Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə77/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   73   74   75   76   77   78   79   80   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
HƏRBİ HUMANİTAR ELMLƏR

MILITARY HUMANITIES
 
66

Kərbəla yaxınlığında Əfrat çayı üzərində iraqlıların atəş nöqtələrini susdurmaqla diqqət bir 
körpüyə yönəldilərək digər körpü üzərindən keçid həyata keçirildi. 

İraq aeroportuna gizli şəkildə və qaranlıqda hücum həyata keçirilərək, gecə döyüşü 
vasitələrinə malik olmayan İrak qoşunları üzərində qələbə əldə edildi. Bu məsələ İraq paytaxtının 
taleyini həll etdi [15]. 
Eyni zamanda, Suriya müharibəsinin gedişində də bu və ya digər tərəflə müvəqqəti sülh 
bağlanır, qruplaşmalar arasındakı münasibətlərdən istifadə edilərək onlar bir-birinə qarşı qoyulur. 
Suriya İslam Ordusunun tərkibində döyüşən yaraqlılar minalanmanın hiyləgər üsullarından istifadə 
edir, döyüşə qüvvələri çatmadıqda, hətta böyük əraziləri su altında qoymaqdan çəkinmirlər. 
Amerikalılarla bərabər, ruslar da son hadisələrdə hərbi dezinformasiyadan fəal istifadə edirlər. 
NATO generalı Qordon Devis Şərqi Ukraynada gedən müharibə zamanı Rusya tərəfindən diqqətin 
Donbasa humanitar yardımla bağlı aparılan yüklərə cəlb edilməsini “maskalanmanın gözəl 
nümunəsi” adlandırmışdır. Çünki jurnalistlər və ictimaiyyətin diqqətini buraya yönləndirən Rusiya 
hərbi texnika və qoşunları intensiv olaraq sərhədin başqa məntəqələrindən keçirmişdir. Q.Devis 
humanitar yardımla bağlı hadisəni düşmənin diqqətinin yayındırılması və dezinformasiyanın klassik 
nümunəsi hesab etmişdir. Bir də bu generalın bizdə mübahisə doğuracaq fikrinə görə amerikalıların 
dezinformasiya strategiyası (concealment, camouflage and deception - gizlətmə, kamuflyaj və 
aldatma) rusların üsullarından fərqlənir. Belə ki, Qərb hərbi mənbələri çox vaxt tam informasiya 
verməsələr də, göz görə-görə yalan danışmırlar [16]. 
Son dövr müharibələrindən danışarkən Qarabağ savaşını xüsusi qeyd etmək lazımdır. Bu 
müharibə zamanı çoxsaylı erməni hiyləgərliyi və satqınlığı hallarının şahidi olmuşuq. Həm də bu 
hallar təkcə döyüşün gedişində deyil, dinc əhaliyə münasibətdə özünü daha çox göstərirdi. Bu 
müharibə zamanı qəhrəman döyüşçülərimiz hərbi hiylə yaradıcılığından istifadə edərək düşmənə 
çoxsaylı zərbələr endirmişlər. Fikrimizcə, bu faktların toplanaraq ayrıca bir elmi tədqiqat mövzusuna 
çevrilməsinə ciddi ehtiyac vardır. 
Son illərdə mütəxəssislər bu və digər hərbi münaqişədə istifadə olunan hərbi hiylə təzahürləri 
ilə yanaşı, bütövlükdə hərbi hiylə hadisəsinin elmi araşdırılmasına da böyük diqqət yetirmişlər. 
Bildiyimiz kimi, hərbi hiylənin əsas təyinatı həqiqəti gizlətmək, düşməndə səhv təəssürat yaradaraq 
minimal qüvvə, vasitə və vaxt itkisi ilə qələbənin əldə edilməsidir. Tədqiqatçı V.N.Lobov qeyd edir 
ki, hərbi hiylənin məqsədləri məsələsində xarici mütəxəssislər iki variantın üzərində dayanmışlar. 
Birinci qrup mütəxəssislər belə hesab edir ki, hərbi hiylənin məqsədi rəqibi siz tərəfdən təlqin edilmiş 
fəaliyyəti qəbul etməyə və ya heç olmasa fəaliyyət göstərməməyə sövq edərək bundan fayda 
götürməkdir. Digər qrupdan olan mütəxəssislərə görə hərbi hiylə üç məqsəd daşıyır: 
1)
birbaşa məqsəd - rəqibi doğru olmayan davranışa sövq etmək; 
2)
aralıq məqsəd - rəqibi sizin üçün əlverişli olan davranışa sövq etmək
3)
son məqsəd - rəqibin davranışından fayda əldə etmək. Hərbi hiylə, məhz bu məqsədin əldə 
edilməsinə görə dəyərləndirilir [3, s.267]. 
Mütəxəssislər hazırkı dövrdə hərbi hiylənin əsas formaları kimi aşağıdakıları qeyd edirlər: 

gizlilik (sirrin gizlədilməsi, diqqətlilik, maskalama) – bu, qəfilliyin əldə edilməsinin əsas 
şərtidir; 

yanıltma (dezinformasiya, demonstrasiya (nümayiş), imitasiya) – yanlış təsəvvür yaradır 
[17, s.26]. 
Mütəxəssislər hazırda istifadə olunan hərbi hiylə üsullarını ümumiləşdirərək aşağıdakıları qeyd 
edirlər: 

düşmənin diqqətini alternativ yollardan yayındıraraq, onun öz məqsədinə çatmaq üçün ən 
doğru yol seçdiyinə inamını gücləndirmək; 

“şirnikləndirici tələ” – düşmənə onun “ideal” hesab etdiyi imkanı verməklə onu tələyə 
salmaq; 

“təkrarlanan proses” – burada əsas məqsəd düşmənin sayıqlığının yatırılması, yalandan onda 
saxta təhlükəsizlik hissinin yaradılmasıdır;



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə