Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə50/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   46   47   48   49   50   51   52   53   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
MİLLİ TƏHLÜKƏSİZLİK NATIONAL SECURITY
 
43
can ata bilər, onda dünyanın böyük qisminin millətlərarası savaş meydanına çevrilməsini təsəvvür 
etmək çətin olmaz. XXI əsrin əvvəllərinə yaxın dünya birliyi beynəlxalq sabitlik üçün əsas 
təhdidlərdən biri ilə - bu və ya digər formalarda dünyanın əksər ölkələrində özünü büruzə verən 
təcavüzkar separatçılıqla üzləşmişdir. Separatçılığı qidalandıran etnoslararası münaqişələr bəzi 
hallarda hərbi-siyasi münaqişələrə, hətta dinc əhali üçün faciə ilə nəticələnən dövlətlərarası 
müharibələrə çevrilir. Bundan başqa, bir çox hallarda beynəlxalq terror təşkilatlarının gələcək kadrları 
bu münaqişələrdə döyüş təcrübəsi keçir. Bu məhvedici hadisənin spesifik cəhəti ondadır ki, burda 
“milli özünüdərkin oyanması”, “millətlərin öz müqəddəratını təyinetmə hüququ”, “istismar olunan 
xalqlara azadlıq”, “insan haqları”, “vətənlə birləşmə” kimi humanist demokratik ideyalar ruhi xəstəlik 
həddinə çatmış qanlı hadisələrlə bir aradadır. Sonda bu, yeni “qanunsuz doğulmuş” və bir qayda 
olaraq, dünya birliyi tərəfindən tanınmayan qurumların meydan gəlməsinə səbəb olur. Nəzərə 
çarpmasa da, burada dağıdıcı separatçı prosesləri “həvəsləndirən” xarici geosiyasi amillər əsas rol 
oynayır [2, s.54]. 
Separatçılığı doğuran səbəblər sırasına, ilk növbədə ərazi iddiaları aid edilsə də, burada siyasi 
motivləri də nəzərdən qaçırmaq olmaz. Bunlar aşağıdakılardır:
-
müxtəlif etnik qruplar arasında regional, yerli və ya dövlət səviyyəsində hakimiyyət uğrunda 
mübarizə (Dağıstanda olduğu kimi); 
-
hər hansı bir etnik qrupun vahid dövlət daxilində siyasi status uğrunda apardığı mübarizə 
(Cavaxetiya ermənilərinin Gürcüstan qarşısında qaldırdıqları tələb kimi); 
-
tam müstəqillik və ya “ana vətənə” birləşmək uğrunda mübarizə (Dağlıq Qarabağ, Cənubi 
Asetiya, Abxaziya və Kosovodakı kimi).
Bundan başqa, iqtisadi amillər separatçılığa rəvac verən səbəblərdən biri kimi göstərilir. Belə 
ki, polietnik dövlətlərin bir çoxu iqitsadi cəhətdən inkişaf etmədiyindən bəzi milli azlıqların sosial 
vəziyyəti titul xalqın sosial vəziyyətindən daha aşağı olur və milli azlıq bu bərabərsizliyə son 
qoyulmasında çıxış yolunu müstəqil dövlətin yaradılmasında görür. 
Müasir dünyada separatçılğın intişaf etməsinin əsas səbəbi keçən əsrin sonlarından beynəlxalq 
münasibətlər sistemində hökm sürən “ikili standartlar” siyasətidir. Həm milli qanunvericilikdə, həm 
də hüquq nəzəriyyəsində xalqların öz müqəddəratını təyinetmə hüququ konkret bir etnosa deyil
müəyyən bir ərazidə yaşayan xalqlara şamil olunur. Buna baxmayaraq, praktikada hər hansı bir 
etnosun öz dövlətini qurmaq tələbi ön plana çəkilir. Avropada və postsovet məkanında keçən əsrin 
sonlarında baş verən hadisələr göstərdi ki, xalqların öz müqəddəratını təyinetmə tələbi, bir qayda 
olaraq, vahid dövlətin parçalanması formasında realizə olunmuşdur. Buna səbəb kimi bir sıra alimlər 
tərəfindən siyasi və hüquqi ədəbiyyatda xalqların öz müqəddəratını təyinetmə doktrinası şərh 
edilərkən dövlətlərin ərazi bütövlüyü prinsipinin ikinci plana çəkilməsini və onun parçalanmasına 
haqq qazandırılmasını göstərmək olar.
İlk baxışda separatçılıq hərəkatları oxşar olsalar da, onların yaranma səbəbləri, hərəkətverici 
qüvvələri, inkişaf tendensiyaları fərqlidir. Məsələn, bəzi separatçı hərəkatlar xarici amildən, dövlətin 
düzgün olmayan milli siyasətindən, bəziləri isə tarixi aspektlərdən asılı olur. Bütün polietnik 
dövlətlərdə daimi separatçılıq əhvali-ruhiyyəsi ilə yaşayan insanlar var və bu qaçılmazdır. Lakin 
separatçılğın intişarı üçün dövlətin siyasi həyatında bir neçə amilin təzahürü şərtdir. Birincisi, 
mərkəzi hakimiyyətin zəifləməsi nəticəsində yerli xalqlar arasında ziddiyyətlərin baş qaldırması və 
problemlərin kökündə milli dövlətin olmaması ideyasının təlqin edilməsi. İkincisi, milli azlığın 
daxilində ictimai fikri formalaşdıra biləcək yüksəktəhsilli ziyalılar qrupunun formalaşması. 
Üçüncüsü, dövlətin parçalanması və sabitliyin pozulmasında maraqlı xarici qüvvələrin mövcudluğu. 
Tarixə nəzər yetirsək görərik ki, hələ XX əsrin əvvəllərində Azərbaycanın cənubunda “Talış 
Sovet Respublikası” adlı inzibati vahid yaratmağa cəhd göstərilmiş, hətta “respublika”nın “milli 
məclis”i də çağırılmışdı. Maraq doğuran məqam həmin “məclis” üzvlərinin 70 faizdən çoxunun 
bolşevik adı altında pərdələnmiş erməni “daşnakları” olmasıdır. Bu misal göstərir ki, hər hansı 
separatçılıq təzahürünün, probleminin öyrənilməsi və araşdırılması zamanı məsələnin tarixi 
aspektlərini nəzərdən qaçırmaq olmaz [3, s.2].



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə