Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə12/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   8   9   10   11   12   13   14   15   ...   132

____________________Milli Kitabxana_____________________ 

36 


 

Məktəbin zəngi axırıncı  dəfə  kəsik-kəsik dilləndi. Azacıq sonra kənd 

yollarında itlər hürüşməyə başladı. 

"Dərs qurtardı. Gedim peçi qalayım. Üşümüş olacaq, qərib adamdır" - deyə 

fikirləşən Tükəzban xala bir qucaq odun götürüb qonşu otağa keçdi... Ağ yun 

şala bürünmüş  Nərgiz müəllimə içəri girdi. Səliqə ilə  qəzetə büküb sinəsinə 

sıxdığı dəftərləri stolun üstünə qoyub, naxışlı yun əlcəklərini çıxartdi. Şalını açıb 

paltosunu soyundu. Yanaqları  qızarmışdı,  əlləri göynəyirdi. Evin ortasında 

sakitcə dayanan Tükəzban xala Nərgizin hər bir hərəkətinə göz qoyur, onun 

saçlarını üzündən necə geri elədiyinə, qaloşlarını nə cür çıxardığına tamaşa edir, 

nazik çatma qaşlarına, iri qonur gözlərinə baxmaqdan doymurdu. 

- Deyəsən, möhkəmcə üşüyübsən, qızım, yaxın gel, otur burda, o otağın 

peçini yenicə qalamışam, hələ soyuq olar. Bir az dincəl, onacan çay-çörək də 

hazır olar. 

- Yox, 

yox, 


Tükəzban xala, sizə zəhmət olar, özüm hər şeyi hazırlaram. 

- Hazırlanası bir şey qalmayıb. Samovar qaynayıb, təzə, isti çörəyimiz 

var, ocağı da ki, qalamışam. 

- Axı, siz mənə xəcalət verirsiniz. 

- Xəcalət niyə olur, sən də mənim balam. 

Nərgiz müəllimə peçin yanına keçdi. Tükəzban xala bir stəkan çay süzüb 

onun qabağına qoydu. 

- Soyuqdan 

gəlibsən, iç, canın qızsın. Anası ölmüş  İmran da bilmirəm 

harda qaldı... 

Evə sükut çökdü. Peçdəki odunlar çatıldayıb yanır, samovar könül oxşayan 

səslərlə zümzümə edirdi. 

- Deyəsən, kiçik çillə qiyamət qoparacaq. 

Görünür, - deyə Nərgiz müəllimə cavab verdi və Tükəzban xalanın əl-



ayağa düşdüyünü görüb tez ayağa qalxdi. 

- Gəlin otnrun, onsuz da səhnrdən axşamacan evdo işləyirsiniz. 

O tez dəsmalı götürüb stəkanlan sildi. İsti çörəkdən gətirib süfrəyə qoydu. 

Pendiri səliqə ilə doğradı, ev gəlini kimi ortada hərlənib bankadan yağ, bal 

çıxartdı. Tükəzban xalaya çay süzdü. Qənd doğramağa başladı. Tükəzban xala 

qurtum-qurtum çay içir, gözaltı  Nərgiz müəlliməni süzürdü. Bu qız da onun 

xoşuna gəlirdi. "Zalım balasının beli üzükdən keçər, qaş-gözünə söz ola bilməz. 

Ağzı da elə bil qüdrətdən yaranıb, bapbalaca. Mənim oğlumun da bilmirəm gözü 

hardadır, bu 

  



____________________Milli Kitabxana_____________________ 

37 


 

cür cığalı qızı görmür. Hayıf ki, ata-anasını tanımıram. Amma halal süd əmənə 

oxşayır. Dili-ağzı özündə, başı  aşağı  uşaqdır. Neçə aydır mənim evimdədir, 

başını qaldırıb bir adamın üzünə baxdığinı görməmişəm..." 

Tükəzban xala çayını içdi. Nərgiz müəllimə cəld stəkanı götürüb çay süzdü. 

Tükəzban xala gözünü onun əllərindən ayırmadi. "Bir dəli  şeytan deyir 

sandıqdakı üzüyü götür, keçir bunun barmağına... Oğlum fərsizin biridir. O 

fikirləşənə  qədər iş-işdən keçəcək. Bir də gordün boz-yoluğun biri, ley cücə 

götürən kimi, qızı götürüb apardı..." 

Bayırda itlər hürüşdü. Nərgiz müəlümə diksindi. Dərhal şeylərini yığışdırdı: 

- Mən öz otağıma gedim, yəqin İmran gəlir. 

- Gələndə nə olar, qızım, o da sənin qardaşın. 

Yox, yox, işdən gəlir, bəlkə dincəlmək istəyir. 



Tükəzban xala onu saxlamaq, İmran gələndə  də çay süzüb qulluq etməsini 

görmək istəyirdi. Amma Nərgiz müəllimə dayanmadı, tələsik öz otağına keçdi. 

Bir xeyli sakitcə durub bayır qapısının açılacağını gözlədi. Lakin heç kəs 

gəlmədi. O, şagirdlərin dəftərlərini qabağına qoyub, bugünkü imlanı yoxlamaq 

istədi. Ancaq nədənsə  həvəsi gəlmədi.  İki-üç dəftəri yoxladıqdan sonra əlini 

saxladı. Birdən-birə evdə darıxmağa başladı. Pəncərənin qabağına gəlib pərdəni 

yığdı. Şüşənin tərini silib çölə baxdı. Asta-asta qar yağırdı. Evlərin çoxu gecənin 

qaranlığında  ərimişdi. Bəzi evlərdən gələn işıqlar da bır-bir sönür, kəndi ağır 

sükut bürüyürdü. Bir az da keçdi. Qonşu otaqda səs-səmir kəsildi. Nərgiz 

müəllimə barmaqlarının ucunda qapıya yaxınlaşdı. Gecədən xeyli keçənə qədər 

oğlunu gözləyən Tükəzban xalanı yuxu aparmışdı. Samovar soyuyub 

zümzüməsini kəsmiş, süfrəyə əl vurulmamışdı. 

Nərgiz müəllimə sakitcə arvada yaxınlaşdı.  Əvvəlca onu oyatmaq istədi, 

sonra fikrini dəyişdi. Yun şalı ehmalca Tükəzban xalanın üstünə örtüb, otağına 

qayıtdı. Ocaq sönmüşdü. Bir az əvvəl peçin altına sərilib, xorhaxor yatan boz 

pişik büzüşmüşdü. 

Nərgiz müəllimə üşüdü, ocağı qalamaq istədi. İçəridə odun olmadığını görüb 

fikrindon daşındı. Səs-küy salıb ev sahibəsini yuxudan oyadacağından ehtiyat 

edərək, orta qapıdan keçib eyvana odun gətirməyə getmədi. Çırağın piltəsini 

aşağı  çəkib yerinə girdi. Soyuq yorğan-döşəkdə daha da üşüdü. Nəfəsini 

yorğanın altına verib yerini birthər isitdi. Gözünə yuxu getdi. 

  



____________________Milli Kitabxana_____________________ 

38 


 

Birdən Nərgiz üzünə yumşaq bir şeyin dəydiyini hiss edib dik atıldı. Boz 

pişik özünü onun qucağına saldı. Yerini rahatlayıb xoruldadı. Nərgiz onu 

tumarladı, yenə gözlərini yumub, yatmaq istədi. 

Stolun üstündəki saat yeknəsəq ahənglə çaqqıldayırdı. Bu çaqqıltı get-gedə 

daha da güclənirdi. 

Nərgiz o biri üzü üstə çevrildi. Yorğanı başına çəkdisə də, yata bilmədi. Ona 

elə gəldi ki, saat çaqqıltısı olmasa rahatca yuxuya gedər. Hətta bir-iki dəfə durub 

saatın səsini kəsmək istədi. Təklik, pişiyin xorultusn, saatın səsi onu darıxdırdı. 

Nərgizi xəyal götürdü. Məktəbə getdiyi, institutda oxuduğu günlər yadına düşdü. 

O vaxtlar Nərgiz nə  qədər qayğısız idi! Qızlarla gəzir, bəzən kitab üstə 

mürgüləyib, yuxuəsuz gecələr keçirir, imtahan verir, kursdan-kursa adlayıb 

institutu qurtarmağa çalışırdi. Nərgiz müəllimə dostlarını - qızları, oğlanları 

yadına saldı. Görəsən indi haradadırlar? Leyla nə edir? Teymur necədir? Kəndə 

gələndən bəri Nərgiz onların heç birindən xəbər tutmamışdı. Nə məktub yazmış, 

nə də cavab vermişdi. O istəyirdi ki, keçmiş günləri unutsun. Heç nəyi, heç kəsi 

yada salmadan, kənddə  tək-tənha yaşasın, lakin mümkün olmurdu. Xatirələr 

həmişə onu çəkib ötən günlərə aparırdı. 

Nərgizə elə goldi ki, Teymur otağın küncündə dayanıb baxır.  Əvvəlcə 

mehribanlıqla gülümsəyir, nəzərləri ilə  Nərgizi oxşayır, qəlbinə  hərarət verir

lakin sonra bu baxışlar yavaş-yavaş soyuyur, buza dönür. Başqalarını görəndə 

qaynayan bu gözlər nədənsə Nərgizə baxanda şüşə kimi cansız və soyuq olurdu. 

Nərgiz dillənmək, ürəyini boşaltmaq, Teymurun nəzərlərinin nə üçün belə soyuq 

olduğunu soruşmaq istəyirdi. Lakin gözlər ondan uzaqlaşır, getdikcə kiçilir və 

qaranlıqda görünməz olurdu. 

Nərgiz yerin içində dirsəklənərək, lampaya baxdı.  İşıq zəifləyib titrəyirdi. 

Şüşənin içindəki piltonin alovu can verirmiş kimi, bir neçə dəfə pırıldayıb söndü. 

Otağa qaranlıq çökdü. Nərgizin qulağı cingildədi. 

Birdən kəndin başında itlər hürüşdü. Səs-küy qalxdı, Nərgiz qulaq asdı. 

"İdarədon gəlirlər. Görünür iclasda imişlər" - deyə düşündü. O, kəndə gəldiyi beş 

ayda çox şey öyrənmişdi. Adətən camaat iclasdan çıxanda, ya da klubdakı 

tamaşadan dağılanda gecə yarıda kənd birdən canlanır, itlər səs-səsə verir, 

doqqazlarda bir-biri ilə xudahafizləşənlərin səsi ətrafa yayılırdı. Qızlar cingilüli 

səslə gülüşüb, oğlanlara söz atırdilar. Kəndin mərkəzindən başlayan bu hay-küy 

getdikcə ətrafa 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə