Milli-Tehlukesizlik üz cdr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə28/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   24   25   26   27   28   29   30   31   ...   88
meqalem tecavuzkar separatizm pdf

 
Xülas
ə

Məqalədə ekogeomorfoloji və ekzodinamik proseslərin Böyük Qafqazın cənub yamacı 
və ətraf düzənliklərinin təbii landşaftlarını antropogen transformasiyasının müxtəlif aspektləri təhlil 
edilir. Xüsusilə, region üçün tərtib etdiyimiz meyllilik, baxarlıq, səthi və dərinə parçalanma 
xəritələrinin informasiyaları ilə landşaftların diferensasiya və transformasiyası təhlil edilir.
 
Açar sözlər: 
landşaft, transformasiya, diferensiasiya, antropogen təsirlər, kosmik şəkillər
deşifrləmə, təbii kompleks, ekogeomorfologiya. 
Hazırda təbii və antropogen landşaftların şaquli və üfüqi deferensiasiyasının düzgün 
mexanizmini vermək üçün riyazi kartoqrafik metodlardan istifadə çox böyük praktiki və elmi 
əhəmiyyətə malikdir. Tədqiq olunan obyektdə müxtəlif tikinti işlərinin, nəqliyyat yollarının, hərbi 
obyektlərin tikintisində landşaftların baxarlılıq, meyllilik, səthi və dərinə parçalanma xəritələri ilə 
əlaqələndirilməsi və bunun əsasında landşaftın struktur funksional xüsusiyyətlərinin dəqiq 
müəyyənləşdirməsinin elmi əsaslarının hazırlanması olduqca vacibdir [1, 2].
Böyük Qafqazın cənub yamacı üçün tərtib olunan baxarlılıq, meyllilik, səthi parçalanma və 
böyükmiqyaslı müasir landşaft xəritələri həmin regionda bir sıra hərbi işlərin planlaşdırılmasında 
misilsiz əhəmiyyətə malikdir. 
Böyük Qafqazın cənub yamacı və ona bitişik dağətəyi düzənliklərin ekoloji problemləri və 
onların landşaftlarla bağlılığının müxtəlif aspektləri B.Ə.Budaqovun, A.A.Mikayılovun, 
M.A.Müseyibovun, 
R.Q.Daşdıyevin, 
E.K.Əlizadənin, 
Y.Ə.Qəribovun, 
İ.İ.Mərdanovun, 
C.S.Məmmədovanın əsərlərində əks olunmuşdur. Lakin bu problemin meyllilik, baxarlılıq, 
parçalanma və s. ilə asılılığı xüsusi tədqiqat işi olmamışdır. Məqalənin əsas məqsədi bu problemin 
bəzi məsələlərinin həll edilməsinə yönəlmişdir. 
Böyük Qafqazın cənub yamacının meyllik və baxarlılıq xəritələrinin tərtibində ABŞ-ın ESRİ 
şirkətinin ArcGis 10.3 versiyalı CİS program təminatından istifadə olunmuşdur. 
Yüksək dağ çəmənləri qurşağında da, yağıntıların və rütubətlənmə əmsalının yüksək olması 
kifayət qədər yüksək dayanıqlılığa malik subalp, alp çəmənləri landşaftlarının yaranmasına zəmin 
yaradır [3, 4]. Sel ocaqlarının daha çox yarandığı orta dağlığın kəskin pozulmuş meşə landşaftlarında, 
bir qayda olaraq, əksər çay hövzələrində (Kürmük, Daşağıl, Balakənçay, Əyriçay və s.) yağıntıların 
maksimum miqdarı müşahidə edilir. Sürüşmələrin yayıldığı cənub və cənub-şərq ekspozisiyalı 
yamaclarda qrunt sularının payı alçaq dağlıqda və dağətəyi qurşaqda daha böyük kəmiyyətə malik 
olur [5, 6]. 
ArcGİS proqram təminatı əsasında tərtib etdiyimiz Böyük Qafqazın cənub yamacının çay 
şəbəkəsinin sıxlığı və hipsometrik pillələr xəritəsinin (Şək. 1) təhlili göstərir ki, təbii landşaftların 
şaquli sırası və şaquli struktur tipləri hipsometrik pillələr üzrə müvafiq ardıcıllıqla bir-birini əvəz edir. 
Respublikanın bütün dağlıq regionlarında olduğu kimi, burada da 500 m-ə qədər mütləq 
hündürlüklərdə başlıca olaraq təkrar törəmə mənşəli keçmiş meşələrin yerində yaranan çöl, meşə-çöl, 
meşə-kolluq, nisbətən rütubətli çay dərələrində isə meşə landşaftları formalaşır. 500-1500 m 
yüksəkliklərdə isə başlıca olaraq meşə-çöl, palıdlı-vələsli, vələsli-fıstıqlı və fıstıqlı meşələr, 1500-
2000 m yüksəkliklərdə yüksək dağ meşələri, meşədən sonrakı antropogen mənşəli meşə-çəmənlər, 
2000-3000 m yüksəkliklərdə subalp, alp çəmənlikləri və daha yüksək sahələrdə isə subnival və nival 
komplekslər formalaşır [4, 7]. 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə