Milli Kitabxana



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə2/93
tarix28.06.2018
ölçüsü2,27 Mb.
#52385
1   2   3   4   5   6   7   8   9   ...   93

________________Milli Kitabxana________________ 

 
 
S.Rəhimov yeni - sovet dövrü Azərbaycan ədəbiyyatında nəsrin inkişafı sahəsində misilsiz 
xidmətləri olan bir ədib kimi tanınmışdır. Yarıməsrlik yaradıcılıq fəaliyyəti ərzində o, nəsrdə 
ədəbiyyatımızın bu dövünün ən mühüm vəzifələrini həyata keçirmiş, xalqımızın tarixini və 
həyatını əks etdirmək yolu ilə irəliləmişdir. 
S.Rəhimov hər  şeydən  əvvəl, məşhur bir romançıdır. 30-cu illərdə yeni Azərbaycan 
romanının doğuluşu, təşəkkülü və inkişafı bilavasitə  və yazıçının yaradıcılığı ilə  sıx surətdə 
bağlı olmuşdur. Maraqlıdır ki, S.Rəhimov ədəbiyyata romanla gəlmiş və roman bütün çoxillik 
yaradıcılıq fəaliyyəti dövründə onun nəsrinin əsas janrı olaraq qalmışdır. Düzdür, S.Rəhimovun 
nəsri janr cəhətdən  əlvan və müxtəlifdir. O, hekayə  və povestlərin, romantik və satirik-
yumoristik səpkidə yazılmış nəsr əsərlərinin də müəllifidir. Lakin bununla belə, S.Rəhimov hər 
şeydən əvvəl, mahir və usta bir romançıdır. Roman ədibin yaradıcılığında əsas və mərkəzi yer 
tutur. Onun qələmindən çıxmış romanlarda xalqımızın həyatı, milli xarakteri elə geniş və realist 
dərinliklə  əks olunmuşdur ki, bu romanlar yalnız  ədibin yaradıcılığında deyil, yeni dövr 
Azərbaycan ədəbiyyatında mühüm hadisələrdən hesab edilir. 
S.Rəhimov çoxcildli romanların müəllifidir. "Şamo", "Saçlı" bu cəhətdən xüsusilə 
diqqətəlayiq əsərlərdir. Həmin romanlarda yazıçı qəhrəmanlarını əsrin və həyatın böyük ictimai 
hadisələri və konfliktləri içərisində alıb təsvir etmiş, əsas obrazların xarakterlərini açmış, insani 
keyfiyyətlərini göstərmişdir. Belə qiymətli romanlardan biri "Şamo"dur. S.Rəhimov bu 
romanla ədəbiyyata gəlmiş və əsər üzərində əlli ilə yaxın gərgin işləmişdir. Romanın 1931-ci 
ildə  işıq üzü görmüş variantı çox yığcam və kiçik həcmli olmuşdur. Xeyli keçəndən sonra, 
1940-cı ildə əsərin hadisələrin epik təsvirini verən yeni variantının birinci cildi, 1949-cu ildə 
isə ikinci cildi çapdan çıxmışdır. Bu roman müasir Azərbaycan  ədəbiyyatının böyük bədii 
nailiyyəti olaraq qarşılanmışdır. Romanın üçüncü cildi 1964-cü ildə, sonuncu cildi isə 1978-ci 
ildə nəşr olunmuşdur. Beləliklə, "Şamo" ədibin demək olar ki, yaradıcılıq fəaliyyətinin böyük 
bir dövrü ərzində onun yol yoldaşı olmuşdur. Arada "Saçlı" (1939-1948), "Ağbulaq dağlarında" 
(1955-1956), "Ana abidəsi" (1961-1967), "Qafqaz qartalı" (1966-1970) romanlarını, bir neçə 
povestini yazsa da, yazıçı fikrən "Şamo"dan, onun qəhrəmanlarından ayrılmamışdır. Romanın 
gələcək taleyi, hadisələrin necə inkişaf edəcəyi, qəhrəmanların mübarizəsi və  həyatı onu heç 
vaxl rahat buraxmamışdır. S.Rəhimov məqalələrinin birində yazırdı ki, "bədii yaradıcılıq dərin 
tədqiqat və psixoloji axtarışdır".  Ədibin romanlarının hər biri, o cümlədən "Şamo" da bunu 
təsdiq edir. Roman üzərində yazıçının çoxillik işini həqiqətən də "dərin tədqiqat və psixoloji 
axtarış" hesab etmək mümkündür. 
  
 
 


________________Milli Kitabxana________________ 

 
 
Roman əsrin əvvəllərində, daha dəqiq desək, 1917-1920-ci illərdə Azərbaycanda cərəyan 
etmiş hadisələri, xalq hərəkatını, mürəkkəb ictimai prosesləri epik vüsət və genişliklə  əks 
etdirir. Vaxtilə bu cür əsərlərin mövzusu və buna uyğun olaraq onların janrı inqilabi-tarixi 
mövzu və janr kimi təyin edilirdi. Lakin qeyd edilməlidir ki, inqilabi-tarixi cəhət bu romanın 
mövzu və janrının yalnız bir xüsusiyyətidir.  Əslində  "Şamo" yalnız  İnqilabi proseslərin yox, 
XX  əsrin  əvvəlində Azərbaycan xalqının milli azadlıq hərəkatını  əks etdirən bir romandır. 
Burada yazıçı Azərbaycanın ucqar rayonlarının birində -Şehli kəndində baş vermiş hadisələri, 
yoxsullarla varlı təbəqələr arasında mübarizəni qələmə almışdır. İlkin mərhələdə bu mübarizə 
yoxsulların öz namuslarını, ailə və nəsil qeyrətlərini qorumaq mübarizəsi kimi meydana çıxır, 
lakin tədricən bu ailə-məişət mübarizəsi zamanın ictimai proseslərilə birləşərək, ölkədə cərəyan 
edən siyasi hərəkatla  əlaqədə  dərinləşir və vüsət alır, azadlıq hərəkatı miqyası  kəsb edir. 
Şehlidə bu mübarizənin bir qütbündə Hatəmxan, Turabxan, Maro və başqaları, o biri tərəfində 
Alo, Safo, Şamo, Fərzəli və başqaları durur. Roman yoxsul Safonun qızı Gülsənəmin 
Hatəmxanın oğlu Maro tərəfindən qaçırılması ilə başlanır və bu hadisə ilə  əsərin epik axarı 
şaxələnir. Gülsənəm qaçırılmışdır, beləliklə, Maro yoxsul Safonun, onun oğlu  Şamonun 
namusuna toxunmuşdur. Ancaq yazıçı romanı yalnız bu badisə ilə  çərçivələndirməyib, onun 
vasitəsilə Azərbaycan kəndinin 1917-1920-ci illərdəki sosial mənzərəsini canlandırmağa daha 
boyük  əhəmiyyət vermişdir. Yazıçının qəhrəmanları  Şamo və  Fərzəli də bu mübarizənin 
alovları içərisində  bərkiyir və  mətinləşir.  Şamo romanda böyük bir mübarizə  məktəbi keçir, 
siyasi mübarizədə yeniləşir. Yazıçı  Şamonun simasında siyasi hadisələr burulğanına düşmüş 
yeni Azərbaycan gəncliyinin obrazını  təcəssüm etdirə bilmişdir. 
Aydındır ki, S.Rəhimov "Şamo" romanını sovet ədəbiyyatının prinsipləri mövqeyindən 
yazmışdı və buna görə romanda bir çox tarixi hadisələri, məsələn, 1918-1920-ci il hadisələrini, 
türk ordusunun xilaskarlıq məqsədilə Azərbaycana daxil olmasını, müsavat hökuməti dövrünü 
indi başa düşülən mənada göstərə bilməmişdi. Lakin bu cəhətlərlə yanaşı, əsərin əhəmiyyətini, 
Azərbaycan romanının inkişafında tutduğu yeri də danmaq olmaz. Qeyd olunmalıdır ki, 1917-
1920-ci illərin hadisələri tariximizin son dərəcə mürəkkəb və ziddiyyətli hadisələrindəndir. 
Müxtəlif zamanlarda bu hadisələrə münasi-bət də, o cümlədən onların bədii ədəbiyyatda inikası 
da mürəkkəb olmuşdur. S.Rəhimov həmin hadisələri 30-40-cı illərin ideoloji meyarlarından 
çıxış edərək romanında eks etdirmişdir. Hazırda isə həmin hadisələrə daha obyektiv münasibət 
yaranmaqdadır və təbiidir ki, onları indi biz tamamilə yeni şəkildə, yeni siyasi təfəkkürə izah 
etməli və qiymətləndirməliyik. Ancaq bu cür yanaşma romanın roman olaraq məziyyətlərini, 
onda dövrün mürəkkəb hadisələrinin  əks olunması xüsusiyyətlərini görməyimizə  və 
qiymətləndirməyimizə mane olmamalıdır. 
  
 
 


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə