Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə21/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   17   18   19   20   21   22   23   24   ...   132

____________________Milli Kitabxana_____________________ 

63 


 

rim dayıdan sonra oğlanlar kəndin naz-qəmzəli, qənirsiz gözəlləri ilə ortada 

fırlanırdılar. Kəlağayılar dalğalanır, gözlər gülür, yanaqlar qızarırdı. Nədənsə o 

gün Zeynəb heç ortadan çıxmırdı. Zurnaçıları yormaq istəyirdi. Qızlar yorulub 

çıxdıqda Zeynəb təzəsini çağırır, arabir də  kənarda durub oyunçulara tamaşa 

edən  İmrana gizli-gizli baxırdı. Birdən Zeynəb ona yaxınlaşdı. "Oynamaqdan 

yoruldum" - deyə  dərindən nəfəs aldı. Onlar kənara çəkilib ağacların arasında 

gəzməyə başladılar. Nədənsə Zeynəb susur, başqa vaxtda dil-dil ötdüyü halda, 

indi deməyə söz tapmırdı. İmran sükutu pozdu: 

- Niyə danışmırsan? 

- Nə danışım? 

Söbbət baş tutmadı. Onlar yenidən susdular. Bir azdan İmran dilləndi: 

- Məktəbi qurtarandan sonra hansı instituta gedəcəksən? 

- Heç 


birinə. 

- Niyə, ali təhsil almaq istəmirsən? 

- Bilirsən nə var, İmran? – Mən bu qərara gəlmişəm ki, kəndimizdə 

qalım. Bəziləri var ki, onilliyi qurtarandan sonra nə oxumağa getmək istəyir, nə 

də  işləyirlər. Kərim dayının sözü olmasın, qulluq axtarırlar. Amma mən 

kolxozda işləyəcəm. 

İmran sınayıcı nəzərlo ona baxdı: 

- Ancaq 


hər halda orta təhsil azdır. 

Zeynəb onu mənalı-mənalı süzdü: 

- Yoxsa 

ali 


təhsil almayan qızlar xoşuna gəlmir? 

Zeynəb mənasını o qədər də fikirləşmədən dediyi sözdən qızardı. Bunu 

İmrana sezdirməmək üçün üzünü yana çevirib, yaxındakı çiçəyi qopardı  və 

başını qaldırıb döyükmüş kimi ətrafa baxdı. Dodaqlarını büzüb təəccübləndi: 

Boy, gör hara gəlib çıxmışıq, - dedi, - indi yəqin qızlar məni axtarır... 



Arxın buzu çatlayıb sındı. Diksinib xəyaldan ayrılan Zeynəb, körpünün 

üstündə yanında dayanan İmrana baxdı. O da fikirli idi. "Görəsən nə düşünür? 

Bəlkə  mənim onda dediyim sözü yadına salır? Bəlkə doğrudan da ali təhsili 

olmayan qızlardan xoşu gəlmir? Elə ona görə  də..." - bu sözləri xəyalından 

keçirən Zeynəb çiyninə saldığı şala daha möhkəm büründü... 

İşıqlar bir-bir sönür, teleqraf dirəkləri həzin-həzin güyüldəyirdi. 

 



____________________Milli Kitabxana_____________________ 

64 


 

 

Hava çox gözəl idi. Axşamkı sazaqdan əsər qalmamışdı. Uşaqlar sürüşə-



sürüşə məktəbdən qayıdırdılar. Bəziləri yoldan kənara çıxıb qarın təmiz yerində 

arxası üstə uzanır, öz şəkillərini qara salırdılar. Ağaran çöllər işıldayıb, adamın 

gözünü qamaşdırırdı. Camaatın çoxu kürək götürüb damların qarını kürüyürdü. 

Gümüşü tozcuqlar havaya qalxıb bərq vururdu. Uşaqlar malları qabaqlarına qatıb 

suvarmağa aparırdılar. Kənddən xeyli aralı olan düzənlikdə uşaqlar qaçışır, itlər 

nəyi isə qovurdu. Deyəson, qara düşmüş dovşana rast gəlmişdilər. 

Tükəzban xala səhəngini dalına alıb asta-asta arxa doğru gedirdi. O, şad idi. 

Qarıya elə  gəlirdi ki, göyün tərtəmiz olması, neçə gündən bəri görünməyən 

günəşin indi parıldaması, quşların çəpərin üstünə qonub civildəşə-civildəşə 

özlərini günə verməsi oğlunun ayağının sayəsindədir. İki aya yaxındı ki, o, kəndə 

gəlmiş, özü ilə bərabər ana qəlbinə istilik gətirmişdi. 

Tükəzban xala arxa yaxınlaşdı. Səhəngini düşürüb yerə qoydu. Dolçanı 

buzun sınmış yerindən su ilə doldurub səhəngə boşaltdı. Qabı  kənara çəkib 

ağzını tıxacla bağladı. Getməyə hazırlaşırdı ki, uzun və gen donunun ətəyi yerlə 

sürünən, başını çalmalamış Gövhər qarı böyürdən çıxdı. 

- Ay 


Tükəzban, sən də mənim kimi sonsuz ha döyülsən, nə vaxta qədər 

özün su daşıyacaqsan? 

Gövhar qarı səhəngi açıb yerə qoydu. "Bəduğur, heç ağzını xeyirliyə açmır, 

elə bayquş kimi ulayır" - deyə fikirləşən Tükəzban xala acıqlı-acıqlı: 

- Sonsuz 

niyə oluram, - dedi, - sağ olsun İmranım. 

- Mən də deyirəm sağ olsun. - O, Tükəzban xalaya bir az da yaxınlaşdı. - 

Ay qız, kimi gözləyirsən, gözünü allah niyə yumubdur? Bu gözəl-goyçək 

qızların birini aparıb qoysana evə... Nə vaxla qədər su daşıyıb, ev süpürəcəksən? 

Dünyanı tutub durmayacaqsan ha, heç olmasa ölməmişdən nəvə gör, ay batmış! 

Qoy sənin də ətəyini uşaq islatsın. 

Qarı  xırıltilı  səslə güldü. Əgər bu sözləri başqa birisi desəydi. Tükəzban 

xalanın ürəyinə yatar, bəlkə  də o, həmin adamla ağız-ağıza verib danışar, 

oğlunun toyundan, nəvəsini necə oynamaq istəməsindən söhbət açardı. Amma 

onun-bunun qapısında qulluqçuluq edən Gövhər qarı ilə bu barədə söhbət 

eləməyi o, ağlına belə  gətirmirdi.  Əslinə baxsan, Tükəzban xalanın elə 

cavanlıqdan Gövhərdon xoşu galməzdi. 

 



____________________Milli Kitabxana_____________________ 

65 


 

Bu qarı ilə iki kəlmə danışdı qurtardı: gərək qulaqlarını tutub qaçasan. 

Tükəzban xala ona ağızucu cavab verdi. 

- Hər şeyin vaxtı var. 

- Bəs nə vaxt? Oğlun gələndə  mən elə bildim toy eləyəcəksən. Elə 

qulağım səsdəydi, deyirdim bu gün, ya sabah məni çağırtdıracaqsan, 

məsləhləşəcəyik. İmrana özüm su sonası kimi qəşəng bir qız seçəcəm. 

Özü balaca deyil. Ürəyi kimi istəyər, onu da alar. 



- Ay 

Tükəzban, niyə uşaq kimi danışırsan? Gədə cavandır, beyni qandır, 

o nə qanır yaxşı-yaman nədir? Gərək ortada mənim kimlə dilavər bir adam ola 

ki, tükü-tükdən seçə bilə. Yoxsa, allah eləməmiş, birdən gedib eləsini alar ki, el 

içində biabır olarsız. Atalar nahaq yerə deməyib ki, xasiyyətini bilmədiyin atın 

dalına keçmə.  İndi, ağrın ürəyimə, gərək qızın  əslini-nəslini biləsən, qohum-

əqrəbası ola. Yoxsa bildırçin kimi ortada tullanan saçıkəsik qızlardan birini 

gətirib qoydun evinə, ondan nə çıxar? İki gündən sonra səni saçlayıb döyər. Yox, 

ay Tükəzban, İmran yaxşı uşaqdır. Onun boyuna qurban olum. Gül kimi baladir. 

Əhd elemişəm, gərək qızı ona özüm seçəm. - Qarı, Tükəzban xalanın 

qaşqabağını tökdüyünü və getmək istədiyini görüb, onun biləyindən yapışdı. 

- Bircə sözümə qulaq as! Mən deyənə baxsan, zərər çəkməzsən. Kimin 

işinə qarışmışamsa, hamısı  oğullu, uşaqlı, ev-eşik sahibi olubdur. Yoxsa 

inanmırsan? Xoşqədəmin oğluna qızı mən tapmadımmı? 

İndi pis dolanırlar? Alqazaxlıların Mədədini də mənciyəz evləndirmədimmi? 

Yetimin biri idi, indi dalını dağa söykəyib. Qurban kimi bir kişinin baldızı qızını 

alıb. Elə yuxarı obadakı  Səməd kişinin oğlunu götür, onu da mən adam 

eləmədimmi? Evində bir cırıq palazı da yox idi, indi sədrin "Pobeda"sında gəzir. 

Hələ dul Yetərin oğlunu demirəm. Hə, indi nə deyirsən? Sən bir balaca mənə 

him elə, sonrasıynan işin yoxdur. Ona elə bir qız tapım ki, kəklik kimi səksin. Su 

içəndə boğazında görünsün. 

Tükəzban xala lap darıxdi. 

Ay arvad, qurtar görək, - dedi, - tələsirəm, evdə işim var. 



Bir buna bax ey, beləsinə deyiblər ki, dazın daznan yatdığı, dazın da naz 

atdığı. Ay qız, evdə körpə uşağın var? Qoy mən də sənəyimi doldurum da. 

Di tez ol. 



Gövhər qarı bir-iki dolça su götürüb səhəngə tökdü və dayanıb Tükəzban 

xalaya baxdı. 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə