Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə19/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   15   16   17   18   19   20   21   22   ...   132

____________________Milli Kitabxana_____________________ 

57 


 

- Kimin 


haqqı var sənin təki qızı incitsin? Sən kəndimizin gülüsən. Keçən 

il kolxozumuzda hamıdan əvvəl planı sən ödədin. 

- Elə ona görə du qədrimi bilirsiniz! Biz söz vermişdik ki, gərək bu il 

rayonda hamını ötək, bizim kimi pambıq becərən olmasın. Qızlar indidən 

fikirləşirlər ki, çayırı, çör-çöpü necə  təmizləyəcəyik, alağı necə vuracağıq, nə 

vaxt pambığı suvarıb dərimə başlayacağıq, siz də ki, belə... - Zeynəb kövrəldi- 

Bax, buna yoxam. Uşaqlığı burax. Ağlamaq nədir?! 



- Neyləyim, Nəsib dayı? Adamı odsuz-ocaqsız yandırırlar! – O birdən-

birə sərtləşdi. - Bax, düzünü deyirəm, mənim çox ağlım yoxdur. Özün işə qarış, 

yoxsa Kosaoğlunu bir Kosaoğlu qayıraram ki, adı da yadından çıxar. Ona de ki, 

gözünü silsin, mənə düz-əməlli baxsın. 

Yoxsa bütün rayonu bura tökərəm. Daha bəsdir. Kəndi barmağına az dolasın! 

Zeynəbın sözləri Nəsib dayını düşündürdü. Doğrudan da axır vaxtlar 

Kosaoğlu özünü pis aparır, heç kimlə hesablaşmır, hətta partiya iclaslarının 

qərarlarına fikir vermək istəmirdi. Onun bu cür yekəxanalığı, kolxozun idarə 

heyətinə belə fikir verməməsi Nəsib dayını narahat edirdi. O bir neçə  dəfə 

Kosaoğlu ilə  təklikdə söhbət etmiş, bu cür işlərin yaxşı  nəticə verməyəcəyini 

demişdi. Nəsib dayını  ən çox təəccübləndirən o idi ki, Kosaoğluna bir söz 

deyəndə gülür, laqeydliklə "nə qayıracaqlar ki?" - deyirdi. 

Nəsib dayı çalışırdı ki, onu başa salsın, külxozun daxilində ikitirəlik və 

ziddiyyət olmasın. Ancaq deyəsən bu mümkün deyildi. 

Zeynəbin dediklərinə diqqətlə qulaq asdıqdan sonra o yenə öz-özündən 

soruşdu: "Axı bu niyə belə olsun?", lakin cavab tapa bilmədi- 

- Qızım, - deyə nəhayət o, sözə başladı, - sən çıx get evə, işində ol. 

Heç kəs sənin manqam əlindən ala bilməz. Səni manqabaşçılıqdan çıxartmaq 

üçün əldə heç bir əsas yoxdur. - O, bir qədər duruxdu. 

Azacıq fikrə getdi və sınayıcı nəzərlərlə Zeynəbi süzdü. - Yaxşı, bəs Kazım 

nə üçün sənin  əleyhinə  çıxır? O ki keçən il harda olsa, səni tərifləyirdi, 

briqadanıın gözüdür, deyirdi. İndi nə oldu? 

Zeynəb qızardı. Ürküdülmüş kimi yerindən qalxdı. Nəsib dayının üzünə 

baxmaqdan utanıb başını  aşağı saldı. - Mən nə bilim? Nəsib dayı  qızın yaralı 

yerinə toxunduğunu hiss etdi. 

- Yaxşı, arxayın ol. Mən özüm hər şeyi ayırd edərəm. 

  



____________________Milli Kitabxana_____________________ 

58 


 

- Bax, 


sənə ümidliyəm. Mən Kosaoğlunun yanına getsəm, biabırçılıq olar. 

- Yaxşı, yaxşı. Bizi qorxutma. 

Zeynəb şalına bürünüb idarədən çıxdı. Nəsib dayı fikri dağınıq halda bir xeyli 

onun arxasınca baxdı. Sonra asta-asta otaqda gəzinməyə başladı... 

 

* * * 


 

Onlar at tövləsinin yanında rastlaşdılar.  İmran sahələri gəzməkdən yenicə 

qayıdırdı. Ayaq tappıltısı  eşidan mehtər, dərhal bayıra çıxıb,  İmranın atının 

başını tutmaq istədi. 

- Zəhmət çəkmə, Abdı dayı, - deyə  İmran cəld yerə  sıçradı, qocaya 

əziyyət verməmək üçün özü atı tövləyə çəkdi, yəhər-yüyənini aldı. 

Mehtər qarnı kürəyinə yapışmış atı nəzərdən keçirib başını bnladı: 

A baia, nə gec gəldin? Səhərdən getdiyindir. 



İmran, axurda yem axtaran ata baxdı. 

- Elədir, atı da əldən salmışam. Abdı dayı, sən allah, onun axurunu dolu 

elə. 

Mehtər dillənmədi. 



İmranın çəkmələri, sınqlı gödəkcəsinin ətəyi palçığa bulanmışdı. O, papağını 

peysərinə itələyib, əlindəki balaca çubuğu oynada-oynada idarayə sarı addımladı. 

Yolda Zeynəblə qabaqlaşdı. 

- Axşamın xeyir, ay qonşu, hara belə? – deyə  İmran gülə-gülə ona 

yaxınlaşdı. 

Zeynəb: 


- Evə, - dedi, sonra əlavə etdi. - Deyəsən, kefin doxsan doqquzdur. 

Əcəb doxsan doqquzdur! Səhərdən çöllərdəyəm. 



- Yazıq arvad eşiyə çıxıb, içəri girməkdən yorulub. 

İmran ciddiləşdi: 

- Yaxşı, onda istəyirsən bir azca gözlə, idarəyə dəyib qayıdıram. 

Bir yerdə gedək. 

- Mən də  koperativə gedirəm. Orada səni gözləyəcəm. Ancaq tez gəl. 

Ləngisən, çıxıb gedəcəm... 

Zeynəb kooperativdə  işini qurtarandan sonra qapıda dayanıb qızlarla xeyli 

söhbət elədi.  İdarəyə doğru baxa-baxa gözlədi.  İmranın ləngidiyini görüb, 

dalınca idarəyə getmək istədi, sonra fikrindən daşındı. "Kosaoğlunun sifətini 

görməsəm yaxşıdır". 

  



____________________Milli Kitabxana_____________________ 

59 


 

Bir az da keçdi. İmran gəlmədi. Zeynəb təkcə yola düşdü. "Onun ki ağzı 

qızışdı, gəlib çıxmaz". 

O, kəndin ortasından keçən böyük yolla evlərinə  tərəf addımladı. Məktəbin 

yanında Kazıma rast gəldi. Qız Kazımın üzünə baxmadan ötüb keçmək istədi. 

Ancaq briqadir onu saxladı: 

- Yenə nə olub, ay qiz? Haqq-salamı havaxtdan kəsibsən? 

- Sən aralıqda quyruq bulamağa başlayandan. 

Kazım tutuldu, qaşqabağını salladı. 

- Yenə nə olub? 

- Mən hardan bilim? 

- Doğrudan bilmirsən? 

- Çörək haqqı, düz deyirəm. 

Arvad kimi and içməkdənsə, kişi kimi üzə söz danış. Gedib orda-burda 



qeybət qırıb əl altından iş düzəltmə. 

- Mən nə iş düzəltmişəm ki? 

- Özün 

yaxşı bilirsən. Kosaoğlunun çənəsinin altını mən ha kəsdirmirəm. 



- Kəsdirəndə  nə olar? Kişi ilə  şəxsən dostam. Evinə  də gedib gəlirəm. 

Bunun heç kəsə dəxli yoxdur. Bunu şəxsən o, bir də mən bilərəm. 

- Kolxozun 

işini də şəxsən siz həll edirsiniz? 

- Bəs kim həll eləyəsidir. 

- Məni də manqabaşçılıqdan şəxsən siz çıxardıbsınız? 

Kazım ürəyində sevindi: "Belə əl-ayağa düşərsən! Adamı saymayanda başına 

bu oyunu açarlar! İndi sənin canın mənim  əlimdədir! Hara istəsəm sürüyəcəm. 

Heç atılıb-düşmə". Zahirdə isə özunü bilməməzliyə vurdu. 

Yalan sözdür. Qurban qağa elə iş tutmaz. 



Amma tutub. Burda sənin də barmağın var. 

Kazım Zeynəbə daha da yaxınlaşdı. Qaranlıqda onun gözləri parıldadı. 

Səsinə mülayim, nəvazişli bir ahəng vermək istədi. 

- Bura 

bax, 


Zeynəb. Mən həmişə sənin tərəfini saxlamışam. Keçən il hər 

yerdə adını birinciliyə  çəkdim. Amma sən mənim qədrimi bilmədin. Axır vaxt 

adama heç məhəl də qoymursan. Zərər yoxdur, mən yenə  sənə kömək elərəm. 

Qoymaram səni manqabaşçılığından çıxarsınlar. Qurban qağamla  şəxsən 

danışaram. 

- Qorxuram, 

əziyyətə düşəsən. 

- Nə əziyyəti var, özün bilirsən ki, Qurban qağam mənim bir sözümü iki 

eləməz. Kişinin yanında xətir-hörmətim var. 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə