Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə4/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   2   3   4   5   6   7   8   9   ...   132

____________________Milli Kitabxana_____________________ 

11 


 

hissəsini sürətlə nəql edib keçir. Yazıçı bunu bilə-bilə edir, diqqətini ikinci-üçüncü dərəcəli heç bir 

şeyə yayındırmır; məqsəd  əsərin qayəsini qabartmaqdır. Qayə isə bundan ibarətdir: Azərbaycan 

xalqına kənardan zorla qəbul etdirilmiş siyasi sistem onun həyatında saysız-hesabsız 

məhrumiyyətlərə, ölümlərə, faciələrə səbəb olub. 

"Ölən dünyam" romanı çox dəqiq tapılmış  və böyük ustalıqla qələmə alınmış simvolik bir 

sonluqla bitir. Əsərin qəhrəmanlarından biri, elindən-obasından didərgin düşmüş  Həsən ağa uzun 

illərin ayrılığından sonra dönüb yurduna qayıdır, çinar ağacının altında oturub kürəyini onun 

gövdəsinə söykəyir və gözlərini yumub bir zamanlar öz əli ilə əkdiyi bu əzəmətli ağacın rişələri ilə 

əbədi olaraq doğma torpağına qovuşur. 

Çox təsirli səhnədir, amma burda bir təskinlik işartısı, bir ümid rüşeymi var; torpağa qovuşmaq - 

əbədiyyətə qovuşmaqdır. Torpaqsa əbədidir. Ən güclü tufanlar, qasırğalar belə toz-tozanaq qaldırsa 

da, torpağın üstündəkiləri uçurub-dağıtsa da - torpaq yerində qalır. Kanardan gətirilmiş zorakı 

inqilablar da elədir - saysız-hcsabsız insan ölümü, müsibətlər, faciələr hesabına cəmiyyətdə  xırda-

para nələri isə  dəyişə bilsə  də, xalq mənəviyyatını, xalq ruhunu tamam məhv edə bilmir. Belə 

olmasaydı, adət-ənənalərimiz, dilimiz, başqa milli dəyərlərimiz bu günə kimi yaşamazdı. "Ölən 

dünyam" romanını oxuyub qurtardıqdan sonra, ister-istəməz, məhz bu sayaq düşüncələrə qapılırsan... 

İsmayıl Şıxlı macal tapıb "Ölən dünyam" romanının son nöqtəsini qoymaqla, 50 illik yaradıcılıq 

yoluna da yekun vurdu. Və sanki bundan sonra o da qəhrəmanı  Həsən ağa kimi rahatlıq tapıb 

dünyasını dəyişdi, əbədiyyətə qovuşdu. 

Tez-tez eşidilən belə bir deyim var, deyirlər: "yazıçının  əsərləri oxunursa, deməli, o, yaşayır". 

Bunun belə olub-olmadığını mən bilmirəm. Amma onu qəti bilirəm ki, İsmayıl Şıxlı - əsərləri oxunan 

və sevilən yazıçıdır... 

 

İntiqam Qasımzadə 

  



____________________Milli Kitabxana_____________________ 

12 


 

 

POMANLAR 

 



____________________Milli Kitabxana_____________________ 

13 


 

AYRILAN YOLLAR 

 



 

Gün qalxdıqca gecə  şaxtadan donan yolların qarı  əriyirdi. Arxların 

kənarındakı buzlar istinin təsirindən çatlayıb ovxalanırdı. Göz işlədikcə uzanan 

düzlərin üzərinə yorğan kimi sərilən qar nazilir, bəzi yerlərdə isə yuxalıb xal-xal 

olurdu. 

Şəhərdən çıxıb uzanan asfalt yol ağ çölləri qara xətt kimi yarıb keçirdi. Yaz 

aylarında gurlayıb-çağlayan Alagöz çayı indi sap kimi nazilib sakit-sakit axırdi. 

O tayda, bağların içində kənd evləri görünürdü. Bacalardan burula-burula qalxan 

tüstü duman kimi kəndin üzərinə yayılmışdı. Uzaqdan qara nöqtələri andıran 

heyvanlar çöllərə səpələnmişdi. 

Qatardan düşəndən sonra çamadan əlində  şəhərin kənarındakı  təpədə 

dayanmış  İmran birdən gülümsündü. Ayrılıqdan sonra doğma yerlər ona daha 

gözəl göründü. Ətrafdakı  ağaclar, çayın üzərindəki dəmir körpü, yolun 

kənarındakı qoşa çinar belə  İmrana  əziz və mehriban gəldi. O, aşağı endi. 

Körpünü keçib asfalta çıxdı. Maşınlara əl qaldırmadan, doğma yerlərə doyunca 

baxmaq məqsədi ilə sağa burulub kənd yoluna düşdü. Donu açılan yolun palçığı 

saqqız kimi ayağa yapışırdı. 

İmran palçığa düşməmək üçün yaxındakı arxın yaxası ilə getdi. Bir azdan o 

üzə adlayıb, qarla örtülü qoruğa keçdi. Qar ayaqlarının altında xarıldayır, 

islanmış ot kökləri  əzilirdi. Arxın dumduru suyu sır-sır buzları  yığışdırıb 

apardıqca, onlar çiliklənmiş  şüşə kinü cingildəyirdi. Qar adamin gözünü 

qamaşdırırdı. 

Bu cığır  İmrana çoxdan tanış idi. Məktəbdə oxuduğu vaxt, qış  və yay 

tətillərində yoldaşları ilə şəhərə həmin bu kəsə cığırla gəlib-gedərdi. 

İmran dayanıb qərb tərəfdəki Dəlidağa baxdı. Sonra sarı meşin paltosunun 

cibindən papiros çıxardıb yandırdı və yoluna davam etdi. 

Aram-aram vurulan zəng səsi onu fikirdən ayırdı. Başını qaldırıb ağ daşdan 

tikilmiş böyük məktəb binasına baxdı. Həyəti səs-küylə dolduran uşaqlar bir-

birini qovur, qar topu oynayırdılar. 

 



____________________Milli Kitabxana_____________________ 

14 


 

İmran öz uşaqlığını xatırladı. Məktəbə gedib-gəldiyi günləri, qışda bir-

birlərini qara basdıqlarını, yaz aylarında çəmənlikdə oynayıb, kolların dibindən 

bənövşə  yığdıqlarını yadına saldı. Onlar hər səhər günəşlə birlikdə oyanar, al-

əlvan çiçəkli meyvə  ağaclarının altından keçərək məktəbə gedərdilər. Zəngdən 

əvvəl  ınəktəbin həyətində qoşa-qoşa gəzərək dərslərini təkrar edərdilər. 

Uşaqların səsləri bir-birinə qarışardı. Tənəffüslərdə  həyətə qaçar, turnikdə 

fırlanar, top-top oynayardılar. Havanın  ətri otaqlara dolur, sinfi bəzəyən 

qızılgüllərin rayihəsinə qarışıb adamı  məst edirdi. Hələ  qızlar!.. Onlar yenicə 

açılan güllərdən daha təravətli olurdular. Gözləri qaynayır, yanaqları  rəngdən-

rəngə düşürdü. Aşağı sinifdə oxuyarkən atılıb-düşərək dəcəllik edən bu şıltaq 

qızlar, doqquz-onuncu siniflərdə ağırlaşır, adam çox olan yerlərdə özlərini sakit 

aparır, tək qalanda isə yenidən  şaqqıldayıb gülürdülər. Umu-küsülər, 

mübabisələr, qaşqabaq töküb dodaq büzmələr o qədar olurdu ki! 

"Eh, uşaqlıq!" - deyə  pıçıldayan  İmran kəndin ortasından kcçən arxm 

üstündəki korpüyə yaxınlaşdı. Qabaq tərəfdən gələn bir qız  İın-ranı görcək 

kolağayısını düzəltdi, başmı  aşağı salaraq, ötüb keçmək istədi.  İmran cığırdan 

kənara çıxdı. Nəyi isə  səliqə ilə  qəzetə büküb qolu üstündə sinəsine sıxan qız, 

onun bərabərinə çatanda gözaltı trara-na baxdı. Birdən onun iri qara gözləri 

təoccüblo genişləndi. Ayaq sax-layaraq, gülümsədi. Yanaqları daha da allaşdı. 

İmran, sənsən? 



İmran qımışdı. 

- Xoş gördük, Zeynəb. 

Qız gözlərini yerdən ayırmadan dinməzcə onunla görüşdü.  İmran başdan-

ayağa qızı süzdü. Zeynəb xeyli dəyişib gözəlləşmişdi. İmran Zeynəbi uşaqlıqdan 

tanıyırdı. O, məktəbdə həmişə dəcəllik etməyi, kiçik bir bəhanə tapıb adamlara 

sataşmağı, müsahibinin utandığını, yaxud da azacıq tutulduğunu görəndə 

şıltaqlıq edərək, gülməyi çox sevərdi. İmranın özü də çox zaman onun zarafatına 

dözə bilməyib qaş-qabağını sallardı. Bunu görən Zeynəb: "İmran, sən allah, 

həmişə belə dur, qaşqabaqlı olmaq sənə yaman yaraşır, onda mənim səndən daha 

çox xoşum gəlir" deyər və gülməyini güclə saxlayardi. İmran daha da əsəbiləşib: 

- Sən bu xasiyyətindən nə vaxt əl çəkəcəksən? - deyərdi. 

Zeynəb şıltaq uşaq ədası ilə: 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə