Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə55/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   51   52   53   54   55   56   57   58   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
MİLLİ TƏHLÜKƏSİZLİK NATIONAL SECURITY
 
48
mayor Aşot Qaloyanın, Rusiya Federal Əks-Kəşfiyyat Xidmətinin Terrorçuluqla Mübarizə İdarəsinin 
baş əməliyyat müvəkkili mayor Boris Simonyanın başçılığı ilə Rusiya ərazisində fəaliyyət göstərən 
erməni separatçılarından ibarət terrorçu qrup məsuliyyətə cəlb olunmuşdur. Moskvada yerləşən və 
Valeri Petrosyannın rəhbərlik etdiyi “TİRR” Assosiyasi tərəfindən maliyyələşdirilən həmin qrup 
Rusiya və Azərbaycan ərazisində dəmiryolu qatarlarında bir neçə partlayış törətmişdir. Bütün bu 
şəxslər Rusiya Federasiyası və Azərbaycan Respublikası məhkəmələri tərəfindən müxtəlif 
müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar. 
Azərbaycan Respublikasının Konstitusiya quruluşu, suverenliyi və ərazi bütövlüyü üçün 
təhlükə yaradan separatçılıq fəaliyyətinə qarşı mübarizə dövlətin təhlükəsizlik orqanlarının qarşısında 
duran ən mühüm vəzifələrdən biridir. Çoxmillətli dövlət kimi respublikamızın mühüm coğrafi 
mövqeyə və zəngin təbii sərvətlərə malik olması, onu xarici ölkələrin gərgin mübarizə məkanına 
çevirməklə müasir dövrdə separatçılıq və terrorizmlə mübarizəsini daha da aktuallaşdırmışdır.
 
Nəticə 
 
Bu gün terrorizm və separatizm siyasi zorakılıq vasitəsi olaraq, dünyanın yenidən nizamlaması 
uğruda gedən mübarizədə bir siyasi rıçaqdır. Onlara qarşı mübarizə aparmaq üçün istər yerli, istərsə 
də beynəlxalq səviyyədə qəbul olunmuş müəyyən prinsip və metodlar olsa da, bu proseslər hələ də 
davam edir və bunun üçün bütün dünya dövlətləri üçün vahid hesab edilən bir qayda və yaxud 
mübarizə yolları yoxdur. Bu da ondan xəbər verir ki, separatçılıq və terrorçuluq güc dövlətləri üçün 
bir qazanc mənbəyidir və onların milli maraqlarına xidmət edən, təbii ki də günahsız insaların qanı 
bahasına başa gələn “siyasi oyun” vasitələridir. Burada əsas “güc dövlət”lərinin strateji siyasi və 
iqtisadi maraqlarıdır, terrorun qurbanı isə bu siyasi gedişlərdə uduzan tərəflər-“zəif dövlətlər”dir.

Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə