Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə54/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   50   51   52   53   54   55   56   57   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
MİLLİ TƏHLÜKƏSİZLİK NATIONAL SECURITY
 
47
itaətsizlik aksiyalarına cəlb edilir. Daha sonra ekstremist əhval-ruhiyyəli gənclərdən ibarət yaraqlı 
dəstələr yaradılır və separatçılıq açıq silahlı qarşıdurma fazasına daxil olur. Separatçılığın intişar 
etməsində xarici amilin rolu çox böyükdür. Belə ki, heç bir separatçı hərəkat xaricdən dəstək almadan 
böyük miqdarda maliyyə vəsaitinin və texniki vasitələrin tələb olunduğu aktiv və silahlı qarşıdurma 
fazalarına keçə bilməz [9, s.134]. 
Hər bir separatçı hərəkat, fəaliyyət göstərdiyi ölkə və ya bölgənin tarixi inkişafının konkret 
məqamlarını özündə əks etdirən spesifik əlamətlərə malikdir. Məsələn, bir ölkə şəraitində separatçı 
hərəkat hakim etnosun şovinist siyasətinə kəskin reaksiya şəklində, digər dövlətdə-etnik çoxluğun 
siyasi müstəmləkəsindən azad olmaq uğrunda mübarizə aparan milli azadlıq hərəkatı formasında 
ortaya çıxır, üçüncü halda separatçılıq qonşu dövlətin təcavüzkar siyasəti nəticəsində “tarixi vətən”ə 
birləşmək uğrunda fəaliyyət göstərən hərəkat kimi formalaşır. Bununla yanaşı, etnik separatçılığın 
digər motivlər əsasında formalaşması faktları da mövcuddur: konfessial (dini), linqivistik, sosial-
iqtisadi və s. 
Belə ki, separatçılar öz tələblərinin əsaslandırılmasında müxtəlif tarixi sənədlərdən, o cümlədən 
təhrif olunmuş, saxtalaşdırılmış fakt və materiallardan istifadə edir, onların ictimaiyyət arasında 
yayılmasına xüsusi diqqət yetirirlər. Təcavüzkar erməni separatçıları tərəfindən saxtalaşdırılmış və 
təhrif olunmuş tarixi faktlara istinadən Dağlıq Qarabağın guya erməni torpaqları olmasını “sübuta 
yetirən” materialların nəşr edilməsi və onlardan sitifadə olunmaqla geniş təbliğat kampaniyasının 
aparılması bunun əyani nümunəsidir. “Sadval” ləzgi hərəkatının nəzdində ləzgi xalqının tarixini, 
siyasi, iqtisadi və mədəni irsini təhrif etməklə qeyri-obyektiv təbliğat aparan analitik-informasiya 
mərkəzi fəaliyyət göstərmişdir. Separatçılıq meyllərinin qızışdırılmasına qatı anti-Azərbaycan 
mövqeyindən çıxış edən “Sadval” qəzeti də mühüm rol oynamışdır [10]. 
Təhlilər göstərir ki, Azərbaycanda “erməni, ləzgi, kürd, talış, avar, kartları”nın ortaya atılması 
və həmin xalqlar arasında separatçılıq meyllərinin qızışdırılması heç də təsadüfü xarakter daşımır. 
Əgər ilkin mərhələdə qərb dövlətləri SSRİ-ni dövlət kimi zəiflədib parçalamaq məqsədilə həmin 
dövrdə bu dövlətin tərkib hissəsi olmuş Azərbaycanda separatçılıq hərəkatından istifadə etməyə 
çalışırdılarsa, sonradan bu proses Ermənistan, Rusiya və İranın xüsusi xidmət orqanlarının 
Azərbaycana qarşı hazırlanmış təxribat-pozuculuq planlarının həyata keçirilməsi istiqamətində 
fəaliyyətlərinə xidmət etmişdir. Respublikamızda separatçılığın vüsət almasında, məhz xarici xüsusi 
xidmətlərlə əlaqəsi olan və onlardan maliyyə yardımı alan leqal və qeyri-leqal separatçı qurumlar 
mühüm rol oynamışdır [10]. Qeyd olunanlara əyani sübut kimi “Sadval” ləzgi xalq hərəkatının 
separatçı bir təşkilat kimi formalaşması, maliyyələşdirilməsi və silahlandırılmasında, habelə 
fəaliyyətinin istiqamətləndirilməsində Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının 
bilavasitə iştirakını göstərmək olar.
“Sadval”ın liderləri dəfələrlə Ermənistanda olmuş, müxtəlif səviyyələrdə erməni rəsmiləri ilə 
görüşlər keçirmiş və bu görüşlərdə ermənilərin “Sadval”a himayədarlıq etməsi, onların “ləzgi 
problemi”nin həlli istiqamətində Rusiya və Azərbaycana təsir göstərməsi məsələsini müzakirə 
etmişlər. Ermənistanın təhriki ilə “Sadval” Azərbaycana qarşı düşmənçilik və hüquqazidd fəaliyyətini 
genişləndirərək, respublikamızda bir sıra terror-təxribat aksiyaları həyata keçirmişdir. Azərbaycanın 
şimal-şərqində milli zəmində silahlı münaqişə ocağı yaratmaq məqsədilə 1990-cı illərin əvvəllərində 
Ermənistandan Dağıstana “Sadval”ın yaraqlıları üçün vertolyotlarla külli miqdarda silah, döyüş 
sursatı, partlayıcı maddələr gətirilmiş və sonradan bu silahlar təşkilatın Azərbaycanın şimal 
rayonlarında yaşayan fəallarına paylanmışdır. 1993-cü ilin iyun ayında “sadval” liderlər qondarma 
“Talış Muğan Respublikası”nın yaradılması ərəfəsində, respublikamızdakı qeyri-sabitlikdən istifadə 
edərək separatçı niyyətlərini silahlı yolla həyata keçirmək istiqamətində konkret addımlar atmışdır. 
Bu məqsədlə həmin il iyunun 15-də onlar Dağıstan ərazisindən Qusar rayonunun Zuxul kəndindəki 
sərhəd məntəqəsinə 1 nəfər zabitin öldürülməsi və 2 əsgərin yaralanması ilə nəticələnən silahlı basqın 
etmişlər. Respublikanın hüquq-mühafizə orqanları tərəfindən görülmüş qətiyyətli tədbirlər 
sadvalçıları öz niyyətini sonadək həyata keçirməkdən çəkindirmişdir [11, s.48]. 
Azərbaycan və Rusiya təhlükəsizlik orqanlarının əməkdaşlığı nəticəsində Ermənistan 
Respublikası Milli Təhlükəsizlik Baş İdarəsinin şöbə rəisi polkovnik Can Ohanesyanın, onun müavini 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə