www.kitabxana.net
– Milli Virtual Kitabxana
94
Tənzimləmə internet mediasının müstəqilliyinin
itirilməsinə səbəb ola bilər
Milli Teleradio Şurasının təşəbbüsünə ―Yeni Nəsil‖ Jurnalistlər Birliyinin sədri Arif Əliyev belə qiymət verir:
―Yeddi dayəsi olan uşaq kor olar...‖
A.Əliyev ―Azadlıq‖ radiosuna açıqlamasında bu atalar misalına üz tutmasını belə əsaslandırıb: ―Nə qədər
hökumət internet mediasına dəstək göstərmək fikrinə düşməyib, bu sahə inkişaf edəcək, amma internet
mediasının tənzimlənməsi dövlət qurumlarının maraq dairəsinə daxil olan andan internet mediasında
çalışanların problemləri başlayacaq. Bizdə qanun da var, dövlət
dəstəyi üçün şura da var, pul da ayrılır, Mətbuat
Şurası da mövcuddur, Teleradio Şurası da, amma inkişaf yoxdur. Əksinə, getdikcə plüralizm dairəsi daralır,
getdikcə keyfiyyət düşür, tiraj azalır. Yeganə inkişaf edən internet mediasıdır, çünki heç bir tənzimləmə yoxdur.
İnternetin yeganə problemi odur ki, tariflər yüksəkdir və texniki cəhətdən bu sahə Azərbaycanda çox geridədir‖.
İnternet mediasının tənzimlənməsi təşəbbüsünə internet istifadəçilərinin münasibəti necədir? ―Media forum‖
saytı bunu öyrənmək üçün ―Azərbaycanda internet mediasının tənzimlənməsi nəyə gətirib çıxara bilər‖ sualıyla
öz oxucuları arasında sorğu keçirib. Sorğuda iştirak edənlərin 68.55 faizi bildirib ki,
bu tənzimləmə
Azərbaycanda internet mediasının müstəqilliyini itirməsinə gətirib çıxara bilər.
Mediaforum.az saytı
E-mənbə: http://www.xariciedebiyyat.azeriblog.com/2009/06/16/internet-mediasinin-tenzimlenmesi-
horumcheyi-tora-salmaq-olarmi-ii-yazi
www.kitabxana.net
– Milli Virtual Kitabxana
95
ĠNTERNET: xeyri, zərəri... (ARAġDIRMA)
O bizə nə verib, nə alır
İnternet bu gün həyatımızın ayrılmaz sahəsinə çevrilib. Bizə lazım olan bütün informasiyaları bu müasir
texnologiya vasitəsilə əldə edə bilirik. Hətta zamanımızda internetin qurbanlarına, xəstələrinə çevrilənlər də az
deyil.
İnternet - istifadəçilərin ―məlumatın saxlanması, paylaşması və rahat əldə olunması‖ istəkləri nəticəsində
yaranmış bir texnologiyadır. Bu texnologiyanın köməyi ilə insanlar məlumatları rahat şəkildə əldə edə bilirlər.
Bu gün
internet demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır.
İnternetdə vahid idarəetmə mərkəzi yaxud vahid müdiriyyət yoxdur. Buna baxmayaraq şəbəkənin belə təşkili
əslində dərindən düşünülmüş struktur deməkdir. Bu struktur 1969-cu ildə Amerika Birləşmiş Ştatları
Təhlükəsizlik nazirliyi tərəfindən işlənib ARPAnet layihəsi çərçivəsində qurulub və on minlərlə dünya
proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilib və mükəmməlləşdirilib.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
96
İnternet Azərbaycan gənclərinə nə verir?
Əvvəla onu deyək ki, hazırda Azərbaycan əhalisinin 11-12%-i İnternet istifadəçisidir. Bu da təxminən 900 000
nəfər deməkdir. Bu il isə Azərbaycanda İnternet istifadəçilərinin sayında 2007-ci ilə nisbətən təxminən 3 dəfə
artımın olacağı gözlənilir.
Hazırda Azərbaycan internetdən istifadə edənlərin sayına görə MDB məkanında aparıcı yerlərdən birini tutur.
Azərbaycanda internetdən daha çox istifadə edənlər 16-35 yaşlı gənclərdir. Əylənmək
məqsədilə internetə daxil
olan gənclərimiz ümumən internetlə məşğul olan gənclərin təxminən 80%-ni təşkil edir. Yaşı 64-dən çox
olanların internet istifadəçilərinin ümumi sayında xüsusi çəkisi 0.7% təşkil edir. İstifadəçilərin 55%-i ali
təhsillidir.
Dünya təcrübəsi də təsdiqləyir ki, internetdən geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir
və məhz bu texnologiyalar bəzi problemlərin həlli üçün tutarlı vasitələrdən biri hesab olunur. Bununla yanaşı,
internet gənclərin həyatında müəyyən mənfi fəsadlar da doğurur. Gənclər mənəviyyatlarına mənfi təsir göstərən,
arzuolunmaz təsirlərə gətirib çıxaran internet saytlarına daxil olurlar. Bu isə hələ özünü
təsdiq etməmiş gəncin
gələcək həyatının yanlış istiqamətdə formalaşmasına səbəb ola bilər. Hazırda, bu, çox narahatlıq doğuran bir
məsələdir.
İnternet klublarımızda qiymətlər gənclərin cibinə uyğun deyil...
Multimediya Mərkəzinin rəhbəri Osman Gündüz deyir ki, bu gün bilik,
informasiya mənbəyi, yaradıcı adamlar
üçün hər bir şeyin mənbəyi internetdədir. Amma bir problem var ki, internet klublarımızda qiymətlər gənclərin
cibinə uyğun deyil: ―Keyfiyyətli internet almaq üçün qiymətlər qonşu ölkələrdən qat-qat bahadır. Bu da
gənclərin internetdən daha sərfəli məlumatlar almaq imkanlarını məhdudlaşdırır. Əlbəttə, internetdə dövr edən
informasiyalar içərisində gənclər üçün zərərli olanlar da var. Yəni, pornoqrafiya, terrorizmə çağırış və s. Bunun
qarşısını almaqla bağlı müəyyən tədbirlər görülür və bu işlər sürətlənsə yaxşı olar‖.
O.Gündüz internetin gənclərin psixologiyasına təsiri məsələsinə də münasibət
bildirib və qeyd edib ki, hər şey
müəyyən həddində, qədərində olanda normal olur: ―Mən düşünmürəm ki, hansısa zərərli
informasiyaya bir
baxış psixologiyaya mənfi təsir etsin. Amma bu davamlı və sistemli olanda təbii ki, təsirsiz qalmaz. Gənclər
məzmunlu, intellektli oyunlar oynayarlarsa, bu, onlar üçün faydalı olar. Ancaq narkotik maddələrdən,