Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə14/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   10   11   12   13   14   15   16   17   ...   132

____________________Milli Kitabxana_____________________ 

42 


 

Qurban qımışdı. 

- Yəni məni o qədər çox istəyirsən? 

- Dayımın canı üçün, düz deyirəm. 

Sayalı çay-çörək gətirdi.  Ərinin qaşqabağının yavaş-yavaş açıldığını, 

Şahnazın onun qılığına girib yumşaltdığını görüb gülümsündü. 

Əyə, bircə dur, acından öldün. 



Qurban yerini bir az da rahatladı. 

- Arvad, 

sən atayın goru, nəyin varsa bəri ver, elə buradaca yeyəcəyəm. 

Bir də kim dursun... 

Şahnaz quş kimi yerindən sıçradı. Aftafa-ləyəni aparıb eyvana qoydu. Dərhal 

geri qayıdıb gəbənin üstünə süfrə saldı, samovarı stolun üstündən endirdi. 

Qurban mütəkkəyə dirsəkləndi. 

Sayalı tez-tez qonşu otağa gedir, qapıları taqqıldadır, xörəkləri daşıyıb 

süfrəyə düzürdü. Şahnaz nə isə danışır, tez-tez şaqqıldayıb gülür, qaşını oynadıb 

gözlərini süzdürür, dayısının kefini açırdi - Bu Sayalıya xoş  gəlirdi. O, həmişə 

ərini hirsli görəndə Şahnazı qabağa verər, "bu qız ilanı da yuvasından çıxardar" - 

deyərdi. Sonra isə özü ərinin dizinin dibini kəsdirər, asta-asta söhbət edər, 

idarədə nələr olduğunu soruşardı. Kolxozda kimin nə iş gördüyü, haraya gedib, 

haradan gəldiyi haqqında  ərindən məlumat alardı. Sonra ərinə  məsləhət verər, 

kimi işdən çıxardıb, kimi işə təyin etməyin lazım gəldiyini söyləyərdi. 

Qurban çox vaxt arvadının məsləhətindən çıxmazdı. Kişiyə elə gəlirdi ki, bu 

kənddə onu istəyən, işinə-gücünə kömək edən yeganə bir adam varsa, o da 

Sayalıdır. Sayalı onun hər dərdinə  şərik olur, ərinin gündən-günə yüksəlməsini 

istəyirdi. əslinə baxsan, Qurbanın sağ qalıb, bu dərəcəyə çıxmasına səbəb Sayalı 

idi. O öz həyatını Sayalıya borclu bilirdi... 

Onlar bir yerdə oxumuşdular. Kənddə yenicə  məktəb açılanda bir sinfə 

düşmüş, üç il bir skamyada oturmuşdular. Sayalı o zaman qırmızı yanaq, dəcəl 

bir qız idi. Hey atılıb-düşər, tənəffüslərdə  oğlanların papağını qoyar, kağızdan 

özünə bığ düzəldər, ona-buna lağ edərdi. Qurbanın ondan xoşu gəlməzdi. Hətta 

bir neçə dəfə Sayalını saçlayıb döymüşdü də. 

Qurban yalnız üçüncü sinfə qədər oxudu. Sonra atası onu məktəbdən çəkdi. 

"Yekə oğlansan, çörək qazanmaq lazımdır, - dedi, - dədə-babamız oxumayıb ki, 

sən də oxuyasan". 

 



____________________Milli Kitabxana_____________________ 

43 


 

Əslinə baxsan, Qurbanın özünün də ürəyındən idi ki, məktəbi buraxsın. 

Hərfləri höccələməkdən xoşu gəlmirdi. O, atası ilə  bərabər yer əkdi, ot çaldı, 

qapı-baca becərdi. Onlan dəfələrlə cərimələdilər: kənd sovetinin milisioneri onu 

çöldə tutub atın qabağina qatdı, məktəbə gətirdi. Sinifləri gəzdirdi, qulaqlarından 

dartıb uşaqlara gərs elədi. Olmadı ki, olmadı. O, üz-gözü qızarmış, qulaqları 

yana-yana sinifdə oturdu. Zəng çalınan kimi yenidən qaçdı. 

Sayalı isə oxudu. Beşinci sinfi qurtardı.  Əməlli-başlı  qız oldu. Həmin il 

kənddə klub düzəltdilər. Sayalı səhnədən düşmədi: hər bayramda oxudu, oynadı. 

Onun gözəl səsi var idi. Dərsdən sonra qızları başına yığıb oxuya-oxuya gəzərdi. 

Hər dəfə klubda yığıncaq olanda səhnəyə çıxar, cingiltili səslə deyərdi: 

 

"Bu səhnəmiz aynadır, açmağa xalqın gözünü.  



Görəcəkdir bu aynada hər kəs özünü.  

Arabir bəzi adam inciyəcəkdir,  

Müftəxor mollaları yandıracaqdır..." 

 

Cavanlar ona əl çalar. qocalar narazılıqla başlarını bulayar, "bu kişi qızını 



niyə özbaşına buraxıb?" – deyərdilər. Az sonra kənd arasında pıçildaşmağa, 

Sayalının haqqında cürbəcür sözlər danışmağa başladılar: dünən gecə filan 

yerdən keçirdi, filankəsin oğlu ilə mazaqlaşırdı. Sayalı isə rayon mərkəzində 

açılan altı aylıq müəllimlər knrsuna getməyə hazırlaşirdı. Ancaq bu, ona 

müyəssər olmadı. 

Bir axşam evə gələrkən, atasının yanında cavan, suyuşirin bir oğlan gördü. O, 

qonağa qulluq elədi, çay-çörək verdi. Gecədən xeyli keçdi. Qonaq getmədi. Atası 

Sayalını yanına çağırdı. 

- Qızım, - dedi, - özün bilirsən ki, səni mən nə  zəhmətlə saxlamışam. 

Rəhmətlik anan öləndə üç yaşındaydın.  İndi, maşallah, böyüyüb yekə  qız 

olubsan. Sənin tay-tuşundan atası evində qalanı yoxdur. Sənin də ev-eşik sahibi 

olmaq vaxtındır. - O, dərindən köks ötürdü. - Ozün bilirsən ki, mənim yurdumda 

ocaq qalayan adam yoxdur. İndi istəyirəm səni elə adama verim ki, yurdum boş 

qalmasın. Səni ev qızı, ev gəlini eləmək istəyirəm. 

Atası susub çal saqqalını qaşıdı. Sayalı onun dediklərini yaxşı başa 

düşmədisə də, ürəyi döyünməyə başladı. Kişi qızından gözləritıi ayırmadan: 

  



____________________Milli Kitabxana_____________________ 

44 


 

- Oğlan da pis oğlan deyil, - dedi, - elə əsl mən deyəndir. Yetimin biridir. 

Həm oğlum olar, həm kürəkənim. 

Sayalını elə bil ildırım vurdu. Atasinın boynuna sarılıb ağladı, yalvardı, 

oxumaq istədiyini söylədi. Atası əvvəlcə onu dilə tutdu. Qızının inadını görəndə 

hirslə ayağa durdu: 

Əgər ölmək istəmirsən, səsini kəs! Yoxsa bu saat ayağımın altina salıb, 



dəli inək buzovunu ayaqlayan kimi ayaqlaram. Ya mən deyən olacaq, ya da səni 

tikə-tikə doğrayıb qapıdakı itlərə atacam. 

Sayalı  ərə getdi. Ancaq onlar çox yaşamadılar. Evlənəndən bir-iki ay sonra 

oğlan gecələr başladi evə  gəlməməyə. Bəzən günlərlə yox olurdu. Sayalı 

hərdənbir atasının da onunla getdiyini görurdü. O, bir neçə  dəfə  ərindən hara 

getdiklərini, gecələr nə iş gördüklərini soruşmuşdusa da, cavab ala bilməmişdi. 

Əri hirsli-hirsli ona baxıb, gözlərini bərəltmiş, "arvadsan, otur yerində, - demişdi, 

- kişinin işinə qarışma", - Sayalının atası da kürəkəninin tərəfıni saxlamış, "kişi 

arvada sırrini verməz" - demişdiz. 

Bir gün Sayalının  ərini tutdular. Oğurlayıb kəsdiyi camışın gönünü onun 

çiyninə verib kəndin ortası ilə apardılar. Sayalı utandığından evdən bayıra 

çıxmadı. Uşaqların "oğru, oğru" - qışqırdıqlarını  eşitməmək üçün pəncərəni 

bağladı... 

Aradan bir neçə il keçdi. Kənddə kolxoz təşkil edildi. Sayalının atası kolxoza 

girmək istəmədi. Tək təsərrüfatçı olaraq da öldü. Sayalı tamam tək qaldı. 

Ərindən də xəbər-ətər yox idi. O, kolxoza girdi. 

Elə bu vaxt Qurbanı briqadir seçdilər. Sayalı onun briqadasında işləyəsi oldu. 

Onlar hər gün iş yerində görüşər, arabir söhbət edərdilər. Sayalı çox sakit, işlək 

bir gəlin olmuşdu. Heç kəsin işinə qarışmaz, az danışıb, az gülərdi. Yolu ilə düz 

gəlib, düz gedərdi. O indi ətə-qana dolmuşdu. Yanaqları qıpqırmızı idi. Zil qara 

saçları vardı. İri gözləri bir qədər kədərli olsa da, qaynayıb daşır, adami titrədirdi. 

Qurban yavaş-yavaş  kənd içındə sayılmağa başlayırdı.  İclaslarda onu 

tərifləyir, yaxşı briqadir olduğunu söyləyirdilər. O daha da həvəslənir, hamıdan 

əvvəl yer əkdirir, səpinə başlayır, pambıq yığdırırdı. Yavaş-yavaş qızlar da ona 

baxmağa başladılar. Çirkin olduğuna görə əvvəllər heç kəs ona məhəl qoymurdu. 

Qızlar öz aralarında "yassarın biridir, üzünə baxanda adamın ürəyi bulanır, - 

deyirdilər, -ev-eşiyi də yoxdur, bir həsirdir, bir də Məmməd Nəsir". 

 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə