Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə9/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   5   6   7   8   9   10   11   12   ...   132

____________________Milli Kitabxana_____________________ 

27 


 

- Yaxşı, nağıl açma, de görüm nə istəyirsən? 

Kərim kişi əlindəki vərəqi stolun üstünə qoydu. 

Kolxoz sədri tərs-tərs kağıza baxdı. 

- Bu 

nədir? 


Ərizə. 


- Nə ərizə? 

- Taxını qurtarıb, avans istəyirəm. 

Kosaoğlu kağızı kəonara itələdi. 

Ə, mən anbarçıyam? Taxılın qurtarıb, get anbara. 



- Getmişəm, sənin qolun olmasa vermir. 

Vermir, vermir. Mən neyləyim? 



- Axı, sən bizim sədrimizsən. 

- Nə demək istəyirsən?! 

- Demək istəyirəm ki, camaat səni özünə sədr seçib, sən də böyüklük elə. 

Xalqın haqqını vaxtında özünə çatdır. 

Bura bax, get işində-gücündə ol, mənə  ağıl öyrətmə. Bu da axşamkı 



deyil ki, ağlına gələni danışasan. Ə, xalq səni özünə vəkil seçib? 

Toy toğlusu kimi nə düşübsən ortalığa? Sənə neçə  dəfə demişəm, ağlını 

başına yığ, get yıxıl öl bir yerdə. Hər yerə özünü soxma. Sonra peşman olarsan 

ha! 


- Sən sağ ol, elə peşman olmuşam. 

- Nəyə? 


- Sənə barmaq qaldırmağıma. 

Kosaoğlunu od götürdü. Bu qədər adamın içində deyilən sözlərə dözə 

bilmədi. Bu saat ona həddini bildirməsə ürəyi partlayacağını hiss etdi. Əllərini 

stola söykədi, bədənini irəli verib çığırdı: 

- Nə dedin? 

- Səsindən xoşun ha gəlmir, boğazını niyə  yırtırsan? Nə dediyimi çox 

yaxşı başa düşdün... 

- Yaxşı! - dişlərini bir-birinə sıxan Kosaoğlu ərizəni götürüb parça-parça 

elədi, ovcunda övkələyib peçə atdı. 

Di get! Taxsır məndədir: səni indiyə kimi niyə  kənddə qoymuşam ki, 



sən də belə eləyirsən?! 

Kərim kişi bir peç tərəfə, bir də pörtmüş sədrə baxdı. 

- A 

Kosaoğlu, bir şey demirəm. Görürəm çox havalanıbsan. Amma onu 



bü ki, İskəndər Zülqərnəyə qalmayan dünya sənə də qalmayacaq. 

Eybi yoxdur... 




____________________Milli Kitabxana_____________________ 

28 


 

 

Kosaoğlu daha da qızardı. Boğazınin damarları qabardı. 



- Kərim kişi, bax ha, saqqalının ağlığına baxmaram. Səni bu camaatın 

içində biabır elərəm! 

Kərim kişi çiynini çəkdi və təhqir olunmuş halda, ağır-ağır idarədən çıxdı. 

Xeyli keçdi. Hamının susduğunu görən Kazım irişərək Kosaoğluya yalmandı: 

- Lap 

ürəyimdən tikan çıxartdın. Elə  səndən qabaq da burda artıq-əskik 



danışırdı. 

Kosaoğiu: "Hələ harasıdır! İclasda danışmağı mən ona öyrədərəm. Başına bir 

oyun açım ki, yarandığına peşman olsun" - deyə ürəyindən keçirdi, sonra da 

ucadan əlavə etdi: 

Ə kişi, demaqoqlar olmasa, dolanmağa nə var? Zalım oğlu çənəsini boş 



qoyub, ağzına gələni danışır. 

O, məxmər köynəyinin döş cibindən zənciri sallanan gümüş saatinı  çıxarıb 

baxdı. Bir az sakitləşəndən sonra üzünü İmrana tutdu: 

- A 


bala, 

sən beiə şeylərə məhəl qoyma, evləri yıxılmışlar aman verirlər 

ki, adam bir düz-əməlli iş görsün? Qapıdan girən kinü zəli olub yapışırlar 

boğazımıza. Mən də ki, axır vaxtlar bir az komhövsələ olmuşam, hə... Söylə 

görək nə var, nə yox? Yəqin anana baş  çəkməyə  gəlibsən. Sözün düzü, iş-güc 

başımı o qədər qatıb ki, heç gedib arvadın halını-zadını da xəbər ala bilmirəm. 

Anan necədir? 

- Çox 


sağ ol, yaxşıdır. 

- Yaxşı olsun. Amma daha sən də onu tək qoyma. Qoca arvaddır. 

Yanına apar, qoy ömrünün axırına yaxın beş-on gün dincəlsin. 

- Mənim də fikrim elə idi. Ancaq deyəsən, tərsinə oldu. Mən anamın 

yanına gələsi oluram. 

- Nə olar, lap yaxşı. Kənddə çoxmu qalacaqsan? 

- Deyəsən, daha həmişəlik qalacam. Anam da ayrılığa dözmür. 

Kosaoğlu göziərini qıyıb fikirli-fikirli İmrana baxdı. 

Ə, yoxsa kənddə işləmək istəyirsən? 



- Beli. 

- Sənə çətin olmazmı, a bala? Oxumuş adamsan, kənddə-kəsəkdə dolana 

bilərsənmi? 

-  


Niyə dolanmıram, kəndçi balası deyiləmmi'? 

- Orası elədir... - Kosaoğlu səsini uzatdı. 

  



____________________Milli Kitabxana_____________________ 

29 


 

Ortalığa sükut çökdü. Sədr  İmranın nə üçün kəndə gəldiyini başa düşsə  də, 

söhbətə əvvəlcə başlamaq istəmirdi, gözləyirdi ki, İmran özü söz açsın, kolxozda 

ona bir iş düzəltməyi xahiş etsin. Belə olsa, Kosaoğlunun dili onun üstündə uzun 

olardı. Əslinə baxsan, Kosaoğlu İmranın heç burada qalmasını istəmirdi. Onun, 

ümumiyyətlə, oxumuş adamlardan xoşu gəlmirdi. Onlarla bir az söhbət edəndə 

özünün çox şeyləri bilmədiyini hiss edirdi. Qəlbinin dərinliklərində bunu etiraf 

etsə də, üzdə özünü şax tutur, arabir də zarafata salıb "indiki oxumuşların yüzünü 

suya susuz aparıb, susuz da qaytararam" - deyirdi. İndi o, qarşısında oturan 

İmranı gözucu süzüb öz-özünə düşünürdü: "Nə olsun ki, diplomu var. Yenə də 

ki, işi məndən keçir. Boynunu büküb əlimin altında işləmək istəyir. İstəsəm heç 

kolxoza yaxın qoymaram, istəsəm birtəhər yola verib dolandıraram". Bu cür 

fikirlər içərisində sükut edən Kosaoğlu, nəhayət, dilləndi: 

- Neylək, bala, gəlibsən, yaxşı eyləyibsən. Bir az dincəl, sonra 

fikirləşərik, hər halda səni işsiz qoymaram. Bir yerə düzəldərəm. 

- Burada 

fikirləşəsi bir şey yoxdur, Qurban qağa, - İmran gülümsündü və 

əlini qoltuq cibinə salıb bir kağiz çıxartdı, - buyurun. 

- Bu 

nədir? 


- Təyüınamədir. 

- Hə... - deyə Kosaoğlu səsini uzatdı və dərhal ciddiləşib kağızı gözlərinin 

qabağına tutdu. Xeyli baxdıqdan sonra orada yazılanların və möhürün doğru 

olub-olmadığını yoxlayırmış kimi kağızi bir-iki dəfə o üz-bu üzə çevirdi. Sonra 

nəzərlərini kağızdan çəkib İmrana baxdı. 

İmran meşin paltosunun yaxasunı açıb oturmuşdu. Onun zil qara saçları 

dağılıb alnında qıvrım-qıvrım olmuşdu. Qaşları qalın və çatma idi. Sol qaşının 

qurtaracağında balaca çapıq vardı. 

İmranın gözlənilmədən, Kosaoğlundan xəbərsiz təyinnamə alıb gəlməsi sədri 

qəzəbləndirdi. "Üz-gözündən də  zəhər tökülür. Elə baxır ki, elə bil dədəsi 

Səmədi mən öldürmüşəm. Mənim elə o ildən bundan zəhləm gedir. Uşaq ola-ola 

məni iclasda biabır elədi, sonra da gotürüb qəzetdə yazdı. Gərək elə ondaca 

dərsini verəydim. Yox, Kosaoğlu, ünun uşaqlığına baxma, bu gün ağranom olan

sabah ayrı fikrə  də düşər. Yaxşısı budur indidən gözünün odunu al. Qoy çıxıb 

getsin. Ancaq necə?.." - deyə xəyalından keçirdi. 

İmran qaşlarını düyünləyib gözlərini sədrə zillədi. Onun iti və  kəskin 

baxışları Kosaoğlunun nəzərlərilə qarşılaşdı. Onlar bir-birini 

 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə