Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə40/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   36   37   38   39   40   41   42   43   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
116 
 
 
Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüzün fikrincə, internet qəzetlərin azlığı siyasi senzura ilə 
yox, maliyyə problemləri ilə bağlıdır. Onun qənaətincə, məhz maddi problem internet qəzetlərinin uzunömürlü 
olmasına imkan vermir. Bir tərəfdən də, şirkətlər, qurumlar internetdə reklam verməkdə maraqlı deyil. Amma 
hazırda bu sahədən də mənfəət əldə edənlər az deyil. 
 
Sadəcə bu imkandan hər bir kəs öz istəyi çərçivəsində düzgün istifadə edir. Amma nəzərə almaq lazımdır ki, 
yazılı medianın inkişaf etdirilməsi üçün internet xəbər saytlarının eləcə də, ―bloq‖ların yaradılması jurnalistlər 
üçün dünyaya açılan yeni pəncərədir. Bundan əlavə, ölkənin İnternet seqmentində də bunun üçün münbit şərait 
mövcuddur. 
 
Hazırda ölkədə jurnalistlər daha çox bloqların yaradılmasına üstünlük verirlər.  
 
Mütəxəssislərin sözlərinə görə, jurnalistlər bloqlar vasitəsi ilə, yazılarını istədikləri kimi, istədiyi dizaynda 
yerləşdirə bilərlər.  
Bloqların müxtəlif növləri var. Bunlar əsasən yazı, foto, audio, mobil və internetin sürətinin artması ilə məşhur 
olan video bloqlara bölünür. Yazı bloqlarının da özünün müxtəlif növləri var. Bloq növləri arasında siyasət, 
dəb, kompyuter, texnologiya və s. bloqlar da mövcuddur.  
Ekspertlər bildirir ki, son beş ildə İnternetin sürətinin əvvəlki illərə nisbətən daha çox artması hətta bloqçulara 
çəkdikləri videoları öz səhifələrinə yerləşdirməyə də imkan verir. Çəkilən hər hansı bir videonun istənilən 
bloqçu tərəfindən internetə yerləşdirilməsi üçün artıq imkanlar genişdir.  
Dünyada bloq xidməti verən meşhur saytlar arasında WordPress, Blogger, Tyrerad ən tanınmış bloqlardır. Bu 
saytlarda siz öz bloqunuzu aça və dizaynını dəyişdirə bilərsiniz. Dizayn dəyişdirmək üçün orada hazır variantda 
olan dizaynlar var ki, siz onlardan da seçə bilərsiniz. Daha ətraflı dəyişdirmə işini aparmaq üçün sizin HTML və 
CSS kodlama sistemini bilməniz vacibdir.  
Bloq açmaq niyə lazımdır? 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
117 
 
İlk öncə siz bloqunuzu özünüzü ifadə etmək və özünüz haqqında informasiya vermək üçün aça bilərsiniz. 
Bununla belə, başqa insanlara kömək etmək üçün hər hansı bir sahədə ekspert olduğunuzu göstərmək məqsədilə 
hansısa bir məhsul və ya mal haqqında reklam məqsədli bloq qura bilərsiniz. Bu da istənilən halda ilk növbədə 
məlumatlı olduğunuz sahə haqqında özünüzü inkişaf etdirməyə imkan yaradacaq. Çünki siz bloqunuzu 
açdıqdan sonra bu sahə haqqında olan ən son xəbərləri və inkişafları yazıb bloqunuza yerləşdirirsiniz. Bu yolla 
da siz həm özünüzü inkişaf etdirmiş, həm də sizin bloqunuzu oxuyanları məlumatlandırmış olursunuz. 
 
Araşdırmalar göstərir ki, insanlar hətta pul qazanmaq üçün də bloqlardan istifadə edə bilərlər. Belə ki, bloqa 
qoyulan reklamlar maddi gəlir də gətirə bilər. Dostlarınızı bloqunuza baxmağa dəvət etməklə siz bloqunuza 
girən istifadəçilərin sayını artırmış olarsınız. Azərbaycanda tanınan bloq xidmətlərinə misal olaraq bir neçə ildir 
ki, fəaliyyət göstərən azeroo.com saytının bloq xidmətini göstərmək olar. Dünyadakı bloq xidmətlərinin əksinə 
azeroo.com-da bloq xidmətindən istifadə etmək və dizayn deyişdirmək üçün HTML və CSS kodlama sistemini 
bilməyə ehtiyac yoxdur. Belə ki, bu bloq xidməti özündə War xidmətini də birləşdirir ki, bu da digər mövcud 
olan analoqlardan xeyli fərqlidir. Azərbaycanda WAP istifadəçilərinin sayı dial-ur istifadəçilərindən daha 
çoxdur və bu da bloq xidmətindən daha səmərəli istifadə etməyə imkan yaradır. 
 
Yaxşı bloqçu olmağın da öz sirrləri 
Yaxşı bloqçu olmağın da öz sirrləri var. İlk öncə bloqunuzda yazdığınız yazılar çox uzun olmamalıdır, çünki 
internet istifadəçiləri yorucu olduğu üçün uzun olan yazıları oxumağı xoşlamırlar. Bundan başqa, yazıya uyğun 
mütləq fotoşəkil əlavə etmək məsləhətdir. Çünki bu, yazını daha cəlbedici edəcək. Bloqunuza dost linklər əlavə 
edin, misal olaraq bunun üçün dostlarınızın açdıqları bloqların linklərini öz siyahınıza əlavə edə bilərsiniz. 
Bloqunuzu google, yahoo, msn kimi axtarış sistemlərinə qeyd edin, bununla da özünüz və ya digərləri 
tərəfindən axtarışa verilən zaman hər hansı bir mövzu haqqında yazdığınız yazılar daha rahat axtarılacaq.  
 
Məlumat üçün bildirək ki, hər gün dünyada bir milyona yaxın bloq açılır ki, bu bloqlara da nəzarət etmək çox 
çətin məsələdir. Məsələn, Delta Hava Yollarında işləyən bir qadın öz bloqunda şirkətdə baş verən gülməli 
hadisələri yazıb və bura şəkillər yerləşdirib. Şirkətin müdiriyyəti də belə bir vəziyyətin şirkətə maddi və mənəvi 
zərər verəcəyini iddia edərək həmin qadını işdən çıxarıb. Mütəxəssislər, bloq açarkən daha diqqətli olun və 
mütləq bununla bağlı mövcud olan qanunlara riayət etməyə çalışın. Bundan əlavə, bloqunuza girən 
istifadəçilərin şərh yazması üçün imkan yaradın. Onlar sizin bloqunuz haqqında başqalarına deyə bilər və 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
118 
 
beləliklə də, sizin bloqunuza girən istifadəçilərin sayı artmış olar. Bloq xidmətlərini qeyd edən və onların 
arasında axtarış xidməti verən saytlar da var. Bu saytlar bloqlara əlavə edilmiş yazıları, səsləri, yaxud da mp3-
ləri öz sistemlərinə inteqrasiya etdirir və bunların arasında axtarış verməyə imkan yaradır. Bununla yanaşı, siz 
bloqunuzu google.com, yahoo.com və msn.com kimi saytların axtarış sistemlərinə də qeyd edə bilərsiniz. 
 
Siz bloq vasitəsi ilə, həm də məhşur ola bilərsiniz.  
 
  
Zamirə İlqarə. Rabitə Dünyası.-2009.- 6 mar.- S.11. 
 
http://www.anl.az/down/meqale/rabitadunyasi/rabitadunyasi_mart2009/71967.htm 
 
 
 
Aynur BƏġĠRLĠ 
 
Nədən baĢlanır MƏKTƏB? 
 
SÖHBƏT JURNALĠSTĠKA MƏKTƏBĠNDƏN GEDĠR... 
 
Avropa Şurasının Bakı Slavyan Universitetində həyata keçirdiyi ―Azərbaycanda jurnalistika tədrisinin 
inkişafına dəstək‖ layihəsinin ilkin nəticələri  
Aynur BƏşirli siyasət elmləri namizədi, jurnalistika təhsili və media proqramlar üzrə ekspertdir. Bakı Dövlət 
Universitetinin jurnalistika fakültəsini bitirib.  


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə