Milli-Tehlukesizlik üz cdr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə58/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   54   55   56   57   58   59   60   61   ...   88
meqalem tecavuzkar separatizm pdf

Xülas
ə
.
Məqalədə milli təhlükəsizliyin genezisi araşdırılır, təhlükəsizlik təhdidləri, milli 
təhlükəsizliyi təmin edən tədbirlər, Azərbaycan Respublikasının milli maraqları ilə bağlı dövlət 
siyasəti nəzərdən keçirilir, “Milli təhlükəsizlik haqqında” qanun, Milli təhlükəsizlik konsepsiyası, 
müdafiə siyasəti, onun məqsədləri və istiqamətləri təhlil edilır. 
Açar sözlər:
milli təhlükəsizlik, təhdid, tədbir, milli maraqlar, müdafiə siyasəti. 
Təhlükəsizliklə bağlı narahatlıqlar bəşər tarixinin özü qədər qədimdir. Belə ki, yeni formalaşan 
istənilən dövləti təhlükə və təhdidlərdən müdafiə etmək hər zaman siyasətçiləri maraqlandıran əsas 
məsələlərdən biri olmuşdur. “Təhlükəsizlik” anlayışı latın dilində “securus” sözündən olub, mənası 
təhlükədən azad deməkdir [1, s.31]. Tarixən siyasi quruluşların, ölkə vətəndaşlarının qorunması, 
ümumi təhlükəsizliyin təmin edilməsi hərbi vasitələrlə həyata keçirilmişdir. Bir çox mütəfəkkir və 
dövlət xadimləri müharibələri təhlükəsizliyin bəlası hesab edərək pisləsələr də, bəziləri hərbi 
vasitələrdən istifadəni zəruri hesab etmişdir. Qədim yunan filosofu Efesli Heraklit e.ə. VI əsrdə 
“Təbiət haqqında” əsərində təhlükəsizlik motivlərinə toxunaraq yazırdı ki, hər şeyin əsası 
müharibədir. Onun sayəsində dövlətlər möhkəmlənir və dağılır [2, s.13]. Hətta yeni dövr siyasi 
fikrinin dahilərindən olan Nikolo Makiavelli də XVI əsrdə “Hökmdar”, “Florensiya tarixi” 
əsərlərində yazırdı ki, dövlətin siyasi təhlükəsizliyini qorumaq üçün əxlaqdan deyil, gücdən istifadə 
etmək lazımdır. O qeyd etmişdir ki, güclü ordu kimin tərəfindədirsə, tale də hər zaman onunladır. 
XVI–XVIII əsrlərdə yaşayıb-yaratmış bir çox alimlər, məsələn, Erazm Rotterdamlı, Hüqo Hrotsiy, 
Mişel Montern, Paskal Blez, Şarl Lui dö Monteskyö və Jan Jak Russo öz əsərlərində hərbi 
toqquşmaların dövlət və cəmiyyət üçün məhvedici əlamət olması barədə yazsalar da, dövlətin
cəmiyyətin təhlükəsizliyi naminə aparılan müharibələri ədalətli hesab etdiklərini bildirmişlər [2, 
s.22]. ABŞ dövlət xadimi Con Adams ən yaxın məsləhətçisi və həyat yoldaşı Abiagil Adamsa 1780-
ci ildə yazdığı məktubda qeyd etmişdir: “Mən siyasət və müharibəni dərindən öyrənməliyəm ki, 
övladlarım riyaziyyat və fəlsəfəni azad öyrənə bilsinlər” [3]. XIX əsrdə alman filosofu Fridrix Nitsşe 
“Zərdüşt belə demişdir”, “Hakimiyyət iradəsi” əsərlərində müharibənin dövlət üçün vacib olduğunu 
vurğulamışdır [2, s.24].
Beləliklə, tarix boyu təhlükəsizliyə qarşı təhdidlər, əsasən, hərbi xarakter daşıdığından, 
“təhlükəsizliyin təmin olunması” dedikdə də hərbi gücün istifadəsi nəzərdə tutulurdu. Lakin bu gün
təhdidlər xarakterinə görə dəyişkən olduğundan təhlükəsizliyin birbaşa təmin edilməsində hərbi 
vasitələrlə yanaşı, siyasi vasitələrdən də istifadə edilir. Təhlükəsizlik tədbirlərinin görülməsi o zaman 
zəruri olur ki, vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıran, dövləti zəiflədən, xaos, konflikt 
törədə bilən sosial hadisə və proseslər baş vermiş olsun. Başqa sözlə desək, təhlükəsizlik sistemi o 
zaman mövcud olur ki, cəmiyyətin qabaqcıl sosial qüvvələrinin maraqları düzgün müəyyənləşdirilsin 
və onların balansına nail olunsun. Beləliklə, milli təhlükəsizlik nəzəriyyəsi siyasi elmin bir 
kateqoriyası olmaqla, cəmiyyət və dövlətin ümumilikdə inkişaf tendensiyalarını qiymətləndirən 
ümumiləşdirici fenomen kimi çıxış edir. Sözün geniş mənasında o, özündə ölkənin elə bir vəziyyətini 
xarakterizə edir ki, burada həmin ölkə öz ərazi bütövlüyünü, milli dövlətçiliyini saxlayaraq iqtisadi, 
sosial, siyasi, ekoloji, mədəni və digər sahələrdə qarşıya çıxan problemləri vətəndaşları ilə 
balanslaşdırılmış maraqlar əsasında həll edərək beynəlxalq münasibətlərin müstəqil subyekti kimi 
çıxış etmiş olsun [4]. 
“Milli təhlükəsizlik” anlayışı Qərbdə qəbul olunmuş “national security” ifadəsindən 
götürülmüşdür və milli maraqların təmin olunmasına yönəlmiş strategiya kimi başa düşülür. Dövlət 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə