Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə39/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   35   36   37   38   39   40   41   42   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
112 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ġnternet radio və televizya Azərbaycanda və dünyada 
 
İnternet jurnalistikanın ən aparıcı növlərindən olan İnternet radio və İternet televiziya gün keçdikcə daha da 
populyarlaşır, öz janr və növlərini yaradır. Müasir dovrdə radio və televiziyalardan çox onların İnternet 
versiyalarına maraq artır. 
 
İnternet radio yarandıgı andan populyarlaşmağa başladı. İnternet radiosu və ya şəbəkə radiosu – İnternet 
vasitəsilə ötürülən səs verliş xidmətidir. İnternet radiosu simsiz rabitədən geniş ötürüldüyünə görə webcasting 
adlanır. 
 
İnternet radio fasiləsiz audio-səs axını vasitəsilə dinləyicilərə çatdırılır. İnternet radio iki növ ola bilər. Birincisi 
hər hansı tezlikdə yayımlanan fm radio dalğasının İnternet versiyası və sırf İnternet radiolar – yəni yayımını 
təkcə İnternet üzərindən yayımlayan radiolar. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
113 
 
 
İnternet radioların üstün cəhəti onun məkan genişliyidir. İnternet radionun konkret hər hansı bir ölkədə 
yayımlanmaq kimi məhdudlaşdırıcı xüsusiyyəti yoxdur. 
 
İnternet radionun texnologiyasında əsasən qaçan səs formatlarından və bu formatları dəstəkləyən proqramlardan 
(―Oggi Vobis‖, ―Windows Media player‖, ―Real Audio‖) istifadə olunur. İnternet radioları populyarlaşdıran 
onların əhatə dairəsinin, auditoriya şəbəkəsinin ənənəvi radiolara nisbətən daha geniş, coğrafi miqyasına görə 
sərhədsiz olmasıdır. 
 
Azərbaycanda da internet son dövrlərdə KİV-lərə sürətlə nüfuz edir. Artıq Azərbaycanda az sayda olsa da 
İnternet üzərindən yayımlanan ənənəvi radioların internet versiyalarına rast gəlmək mümkündür. 
 
Azərbaycanda ilk öncələr xarici İnternet radilar fəaliyyətə başlasa da sonralar milli radiolar da yayımlarını 
İnternet üzərindən yayımlamağa başlamışlar. Hazırda 
 
http://www.azadliqradiosu.az 
http://www.burc.fm 
http://www.antenn.fm 
http://www.media.fm 
http://www.itv.az/radio 
http://www.day.az  
 
-və s veb resurslarda canlı yayım vasitəsilə radioya qulaq asmaq mümkündür. Milli Teleradio Şurasının 30 
oktyabr tarixli qərarı ilə Azərbaycan ərazisində xarici dilli radioların yayımının dayandırılması həmin radioların 
internet üzərindən yayımına marağı artırdı. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
114 
 
 
Belə ki, Azadlıq radiosu, BBC Azərbaycan, Avropa + Bakı və Amerikanın səsi radiolarını öz yayımlarını hal 
hazırda internet üzərindən davam etdirir. 
 
İnternet radiolarda da ənənəvi radiolarda olduğu kimi adətən gündəlik ictimai-siyasi xəbərlər, əyləncə və şou 
xarakterli proqramlar, tok-şoular, müəllif proqramları üstünlük təşkil edir.  
 
İnternet radiolar artıq günü -gündən populyarlaşır və öz xələflərinin reklam bazarıda əməlli başlı sıxışdırır. 
 
Amerikanın ―Bridge Ratings & Research‖ fondunun 2007-ci il üçün verdiyi açıqlamada qey olunmuşdur ki, 
İnternet radioların reklam qazancları onların əhatə dairəsindən asılı olaraq 49-500 milyon ABŞ dolları təşkil 
edir. 
 
Təkcə bu rəqəmlər İnternet radionun ənənəvi radiolardan daha ucuz, qazanclı və XI əsr üçün daha perspektivli 
bir KİV olduğunu sübut eləməyə kifayətdir. 
 
İnternet radiolarla yanaşı İnternet televiziyalar da günü -gündən populyarlaşmaqdadır. İnternet televiziya 
televiziya verilişləri, görüntü və səs axımının İnternet üzərindən müəyyən protokollar vastəsilə ötürülməsi yolu 
ilə öz yayımını qurur. 
 
Əsasən XI əsrin birinci onilliyində İnternet televiziya layihələri üzərində işlərə başlanmışdır. İnternet 
televiziyanın yayımına iki yolla – canlı yayın və görüntünün əvvəlcədən kompüterə yuklənməsi yolu ilə baxmaq 
mümkündür. Bu yayım standartı P2PTV adlanır və bu standartla fəaliyyət göstərən İnternet televiziyaya TV 
Catchup deyilir. 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
115 
 
İnternet televiziyanın digər bir adı İPTV yəni İP televiziyadır ki, burda verilənlər İnternet üzərindən İnternet 
protokol vasitəsilə ötürülür. Azərbaycanda hal- hazırda İnternet televiziya yoxdur. Azərbaycan İnternet 
istifadəçiləri yalnız http://www.aztv.az, http://www.itv.az, http://www.lidertv.az saytlarından adı çəkilən 
kanalların canlı yayımlarına ―canlı yayım‖ bölməsindən baxa bilərlər. 
 
Lakin daim yenilənən İnternet xidmətləri və yenilikləri nəinki dünyada həmçinin Azərbaycanda da İnternet 
televiziyaların yaranıb ənənəvi televiziyaları üstələyəcəyini deməyə imkan verir. /xeberler.az/   
 
http://deyerler.org/print:page,1,32689-dnternet-radio-vjj-televizya-azjjrbaycanda-vjj.html 
 
 
 
 
Virtual Jurnalistika - Ənənəvi Jurnalistikanın yeni qolu 
 
 Ənənəvi medianı üstələyən, bir çox hallarda çap mətbuatının tirajının kəskin aşağı düşməsınə təsir edən 
elektron şəbəkə öz diktəsini etməkdədir. Dünyada olduğu kimi, Azərbaycanda da internet jurnalistikası geniş 
yayılmaqdadır. Mütəxəssislərin qənaətincə, internet informasiya yayımının bütün formaları üzrə gələcəyin 
jurnalistikasıdır. İnternet jurnalistikasında, jurnalist özünü daha sərbəst hiss edir. Müstəqil jurnalistikanın 
inkişafında da internet müstəsna rol oynayır. Bir sıra ölkələrdə ―internet jurnalistlərin» hazırlığı ilə bağlı 
müəyyən kurslar təşkil edilir. Qlobal şəbəkə ilə işləmək bacarığının aşılanması, informasiya bolluğu içərisində 
lazımi informasiyanın axtarılmasının öyrədilməsi, həmçinin informasiya azadlığı sahəsində beynəlxalq 
qanunvericiliyin öyrədilməsi ölkə jurnalistləri üçün də olduqca səmərəli olardı. 
 
Nəzərə alsaq ki, Azərbaycanda internet qəzetlər məhkəməyə verilmir, qapadılmır, belə qəzet və ya saytın 
əməkdaşları təzyiqlə üzləşmir, onda ölkəmizdə ―İnternet Jurnalistika‖ tam formalaşmalı idi.  


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə