Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə22/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   18   19   20   21   22   23   24   25   ...   132

____________________Milli Kitabxana_____________________ 

66 


 

Yoxsa bir gözaltın var, məndən gizlədirsən? Sonra ağlını  oğurladıb 



dağa-daşa əl atarsan ha! İmranı mən səndən də çox istəyirəm. 

"Allahın xatası, işə düşmədik... Bu imansız əl çəkməz ki!" 

- Tükəzban xala ürəyində deyindi. 

- Ay 


arvad, 

bircə tez ol! 

Gövhər qarı tələsdi, səhəngini hıqqına-hıqqına dalına qaldırıb çatı ilə sandı. 

Yola düşəndə yenidən başladı: 

- Sonra 

ürəyinə ayrı fikir-zad gələr. Qızım yox, ona verəm, bacım yox, 

evinizə göndərəm. Mən səndən ötrü deyirəm. Bir olan allah özü şahiddir ki, mən 

həmişə İmram öz balam hesab eləmişəm. Maşallah, ağıllı-kamallı uşaqdır. Allah 

bədnəzərdən saxlasın. Tükəzban xala titrək səslə: 

- Amin, 


dedi. 


İndi mənim dediyim odur ki, özünə layiq bir qızla evlənsin. - O, səsinə 

daha mehriban ahəng verdi. - Bir-iki gün bundan əvvəl bizim Sayalını gördüm. 

Onunda  İmrandan yamanxoşu gəlir. Deyirdi, yetişmış  qızım olsaydı, elə ona 

verərdim. Tükəzban xala yavaş-yavaş ehtiyat eləməyə başladı: 

Ay arvad, sən allah, belə sözləri danışıb uşağı dilə-ağıza salma. 



-  

Bıy, başıma xeyir! Ay qız, mən nə deyirəm ki? Xalq oğlunun tərifindən 

xoşlananda, bu da burun-qulaq sallayır. Bircə bunun pirinə təpik atmağına bax. 

Sayalının  ərlik qızı olub, sənin oğluna versəydi, gərək papağını göyə ataydın. 

Xalq allahdan istəyir ki, elə bir adamnan qohum olsun. Kişinin adını bir karvan 

dəvə çəkmir, irayonla bir olub az qalır Moskoydan bəri hər yeri ağzına götürsün. 

Tükəzban xala daha dözə bilmədi: 

İndi məndən nə istəyirsən, ay arvad? Nə Sayalının ərlik qızı var, nə mən 



ona elçi gedirəm. Daha baş-beynimizi niyə tökürsən? Hər kəs yaxşıdır öz evində. 

Mənə nə? 

Kiri, kiri, ay qız, bu sözünü eşidən olsa səni qınayar. Onlar doqqaza 



çatdılar. Tükəzban xala yaxasını qarının əlindən qurtarmaq istədi. 

Ancaq Gövhər qarı əl çəkmədi. 

- Qoy 

sizin 


qapıdan keçib bağların arasıynan evə gedim. Bura kəsədir. Bir 

də palçığa bata-bata yolnan kim getsin... hə, onu deyirdim. Qoyursan ki, bir 

sözümü qurtarım!.. Hə...nə olar, Sayalının qızı yoxdur, baldızı qızı var. Maşallah 

tavus quşuna oxşayır. Cığalarının 

 



____________________Milli Kitabxana_____________________ 

67 


 

hər birini bir oğlana dəyişməzsən. Qaşını süzüb gözünü oynadanda adamın 

canını alır. 

Tükəzban xala birdən geri dönüb, Gövhər qarının düz gözlərinin içinə baxdı. 

Onun dodaqları titrədi: 

- Bir 


də bu sözü ağzına alsan, ağbirçəkliyinə baxmaram. Eşitdinmi. Bir 

daş altda, bir daş üstə. Yoxsa gen dünyanı başına dar elərəm! 

Qarı səsini xırp kəsdi, cücə gözlərini oynadıb mat-mat baxdı. O, elə bilirdi ki, 

bu sözü eşidən kimi Tükəzban xala onun əl-ayağına düşəcək, "amanın bir 

günüdür, bunu düzəlt!" - deyəcək. Amma tərsinə oldu. 

- Yaxşı, yaxşi, aləmi başına tökmə, görək. Bir sözdür dedim. Xata ha 

olmadı. Bir də, elə onu sənin oğluna verən vardı. 

Onlar həyətə girdilər. 

Gövhər qarı hıqqana-hıqqana səhəngini düşürüb pillakəndə oturdu. 

Yaman yoruldum. Bir az dincimi alıb gedəcəm. 



Nərgiz münllimə həyətə çıxdı. Əlində balta vardi. 

- Qızım, neyləmək fikrindəsən? 

Bir az odun yaracam. 



- Sən bacarmazsan. Əlini-ayağını kəsərsən! İmran gəlib özü yarar. 

- Zərər yoxdur. Qoy mən də öyrənim. 

- Yaxşı, özün bil. Amma ehtiyatlı ol. 

Nərgiz müəllimə çardağın altındakı odunlardan birini götürub kötüyün üstünə 

qoydu. Çətinliklə  də olsa yarmağa başladı. Taqqıltını  eşidən Zeynəb çəpərin 

yanında göründü və  cəld qarı yara-yara Nərgizə yaxınlaşdı. Bir qədər sakitcə 

dayanıb müəllimənin odunu necə yarmağına tamaşa etdi. 

O hər dəfə baltanı endirəndə odunun bir yerinə dəyirdi. Bunu görən Zeynəb: 

- Ay 

Tükəzban xala, mişarı  bəri ver, - dedi və üzünü Gövhər qarıya 



çevirdi: - Ay imansız, sən burda nə gəzirsən? Yenə hansı küpə girəcəksən?! Qarı 

qorxusundan səsini çıxartmadı. Zeynəb sualinı bir də təkrar edəndə dilləndi: 

Qoysana bir az nəfəsimizi dərək, ay günü ağ olmuş, yorulmuşam, daha 



dizlərim taqətdən düşüb... 

Zeynəb mişarı götürüb Nərgiz müəllimə ilə üz-üzə dayandı. 

- Mişar çəkmək bilirsənmi? 

- Bilməsəm də öyrənərəm. 




____________________Milli Kitabxana_____________________ 

68 


 

- Başa düşmürəm,  şəhər qızları niyə belə olur? – deyə Zeynəb güldü. 

Onlar mişar çəkməyə başladılar. Elə bu vaxt İmran gəldi. Qızlara tamaşa edib 

gülümsündü: 

- Hə, qoçaqlar, görüm hansınız üstələyəcəksıniz. Nərgiz müəllimə qızarıb 

başını aşağı saldı. 

Zeynəb: 

- Evdə sənin kimi kişi olanda, odunu biz yaracağıq da, - dedi. 

- Bəh-bəh, ayda, ildə bir dəfə şeytanın ayağını sındırıb iş görürsən, onu da 

dava-şava ilə. 

İmran geri dönərkən, eyvanda oturan Gövhər qarını gördü: 

- Xoş gördük, ay nənə, niyə burda oturmusan, keç içəri. 

- Sağ ol, ömrün uzun olsun. İndicə durub gedəcəm. Yenə Zeynəbin səsi 

eşidildi: 

Zarafata salma, gəl odun yar. 



İmran pencəyini çıxarıb məhəccərin üstünə atdı. Yaxınlaşıb mişarı  Nərgiz 

müəllimədən aldı: 

- Di 

möhkəm dur!   deyə Zeynəbi sınayıcı nəzərlə süzdü. 



Mişar cingildəməyə, qarın üstünə ovuntular səpələnməyə başladı. 

Odunlar doğrandıqca Zeynəbin yanaqları  qızarırdı. O yorulsa da, üstünü 

vurmurdu.  İmran gözaltı onu süzür, oğrun-oğrun qımışırdı. Bir azdan Nərgiz 

müəllimə Zeynəbi əvəz etdi. Ancaq tez yoruldu, mişar ağırlaşmağa başladı. Elə 

bu vaxt İmranın boynuna yüngül bir qar topası dəydi. O üşüyüb boynunu qısdi, 

dönüb dala baxdı. Zeynəb dirəyin arxasında gizləndi: 

- Mən deyildim. 

İmranın yerdən qar götürdüyünü gördükdə, qız əllərini üzünə tutdu. 

Qurban olum, vurma, bir də dəymərəm. 



İmranın qolları boşalıb yanına düşdü. Nərgiz müəllimə  ətəklərini çırpıb, 

pörtmüş halda belini düzəltdi və Zeynəbin dirəyin arxasından parıldayan 

gözlərinə baxdı. Gövhər qarı  ağır-ağır yerindən durdu, səhəngini götürüb 

hıqqandı, Nərgiz müəllimə ilə  İmranı gözaltı süzüb, eyvanda ocaq qalayan 

Tükəzban xalaya mənalı bir nəzər saldı. 

- Ay 


qız, ay bəxti qara gəlmiş, olmaya... 

O, sözünü qurtara bilmədi. Tükəzban xalanın qəzəbli baxışlarını görüb səsini 

içinə saldı... 

 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə