Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə7/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   2   3   4   5   6   7   8   9   10   ...   132

____________________Milli Kitabxana_____________________ 

21 


 

olan başından buğ qalxırdı. Üzünü yuyub quruladıqdan sonra Kazımın odun 

yardığı səmtə baxdı. 

- Deyəsən, qar kəsməyəcək. 

-   Canın sağ olsım. Odununuz boldur. Hamısı da fıstıq, palıd. Meşədən 

məktəbə odun gətirməyə gedəndə şəxsən öz əlimlə seçmişəm. Hələ o biri qışa da 

çatar. Tezdən gəlib iki-üç günlük yarmışam. Axşam da gələcəyəm. Qoy uşaqlar 

əziyyət çəkməsin. 

- A 

kişi, nə əziyyət çəkirsən? 



- Nə zəhməti var, Qurban qağa, odun yarmaq bir böyük iş deyil. 

Kosaoğlu  əlini belinə qoyub, həyətdə ilanyalı  yığılmış odunlara, iri meyvə 

ağaclarına, talvarın altındakı yük maşınına, bir az bəridəki "Pobeda"ya baxıb, 

adəti üzrə boğazını arıtladı. Sonra gümüş qutusunu çıxardıb papiros eşdi və 

məmnuniyyət ifadə edən nəzərle Kazıma baxdı. 

- Qiyamət oğlansan. Gərək sənin bu yaxşılıqlarının əvəzini çıxam. 

Əşi, nə yaxşılıq, Qurban qağa? Böyüyünə qulluq eləmək hər kəsin 



borcudur. 

- Borc 


öz 

yerində. Əgər sözümə qulaq assan, lap geroy da olarsan... 

Kazımın gözləri parıldadı. 

- Hə, bəs necə bilirsən, hər şey öz əlimizdə deyil? istəsəm səni lap günü 

sabah Moskvaya delaqat da göndərərəm. 

- Elədir, Qurban qağa.  Şəxsən sənin  əl qatdığın işi heç fələk də poza 

bilməz. 

Kosaoğlu qarşısında dayanmış  oğlanı  təpədən dırnağa süzdü. Onun dəyirmi 

papağı gözünün üstünə enmişdi. Ucu şeşmər, qara bığları vardı. Qarabuğdayı 

sifətinə  dənəbir çopur səpələnmişdi. Boyu uca olmasa da, yaraşıqlı idi. Amma 

beli azca qabağa  əyilmişdi. O, həmişə Kosa-oğlu ilə söhbət edəndə qurbanlıq 

qoyun kimi boynunu büküb, yazıq bir görkəm alardı. Elə buna görə  də  sədrin 

ondan xoşu gəlirdi. 

Kosaoğlu qarşısında dayanan briqadirə baxıb gülümsündü: 

- Pambıq  əkininə başlanan kimi Yan arxın altındakı xam yeri şumlayıb 

briqadanın torpağına qatarsan. Suyun gözüdür. Orda bir pambıq olacaq ki, gəl 

görəsən! Bildin? 

- Bildim, 

Qurban 

qağa, ancaq... 



- Nə ancaq? 

- Ora 


mənim briqadamın yeri deyil. 

- Nə olsun ki? Əkərsən, artıq pambıq götürərsən. Sonra da baxarıq. Keçən 

il zərərmi çəkdin? 

  



____________________Milli Kitabxana_____________________ 

22 


 

Allah ömrünü uzun eləsin, Qurban qağa, sən olan yerdə adam zərər 



çəkərmi? 

Eyvandakı samovar qaynayıb poqquldadı. Sayalı samovarı götürüb içəri 

aparmaq istədi. Ancaq Kazım özünü qabağa verdi. 

- Sayalı bacı, qoy mən götürüm. 

- Sənə zəhmət olar. 

Əşi, nə zəhmət?.. EIə sözü niyə danışırsan, ayıb şeydir. 



O, samovarın qulplarından yapışıb içəri apardı. Gözucu süfrəyə düzülmüş 

yeməklərə baxıb bayıra çıxdı. Yenə odun yarmağa başladı. Yarım saatdan sonra 

qapını aralayıb başını içəri saldı. 

- Ay 


qağa, idarəyə gələcəksənmi? 

- Hə, hə, get Gövhər qarıya kömək elə, peçi-zadı qala. 

- Baş üstə, ay qağa! 

O, qapını örtüb getmək istədi. Amma nə isə xatırlayıb dayandı. Bunu hiss 

edən Kosaoğlu: 

- Nə var, sözlü adama oxşayırsan? 

- Heç. 

Elə birdən yadıma düşdü. Dünən İmran gəldi. 



- Hansı İmran, ə, Tükəzbanın oğlu? 

- Bəli. 


Kosaoğlu bir anlığa fikrə getdi. Sonra səsini uzada-uzada soruşdu: 

- Deyəsən, o, ağranomluq məktəbində oxuyurdu? 

İndi qurtarıb. Özü də deyirlər yaxşı ağranom olub. 



- Olsun 

də. Guya ki, məktəb qurtaranda mənə ağzı ilə quş tutacaq. 

İndi məktəb qurtaranların başında beş qəpiklik şey yoxdur. 

- Deyirəm, əşi, doğrudan da bu dünyanın işi lap qəmədiyədir. Ağzı qatıqlı 

uşaqlar da özünü adam cərgəsinə qatır. Heç dul Tükəzbanın oğlundan ağranom 

olar? 


- Olanda 

gəlib xonçamızın başını ha dağıtmayacaq. Heçi ayrı, köçü ayrı, 

bizə nə var! Qapını ört, get işində ol, mən də bir azdan gələcəyəm. 

Kazım qamətini düzəldib qapıdan çəkildi. Papağını gözünün üstünə endirib 

nazik bığlarını  eşdi. Çəpərin yanında, payaya bağladığı ata yaxınlaşıb belinə 

sıçradı. Şinelinin ətəyini yığıb idarəyə doğru çapdı. 

 

* * * 


Gövhər qarı  səhər tezdən idarəni silib süpürəndon sonra qapını bağlayıb 

getmək istədi. Ancaq Nəsib dayı açarı ondan alıb dedı ki, "rayona zəng 

vuracağam". Gövhər qarı əvvəlcə açarı vermək istəmədi. Kosa- 

 



____________________Milli Kitabxana_____________________ 

23 


 

oğlu ona tapşırmışdı ki, "mən olmayanda idarəni açıb içəri adam buraxma". 

Amma qarı  Nəsib kimi hörmətli adamın sözünü yerə sala bilməzdi. "İndi mən 

neyləyim, bu boyda kişiyə necə yox deyim?" 

Nəsib dayı qapını açan kimi, həyətə toplaşanlan içəri çağırdı. Gövhər qarı lap 

əlacsız qalıb partiya təşkilatçısının qabağında dillənə bilmədi. Nəsib dayı rayona 

zəng elədi, kiminləsə danışdı, sonra atını minib harayasa getdi. Gövhər qarı içəri 

toplaşanları bayıra çıxartmaq istədisə  də, mümkün olmadı.  Əksinə, idarəyə 

gələnlərin sayı daha da çoxaldı. 

İndi o, otaqda hərlənib tez-tez çölə baxır, Kosaoğlunun yolunu gozləyir

dilinə  kəlmeyi-şəhadət gətirirmiş kimi, öz-özünə "allah, sən saxla" - deyə 

donquldanırdı. İçəridəkilər isə qızğın söhbət edir, klubdan, tarla düşərgələrindən

əkindən, biçindən danışırdılar. Kərim kişi tez-tez peçə odun qoyurdu. Gövhər 

qarı gözaltı ona baxır, dişi bağırsağını kəsirdi. 

Kərim kişi yenə  əyilib peçin altındakı odunlardan birini götürdü. Əlindəki 

yaş  əski ilə  sədrin stolunun üstündəki  şüşənin tozunu silən Gövhər qarı özünü 

saxlaya bilmədi: 

- Bircə yerinə qoy, səndən ötrü yarıb yığmamışam! 

- Bəs kimdən ötrü yığıbsan, ay imanına qurban? - deyə  Kərim kişi 

rişxəndlə soruşdu. 

Gövhər  qarı odunu alıb yerinə qoydu və tərs-tərs Kərim kişiyə baxdı. 

- Ağzını farağat qoy. Mən səndən ötrü oyun-oyuncaq deyiləm. Bu saat 

dünyanı başına dar elərəm. Bu zəhrimarı da az fısqırt, indicə kişi gələcək. 

- Gəlsin də, biz də elə onu gözləyirik. 

- Bilmirəm viranxanalarında niyə oturmurlar?! Xoruz banından idarəni 

kəsdirirlər. Özləri də hey danışırlar. Heç çənələri yorulmur. 

- Qarı deyintisinə ara vermirdi. 

O, yenə kolxoz sədrinin stolunun ətrafinda fırlanmağa, mürəkkəb-qabılarının, 

qələmləri səliqəyə salmağa başladı. 

Qarı kabinetdən çıxandan sonra Kərim kişi üzünü küncdə oturan İmrana 

tutdu: 

- Bacıoğlu, sənin dediklərin pis deyil. Amma heç başını ağrıtma. 



Bizim kolxozda belə şeyləri yada salmasan yaxşıdir. 

İmran təəccüblə soruşdu: 

- Niyə? 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə