Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə5/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   2   3   4   5   6   7   8   9   ...   132

____________________Milli Kitabxana_____________________ 

15 


 

- Allab 


verən xasiyyəti dəyişmək olarmı? – deyərdi. 

Çox vaxt də İmranın anası Tükəzban xala söhbətə qarışardı: 

- Ay 

şeytan, gədədən əl çəksənə, nə istəyirsən? 



İndİ İmran, qarşısında dayanan Zeynəbə baxırdı. Onun ayağında uzunboğaz 

rezin çəkmə, əynində göy mahud palto, başında yaşıl yelənli qara kəlağayı vardi. 

Hiss olunurdu ki, uşaqlıq günlərindəkindən fərqli olaraq, indi Zeynəb üst-başını 

səliqəyə salmış, həmişə gözünün üstünə tökülən saçını sığallamışdı. 

- Biz 

elə bildik sən daha buralara gəlməyəcəksən. Tükəzban xala hər gün 



arxanca gileylənirdi, - deyə o, sükutu pozdu. 

- Heç 


elə şey olarmı? 

- Niyə olmur, böyüyüb kəndi bəyənməyənlər azdırmı? 

- Məni nahaq yerə onlara oxşadırsan. 

- Sən göydən düşməyibsən ki, - nəhayət, Zeynəb nəzərlərini yerdən çəkib 

onun üzünə baxdı, - heç səndən də gözüm su içmir. 

O həmişəki kimi astadan, ancaq ürəkdən güldü. İmran azacıq pərt oldu: "Bu 

qız heç vaxt düzəlməz". 

Zeynəb elə bil birdən-birə dəyişdi. Bir az bundan əvvəl utanıb qızaran qızdan 

əsər qalmadı. Gözünün ucu ilə İmranın çamadanına baxdı. 

- Elə indimi gəlirsən? Yəqin Tükəzban xalanın xəbəri yoxdur. 

Qaçıb muştuluqlayacam. 

-

 



Lazım deyil. 

Zeynəb üz-gözünü turşutdu: 

- Düz 

deyirsən, sənin gəlməyin heç muştuluğa dəyməz. 



İmran təəccüblə ona baxdı. Zeynəb isə  uğundu.  İmran onun yeni bir söz 

deyəcəyindən qorxaraq tez çamadanını götürdü. 

- Burda 

niyə durmuşuq, qayıt, bizə gedək. 

Zeynəb yol uzunu oğrun-oğrun onu süzdü. Birdən dayandı. Diqqətlə İmranın 

üzünə baxdı. Qızın gözlərində  aşkar seçilən  şıltaqlıq, dodaqlarındakı kinayəli 

təbəssüm onun nəyəsə hazırlaşdığını göstərirdi. Doğrudan da elə oldu. Zeynəb 

qaşlarını dartaraq: 

- Bo-o-y. 

Ay 


İmran, nə yaman qaralıbsan, - dedi. 

İmran burnunun ucuna qədər qızardı. Zeynəb isə  vəziyyətini pozmadan 

şaqqıldayıb gülür, sanki müsahibinin pərtliyindən həzz alırdı.  İmran özünü 

topladı. 

- Mən əvvəldən qarayam. Qara adamın nəyi qaralacaq? 

  



____________________Milli Kitabxana_____________________ 

16 


 

Zeynəb daha ucadan qəhqəhə çəkdi və hiyləgərcəsinə gözlərini oynatdı: 

- Ürəyini sıxma. Evinizdəkinin xoşuna gələrsən. Yəqin ki, sorağını 

alıbsan... 

İmran ona cavab vermək istəyirdi ki, Zeynəb qaça-qaça yolu keçib, ətrafı 

çəpərli evə yaxınlaşdı.  İmran doqqazdan keçib gələnədək Zeynəb çəpərin 

tapdanmış yerindən adlayıb həyətə girdi. Hələ eyvana yaxınlaşmamışdan; "Ay 

Tükəzban xala, - deyə çağırdı, - bir tez ol, eşiyə çıx". 

İçəridən ortaboylu, dolubodənli, saçları ağarmış bir arvad çıxdı. Onun qolları 

çirməkli idi. 

- Ay 

qız, nə hay-küy salıbsan? 



Zeynəb, doqqazdan keçib gələn İmranı başı ilə göstərdi: 

Bir gör kim gəlir! 



Tükəzban xala sakitcə gözlərini qıyıb, gələn adama baxdı və birdən qollarını 

açıb oğlunun qabağına yüyürdü. İmrana macal vermədən, onun boynuna sarılıb 

üz-gözündən marça-marçia öpdü. 

- Ömrüm-günüm, 

nə yaxşı  gəldin! Adam da qoca anasını yaddan 

çıxardarmı? Heç demirsənmi anam təkdir, gedim ona baş  çəkim. Bəlkə elə 

başıma bir iş gəlib?! Gözümün aği-qarası bircə sənsən. 

Anasının kövrəlməsindən İmran da qəhərləndi. 

- Yaxşı, bəsdir. Görürsən ki, gəlmişəm. 

- Xasiyyətini bilmirəmmi, yenə bir gecə qalıb gedəcəksən. 

Yox, daha heç yana gedən deyiləm. 



Tükəzban xala diqqətlə  oğlunun üzünə baxdı. Elə bil onun doğru deyib-

demədiyini gözlərindən oxumaq istəyirdi. 

İmranın üstü xəmirə bulanmışdı. Tükəzban xala sevindiyindən özünü itirib əli 

ilə  xəmirli-xəmirli oğlunun boynunu qucaqlamışdı. Bunu görən Zeynəb gülə-

gülə Tükəzban xalanın qoluna toxundu. 

- Bircə belə dur görüm, kişi özünə təzəcə paltar alıb, sən də onu bələm-

bələm eyləyibsən. Qoy təmizləyim, yoxsa xoşa gəlməz. 

Zeynəb  İmranın etirazına baxmadan onun üstünü təmizlədi, sonra da 

Tükəzban xalaya üzünü tutdu: 

İndi ürəyin yerinə düşdümü? Hazır, qəzetdə  şəkli çıxanda sənə 



demədimmi gələcək. Gördün ki, mən deyən oldu. Söz verdi, kişi kimi də 

sözünün üstündə durdu. 

Tükəzban xala ətəyinin ucu ilə gözlərini sildi. 

  



____________________Milli Kitabxana_____________________ 

17 


 

- Canım sənə sadağa olsun, ay bala, eşikdə durma, keç içəri, hava 

soyuqdur, dərdin alım. 

İmran çamadanını gölürüb pilləkəni çixmaq istəyirdi ki, eyvanda dayanan 

qızı gördü. Boynunu azca yana əyib diroyo söykonmiş bu qızin kolağayısı 

sürüşüb çiyninə düşmüşdü. Sarışın saçları  tən ortadan ayrılmışdı. Telləri 

yanaqlarında qıvrılmışdı. Nazik, qara qaşları çatılmışdı. Çənəsinin sağ tərəfində, 

buxağında, balaca xalı da vardı. Qızı başdan-ayağa süzən, onun gözlərinə kölgə 

salan kirpiklərinə diqqət yetirən  İmran qeyri-ixtiyari olaraq: "Zalım balası  nə 

qəşəngdir!" 

- dey’ 

xəyalından keçirdi. 



Səs-küyə eyvana çıxıb, ana ilə balanın görüşünə tamaşa edən qız isə 

hərəkətsiz dayanmışdı. Kənarda dayanıb  İmranın qiza necə diqqətlə baxdığını 

müşahidə edən Zeynəb: 

- Niyə durubsan, yuxarı çıx, tanış ol! - dedi. 

Öz  əlini  İmranın iri ovcunda hiss edəndə  Nərgiz müəllimənin  al yanaqları 

xəfifcə  qızardı. Zərif dodaqları azca aralandı. Dişlərinin parıltısı dodaqlarında 

əks olundu. Öz adını deyərkən səsi titrədi.  İmrana elə  gəldi ki, Nərgiz 

müəllimənin dalğın gözlərində nə isə bir  məhzunluq, məlulluq var. 

Yenə Zeynəbin səsi eşidildi: 

- Keçin 


içəri, hava soyuqdur. 

İmran dönüb Zeynəbə nə isə demək istədi, amma Tükəzban xala ona macal 

vermədi. Cavanları içəri apardı. Ocaq qalayıb, çay-çörək tədarükünə başladı. 

Zeynəb də boş dayanmadı. Tez-tez qapını açıb-örtməyə, gülə-gülə stəkan-nəlbəki 

silməyə, arabir də İmrana söz atıb, Nərgiz müəlliməyə sataşmağa başladı. 

İmranın gəlişi ilə elə bil ev-eşik canlandı. Tükəzban xala hər dəfə  İmranın 

yanından ötdükcə dönüb baxır, "'boyuna sadağa olum, oğul"- deyə onu oxşayır, 

siniləri, qazanları danqıldadırdı. 

Nərgiz müəllimə işə qarışdı. Onlar düyü arıtlamağa başladılar. 

İmran anasını narahat elməmək, yanında oturtmaq ıstədi. Mümkün olmadı. 

Axırda özü də onlara qoşuldu. Otağı gülüş səsləri doldurdu... 

Qapıda at fınxırdı, kiminsə xırıltılı səsi eşidildi. Zeynəb dərhal bayıra çıxdı. 

- Ay 

qız, harda itib-batmısan? Səhərdən çağırmaqdan boğazım yırtılıb, nə 



vaxt bu gəzəyənliyindən əl çəkəcəksən? 

Zeynəbin sifəti dərhal ciddiləşdi. 

 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə