Milli Kitabxana



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə15/93
tarix28.06.2018
ölçüsü2,27 Mb.
#52385
1   ...   11   12   13   14   15   16   17   18   ...   93

________________Milli Kitabxana________________ 
42 
 
 
Onların münasibətləri bu məqama çatınca, qoca yeganə qızından da biryolluq 
əlini üzürdü. Axır yeganə  qızı qocanı dinləmir, onun dərdinə qalmır,  əksinə, 
atasının mənliyini düşmən malikanəsində  təhqir edib: "özünə süni, qondarma 
varis düzəldirsən" - deyə onu ana bətnində  nəşv-nüma tapan övladını  şübhə 
altına alırdı. Qoca Məmalikə görə indi bir Allah özü onu sındırmamalı, onun 
mülkünü, əmlakını düşmən həlakulara qismət etməməli, Pəhləvan Məhəmmədin 
yetimçəsindən ona öz varisini, mütləq oğlan varisini verməlidir!.. Yoxsa 
Məmalikin gözündə Allah ədalətsiz olar. Fürsəti fövtə verən, yuxudan gec ayılan 
Məmalikin sümükləri qəbirdə od tutub çırtaçırt yanar, tüstüsü də Savalana doğru 
dumanlanar... 
Məmalik üçün mətləb aydın idi. Ancaq Ərmağan üçün qocanın yeni sevgisi 
yersiz görünən izafi pərdə idi. Ərmağana elə gəlirdi ki, atasının vücudunda od-
atəş deyil, heç cüzi qığılcım da yoxdur. Qocanın ürəyində eşq-məhəbbətdən iz də 
qalmamışdır! Atasında hər nə od vardısa, hamısı sönmüşdür, hər nə vardısa, 
Sərəncam xanımın dəfni ilə  məzara getmişdir!  Ərmağanın nəzərində yetmiş 
yaşında qocada nə sevgi, nə  eşq-məhəbbət? Bunların hamısı ondan ötrüdür ki, 
qoca xan Ərmağan xanımı da, onun həlakular sicillisi daşıyan oğul övladlarını da 
Məmalik mülk-əmvalından binəsib, bibəhrə eləsin, Pəhləvan Məhəmmədin 
yetirməsindən də olsa, özünə varis düzəldib, Məmalik mülk-malikanəsinə oyuq 
qoysun!.. 
Ərmağan xanım balaca pəncərədən yol uzunu burulan toza baxır, atasının elə 
bu toz içində  də itib-batıb, bu dünyadan getməsini istəyirdi. Üstəlik, qocanın 
indiyə qədər də itib-batıb getməməsinə təəssüf edir, əlini dizinə döyürdü... Əgər 
qoca Məmalik vaxtında ölüb getsəydi, eybini də özü ilə aparardı. 
Ərmağan hiddətlənir, mırıldanırdı. 
Ərmağan toz içində uzaqlaşan süvarilər baxdıqca daha artıq oyalanırdı: 
"Bir gör mehmannəvazlıq göstərib özünü xahan kimi gözə soxan çalbığ 
Həlaku məqamı çatanda mənim üstümə necə  şəmatətlər yağdıracaq. Qoca 
Mamalikin səfil anadan təvəllüd tapan vaxtsız varisinə necə güləcək, üstəlik 
məni, öz gəlinini gözükölgəli edib, getdikcə günümü göy əskiyə düyəcəkdir! 
Yəqin Həlaku oğlu Ərdahan da artıq sir-sifəti qırışan Ərmağanın üstünə növrəstə 
qız gətirib istehza ilə deyəcəkdir: "Sənin atanın əkdiyini biçirik!". 
  
 
 


________________Milli Kitabxana________________ 
43 
 
 
Ərmağan yetim qalan yeddi yaşlı  qız kimi hər iki əlini üryan sinəsinə 
çarpazladı: 
"Bu yandan da elim carda, o yandan da. Bu Həlaku balalarına gəlincə, 
oğullarım da olsa iplərinin üstünə odun yığmaq xam xəyaldır!". 
Qızdırmasını vecinə almayan Ərmağan xanım geyinməyə başladı, yıxılıb 
yatmağı, yetim kimi boynu buruq dayanmağı yersiz saydı. İndi Ərmağan hər iki 
tərəflə vuruşmağa hazır idi! Burada həlakularla, orada məmaliklərlə. Ərmağana 
görə Pəhləvan Məhəmmədin yetimçəsi də artıq Məmalik idi!.. Deməli, Ərmağan 
xanım iki cəbhəyə qarşı  tək-tənha vuruşmalı idi. Deyəsən,  Ərmağan üçün iki 
tərəfin də  əmlak-əmvalım caynağına keçirmək, oğlunun ikisinə  Həlaku  əmlak-
əmvalını vermək, o biri ikisinə  də  Məmalik  əmlak-əmvalını vermək, nəticədə 
vahid  Ərmağan xanlığı düzəltmək gərək idi: Ərmağanilər!.. Ola bilməzdimi?.. 
Qadın sicillisi yaramazdımı?.. OLmazdısa, Ərmağan xanım özü başqa bir erkək 
sicillisi düzəldə bilməzdİmi? 
Ərmağan xanımın toz burulğanına baxa-baxa dumanlanan beyni ayazıyırdı... 
Birinci növbədə onun qarşısında bir düşmən dayanırdı. -O da Allahın qocaya 
müjdə verdiyi, Pəhləvan Məhəmmədin yetimçəsinin bətnində  nəşv-nüma 
tapmaqda olan kiçicik vücud idi! Əgər bu kiçicik, vücud qocanın dilədiyi kimi 
oğlan deyil, qız olsa, onda necə?.. Ərmağan onu bacılığa qəbul edərmi? Əsla! Nə 
oğlan, nə  də  qız! Yox, əprimiş qocadan, heç bir övlad ola bilməz, oğlan varisi 
deyil, qız varisi də olsa, heç zaman Həlaku xanın indi susan, məqamı çatanda isə 
açılan ağzını yummaq olmaz!.. 
Həlaku xan da, oğlu  Ərdahan da, Ərmağanın gözü su içmədiyi böyük oğlu 
Ərşad da, o qaradinməz oğlu Gürşad da, bəlkə  xırdaların ikisi də qoca 
Məmalikdən söz salıb gülüşəcəklər, çalbığ babanın ürəyindən xəbər verir kimi
şaqqanaq çəkəcəklər. 
Belə olan surətdə Ərmağan xanım Məmalik qızı olduğunu unudub dədə-baba 
düşmənləri sayılan həlakulara qarışacaqdımı? O, həlakuların istehzah hərəkət və 
söhbətlərini görməzliyə, eşitməməzliyə qoya biləcəkdimi?.. 
Məmalik qızı  Ərmağan xanım getdikcə yaman tutulur, dəmir barmaqlıq 
arasına salınan dişi canavar kimi dişlərini bir-birinə sürtürdü. O öz sabahı üçün 
həyəcan keçirirdi. Sabah ona daha tufanlı, çovğunlu, qasırğalı, fırtınalı 
görünürdü!.. Ona elə gəlirdi ki, nə Həlaku, nə da Məmalikdi. Əli hər iki tərəfdən 
üzülüb, havadan asılı qalıbdır. Nə 
 
 
 


________________Milli Kitabxana________________ 
44 
 
 
məmalikləri istehzaya qoyan holakulara qarışa bilir, nə də dörd oğlumı, burada 
qoyub Memalik tərəfdən yapışa bilirdi. 
Deməli, indidən vaxt-vədəni itirmədən öz qılıncmı itiləmək, elə zəhər suyuna 
çəkdirmək gərəkdir ki, kimə toxunsa, çürütsün, qəhr etsin!.. 
Ərmağanın qızaran gözlori genişlənir. Allahın müjdə vcrdiyi qar-daşınamı, 
bacısmamı - Pəhləvan Məhəmmədin qızı  Məhtabanın bədənində düyünlənən 
düyünü görürdü. "Bax birinci düşmən bu vələdüzzinadır! Budur burada məni 
dilə-dişə salan. Budur orada məni, mənim övladlarımı  əmlak-əmval 
vərəsəliyindən məhrum edən! Düşmən - günüdür!.. O günüdür ki, Sərəncamın 
rəxti-xabına soxulmuşdur! Anamın ruhunu təhqir etmişdir. Bax, gör mərhum 
Sərəncamın müztərib ruhu necə də mənə yazıq-yazıq baxıb deyir: 
- "Niyə  sən öz atanı başlı-başına qoyurdun? Niyə  sən evlənmək iştiyaqına 
düşən atanı abırlı bir tərəfa yönəltmirdin, niyə öz vaxtında xalaqızılarının birini 
xanəmizə  gətirmirdin ki, belə  bədnamçılıq olmaya?! İndi bax gör, mənim tör-
töküntümlə böyüyən, tikəmlə-təamımla boynunu yoğunladıb pəhləvanlıq eləyən 
Məhəmmədin yetimçəsi barigahımızda necə tovuz kimi sallana-sallana 
xanımlığa başlayıb? Buna nə deyərlər qız? Məni çərəldib öldürən atanın adını 
indi nə çağırmaq olar? Külli İranda hansı xan bu qədər üfunətli lehməyə, 
rüsvayçılıq bataqlığına düşübdür?". 
Sanki ana ağlayırdı. Bala isə doğrudan da gözlərindən yaş tökürdü. Ərmağan 
üşüdüyünə görə çiyinlərinə atdığı  zərli çarqatının ucu ilə gözlərini silirdi. O, 
boğuq-boğuq ağlayır, kinindən ovunmaq bilmirdi. 
Heç kəs də içəri girmir, onu ovundurmaq istəmirdi. Elə bil ki, bu imarətin 
içində də bəri başdan iki cəbhə açılmışdı - birində həlakular durmuşdu, birində 
də Ərmağan tək-tənha dayanmışdı. 
Ərmağan xanım, özlüyündə hansı yanı hər necə asıb-kəssə də yenə də zar-zar 
ağlayır, çırpınırdı. O, indi bir də  təzədən qayıdıb yerinə girsinmi, yaxud göz 
yaşlarını silib dədə-baba düşmənləri halakuların qabağına çıxsınmı? Heç düşmən 
qabağına gözü yaşlı  çıxmaq olar? Bəs necə olsun? Axı, niyə  Ərmağan qız 
doğulurdu ki, ata evindən də köçürüləydi! Özü də axund-üləmanın araya girməsi 
ilə, əslində əntər Həlakunun qurğusu ilə, Quran qəsəmi ilə Ərmağan köhnə dədə-
baba düşməni həlakular evinə gəlin gəlibdir. İndi də onun uşaqlarından heç biri - 
nə davakar Ərşad, nə də qaradinməz Gürşad onun 
  
 
 


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə