Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə3/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   2   3   4   5   6   7   8   9   ...   132

____________________Milli Kitabxana_____________________ 

 



əsər naminə özünü könüllü snrətdə çox şeydən məhrum etməyinə  dəyərdi. "Dəli Kür" oxucuların 

hədsiz marağına səbəb olmuşdu. Bütün daxili ziddiyyətlərinə baxmayaraq, əsərin baş  qəhrəmanı 

Cahandar ağa hamını əfsunlamışdı. Həmkarları da yazıçını bu uğuru münasibəti ilə təbrik edirdilər. 

Belə bir vaxtda İsmayıl Şıxlı üçün ən yüksək qiymət, özünə ustad bildiyi Mehdi Hüseynin 1962-ci 

ilin noyabrında ona göndərdiyi məktub oldu. Mehdi Hüseyn yazırdı; "Əzizim  İsmayıl! "Dəli Kür" 

əsərini dünən gecə oxuyub qurtardım. Düzünü deyim ki, mən səndən yaxşı əsər gözləyirdim, amma 

bu cür qüvvətli və  təsirli bir əsər yazmağını gözləmirdim.  Əhsən, bərəkallah! Son on ildə bizim 

ədəbiyyatımızdan oxuduğum heç bir əsər məni bu cür sarsıtmamışdı". 

Hamı səbirsizliklə romanın ardını gözləyirdi. Əsəri tamamlamaq üçün İsmayıl Şıxlıya daha dörd 

il vaxt lazım gəldi. Nəhayət, 1966-cı ildə "Azərbaycan" jurnalında romanın N hissəsi dərc olundu. 

İllər keçəcək, "Dəli Kür"ün yaranıb  ədəbiyyatımızın faktına çevrilməsini Nizami Cəfərov belə 

mənalandıracaq: "Dəli Kür" onlarla povestlərin, romanların milli təfəkkürümüzdə yaratdığı  mənəvi 

səhradan axıb keçdi və ona can verdi". Bu, həqiqətən belə idi; sovet ideologiyasının tələb etdiyi 

mövzulardan, hazır sxemlərdən, konflikt, ziddiyyət görüntüsü yaratmaq xatirinə istehsalat 

mövzusunda uzun-uzadı soyuq, cansıxıcı mübahislərdən oxucular da, elə yazıçıların özləri də 

bezmişdilər. "Dəli Kür" və 60-cı illərdə bir-birinin ardınca yazıları  ən yaxşı povest və romanlar 

Azərbaycan nəsrində yeni bir dönüş  mərhələsi oldu. Yazıçılar indi mövzu seçimində, yaradıcılıq 

axtarışlarında nisbətən sərbəst idilər. 

Soruşula bilər: siyasi iqlimin yumşalmağa başladığı bir vaxtda İsmayıl  Şıxlı niyə müasir 

mövzuya yox, məhz tarixi mövzuya müraciət etdi? Zənnimcə, bu, başadüşüləndir. Çünki, uzun illər 

idi ki, sovet ideologiya maşını 

  

xalqların milli özünəməxsusluqlarını: onların dinlərini  əllərindən almağa, adət-ənənələrini,  əxlaq 



normalarım, həyat tərzlərini mərhələ-mərhələ silib yox etməyə və beləliklə, "sovet xalqı" adı altında 

bir xalq yaratmağa çalışırdı. Bu maşının gücü azaldıqda ilk olaraq milli mədəniyyətlər - xalqların ən 

çevik və güclü özünübərpa instinkti fəallaşmağa başlayır; ədəbiyyat milli yaddaşı oyatmaqçün tarixi 

keçmişə, folklora müraciət edir. 

Bunları xatırlatmaqda mənim məqsədim İsmayıl Şıxlının "Dəli Kür"ünün izlərini onun əvvəlki 

əsərlərində axtarıb tapmayan və beləliklə, "Dəli Kür"ün az qala möcüzə kimi göydəndüşmə olduğunu 

söyləyənlərə etiraz etməkdir. Bu əsərin toxumu İsmayıl  Şıxlının qan yaddaşında həmişə mövcud 

olub, sadəcə,  əlverişli  şərait yarananda - oyanıb,  Şıxlı da onu qələmə alıb; xoşbəxtlikdən bu, onun 

sənətkar kimi yetkinlik dövrünə təsadüf edib – həqiqət budur. 

İsmayıl  Şıxlının  ən doğma  əsəri,  şübhəsiz ki, "Dəli Kür"dür; yaratdığı  ən güclü obraz isə - 

Cahandar ağadır. Qəribədir, diqqət etdikdə, Cahandar ağada istənilən qədər mənfi cəhətlər, 

naqisliklər var: başqasının namusuna sataşır - arvadını götürüb qaçır, rəiyyətə qarşı amansızdır, 

bacısını  qətlə yetirir, yoxsullara yuxarıdan aşağı baxır və sair və ilaxır. Lakin biz ona mənfi obraz 

kimi baxmırıq, nifrət etmirik ona. Hətta. dəyişən zəmanədə  təklənmiş dağ cüssəli Cahandar ağaya 

acıyırıq. Bir sözlə, o, faciəvi obrazdır. Mən burda mütləq görkəmli filosof-tənqidçi Asif Əfəndiyevin 

bu obrazla bağlı çox dəqiq fikirlərini yada salmaq istəyirəm. O yazirdı: "Yarımçıq ehtirasların, 

yarımçıq mərdliyin, yarımçıq xeyirin, "nəzakətli" bədəməlliyin, pambıqla baş  kəsməyin... antipodu 

dəli Cahandar". - Onu oxucuya sevdirən cəhətləri necə  də ustalıqla deyib... Və ya: "Cahandar ağa 

quru, ehtirassız, namərd, zavallı adam deyil". Cahandar ağanın rəğbət doğuran xüsusiyyətlərini  əsl 

seleksiyaçı kimi necə də həssaslıqla, zərrə-zərrə toplayıb "sapa düzüb". 

Tənqidçi sonra obrazin faciəsinin kökünü müəyyən edir, yazır: "Cahandar ağa başa düşmüşdür 

ki, artıq dəyişməyə doğru gedən zəmanədə ona, onun idealına, həyat tərzinə yer yoxdur. Buna görə 

də Cahandar ağanın mənəvi ölümü fiziki ölümünü qabaqlayır". 



____________________Milli Kitabxana_____________________ 

10 


 

Nəhayət, yekun: "Cahandar ağa tarix tərəfindən məhvə məhkum edilən şəxsiyyətdir. Onun həyat 

idealı  məhdud, fəaliyyəti birtərətli və qeyri-kamil, qayəsi ibtidaidir. Lakin o, qəribə bir şeriyyəti, 

qəribə bir gözəlliyi və ahəngi də özüylə bərabər Kürün dalğalarına tapşırdı". 

Bax, bu "qəribə"ləri görən də, ustalıqla oxucuya çatdıran da İsmayıl  Şıxlı  qələminin qüdrəti, 

İsmayıl Şıxlının sənətkarlığıdır. 

"Dəli Kür" haqqında yazan bəzi tənqidçilar (roman haqqında saysız-hesabsız məqalələr yazılıb) 

onu "gərgin dramatik foqquşmalar, qüvvətlli xa-rakterlərromanı" adlandırırlar- tamamilə düzdür. 

Bəziləri "feodal geriliyinin təsvirini" görürlər romanda - qoy görsünlər. Başqaları Cahandar ağaya 

"dəliqanlı və zalım mülkədar" deyirlər - onlar da müəyyən mənada haqlıdırlar. Amma bütün bunlar 

bir o qədər də  əhəmiyyətli deyil. Əhəmiyyətli olan odur ki, İsmayıl  Şıxlı Cahandar ağa kimi son 

dərəcə sanballı ölməz bir obraz yaratmağa müvəffəq olmuş, Azərbaycan ədəbiyyatı xəzinəsinə "Dəli 

Kür" kimi başdan-ayağa milli ruhla aşılanmış dəyərli bir roman vermişdir. 

 

*** 



İsmayıl Şıxlı az yazan, amma yaxşı yazan yazıçılardan idi. "Dəli Kür"dən sonra o, uzun müddət 

iri həcmli nəsr əsəri yazmadı. Düzdür, arada "Cəbhə gündəlikləri"ni çapa hazırladı, hekayələr yazdı, 

amma oxucu ondan "Dəli Kür" kimi köklü-köməcli, dolğun xarakterlərlə  zəngin, geniş panoramlı 

roman gözləyirdi. Haqqı da vardı, axı, yazıçı özü söhbətlərində, müsahibələrində inqilabdan sonra, 

20-ci illərdə Azərbaycanda baş vermiş hadisələri  əhatə edəcək bir əsar yazmaq fikrində olduğunu 

bildirmişdi və  hətta gələcək romanının adını da elan etmişdi. "Qanlı  təpə" adlanacaqdı  həmin əsər. 

Lakin mühüm arxiv sənədlərinə  əlinin çatmaması, hələ də qapalı cəmiyyətdə yaşamağımız, inqilabın 

beşiyi Moskvadan asılı olmağımız, "böyük qardaş" faktoru ona bu niyyətini həyata keçirməyə imkan 

vermədi. 

Bımunla belə, "Doli Kür"dən souuncu əsəri "Ölən dünyam"a qədər olan dövrü mən  İsmayıl 

Şıxlının həyatında çox mühüm bir mərhələ sayıram. Bu illərdə o, yenə  də müəllimliyini davam 

etdirdi, kinoda, teatrda qələmini sınadı, "Azərbaycan" jurnalının tarixində seçilən redaktorlardan 

oldu, Yazıçılar  İttifaqına rəhbərlik elədi və artıq dediyim kimi, hekayələr yazdı  və "Cəbhə 

gündəlikləri"ni çapa hazırladı. Gündəliklari o, 1942-ci ildən - cəbhəyə gedən gündən yazmağa 

başlamışdı; uzun illər onların əsasında müharibə haqqında roman yazmaq fikrindəydi. Amma roman 

yazmadı, bir balaca əl gəzdirib, demək olar ki, olduğu kimi adi bir döyüşçünün cəbhə gündəlikləri - 

qeydləri şəklində çap etdirdi. Barıt qoxusu gələn gündəliklərin çox boyük əks-sədası oldu. 

 

* * * 



İsmayıl  Şıxlı yaradıcılığının son akkordu ömrünün qürub çağı  qələmə aldığı "Ölən dunyam" 

romanıdır.  Əsəri özü yazmağa başlasa da, sonradan ağır xəstəliyin fəsadı  nəticəsində gözləri 

tutulduğu üçün romanın əksər hissəsini diqtə etmək məcburiyyətində qaldı; bu işi vəfalı həyat yoldaşı 

Ümidə xanım gördü. 

"Ölən dünyam" forma baxımından  İsmayıl  Şıxlının  əvvəlki iki romanından xeyli fərqlənir. 

Nisbətən kiçik həcmli bu əsərdə yazıçı  əsas sujet xətti ilə bağlı müxtəlif hadisələri paralel inkişaf 

etdirmək hesabına və konkret zaman 

çərçivələrini cəsarətlə pozaraq, gah irəli – gələcəyə gedib, gah da geri -keçmişə qayıtmaq sayəsində 

iki böyük nəslin taleyini izləməyə  və ölkənin siyasi mənzərəsini verməyə müvəffəq olur. Romanın 

dili də quruluşuna uyğun çox çevik və lakonikdir; hətta təbiət təsvirlərinin özündə belə, "Dəli Kür"lə 

müqayisədə, yazıçı bir-iki dəqiq  ştrixlə kifayətlənir, qəti təfərrüata varmu. Qəribədir, illər uzunu 

ənənəvi nəsr təhkiyəsindən kənara çıxmayan. Klassik roman janrınnın bütün qayda-qanunlarına 

riayət edən İsmayıl Şıxlı "Ölən dünyam"da çərçivələri vurub dağıdır; qəhrəmanlarının taleyi ilə bağlı 

bir epizodu, Azərbaycan miqyasında baş verən qlobal ictimai-siyasi proseslərin təsviri əvəz edir. Və 

yaxud, aramla qələmə alınmış psixoloji vəziyyətdən sonra çox rahatlıqla süjetin müəyyan bir 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə