www.kitabxana.net
– Milli Virtual Kitabxana
103
İmkansız QHT-lər və ya saytını tez-tez təzələməyən dövlət idarələri öz internet səhifələrini bir qayda olaraq
başqa işlə məşğul olan, amma interneti bilən adamlardan birinə tapşırır.
Əyləncə saytlarını təzələyən kontent-redaktorlarun əksəri texniki bilikləri güclü, yazmaq, redaktə etmək
qabiliyyəti zəif olan gənclərdi.
Kontent-redaktor üçün ən ağır iş yeri xəbər istehsal edən jurnalist kollektivlərindədi. İnformasiya saytının
kontent-redaktoru hər gün onlarla xəbər, iri məqaləylə işləyir. O həm müxbir, həm redaktor, həm də texniki
işçidi. Onun zövqü, yazını şəkil, link, videosüjetlə zənginləşdirə bilməsi oxucuların sayına əməlli-başlı təsir
edir. Kontent-redaktorun həssaslığı internet səhifəsinin ümumi tərtibatının təkmilləşdirilməsi, yəni sayt
qurulanda və ya saytın tərtibatı təzələnəndə oxucu üçün daha rahat bir dizaynın tapılması işinə də yaraya bilər.
Kontent-redaktorun problemləri
Azərbaycanlı kontent-redaktora ana dilində olan materialların hərəsi bir şriftdə gələ bilər. Bu, necə deyərlər,
yerli problemdi. Vətəndaşların elektron poçtla göndərdiyi xəbərlərin faydalı və ziyanlı olanını ayırmaq
(kontent-redaktor bəzən ictimai təzyiqə məruz qalır, xəbərinin saytda yerləşdirilməsini çox arzulayanlar
dalbadal elektron məktub yollayır, hətta zəng edirlər), məktuba cavab verib-verməməyi müəyyənləşdirmək,
təmkini itirməmək isə ümumi «dərddi».
Anonim ünvanlardan gələn informasiyalarla nə cür davranmaq məsələsi də kontent-redaktor üçun çətin işlərdən
biridi: informasiya yollayanın məqsədini duymaq və hər hansı çirkli oyunun iştirakçısına çevrilməmək istedad
tələb edir.
Kontent-redaktorun hər gün üzləşdiyi daha bir problem rəsmi mənbələrin, şirkətlərin və QHT-lərin mətbuat
xidmətlərindən, ictimaiyyətlə əlaqələr üzrə strurkturlarından gələn press-relizlərdi. Bu cızma-qaralar həm
müxbirlərin, həm də redaktorların xeyli vaxtını alır. İki-üç abzaslıq xəbərin əvəzinə iki-üç səhifəlik press-
www.kitabxana.net
– Milli Virtual Kitabxana
104
relizlər olur. Mətbuat xidmətlərinin və piar menecerlərinin xəbər yazmaq qabiliyyətinin artması bütün medianın
işini xeyli asanlaşdırardı.
Xəbərin istiotu-duzu
İnternet səhifəsindəki materialın oxunaqlılığı həm də onun «bəzəyindən» - maraqlı şəkil və videosüjetlərin,
liklərin olmasından, hətta şriftinin ölçüsündən asılıdı.
Şəkil materialın ölçüsünə uyğun kəsilməli, mövzudan kənar olmamalıdı. Qeyri-müəyyən şəkillər oxucunu çaş-
baş salır. Azərbaycan mediasında, xüsusilə kriminal xəbərlərin təqdimatında çox vaxt hadisə ilə bağlılığı
olmayan şəkillər verilir.
Yaxud bilyardla bağlı xəbərdi, azərbaycanlı bilyardçının qələbəsindən və ya məğlubiyyətindən bəhs edir,
baxırsan, şəkil də var, bilyard şarlarıdı – rəngli, alabəzək... Amma Azərbaycanda yalnız rus bilyardı yayılıb, rus
bilyardında isə rəngli şar olmur. Rəngli şarlardan daha çox ABŞ-da məşhur olan «Pul» bilyard oyununda
istifadə edilir. Xırda detaldı, amma nəzərə alınmır…
Şəklin solda, sağda, ya mərkəzdə yerləşdirilməsi də fotodakı şəxsin hansı rakursdan baxmasından asılıdı. Belə
məqamlara diqqət yetirən kontent-redaktor azdı. Linklərin işləməməsi, üzərində müvafiq işarə peyda olsa da
şəklin böyüməməsi kimi xırda texniki səhvlər onlayn jurnalistikasının adına yaraşmayan qüsurlardı. Bəzən
xırdaca qeyri-dəqiqlik bütün işi korlayır, kontent-redaktor yerləşdirdiyi skripti bir də yoxlamalı olur.
İşçi qüvvəsinin məhdudluğu kontent-redaktoru texniki biliklərə daha dərindən yiyələnməyə məcbur edir. O,
saytda sorğular, bannerlər yerləşdirir, yeni bölmələr yaradır, forumda dəyişiklik edir. Bu onun işi deyil, amma
nə etməli, informasiya bazarında uduzmaq istəmirsənsə çevik olmalısan.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
105
«Siçan»ı şəkilə yaxınlaşdırarkən onun götürüldüyü mənbənin adının ayrıca pəncərədə görünməsinə Rusiya
saytlarında tez-tez rast gəlmək olur. Bu sırf texniki məsələdi və bizim saytlar da belə imkanlardan istifadə etsə,
jurnalistikada etik prinsiplərin qorunmasına yaxşı zəmin yaranar.
Kontent-redaktorun səhvləri
«Day.az» saytında getmiş «Fidan və Xuraman Qasımovalar Kapelhausda çıxış edəcək» başlığında tələbəsi
sözünün itməsi («Fidan və Xuraman Qasımovaların tələbəsi Kapelhausda çıxış edəcək») xəbərə tam ayrı məna
verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin binasının girəcəyində vurulmuş lövhədə qurumun adının ingilis
dilində səhv yazıldığı haqda material yayan «1news.az» saytı öz yazısında Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin adının düz getmədiyini görə bilməyib.
«Trend» agentliyinin saytında («Trend.az») yerləşdirilən xəbərdə adı çəkilən idmançıların hamısının adı və ya
soyadı səhv gedib. Gecə növbəsində çalışan kontent-redaktorun yol verdiyi qüsurdu bu.
İşçi qüvvəsinin çatışmazlığı da saytın keyfiyyətli material hazırlamasına mənfi təsir edir. Vaxtilə çox məşhur
olan «Realnı Azerbaydjan» qəzetinin onlayn versiyasında («Realazer.com») cəmi iki işçi çalışırdı.
Kontent-redaktor və plagiat
Mənbənin göstərilməməsi, plagiat halları tez-tez müşahidə olunur. Əziyyət çəkib informasiya hazırlayan
kontent-redaktor etik normalırı gözləyib mənbəni göstərir, amma az sonra öz əməyinin oğurlandığını görür.
Başqa bir informasiya saytı materialda yalnız ilkin mənbənin adını saxlayır, onu hazırlayana, tərcümə, redaktə
Dostları ilə paylaş: |