Milli Kitabxana



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə3/93
tarix28.06.2018
ölçüsü2,27 Mb.
#52385
1   2   3   4   5   6   7   8   9   ...   93

________________Milli Kitabxana________________ 

 
 
"Şamo" mürəkkəb, ziddiyyətli, hətta faciəvi və dramatik bir epoxanın gerçəkliklərini, 
insanlarını  təsvir etmək sahəsində milli romanımızın ilk təşəbbüsüdür və bu cəhəti ilə  həm 
yazıçının yaradıcılığında, həm də ədəbiyyatımızın inkişafında mühüm bir hadisədir. 
"Şamo"nun üzərində işlədiyi dövrdə S.Rəhimov ikinci romanı olan "Saçlı"nı yazır və 1944-
cü ildə romanın ilkcildini çap etdirir. Bu romanda da yazıçı böyük bir dövrü - 30-cu illərdən 
başlamış müharibənin qurtardığı ilk illərə qədərki bir dövrü əhatə etməyə çalışırdı. 
Əsərdəki hadisələr çoxşaxəli olsa da, bu hadisələrin axınında çoxlu insanlar göstərilsə də
onun  əsas, mərkəzi surəti - işlədiyi kənddə hamının Saçlı adlandırdığı Ruxsarə adlı  həkim 
qızdır. Bakıda tibbi təhsil alan Ruxsarə 1931-ci ildə uzaq bir kəndə göndərilir. O, Bakı fəhləsi 
Xəlilin, təmiz və alicənab Nənəqızın qızıdır.  İndi o, ucqar bir rayona düşmüşdür. Qoşa qalın 
hörükləri olduğu üçün hamı onu Saçlı adlandırır. Ruxsarə nəinki təmiz və namuslu qızdır, həm 
də qeyri-adlı gözəlliyə malikdir. Ədib romana həsr etdiyi "Müəllif qeydləri"ində onun haqqında 
belə yazmışdır: "Kənardan dayanıb süzəndə Ruxsarə ucaboylu, qoşa hörüklü, ala gözlü 
füsunkar bir qız, bəlkə də gözəllik ilahəsidir. Bu gözəllik ilahəsi" dərhal hamının diqqətini cəlb 
edir. Belələrindən biri də rayon icraiyyə komitəsinin sədri Qəşəm Sübhanverdizadədir. Qəşəm 
sovet quruluşunda məsul vəzifə daşısa da, əslində o, bu quruluşa qarşıdır, onun qəddar 
düşmənidir. O, xarici kəşfiyyat üçün bu rayonda fəaliyyət göstərir. Ruxsarənin düşdüyü 
rayonda banditizmə qarşı mübarizə gedir. Bu mübarizəyə rayonun yeni adamları - Tahir 
Dəmirov, Xosrov və başqaları başçılıq edirlər. Ruxsarə də bu mübarizədən kənarda qalmır, ona 
qoşulur, silah götürüb Zülmət kimi banditlərə qarşı atışmalarda iştirak edir, bu mübarizənin 
qəhramanlarından biri olan Xosrov onun əlləri üstündə keçinir. 
Romanda S.Rəhimovun daha böyük diqqət yetirdiyi, epik hadisələrin mərkəzinə  çəkdiyi 
ikinci surət Tahir Dəmirovdur. O, rayon partiya komitəsinə başçılıq edir. Tahir dərin insani 
keyfiyyətləri ilə də romanın əsas surətlərindəndir. O, Moskvada təhsil almışdır və Bakıda qalıb 
yüksək bir vəzifədə işləyə bilərdi. Lakin Tahir geridə qalmış ucqar bir rayona könüllü olaraq 
işə  gəlir və o, burada Sübhanverdizadə kimi qapalı düşmənlərlə mübarizə aparır. Yazıçı özü 
deyirdi ki, bu romanı iki surətə görə qələmə almışdır. Onlardan biri Ruxsarədirsə, ikincisi Tahir 
Dəmirovdur. Tahir işə gəldiyi rayona yenilik gətirir, yol çəkdirir, burada maarifi, mədəniyyəti 
inkişaf etdirir. Yazıçı onu həm də insan kimi ətraflı göstərmişdir. Müəllif bu surətdən 
danışarkən yazırdı: "O, vaiz deyil, insandır, pərəstiş etməli, öyrənməli, layiqli insandır". Tahir 
romanda belə  də göstərilmişdir.S.Rəhimovun başqa romanları da vardır. Bu romanlarda da 
yazıçı ictimai problemlər qaldırır, real həyat həqiqətlərini əks etdirir. "Ana abidəsi", "Ağ-bulaq 
dağlarında" və s. romanları belə əsərlərdəndir. 
  
 
 


________________Milli Kitabxana________________ 

 
 
S.Rəhimov xalq qəhrəmanlarının obrazına  əsərlərində geniş yer verən bir yazıçıdır. 
"Aynalı" (1942) povestində o, xalq qəhrəmanları Qaçaq Nəbi və Həcərin təkrarsız obrazlarını 
yaratmışdır. "Aynalıda, habelə başqa  əsərlərində yazıçı folklordan yaradıcılıq yolu ilə 
bəhrələnmişdir. 
Satirik nəsrin də bir sıra gözəl nümunələrini yaratmış görkəmli ədib üçün psixoloji üslub 
daha çox səciyyəvidir. Müharibə illərində yazdığı "Medalyon" (1944), habelə 60-cı illərdə 
qələmə aldığı "Məhtaban" povestləri nəsrimizdə bu üslubun parlaq nümunələri sayılmağa layiq 
əsərlərdəndir. 
S.Rəhimovun realist psixoloji üslubda yazdığı nəsr əsərlərindən biri "Mehman"povestidir. 
Ədib onu 1944-cü ildə yazmışdır.  Şamo, Ruxsarə, Tahir kimi təqdirəlayiq qəhrəmanlar 
cərgəsində bu povestin qəhrəmanı Mehman da qeyd olunmağa layiqdir. Hətta belə demək olar 
ki, Mehman ədibin yaratdığı müsbət qəhrəmanlar sırasında özünəməxsus, fərdiləşdirilmiş 
xüsusiyyətlərə malik bir insan portretidir və ədibin yaradıcılığında o, xüsusi bir yer tutur. 
"Mehman" povestində yazıçı bölgə prokurorunun həyat və mübarizəsini təsvir edir, Başqa 
sözlə, qanunçuluq, qanunun aliliyi, hamının qanun qarşısında məsuliyyət və  bərabərliyi bu 
povestin mövzusudur. Bu mövzu müəyyən dərəcədə "Saçlı" romanında yazıçını 
maraqlandırmışdır. Lakin povestdə o, əsas və aparıcı mövzu kimi qoyulub, bütün hadisələr 
həmin mövzu ətrafında mərkəzləşdirilibdir.  Əsərin mövzusu onun ideyasını, burada təsvir 
olunan insanların xarakterini və simasını  təyin edir. Qanunun aliliyi uğrunda mübarizə  -
povestin əsas ideyası kimi müəyyən edilə bilər. Qanunun aliliyini təmin etmək isə ədalətsizliyə 
qarşı mübarizə etmək, qeyri-insaniliyi, özbaşınalığı kəskin mühakimə etmək deməkdir. Yazıçı 
bu ideyanı povestin əsas qəhrəmanı Mehmanın obrazında təcəssüm etdirmişdir. Mehman 
povestin baş  qəhrəmamdır və  əsərin ideyası, konflikti və bilavasilə onun mübarizəsi, 
hadisələrin inkişafında mövqeyi ilə bağlıdır. 
Mehman gənc hüquqşünasdır. Onun qarşısında iki yol vardır: bu yollardan biri Bakıda 
qalıb hüquq alimi kimi yetişməkdir. Onun müəllimi professor Məlikzadə  də belə düşünür və 
hesab edir ki, Mehman kafedrada qalıb elmi işlə, hüququn nəzəriyyəsi ilə  məşğul olsa daha 
yaxşıdır. Lakin Mehman özü belə düşünmür. O, həyat sınağından çıxmaq istəyir. İstəyir ki, ali 
məktəbdə qazandıqlarını  həyata tətbiq etsin. Ədalətsizliyə qarşı  tədqiqat vasitəsilə yox, 
prokuror kimi, təhqiqat vasitəsilə  şəxsən mübarizə etsin. Ədibin də  əsas qayəsi belədir. O, 
Mehmanın simasında namuslu bir ədliyyə  işçisinin, təmiz və pak bir qanun müdafiəçisinin 
obrazını yaratmaq istəmişdir. Göründüyü kimi, yazıçı  qəhrəmanın qarşısında böyük, ciddi, 
çətin və eyni zamanda şərəfli vəzifə qoyur: xəyanəti, cinayəti mühakimə etmək, hətta bu 
cəhətdən  ən yaxın və doğma adama qarşı da ədalətlə  hərəkət etmiək vəzifəsini! Aydındır ki, 
belə bir ciddi vəzifə üçün qəhrəman hər  şeydən  əvvəl,  şəxsiyyət olaraq yüksək və ali 
prinsiplərlə yaşamalı, onun apardığı mübarizənin mənəvi əsaslan sağlam və etibarlı olmalıdır. 
Bu yaradıcılıq vəzifəsini yaxşı dərk edən yazıçı qəhrəmanını 
  
 
 


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə