Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə10/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   6   7   8   9   10   11   12   13   ...   132

____________________Milli Kitabxana_____________________ 

30 


 

sınayırmış kimi, xeyli beləcə dayandılar.  İmran sanki onun qəlbindun astar 

keçdiyini gözlərindnn oxumaq istəyirdi. Kosaoğlu onun kəskin baxışlarına tab 

gətirə bilməyəcəyini hiss etdisə  də, özünü sındırmaq istəmədi. Kişiyə elə  gəldi 

ki, İmranın baxışları onu nizə kimi deşib o üzə keçir. Hətta o, bir az özünü itirən 

kimi oldu. Kosaoğlu hələ bu cür kəskin və  sərrast baxış görməmişdi: "Bundan 

yaxşı silistçi olarmış. Az qalır gözləri ilə adamı yesin", - deyə düşündü. 

Düşündüklərini büruzə verməmək üçün zorla da olsa gülümsündü: 

- Demək belə, mənim kolxozumda işləmək istəyirsən. 

- Bəli, öz kolxozumuzda... 

- Çox 

yaxşı... Amma bir şeyi pis eləyibsən. Adam böyüyə gənəşmədən iş 



tutmaz. Gərək  əvvəlcə  mənim yanıma gəleydin. Bəlkə  mən səni heç işə 

götürmək istəmirəm. 

- Niyə ki? - deyə İmran təəccübləndi. 

- Bunun 


niyəsi yoxdur ki, - Kosaoğlu ciddiləşdi. Mənim kolxozum 

rayonda on böyük kolxozdur. İşimiz ağırdır. Belə bir kolxozda işləmək sənə asan 

gəlməsin, bala. Bu gün-sabah yaz gəlir. Bunun əkini var, səpini var. Belə işlərə 

saç-saqqal ağartmış adam lazımdır. Bir də, mənim öz ağranomum pis deyildi. 

Dünya görmüş adamdı. 

Bərkdən-boşdan çıxmışdı. Amma sən... 

- Qurban 

qağa, görürəm məni uşaq hesab edirsiniz. Ancaq... 

Kosaoğlu onun sözünü yarımçıq kəsdi: 

- Uşaq olmayanda nəsən,  ə, dünənəcən buralarda baldırı açıq 

gəzmirdinmi? Yadındadırmı bir dəfə uşaqları da başına yığıb arxda çimişirdiniz? 

"Ayə pambığın suyunun qabağını niyə  kəsibsiniz" – deyib üstünüzə cumanda 

hərəniz bir tərəfə dağıldınız. Sizi atın qabağına salıb kəndin arasında çılpaq 

qovduğum yadından çıxıbmı? 

Kosaoğlu qəhqəhə çəkib güldü. İçəridəkilərdən də ona qoşulanlar oldu. İmran 

azacıq pərt olsa da, özünü itirmədi. Papiros çıxarıb yandırdı. Güldükcə qarnı 

qalxıb-enən Kosaoğlnnun sakitləşməsini gözlədi. 

- Elə bilirəm, hamının baldırıaçıq vaxtı olub. 

Kosaoğlu gülməyinə güclə ara verdi. Cibindən iri bir dəsmal çıxarıb əvvəlcə 

gözlərini quruladı, sonra da burnunu bərkdən silib otağa səs saldı. 

Ona sözüm yoxdur, oğul, ancaq sən mənnən elə danışdm ki, gülməyim 



tutdu. Hə... nə isə, zarafat öz yerində, iş də öz yerində. Demək, kəndə işləməyə 

gəlibsən? 

  



____________________Milli Kitabxana_____________________ 

31 


 

- Bəli, Qurban qağa, mən MTS-ə gedən kimi "İyirmi altılar" kolxozunu 

məsləhət gördülər. Mən də əmri alıb gəldim. 

Kosaoğlu papağını  çıxarıb qıraq başını övkələdi. Sonra da asta-asta sözə 

başladı. 

- Daha keçib, nə deyirəm?! Ancaq, başına and olsun ki, düz sözümdür, 

başqası olsaydı, heç ayağını  kəndə basmağa qoymazdiın. Ancaq sən öz 

uşağımsan.  Ətini yesəm də, sümüyünü atmaram. Bir də ki, rəhmətlik dədən 

Səmədlə duz-çörək kəsmişik. O haqq-salama görə gərək sənə kömək edəm. Fikir 

eləmə, həmişə gozüm üstündə olacaq. İşimiz ağır olsa da qorxma. Qurban qağan 

ölməyib ha! Bilmədiyini də öyrədərəm, işləyərsən. Yaxşı, havaxt işə başlamaq 

istəyirsən? 

- Elə günü sabahdan. 

Hm... Onda tapşıraram sənə bir at da verərlər. Atminə bilirsənmi?  Ə, 



yoxsa şəhərli olub gedibsən? 

- Nədeyim... Atı minməkasandır. Amma qorxuram dəli at ola, mən də 

sizin gününüzə düşəm. Yıxılıb qabaq dişimi sındıram. 

Kosaoğlu üz-gözünü turşudub dilinin ucu ilə qabaq dişinin sınıq yerini 

yoxladı və dərhal müharibədən əvvəlki bir hadisəni yadına saldı. O zaman onu 

kolxoz sədrinə müavin seçmişdilər. Kosaoğlu sədrdən, özündən  əvvəlki 

müavininin ayağı  səkil kəhərini istəmiş, elə idarənin qabağındaca sıçrayıb atın 

belinə qalxmışdı. Ancaq beş-on metr getməmiş at şahə qalxıb onu yerə 

çırpmışdı. 

Bunları xatırlayan Kosaoğlu fikrə getdi: "Məni at yıxdığı necə  də yadında 

qalıb! Üz-gözündən çoxbilmişə oxşayır. Elə düz başa düşmüşəm. Deyəsən 

farağat duran deyil. İndidən köhnə sandıq içi tökür". Birdən onun rəngi ağardı, 

ölü sifətinə düşdü. Elə bil ürəyinə buz bağladılar. Canına titrəmə düşdü. Kürkünü 

çiyninə salıb təlaşla  İmrana baxdı. Sanki bu baxışları ilə onun qəlbinə girmək, 

"söylə, özgə  nə bilirsvin? Məndən nə  eşidibsənsə hamısını söylə ki, ürəyim 

dincəlsin" - demək istəyirdi. Elə bil köhnə bir yarasının qaysağını qopartdılar. 

Kosaoğlu acı alma kimi bürüşdü: "Bəlkə elə onu da bilir?" - deyə düşündü. 

Nəhayət, Özünü toxtatdı. Gizlincə  ətrafdakılara baxdı.  İmranın sakitcə 

gülümsündüyünü görüb özünü danladı: "Mən də lap kölgəmdən ürkürəm, o nə 

uşaqdır ki?" Kosaoğlunun rəngi özünə  gəlməyə, sifəti yavaş-yavaş  qızarmağa 

başladı. O, dəsmal çıxarıb alnını sildi. 

  



____________________Milli Kitabxana_____________________ 

32 


 

-

 



Afərin! indi bildim ki, Səmədin oğlusan. Atan kimi dil altinda qalan 

deyilsən. Nə deyirəm! Gəlibsən, lap yaxşı eləyibsən.  Əl-ələ verib 

işləyərik. Ağranomun öz uşağımız olması daha yaxşıdır. 

...İmran gedəndən sonra Kosaoğlu özünü xeyli ələ ala bilmədi. Dalbadal iki 

papiros eşib yandırdı. 

Stolun siyirməsini çəkib kağızları  eşələdi, qarşısındakı  qəzetləri dəstələyib 

götürdü, sonra yenə kürkünü çiyninə salıb ayağa durdu. Qapının ağzında məktəb 

direktoru ilə qabaqlaşdı. 

- De 

görüm, 


nə istəyirsən? 

Odun, - deyə müəllim qisaca cavab verdi, - məktəbin odunu azalıb, hava 



da ki, bir təhərdi. 

Odun yoxdur, az yandırın. 



- Axı uşaqlar soyuqda dərs oxuya bilməz. 

- Mən neyləyim? 

- Heç 

nə, məktəbə borclu olduğunuz odunları verin. Sizdən başqa bütün 



kolxozlar odun verib. Bizim sovetlikdə bircə siz qalıbsınız. 

İndi bu qarda, boranda mən odunu hardan alım? Bir təhər dolanın, görək 



hava açılarmı. 

- Axı bu işi gərək vaxtında görəydiniz. 

İndi bizi öldürməyəcəksiniz ki, ay direktor? 



- Mən adam öldürən deyiləm. 

- Yaxşı!.. Bir az möhlət verin, tapıb düzəldərik. 

- Yoldaş  sədr, bax axırıncı  dəfə deyirəm.  Əgər bir həftəyə odun 

gətirməsəniz, məndən incimyyin. 

Şikayət eləyəcəksən? 



- Lazım gəlsə. 

- Hm... 


Şikayətdən nə  çıxacaq, balam? Rayona məlumat verəcəksən. 

Onlar da çağırıb işi yenə  mənə tapşıracaqlar. Yaxşısı budur nə özünü, nə bizi 

dağa-daşa sal. Düzəldərik. 

Müəllim daha bir söz deməyib getdi. 

Kosaoğlu kürkünü geyib maşına oturdu. "Pobeda" qarı tozlayaraq kənd 

yoluna çıxdı.  İdarənin eyvanında dayanan Kazım rayon mərkəzinə doğru 

irəliləyən maşının arxasınca baxıb, çiynini çəkdi. "Görəsən, belə  tələsik haraya 

getdi?" 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə