Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə13/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   9   10   11   12   13   14   15   16   ...   132

____________________Milli Kitabxana_____________________ 

39 


 

yayılır, evlərin çoxunda işıqlar təzədən yanırdı. Bir azdan isə yenə  hər yer 

sakitləşirdi. 

İndi də elə oldu. 

Nərgiz müəlümə ürək döyüntüsü ilə İmranın ayaq səslərinə qulaq asdı. İmran 

eyvanda dayandı. Görünür, üst-başının qarını  təmizləyirdi. Qapı açıldı. Nərgiz 

meşin paitonun xışıltısını eşitdi. 

Tükəzban xalanın yuxulu səsi gəldi: 

Ay bala, heç canına yazığın gəlmir, səhərdən harada qalıbsan? 



Olmur, ay ana, iş o qədərdir ki... 

- Elə bu işin hamısı səni ha gözləmirdi. Özünü niyə əldən salırsan? Bircə 

tez ol soyun, lap islanıbsan. Deyəsən, yaman qar yağır. Qulaqların gör necə 

qızarıb! Mənciyəzi də yuxu aparıb, ev-eşik soyuyub buza dönüb. İstəyirsən 

paltonu çıxartma. Ocağı qalayım, sonra... 

- Heç 

nə olmaz, ana. Amma yaman acmışam. 



Bundan sonra qarışıq səsiər eşidildi. Stəkan-nəlbəki cingildədi. Odunların 

çıtırtısı eşiditdi. Deyəsən, ocağı bərk qaladılar. Bir azdan ses-səmir kəsildi. 

Nərgiz qəzet xışıltısından başqa heç nə  eşitmədi. "Yəqin yenə oturub qəzet 

oxuyur. Yazıq arvad yer salır, o isə elə stolun üstündəcə mürgüləyir". 

Nərgiz axır vaxtlar İmranın çox gec yatdığını hiss edirdi. Bəzən onun ayaq 

tappıltısı az qala xoruz banına qədər qızı yatmağa qoymurdu. Nərgizə elə gəlirdi 

ki,  İmran tez-tez onun qapısına yaxınlaşır, dayanıb qulaq asır, bəlkə  də qapını 

aralayıb içəri baxır. Belə hallarda Nərgiz qalxıb yerin içində oturur, qorxulu-

qorxulu, yorğanı açıq sinəsinə çəkir, gözünü zilləyib qapının açılacağını, İmranın 

içəri girəcəyini gözləyirdi. Lakin heç kəs onun mənzilinə girmirdi. 

Qəribə idi. Axı ona nə olmuşdu? Nə üçün İmranın səsini, ayaq tappıltısını 

eşidəndə yuxusu qaçırdı?  İmran ki, hələ ona toxunan bir söz deməmişdi, bircə 

dəfə onu narahat etməmişdi. Bəs səbəb nə idi ki, əvvəllər Tükəzban xala ilə 

birlikdə sakitcə yaşayan Nərgiz İmran gələndən sonra özünü narahat hiss edirdi? 

Bunu Nərgiz özü də başa düşürdü. O ancaq bircə şeydən qorxurdu: sevə bilər. 

Bakıdan kəndə  işləməyə  gələndə özünə söz vermişdi ki, heç kəsin üzünə 

baxmayacaq, heç kəsi qəlbinə yaxın buraxmayacaq, elə ömrünün axırına qədər 

tək-tənha yaşayacaqdır.  O,  ikinci  dəfə sevməkdon qorxurdu. Əvvəllər Nərgiz 

ikinci dəfə sevməyin mümkün 

 



____________________Milli Kitabxana_____________________ 

40 


 

olduğuna inanmazdı, hələ institutda oxuyanda Leyla onu danlayardı ki, "ağlını 

başına yığ, əsl sevgi sonra gələcək, ilk məhəbbət uşaqlıq xatirəsindən başqa bir 

şey deyil". O isə sözündən dönmür, kitabları  vərəqləyib, romanlardan misal 

gətirirdi. 

Əslinə baxsan, o, kəndə elə təkliyə çəkilmək üçün gəlmişdi. Bu məqsədlə də 

Tükəzban xalanın evini seçmişdi. "Sakitlikdir, bir qarıdır, bir də  mən

qonşuluqda da oğlan yoxdur" - deyə özünə təskinlik vermişdi. Doğrudan da ilk 

günlərdə o, sakit dolanır, dərsdən sonra kitab götürüb bağa gedir, qaranlıq 

qarışanda pəncərə qabağında oturub yenə oxuyurdu. Hər səhər Tükəzban xala 

onun yastığının altından vərəqləri cırılmış kitab götürüb, stolun üstünə qoyurdu. 

Sonra da başını tərpədib öz-özünə pıçıldayırdı: "Bilmirəm bu qız cırıq kitablarda 

nə görüb? Dükanlarda satılan təzə kilablardan niyə alıb oxumur?" 

Nərgizin həyatı bəlkə də belə sakit keçəcəkdi. Ancaq İmranın gəlməsi ilə hər 

şey dəyişdi. Elə ilk gündən, eyvanda görüşdükləri dəqiqədən o özünü narahat 

hiss etdi. İki-üç gündən sonra şeylərini yığışdırıb başqa bir evə köçmək istədi. 

Tükəzban xala qoymadı. İmran özü də xahiş etdi ki, getməsin. 

Nərgiz özü də başa düşmədi ki, nə üçün razılıq verdi. İndi isə  qəlbində ikı 

hiss çarpışırdı... Nərgız bəzən öz-özünü danlayırdı. "Təqsir özümdədir. Düz 

adamsan, onu görəndə özünü niyə itirirsən? Niyə yerin içində uzanıb onun ayaq 

səslərinə qulaq asırsan? Yıxılıb yata bilmirsən?.. Bir həftə bundan ovval gecə 

ayaqyalın, qonşu otağa keçdin. İmranın çiynindən sürüşüb düşmüş pencəyini 

götürdün, yavaşca çiyninə toxunub onu oyatdin ki, "dur, soyuq dəyər". Sən belə 

eləyəndə,  əlbəttə, o da gizlincə  sənin otağına girə bilər, üstündəki yorğanı 

düzəldər. Yox, günah məndədir. Özüm bu işləri törədirəm". 

Nərgiz nə  qədər çalışsa da olmurdu; elə bil dağ seli onu qoynuna alıb 

aparırdı. Bu işlərin sonu nə olacaqdı, Nərgiz özü də bilmirdi. Ona ancaq bircə 

şey aydın idi: gecələr yuxu gözlərindən qaçır, çarpayıda uzanıb qonşu otaqdakı 

İmranın nəfəsini dinləmək istəyirdi. Bəzən onun ağlına çox qəribə bir fikir də 

gəlirdi:  İmranı öz otağında görmək isiəyirdi. Belə vaxtlar ürəyi daha şiddətlə 

döyünürdü. Diksinərək yerindən sıçrayıb lampanın piltəsini qaldırırdı. O, indi də 

yerin içində çevrilib qonşu otaqdakı qazet xışıltısına qulaq asırdi. 

Bu gecə də Nərgiz dan yeri sökülənə qədər yata bilmədi. Səhər lezdən qalxıb 

şagirdlərin dəftərlərini yoxlayanda başı ağrıyırdı... 

  



  

Milli Kitabxana  

 

 



Kosaoğlu  Qurban  evə  yorğun  gəldi.  Çay-çörək  hazırlayıb  gözləyən  Sayalı, 

ərinin  hirsli  olduğunu  görüb,  tez  ayağa  qalxdı.  Kişinin  yarımkürkünü  alıb 

divardan  asdı.  Palçığa  bulaşmış  çəkmələrini  soyundurub,  qapının  ağzına  qoydu. 

Gəbənin üstünə döşəkcə atdı. Yastıq və mütəkkə gətirdi. 

Bir  az  uzan, dincəl,  -  o  mehribanlıqla  dilləndi, -  nə  yaman  gec gəldin? 



İstəyirsən su gətirim, ayaqlarını yuyum? 

Qurban   fısıldayaraq   mütəkkəyə   dirsəkləndi.   Qara   məxmər   köynəyinin 

yaxasını açdı. 

-       Sənə neçə kərə demişəm, bu zəhrimar ocağı az qala. İstidən nəfəs almaq 

olmur. 

Ərinin xasiyyətinə bələd olan Sayalı heç nə demədi. Səssizcə qapıya yönəldi: 



"Görəsən yenə hansı ciyəri  yanmış  kışiyə söz qaytarıb, gecənin bu  vaxtı qanını 

qaraldıb?" 

O,   qonşu   otağa   keçdi.   İçəridə   oynayıb-gülüşən   uşaqlarına   acıqlandı. 

Balacalar  susub  boyun-boyuna  verdilər.  Sayali,  güzgünün  qabağında  oturub 

saçlarının  ucunu  oynadan  qıza  yaxınlaşdı.  Aynada  onların  nəzərləri  bir-birinə 

sataşdı.  Qız  Sayalıya  göz  vurdu.  Bununla  da  dayısının  kefıni  açmaq  lazım 

olduğunu  başa  düşdüyünü  ona  anlatdı.  Şahnaz  boğmalı,  hacıleylək  boğazı  kimi 

uzun  və  əyri  lüləkli  sarı  aftafa-ləyəni  götürüb  gülə-gülə  dayısı  olan  otağa  girdi. 

Döşəkcənin üstünə uzanıb qıraq başını qaşıyan Qurbana yaxınlaşdı. 

Ay dayı, bir az bəri dur, ayaqlarını yuyum. 



Qurban  yenə  fısıldadı.  Şahnaz  onun  corablarını  çıxarıb,  qalife  şalvarının 

balağını yuxarı çəkdi. 

Nə yaman qaşqabaqlısan, ay dayı, yəqin yorulubsan? 



Şahnaz  cavab  almadısa  da,  işinə  davam  etdi.  İsti  su  Qurbanın  ayaqlarına 

dəyəndə dirsəklənib oturdu. Bir xeyli Şahnaza baxdı. Qız isə onun ayağını ovur, 

barmaqlarını şaqqıldadır, dabanını qaşıyırdı. 

Ayağının altı qıdıqlananda Qurban özünü saxlaya bilmədi: 

Ay qız, yavaş. 



Bəs deyirdin qıdığım gəlmir? Gördün ki, səni güldürdüm, ay dayı, 

-       Şahnazm iri, ala gözləri oynadı. – Niyə bikefsən, yoxsa sənə söz deyən 

olub?  Allah  vurmuşdu  onları!  Dayımın  qabağında  dillənənin  dilini  dibindən 

qopardaram! 

 

 



 

 

 



 

 

41 




Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə