Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə53/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   49   50   51   52   53   54   55   56   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
MİLLİ TƏHLÜKƏSİZLİK NATIONAL SECURITY
 
46
fikrini irəli sürməyə əsas verir. Belə ki, əksər hallarda hərbiçilərlə yanaşı, dinc əhali də partizan 
hərəkatının qurbanına çevrilir [6, s.329]. 
Separatçılığın ekstremizm, ekstremizmin isə terrorçuluğu doğurması səbəbindən onunla 
mübarizə dövlətin milli təhlükəsizlik sistemində prioritet vəzifə kimi qiymətləndirilməlidir. Əksər
hallarda sırf maraqlardan çıxış edilərək bu və ya digər zorakılıq fəaliyyətlərini ya terrorizm kimi 
təqdim edirlər, ya da onlara bəraət qazandırırlar. Şərq ölkələrindəki zorakı fəaliyyət növləri Qərbdə 
terrorizm kimi qəbul edildiyi halda, həmin ölkələr bu cür fəaliyyəti kolonializmə qarşı qanuni silahlı 
mübarizəsinin bir növü kimi təqdim edirlər. Həqiqətən, bu məsələlərdə xüsusilə diqqətli olmaq 
mühüm şərtdir. Çünki istənilən növ zorakılıq aktını təcavüzkar separatizm kimi qələmə vermək böyük 
yanlışlıqdır. Separatçılıq azsaylı xalqlara qarşı açıq ayrı-seçkilik siyasəti yeridilən və onların 
yaşadıqları ərazilərin “daxili koloniyalara” çevrildiyi bəzi çoxmillətli Afrika və Asiya dövlətlərində 
daha çox müşahidə olunur. Bu ölkələrdə mövcud diktatura rejimləri tərəfindən milli azlıqlara qarşı 
həyata keçirilən ayrı-seçkilik siyasəti həmin ölkələrdə müxtəlif separatçı qüvvələrin formalaşmasına 
və separatçılığın kütləvi hərəkata çevrilməsinə səbəb olmuşdur. Lakin milli ayrı-seçkilik siyasəti heç 
də həmişə separatçılıq hərəkatını doğuran əsas şərtlərə aid deyildir. Hələ 1974-cü ildə BMT BA-nın 
toplantısında Fələstin lideri Yasir Ərafat bu məsələ ilə bağlı qəti mövqe nümayiş etdirmişdir. O, 
çıxışında demişdir: “Terrorçu ilə inqilabçının fərqi onların mübarizə aparmaları səbəbindədir. Ədalət 
istəyənləri, ölkəsinin yadellilərin işğalından azad olunması uğrunda mübarizə aparanları heç bir halda 
terrorçu adlandırmaq olmaz” [7, s.237]. 
Bəzən terrorçular adi cinayətkar qruplarla eyniləşdirilir. Həm də əksər hallarda adi cinayətkarlar 
terrroçu kimi qəbul edilir. Burada müəyyən qanunauyğunluq vardır. Terrorizm ən qatı cinayətdir və 
terrorçu ən sərt şəkildə cinayət məsuliyyətinə cəlb edilməlidir. Lakin nəzəri cəhətdən bu iki fenomen 
arasındakı bağlılığı və sərhədləri müəyyənləşdirmək vacibdir. Onlar arasında birinci fərq ondan 
ibarətdir ki, terrorçu müəyyən ideologiya daşıyıcısıdır və fəaliyyətinin məqsədi siyasi xarakter 
daşıyır. Cinayətkar qruplar terrorçulardan fərqli olaraq, qrupun və üzvlərinin gizlin qalmasına 
çalışırlar. Məlum olduğu kimi, terrorçuların əsas məqsədlərindən biri də özlərini cəmiyyətə bəyan 
etməkdən ibarətdir. Əksər hallarda terrorçular zorakılıq aktlarını öz məqsədlərini və liderlərini siyasi 
reklam etmək üçün törədirlər. Terrorçuluqla cinayətkarlığın kifayət qədər təmas nöqtələri də vardır. 
Əksər hallarda terrorçular təşkilatlarının maliyyə ehtiyaclarını ödəmək üçün, qarət, narkobiznes, silah 
alveri və s. kimi sırf cinayət xarakterli fəaliyyətlə məşğul olurlar. Həm terrorçular, həm də adi 
cinayətkar qruplar eyni kanallarla “çirkli pulların yuyulmasını” təmin edirlər. Bunlardan başqa, 
onların hər ikisi dövlət nəzarətinin, hüquq-mühafizə orqanlarının və milli beynəlxalq təhlükəsizlik 
sistemlərinin zəifləməsində maraqlı olurlar [8, s.117]. 
Dünya ictimaiyyəti təcavüzkar separatçılıqla mübarizə sahəsində diplomatik səylərdən hərbi 
gücün tətbiqinədək, münaqişə tərəflərindən birini dəstəkləməkdən münaqişəyə beynəlxalq 
müşahidəçiləri cəlb edərək onun həllini beynəlxalq təşkilatların öhdəsinə buraxmağadək bir çox 
tədbirlər sistemini sınaqdan çıxarmışdır. Bəzi hallarda münaqişənin aktiv fazasının söndürülməsinə 
nail olunsa da separatçı hərəkatları tam ram etmək mümkün olmamışdır. Belə ki, hazırda dünyanın
beynəlxalq münasibətlər sistemi özündə separatçılığa qarşı təsirli mübarizə metodlarını və 
cinayətkarların cəzalandırılmasını ehtiva edən hüquqi normalara və onların realizə mexanizminə 
malik deyil. Bu, onu göstərir ki, separatçılığın tam aradan qaldırılması mümkün deyil. Onun yalnız 
ekstremist fazaya keçməsini əngəlləmək olar. Bunun üçün beynəlxalq təşkilatlar ikili standartlardan 
çıxış etməməli, hər bir münaqişənin ədalətli həllinə maksimum səylərini artırmalı, BMT-nin mövcud
sənədlərini rəhbər tutmalıdır. Belə ki, BMT tərəfindən etnik zəmində yaranmış münaqişələrin həllinə 
dair kifayət qədər effektiv mexanizmlər işlənib hazırlanmışdır. Bu baxımdan BMT-nin 
suverenləşməsinin sərhədlərini məhdudlaşdıran “Sülh proqramı” adı altında tanınan konsepsiyası
mövcuddur. Həmin sənəddə etnik zəmində münaqişələrin həllinin və yeni dövlətlərin yaradılmasının 
yalnız ikitərəfli razılaşma əsasında mümkünlüyü öz əksini tapıb. Separatçılıq öz aktiv fazasına, 
adətən, dövlətdə sosial-iqtisadi və ictimai-siyasi qeyri-sabitlik dövründə keçir və ekstremizmlə 
müşayiət olunur. Bu fazada separatçı bölgələrdə yerli əhali arasında güclü təbliğat işi aparılır, 
insanlarda çaşqınlıq və dövlətə inamsızlıq hisləri yaradılaraq onlar mərkəzi hakimiyyət orqanlarına 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə