www.kitabxana.net
– Milli Virtual Kitabxana
109
qeyri-ciddiliyini göstərir. Yəni bu vətənpərvər oğlanın şəklinə baxıban girdiyin bloqun şou-biznesə aid olmasını
görəndə hər şey üzə çıxır.
Ziyarətçilərinin sayı 72593 ölçülən - islam.azeriblog.com bloqa daxil olanları bu cür salamlayır: Burada Allahın
izni ilə Allah xatirinə yazdığım islama aid məqalələrlə tanış olacaqsınız. Həmçinin
inşallah bundan sonra
çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər
faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, siz də bu xeyir işdə mənə dəstək olasınız".
Informasiya baxımından o qədər də kasad olmayan bloq yuxarıdakı prinspləri ilə fəaliyyətini davam etdirir.
http:// ferhad.azeriblog.com bloqu şəxsi bloq olsa da proqramlar, ―bilirsinizmi‖ tipli yazılar və dizaynın
bərbadlığı ilə ziyarətçilərini salamlayır. 62291 ziyarətçisi var.
http:// deniz.azeriblog.com ilk onluqda duran yeganə bloqdur ki, bir prinsiplə işləyir. Bəzi bloq sahibləri dostlar
bölməsində bunu xeyirxah bloq da adlandırırlar. Bloqun əsas məqsədi nəinki bloqların, həm də saytlara dizaynla
bağlı kömək edir... Xeyirxah bloq həm də öz dizaynı ilə diqqəti cəlb edir. Təsadüfi
deyil ki, çox sadə üsulla
qurulan bloqda ziyarətçilərin sayı 36983-dür.
http:// islam.azeriblog.com-un bloqçusu http:// qubadli.azeriblog.com-un da rəhbəridir. Ziyarətçilərinin sayı
32416 nəfərdir. Adından göründüyü kimi Qarabağ bölgəsinə aid informasiyalar yerləşdirilir. Dizaynı
qənaətbəxş saymaq olar.
http://menimblog.azeriblog.com bloqunda proqramlara, oyunlara, şou-biznes xəbərlərinə rast gəlmək olar. Bu
günə kimi 27924 ziyarətçisi olub.
Təxminən 65000-dən bir qədər çox ziyarətçisi olan http://xariciedebiyyat.azeriblog.com dizayn bərbaddır. Bloq
dünya ədəbiyyatı kimi yaradılsa da, burada çox yersiz yazılara rast gəlmək olur. Məsələn bloqda Azərbaycan
ədəbiyyatının nümayəndələrinə yer vermək xarici ədəbiyyat sayılmır (o başqa söhbətin mövzusudur ki,
Azərbaycan yazıçıları dünya ədəbiyyatçıları
ilə üzə gələ bilər, ya yox).
Ana səhifədə yazıların çox olması ziyarətçiləri yorur. Lüğət, dünya klassiklərinin hekayələrinin elektron variantı
və bu kimi digər maraqlı informasiyalar sadələşdirilmiş axtırış bloqunun müsbət keyfiyyətidir.
Erotik bloqların ziyarətçiləri çoxluq təşkil edir
www.kitabxana.net
– Milli Virtual Kitabxana
110
Azeribloqda bloqların mövzu dairəsi aşağıdakı kimidir: Kompyüter və Internet (91), Cəmiyyət (82), Sevgi (62),
Din (55), Foto bloq (55), Musiqi (47), Siyasət (46), Biznes və Iqtisadiyyat (44), Idman (42), Mədəniyyət və
Incəsənət (29), Elm və Maarif (28), KIV və Xəbərlər (23), Gülməli (17), Oyun (14), Səhiyyə və Sağlamlıq (9),
Kino-TV (8), Qadın (4).
Göründüyü kimi gənclər (bloqçuların əksəriyyəti gənclərdir) əsasən kompyüter, şou tipli bloqlar yaradırlar.
Düzdür informasiyalı, maarifləndirici bloqlar olsa da, bunlar azlıq təşkil edir. Elə cəmiyyət,
elm və maarif kimi
bloqlarda erotika, ulduzların şəkilləri, proqramlar, oyunlar mövcuddur. Bu, bir daha göstərir ki, Azərbaycan
gənci intellektuala deyil, pornoqrafiyaya qaçır. Apardığımız araşdırmamızda bir daha bunun şahidi olduq.
Məsələn on ən çox oxunan sayta nəzər salaq. Orada deniz.azeriblog.com, xariciedebiyyat.azeriblog.com,
islam.azeriblog.com, qubadli.azeriblog.com-u çıxmaq
şərti ilə demək olar ki, hamısı ziyarətçilərinin sayını
erotik şəkillərlə, proqramlarla artırırlar.
Olmazmı ki, ziyarətçilərinin sayı 60000 və 100000 arasında olan bloqçular öz bloqlarında intellektual,
informasiyalı yazılar dərc etsinlər. Bu sualla onların e-maillərinə müraciət etsək də yazı çapa gedənə kimi cavab
gəlmədi. Amma bu e-maillərə başqa bir qız niki ilə müraciət etdik. O dəqiqə cavab verdilər: ―sizlə tanış olmaq
olar?‖ Harada və necə görüşək? Digər http:// chat1.azeriblog.com çatında ―salam, necəsiniz, tanış olmaq olar?‖
tipli mesajlar yer alır. Bax, budur Azərbaycan gəncliyinin günü-rüzgarı...
Şərhlər bölümünə şərh yerinə
Bildiyimiz kimi bloqlarda şərhlər bölməsi var. Amma ziyarətçilər demək olar ki,
şərh bölməsinə heç nə
yazmırlar. Yazılan ―şərh‖lərin əksəriyyəti də demək olar ki, öz bloquna dəvət mesajından, bəzən adi bir
salamdan, bəzən onun bloquna öz bloqunda keçid vermək xahişindən, bəzən isə yazıya dəxli olmayan şərhdən
ibarət olur. Elə bil bloqçular şərh verməyə ərinir və ya öz şərhlərinə inanmsızlıq sərgiləyirlər. Sanki hansısa
utancaqlıq kompleksi bəri başdan bloqçuların əl-qolunu bağlayır. Nəticədə aktivlik bloqu ziyarət eləməkdən o
yana keçmir. Erotik bloqlarda isə bir qayda olaraq fəallıq hiss olunur. Məsələn, Cenifer Lopezin şəklinin
altındakı şərhlərin sayı nə az, nə çox - düz 103-dür! Intellektual bloqlarda isə bu rəqəm ən çoxu 10-15-dir.
Intellektual
saytlara maraq yoxdur
www.kitabxana.net
– Milli Virtual Kitabxana
111
Bütün bunlarla yanaşı intellektual, informasiyalı saytlar da var. Amma... amma ki, bu bloqların ziyarətçiləri çox
azdır. Məsələn http://ichiche.azeriblog.com bloqu. Ziyarətçilərinin sayı 4386-dır. Dizaynı qənaətbəxş saymaq
olar. Bloq gündəlik yenilənməsi, maraqlı yazıları ilə diqqəti çəkir. http://artyazar.azeriblog.com,
http://qeshemnecefzade.azeriblog.com, http://eloglu.azeriblog.com bu kimi digər bloqları misal göstərmək
olar.
Bir-birini təkzib
edən bloqlar
http://divane.azeriblog.com bloqu dizayn baxmından korluq çəkir. Bloqun rəhbəri ―saytınızı dizayn edin‖
http://deniz.azeriblog.com-in bloqunun rəhbəridir. Saytları dizayn etmək üçün yaradılan bir bloq sahibinin
özünün başqa bir bloqunda dizayn yox dərəcəsindədir. Ümumiyyətlə, bloqçunun bir neçə saytı varsa, onlar
demək olar ki, eyni dizayndadır. Divanənin, yazıçı kulturoloq Aydın Xanın xariciedebiyyat, artyazar, islam və
qubadlı saytları eyni dizayna mailkdir.
Yazıya söz ardı
Son söz olaraq onu demək olar ki, bloqların yaranması təqdirəlayiq olsa da, pornoqrafik,
şou-biznes şəkillərdən
ibarət bloqların həddən çox olması ürək bulandırıcıdır. Aydın Xan deyir ki, onun intellektual bloquna daxil olan
ziyarətçilərinin cəmi 13 faizi Azərbaycandan, 87 faizi isə xaricdəndir.
Məsələn, Ermənistanda google.com saytında yaradılan bloqların əksəriyyəti sosial mövzudadır. Intellektual,
informasiyalı saytların bolluğu belə bloqlarda özünü biruzə verir. O, erməni gəncliyidir...
E-mənbə: http://www.xariciedebiyyat.azeriblog.com/2008/01/13/ramin-deko-bizim-milli-bloqlarimiz