

işləyəcəyik. Hökumətimiz hər hektardan lap yüzəlli sentner istəsə də verəcəyik... 

Kərim kişinin gözləri qıyıldı. O, əlində qamçı, qapı  ağzında duran Kazıma 

baxdı. 



Əlbəttə, sən lap iki yüz sentner də verərsən. 



Kazım onun səsindəki kinayəni duymadı. 

- Verə bilmərəm? 

- Yüz 

hektarın əvəzinə yüz əlli hektar əkəndə nənəm də verər. 



Kazım, ilan çalmış kimi, dik atıldı. 

Heç olmasa çal saqqalından utan, yalan danışma! 



- Bala, 

saqqalın çallığı baş töhməti deyil. Baş töhməti camaatı 

aldatmaqdır. 

  



____________________Milli Kitabxana_____________________ 

25 


 

Camaat, - deyə Kazım istehzalı nəzərlə qocanı təpədən dırnağa süzdü. - 



A kişi, sən kimsən ki, camaat dərdinə qalırsan? Özünə umac ova bilmirsən. 

özgəyə əriştə kəsəcəksən? 

Kərim kişi qəlyanını peçin dəmirinə vurub külünü boşaltdı. Tənbəki kisəsini 

çıxartdı. Adəti üzrə, gözlərini qıyıbbaşını azca yana əyərək briqadirə baxdı. 

İmran gördü ki, kişinin əlləri əsir. 

- Düz 


deyirsən, bala, mən nəçiyəm ki? İndi kolxozumuzun ağası sizsiniz. 

Amma mən bu kəntdə kolxoz quranda, sinəmi qayalara verib beşaçılan dalında 

yatanda, qaçaqlarla atışanda sən yalda-yamacda gəzirdin. Əlbəttə, indi mən lazım 

olmaram. Ağzınız genişliyə çıxıb. 

Qoca qəlyanı damağına aldı. 

İmranın kişiyə yazığı  gəldi. Onun azacıq  əyilmiş beli Kazımın sözlərindən 

sonra elə bil bir az da əyildi. O, peçin ağzını açdı. Göz götürub qəlyanın üstünə 

qoydu. "Eh, qocalıq!" - deyib köksünü ötürdü. Bayaqdan olub-keçənlərə göz 

qoyan İmran söhbəti təzələmək istədi. 

Elə bu vaxt qarı yara-yara gələn "Pobeda" idarənin qabağında dayandı. Qış-

yaz, nədənsə  həmişə kürkünü çiynində  gəzdirən Kosaoğlu maşından düşüb 

eyvana çıxdı, gəldiyini xəbər verirmiş kimi, bir-iki dəfə bərkdən öskürdü, hamı 

dərhal ayağa qalxdı. 

Kosaoğlu bir anlığa qapının ağzında dayanıb içəridəkiləri süzdü. 

Ə, nə olub, ağac başında ha yatmayıbsınız, nə tezdən idarəyə 



doluşubsunuz? - deyə gülümsədi. Onun salam əvəzinə zarafatla dediyi bu sözlərə 

təbəssümlə cavab verənlər də oldu. 

Kosaoğlu yerinə keçib, stolu altına çəkdi. Hələ də ayaq üstə duranları görüb 

amiranə səsiə: 

Ə, oturun, niyə ayaq üstə durubsunuz, - dedi. 



Gövhər qarı, sədrin yerinə keçib əyləşdiyini görəndə sevindi. "Allah, sənə 

şükür, deyəsən kişinin bu gün kefi sazdır. Dava, qalmaqal salmayacaq". 

Kosaoğlu yerini rahatlayandan sonra stolun üstündəki kağızları  əlləşdirdi. 

Sonra telefonun qulpunu hərləyib zəng etdi. Dəstəyi götürüb qulağına 

yaxınlaşdırdi. Bir iki dəfə "allo, allo" - dedi. Cavab verən olmadı. Qaşqabağını 

sallayıb fısıldadı. "Bu zalım uşağı da adama bir dəfə düz-əməlli cavab vermir", - 

deyə öz-özünə deyindi və dəstəyi yerindən asdı. 

İmran durub sədrə yaxınlaşdı. Kosaoğlu onu yenicə görürmüş kimi yerində 

qurcalandı. 

  




____________________Milli Kitabxana_____________________ 

26 


 

Ə, İmransanmı? Xoş gördük, bala, nə vaxt gəlibsən? - deyə gülə-gülə ona əl 

uzatdı, - otur, otur, söylı görək nə var, nə yox? 

Telefon zəngini eşidən Kosaoğlu, sözünü yarımçıq qoyub dəstəyi götürdü. 

- Hə, haradı? Sıntralnıdı? Hə, mən zəng eləmişdim. Ay qız, Nura, 

zolotqa, mənə yoldaş prokururu ver. Deyinən sonnon Kosaoğlu danışmaq 

istəyir... idarədo yoxdur? Evi olsun, neylək. 

Sədr sakitcə gözlədi. Birdən onun sifəti qəribə  şəklə düşdü. Kiçik gözləri 

qıyılıb daha da balacalaşdı. Yanaqlarındakı  qırışlar çoxaldı, iri, qalın dodaqları 

aralandı, saralmış dişləri göründü. 

- Sabahımz xeyir, yoldaş Əsədov, sizi narahat edən Kosaoğludur. 

Bəli? Hə, mənəm, kefımmi? Sağ ol, çox yaxşıdır. Bir də ki, təki sizing kefiniz 

yaxşı olsun. Biz bir təhər dolanacağıq. A kişi, heç belə şey olar? Hə... elə evdə də 

deyirəm. Bizi bir yolluq yaddan çıxartdinız ki... 

A kişi, nə olsun, çovğun-zad qopmayıb ki? İstəyirsiniz maşın göndərim, hə? 

Yaxşımı? Yox, sakitlikdir. Bir şey olsa xəbər verərəm. Yaxşı. 

Gözləyəcəyom. Elə  uşaqlar darıxıblar. Sağ olun, çox sağ olun. Evdəkilərə 

salam deyin. 

Kosaoğlu dəstəyi asıb kabinetdəkiləri qürurla süzdü. Kərim kişi peçin 

yanından durub sədrin stoluna yaxınlaşdı. Bunu görən Qurban qaşqabağını 

tökdü: 



Bir az gözlə. 



Kərim kişi Kosaoğlunun onunla danışmaq istəməyib, üzünü yana çevirdiyini 

görsə də, yerindən tərpənmədi. 

- Nə qədər gözləmək olar? 

Elə bil Kosaoğlunun yağırını basdılar. Yerində qurcalanıb tərs-tərs qocaya 

baxdı. 



Gün günorta olub, - deyə  Kərim kişi sözünə davam etdi. – Xalqın işi 



var, gücü var. 

Kosaoğlu hirsini güclə boğub: 

- Mən na edim? - deyə cavab verdi. - Gecə yarıya qədər iclasda baş-

beynimizi aparanda bilmirdinmi belə olacaq? Zəhmət çəkib dünən az danışaydın, 

indi də günortaya qədər gözləməyəydin. 

- Dərd danışdırır adamı, a Qurban, dərd... 

Kosaoğlu Kərim kişinin çox danışdığını hiss edib susdu. Qonaq hesab etdiyi 

İmranın yanında bu cür söhbəti eşitməmək üçün qocanın sözünü yarımçıq kəsdi: 

 

 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə