Milli Kitabxana



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə7/93
tarix28.06.2018
ölçüsü2,27 Mb.
#52385
1   2   3   4   5   6   7   8   9   10   ...   93

________________Milli Kitabxana________________ 
18 
 
 
indi qız yetimdir... Yetim qıza dəyib-dolaşmağın nə qorxusu-ürküsü? Bir də ki, 
dəyib-dolaşan Ərdəha xanı ola, Ərdəham əhatə edən neçə-neçə kəndin cah-calallı 
əmiri ola!..  
Qoca xan özünü cəmləşdirdi. Səcdəyə gedir kimi dizləri -üstə düşdü, başını 
əyib kilkə kimi yumşaq, qar kimi ağ saqqalını qızın bədirlənən üzünə söykədi... 
Qız xanın saqqalını sifətinə toxunan pişik quyruğu hesab etdi, ağır yuxusundan 
asanlıqla tərpənmədi, pişiyin çəkilib gedəcəyini güman etdi. Bir az keçincə 
Məhtaban insan nəfəsi duydu, əlini qaldırıb yoxladı, duyduğuna inana bilmədi! 
Axı, belə yumşaq tüklü nə olar? Əgər öz həddini aşan cavansa?.. Yox, cavan 
deyildir! Məhtaban quruyub yerində qaldı, qoca xan qırışıq  əlini qızın qabarıq 
döşündə gəzdirdi, vücuduna qığılcım dolmuş kimi dilləndi: 
- Qız Məhtaban! 
- Sən kimsən? 
- Mən? Ərdəha xanı! 
- Bəlkə xan yol azıbdır? 
- Yox, 
qız, səni deyib gəlmişəm! 
- Xan 
gündüz 
kənizini hüzuruna çağıra bilməzdimi? 
- Özüm 
qəsdən gecə pünhani gəldim! 

Bir yetimi rüsvayi-cahan etmək üçün? 

Yox, qocalan eşqimi cavan gözələ elan etmək üçün! 
- Xanın bu hərəkəti gülünc sayılmazmı? 
- Nə üçün gülünc sayılsın, qız? 

Xan... Babam yerində... 
- Qız, eşq-məhəbbətə sərhəd-sünür yoxdur! 
- Sərhəd-sünürü pozan xan, Pəhləvan Məhəmmədin yetim qızını 
tapdalamağa gəlibdir!.. - Məhtaban qalxıb, cır-cında geyimində, cında mitilində 
oturdu: 
- Mənim atam küştüdə bütün xanlığın başını nə qədər uca eləyib!.. 
Qoca xan, palaz parçasının üstündə yerini rahatladı: 
- Bu 
sözlərin mənası nədir, Məhtaban? 
- Mənası budur ki, qoca xan mərhum pəhləvanın məzarını təhqir etməyə 
gəlibdir! 

Əsla, qız, əsla Məhtaban! 
- Bəs gecənin bu aləmində böyük xanın belə  hərəkətinə  nə ad vermək 
olar? 
- Ancaq 
ağlı başından oynayan bir qocanın sərsəmliyi! 
  
 
 


________________Milli Kitabxana________________ 
19 
 
- Ağlı başından oynayan xanın sərsəmliyini araya çəkən kimdir? 
Ancaq yetim rüsvay olacaqdır. Qız birdən için-için hıçqırdı: 
- Xanı Quran qəsəminə çəkirəm, dursun, getsin! 
- Sonra 
bəs, Məhtaban?    
Gündüz qapısında kəniz durmağa gələrəm! 
- Mən Məhtabanı sübhün tülundan imarətimin yuxarı eyvanında 
gözləyəcəyəm!.. 
- Qurana 
qəsəm qılıram, sübhün gözü açılar-açılmaz xanın hüzuruna 
gələcəyəm! 
- Mən də imarətimin yuxarı eyvanından enib gözəlin qədəmlərinə 
düşəcəyəm!.. 
- Mən gözəl deyiləm, xan! Bu cır-cında içində nə gözəl? 
-        Mən gözəli köpüklü göldə ay nuruna qərq olanda görmüşəm!.. 
- Axır xan öz məhrəmindən başqa bir qıza, bir qadına göz yetirməməlidir! 
- Mən gözəl Məhtabanı özümə  məhrəm etmək qərarına gəlmişəm.  
Xudaya, xan yuxu görür, ya mən? 
- Nə xan yuxu görür, nə də Məhtaban, - deyə qoca titrəyən əllərini bacaya 
doğru qaldırdı: 

Bir Xuda bilir ki, mən eşqimə  əsir düşmüşəm. Hər ikisi heyrət içində 
dayandı... Sanki onlar yuxu ilə həqiqəti bir-birinə qatıb-qarışdırırdılar. Nəhayət, 
qoca xan yerindən qımzanınca Məhtabanın pərakəndə saçlarını  qırışıq  əli ilə 
tumarlayıb, ehtiram əlaməti olaraq onun alnından öpdü, dabanlı qapıdan çıxıb 
çəkildi... 
 
Nə vaxtdan sonra qız özünə gəldi: 
-
 
"Bu qoca xandır, ya xanın qiyafəsinə girən başqa bir kəs?!" Hər kimsə, 
təcavüzə 
keçmədi, istər-istəməz nəcib tərpəndi, bakirə  qıza toxunmaq qəsdində olmadı. 
Yalnız yumşaq saqqalım qızın həyəcandan qızaran üzünə söykəyib,  əlini qızın 
qoşa narında gəzdirdi. Durub 
gedərkən də qızın saçlarının arasından öpdü... 
İndiyə  qədər uçub tökülən daxmada tənha yaşayan Pəhləvan Məhəmmədin 
yetim qızı heç kəsdən hürkməmiş, qorxub çəkinməmişdi. 
Hətta, o, dabanlı qapının dalına daşdan-qayadan qoyub, buranı bağlamamışdı 
da. Məhtaban yəqin etmişdi ki, bu obada heç kəs pəhləvan 
Məhəmmədin namına toxunmaz, onun qürurlu adını ötüb aşmaz... 
  
 
 


________________Milli Kitabxana________________ 
20 
 
 
Əgər bir adam bu adı ötüb aşmağa cəsarət etsə, Ərdaha camaatı onu daş-kəsəyə 
basar. Axır Pəhləvan Məhəmməd nəinki başqa xanların meydana çıxardığı 
pəhləvanlarla güləşdə qalib çıxmışdı, hətta Tehranda belə  şahənşah 
pəhləvatılarının da kürəklərini yerə  gətirdiyi az olmamışdı.  İndi Pəhləvan 
Məhəmmədin qızı, dam-daşı uçuq-sökük, həyat-bacası çalsız-çəpərsiz komasında 
gecələməsin, istəyir lap kəndin kənarında bir çavustanda məskən salsın, kimin 
həddi nə idi ki, onun dörd dövrəsinə dolansın, həndəvərində belə nagüvara iş 
görsün? Deyirlər ki, "igid ölər adı qalar, öküz ölər gönü". 
Pəhləvan Məhəmməd on il əvvəl Sərdar-millinin dəstələrinə qoşulmuş, bir 
mücahid, bir fədai kimi Qacar qoşunlarına qarşı  qızğın döyüşlərdə unudulmaz 
şöhrət qazanmışdı. O, qızına var-dövlət qoymasa da, vüqarlı bir ad qoyub 
getmişdi... 
Lakin hər necə olsa, Məhtaban Quran qəsəminə  əməl etməli idi! Hər necə 
olsa, qız bu qəribə "röyanı" yoxlamaq istəyirdi. 
... Sübhün gözü açılar-açılmaz, Məhtaban yerindən qalxdı,  əl-üzünü yudu, 
pərakəndələşən saçlarını darayıb düzəltdi. Cır-cında geyimini səliqə-sahmana 
saldı ki, əndamı görünməsin... Qız durub xanın imarətinə yollandı. Darvazaya 
çatar-çatmaz imarətin yuxarı tağbəndinə baxdı, qoca xanı intizarda dayanan 
görüncə qızın qədəmləri qurudu: 
- "Deməli, əsla röya deyildir! - Məhtabanın əti çimçişdi. - Deməli, Pəhləvan 
Məhəmmədin komasına gecə gələn xan özü imiş!.." 
Mohtabam darvaza ağzında dayanan görən qoca əhdinə vəfa etdi, tağbənddən 
düşüb darvazan açdı, qızı salamladı, onu içəri dəvət etdı. Məhtaban naçar qaldı, 
cınqırını da çıxarmadı. O istəmədi ki, başqası bir söz bilib-eşitsin. Pəhləvan 
Məhəmmədin adına şübhəli şayiələr deyilsin... 
 

 
Qoca xan cır-cında içində itən Məhtabanın  əlindən tutub, imarətin 
əndərununa
1
 keçirdi... Bir neçə  mərtəbədən ibarət imarətin içəri həyətində 
tikilən, qabağında gülüstan düzələn çarhovuzlu guşəni, tağbənd eyvanlı qoşa 
otağı göstərdi: 
 
 
 
 
 
                                                            
1
 
Ə n d ə r u n - imarətin içəri, naməhrəm görməyən həyətidir.   
 


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə