Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018
TEXNİKİ ELMLƏR TECHNICAL SCIENCES
26
Xüsusilə, Ağsuçay, Girdimançay, Axoxçay və s. hövzələrdə bu prosesin inkişafına daha real
imkanlar var. Meyllilik azaldıqca landşaftların deqradasiya, eroziya, sürüşmə riski də müvafiq olaraq
azalır. 0-5
°
meylliyə malik(454 kv.km) ərazidə daha sabit landşaftlar formalaşır, tamamilə
mənimsənilir, demək olar ki, sürüşmə müşahidə olunmur. Meylliliyi 5-10
°
olan ərazilər
aqrolandşaftların, bağ-plantasiyaların, seliteb landşaftların yaranması üçün çox əlverişlidir. Bu
regionlarda yaranan eroziya, sürüşmə və s. neqativ proseslər çox ciddi fəsadlar törətmir.
ArcGIS əsasında tərtib etdiyimiz baxarlılıq xəritəsi (Şək. 5) landşaftların həm şaquli
diferensiasiyası, həm də məhəlli fərqlərinin yaranmasını müəyyən etməyə imkan verir. Dağ-meşə
landşaftlarının müxtəlif tiplərində baxarlıqdan asılı olaraq, landşftların dəyişməsinin təhlili göstərir
ki, eyni mütləq yüksəklikdə dağ-meşə landşaftlarının kiçik məkanda bir neçə məhəlli tipi yaranır.
Dəmiraparan çayı hövzəsində 800-1000 m hündürlükdə 0
0
, 45
0
və 315
0
azimutlu
baxarlığa
malik ekspozisiyalarda rütubətin çox toplanmasından asılı olaraq, tamamilə fıstıqlı meşə landşaftı,
90
0
, 125
0
və 180
0
azimutlu baxarlığa malik ekspozisiyalarda, fıstıqlı-vələsli, qismən vələsli və palıd
qarışığı meşələr, baxarlığı 180
0
, 225
0
azimutlu yamaclarda isə, əsasən palıdlı və palıdlı-vələsli
meşələr yaranır. Kişçay, Əyriçay, Katexçay hövzələrində 1000-1500 m mütləq hündürlüklərdə 180
0
,
125
0
və 135
0
azimutlu baxarlığa malik yamaclarda palıdlı meşələr böyük üstünlüyə malikdir (Şək. 5).
Lakin rütubətin daha çox toplanışı şimal və ona yaxın meylliyə malik yamaclar regionun bütün
ərazisində fıstıqlı meşələrlə təmsil olunur. Bu xüsusiyyət çəmən landşaftlarına da şamil edilə bilər.
Şimal ekspozisiyalı yamaclarda ot örtüyünün hündürlüyü cənub yamaclardan xeyli yüksək olur.
Dostları ilə paylaş: |