Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə6/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   2   3   4   5   6   7   8   9   ...   132

____________________Milli Kitabxana_____________________ 

18 


 

 

- Artıq-əksik danışma, de görüm sözün nədir? 



Sözüm odur ki, az gəz. Sonra da, axşam idarəyə gəl! İclas var. Şəxsən 

Qurban qağa özü tapşırıb. 

- Yaxşı, gələrəm, sonra? 

Sonra da... - deyə atlı səsini uzatdı və gözünü pəncərədən içəri zillədi. 



Deyəsən, qulağı nə isə almışdı. - O nə səs-küydür? İçəridə kişimi var? 

- Bəli. 


- Kimdir? 

-  


İmran... 

İmran? O, bəyəm buradadır? 



- Bəli, buradadır! 

Bayıra çıxıb hara isə tələsən Tükəzban xala atlını görüb dayandı. 

- Ay 

oğul, niyə qapıda durursan? Düş atdan, evə  gəl. Dərdini aldığım 



İmran da gəlib. Oturun, söhbət eyləyin... 

- Yox, 


Tükəzban qarı, - oğlan üz-gözünü turşutdu. - İşim var. 

Qurban qağa şəxsən məni gözləyir. 

O, atın başını geri döndərdi və sürüb doqqazdan aralandı. Zeynəb otağa 

qayıtdi. İmran onun tutqun sifətinə baxdı. 

Xeyir ola, kimlə söhbət eləyirdin? 



- Heç, 

bizim 


briqadirlə. 

- Hansı briqadirlə? 

- Xır-xır Kazımla. 

Onlar yenə baş-başa verib düyü təmizlədilər. Birdən Zeynəb dayanıb dıqqətlə 

İmranın üzünə baxdı. 

- Özün 


bir 

şey olmasan da şəkildə qiyamət çıxmışdın. 

- Hansı şəkildə? 

- Qəzetdəkində. 

- Nə qəzet? - deyə İmran qaşlarını çatdı. 

- Özünü 


niyə bilməməzliyə qoyursan? Bir ay bundan əvvəl 

çıxmamışdımı? Kəsib saxtamışam, bax budur, - deyə o, cəld ayağa durdu. 

Bayaq qəzetə büküb gətirdiyi kitabı açıb arasından səliqə ilə qatlanmış şəkli 

çıxartdı. - Hamıdan qəşəng sən düşübsən. Elə qəzeti alan kimi Tükəzban xalanın 

yanına qaçıb dedim ki, muştuluğumu ver. İmran  ərizə yazıb kolxoza işləməyə 

gəlir. Arvad inanmadı ki, yalandır, o hələ oxuyacaq. Axır şəkli göstərib güc-bəla 

ilə inandırmışam. Doğrudan şəkildə qəşəng düşübsən, amma.., 

 



____________________Milli Kitabxana_____________________ 

19 


 

O yenə güldü. İmran azacıq qızarıb, başı ilə ehmalca Nərgiz müəlliməni 

göstərdi. "Ayıbdır, yad adam var" demək istədi. Zeynəb onun ürəyindən keçəni 

dərhal başa düşüb daha bərkdən güldü. 

- Nə olsun, süzün düzünü deyəndə acığın niyə tutur? Qoy elə  Nərgiz 

müəllimə də bilsin ki, özün bir şey deyilsən. 

- Yaxşı, az şitlik elə! 

- Deyəsən, Kosaoğlu kimi doğru sözdən sənin də xoşun gəlmir. 

- Kosaoğluyla nə işin var? 

- Nə tez tərəf durdun? Amma o sənin gəldiyini eşidəndə, ağlım kəsmır ki, 

sevinsin. Hələ özünü görməmişdən qəzetdəki şəklinə baxıb ağız-burnunu əyirdi. 

İmranın qaşqabağının töküldüyünü görən Zeynəb güldü. 

- Ürəyini sıxma, ona elə sözlər dedim ki, daş  dəymiş ayı kimi 

donquldana-donquldana qaldı. 

- Ağsaqqal kişidir, elə söz danışma.  Əlbət zarafat eləyirmiş. Kosaoğlu 

dünya görmüş kişidir. Gözümüzü açandan onu kolxozda görmüşük. Pis sədr 

deyil. 

- Sən deyən olsun, - Zeynəb çiynini çəkdi. – Görükən dağın dibi yaxındır. 



Tükəzban xalanın eyvandan səsi gəldi. Zeynəb çayniki götürüb çıxdı. "Bu 

qızdan heç nə başa düşmürəm" - İmran fikrə getdi... 

 



 



Gurhagur yanan dəmir peçin istisi otağı  bərk qızdırdı. Çarpayıda, yumşaq 

yorğan-döşəkdə yatan Qurban Kosaoğlu yuxulu-yuxulu sinəsini qaşıdı, arxası 

üstə döndü. Qolları çarpayıdan sallandı. Azacıq sonra otağı fısıltı götürdü. 

Bədənnüma güzgünün qabağında olurub qaş-gözünə sığal verən Sayalı ərinin 

səsini eşidib geri döndü. Onun üstünün açıldığını görüb ayağa durdu. Döşəməyə 

düşmüş yorğanı götürüb onun üstünə ortdü. Onun iri döşləri Qurbanın sinəsinə 

toxundu. Sayalı xeyli ərinin başı üznrində dayandı. Qurban nəfəs aldıqca qalın 

dodaqları aralanır, papiros çəkməkdən saralmış dişləri görünürdü. Ətli gözlərinin 

yanları qırış-qırış idi. Ülgüclə qırxılmış başı yastığın üstündə parıldayırdı. Nəfəs 

aldiqca xırıldayırdı. 

  



____________________Milli Kitabxana_____________________ 

20 


 

Sayalı ərini silkələdi. 

Əyə, yatmaqdan doymadınmı? 



Qurban dodaqlarını marçıldadıb mızıldandı: 

- Sən atanın goru, qoy bir az çimir eləyək. 

- Günorta 

olub 


axı, acından-suzundan öldün. 

Qurban yerin içində qurcalanıb, gözlərini açdı. Hava çatışmırmış kimi 

dərindən nəfəs aldı. 

- Yenə ocağı çatıbsan? 

- Bircə dur. Özünü xora-xoşa qoyma. 

Arvadının xasiyyətini bilən Qurban, yerin içində  gərnəşdi. Bərk  əsnəyib 

gözlərini ovuşdurdu. 

Sayalı onun paltarlarını  gətirdi. Qurban könülsüz ayağa durdu. Öskürüb 

boğazını arıtladı. Paltarını geyinib eyvana çıxdı. Arvadı boynu dərili yarımkürkü 

onun çiyninə saldı. 

Həyətdə qan-tər içində odun yaran Kazım dərhal baltanı kötüyə sancıb 

qışqırdı: 

- Ay 

uşaq, kişiyə su gətirin üzünü yusun. - Sonra da irişdi. - Sabahın 



xeyir, Qurban qağa, deyəsən, yuxudan doymayıbsan. 

Qoyurlar ki, adam bir şirin yuxu yata?! Gecə yarıyacan baş-beynimizi 



aparırlar. Hər ağızdan bir avaz gəlir. 

- Başına and olsun, düz deyirsən, hərəsi bir hoqqa çıxardır. İllah da Kərim 

kişi. 



Əyə, Kazım, o nə adamdır ki, sözünü danışırsan? Ə, işində ol. 



- Bilirəm, sən olan yerdə o nəkarədir? Amma hər işə başını soxur. 

Kosaoğlu çiynini atıb yenə boğazını antladı və əsəbi halda Kazıma baxdı. 

- Sənə dedim, elələrinin sözünü danışma. Mən Kərim kimilərinin çoxunu 

yola salmışam. Sən belə işlərə qarışma. Briqadirsən, get briqadirliyini elə. 

Kazım təzim edirmiş kimi aşağı əyildi: 

O heykel başına and olsun, düz deyirsən, bir də belə işlərə qarışmaram. 



Kosaoğlunım kiçik qızı sarı  aftafada  su  gətirdi. Kazımıı  dərhal aftafanı  və 

dəsmalı qızın əlindən aldı. 

- Qaç 

get 


evə, üşüyərsən, mən özüm tökərəm. 

Kosaoğlu kürkünü çiynindən alıb Kazıma verdi. O isə  dəsmalı sol qolunun 

üstünə salıb su tökməyə başladı. Kosaoğlu iri ovcunu su ilə doldurub üzünə 

çırpır, at kimi fınxırıb ətrafa sıçradırdı. Qış, yaz qırxıq 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə