www.kitabxana.net
– Milli Virtual Kitabxana
124
avropalı tərəfdaşımız Dublin Texnologiya İnstitutu isə fərqli yanaşma tətbiq edir.
Professor Foley sabit bir
düzümün tərəfdarıdır. Onun fikrincə, biz tələbəyə məqsədə çatmaq üçün optimal bir yol göstərməliyik.
Professor fikrini əsaslandırmaq üçün təcrübəsindən maraqlı bir misal gətirdi. Onun tələbələrindən biri ilk ali
təhsilini ABŞ-da öz vətənində alsa da, ikinci təhsilini Dublində almalı olmuşdu. Səbəb amerikalının vətənində
öz istəyi ilə fənlər seçməsi idi. Belə bir seçimin sonunda cavan oğlan dünya görüşünü xeyli genişləndirsə də,
son nəticədə heç bir peşəyə əməlli-başlı yiyələnə bilməmişdi. Onun anası oğlunun ixtisasının zarafatla ―məclis
adamı‖ olduğunu deyirdi, yəni nədən istəyirsən danışır, məclisi ələ alır, vəssəlam... Sonralar bu oğlan DİT-ni
bəlli bir kurikulum üzrə bitirərək ixtisas qazana bildi...
Biz ikinci versiyaya üstünlük verdik. Tələbəyə bələdçilik edərək məqsədə doğru addım-addım irəliləməyə
kömək edəcək kurrikulum düzümünə. Bu məqama qədər dövlət standartının çərçivəsi bizə istədiyimiz dizaynı
seçməyə kifayət edirdi. Biz fənləri bloklar şəklində keçməyi təklif edirdik. Bu bloklarda bir fənn o birini
tamamlayırdı. Məsələn, tələbə çap jurnalistikasını öyrənəndə eyni zamanda çap texnikasını, qəzet tərtibatı
proqramlarını da paralel keçirdi. TV jurnalistika teletexnika
və montaj, radio jurnalistika isə radio texnika və
montaj proqramları ilə qoşa keçilirdi.
Amma dövlət standartının çərçivəsi seçmə fənlərə çatanda daraldı. Məlum oldu ki, bizim böyük ümid və
həvəslə tədris planına daxil etdiyimiz 6 seçmə fənnin heç də hamısı tədris oluna bilməz. Belədə maraqlı bir sual
doğurdu: Seçmə, doğrudandamı, seçmədirmi?
Seçmə seçmədirmi?
Bəlkə, heç seçməyək...
Biz seçmə fənlərin böyük bir qismini sonuncu ilə saxlamışdıq. Bu bloka 6 ixtisas fənni daxildir. Bu isə o
deməkdir ki, tələbə 3 il ərzində qəzet, fotojurnalistika, radio və telejurnalistikaya yiyələndikdən
sonra sahələr
üzrə ixtisaslaşmaya başlayacaq. Ixtisaslaşma bitdikdən sonra o, diplom işinə buraxılır. Diplom işi eyni zamanda
üç istiqaməti əks etdirməlidir – tələbənin seçdiyi ənənəvi media qolunu, ixtisaslaşdığı sahəni və yeni medianı.
Bir misalla dediklərimizi incələyək. Tələbə TV jurnalist olmaq, idman sahəsində ixtisaslaşmaq istəyirsə, o
diplom işi kimi televiziya üçün idman mövzusunda bir material hazırlayır, eyni zamanda bu materialı yeni
media formatında təqdim edir. İlk baxışda sadə və ağlabatan. Çünki jurnalistlərin qeyri-peşəkarlığına
ünvanlanan bütün iradlar adətən ixtisaslaşmanın olmaması ilə əlaqələndirilir.
Biz BSU-da özlüyümüzdə ideal
bir variant seçmişdik. 20 tələbəni (bu bir qrupdakı tələbələrin sayıdır) 6 ixtisas üzrə bölürdük. Hər qrupda orta
hesabla 3-4 tələbə. Amma məlum oldu ki, sonuncu ildə eyni zamanda nəinki 6, heç iki ixtisas üzrə real seçmə
aparmaq olmaz. Çünki seçmə fənlərin sayından asılı olmayaraq tələbələr yalnız onlardan birini seçə bilərlər.
Nonsensdir. Amma reallıqdır. Səbəb büdcədir. Dövlət ancaq 12 nəfərlik qrup üçün müəllimə pul verir. BSU-da
www.kitabxana.net
– Milli Virtual Kitabxana
125
isə jurnalistika ixtisasında bir qrupda 20 tələbə var. Onu iki yerə böləndə 10 edir, 12 yox. Demək, 20 tələbədən
çoxluq
nəyi seçirsə, yerdə qalanlar da onlara qoşulmaq zorundadırlar. Seçim seçim deyil. Qısası, biz 6 secim
təklif etsək də, onlardan yalnız biri keçiləcək. Belə olan halda real ixtisaslaşmadan söhbət gedə bilərmi? Biz
özümüz-özümüzü aldatmırıqmı?
Bəs məsələdən çıxış yolu varmı? Çıxış yolunu elə Bolonyanın özü təklif edir. Bolonya ali təhsil müəssisələri
arasında tələbə mübadiləsinə əsaslanan bir sistemdir. Bu isə o deməkdir ki, tələbə bəzi kursları müxtəlif
universitetlərdə keçə bilər. Əgər bu mümkündürsə, onda Azərbaycanın 10 universitetində jurnalistika ixtisasının
tədris
olunduğunu nəzərə alsaq, belədə ixtisasları universitetlər üzrə paylaşdırmaq olar. Məsələn, BSU elm və
tibb jurnalistikasını, BDU biznes jurnalistikasını, Qərb Universiteti konflikt jurnalistikasını, Xəzər Universiteti
incəsənət və əyləncə jurnalistikasını, İctimai Siyasi Universitet siyasi, Azərbaycan Universiteti isə idman
jurnalistikasını seçmə fənn kimi təklif edir...
Məsələdən ikinci çıxış yolu isə dövlət standartına bir daha nəzər salmaqdır. Mart ayında ATƏT-in Bakı
ofisinin
rəhbəri Bilge Cankorelin təhsil naziri Misir Mərdanovla görüşu zamanı məhz jurnalistika sahəsində dövlət
standartının təkmilləşdirilməsi məsələsi müzakirə olunmuşdu. Nazir bu sahədə problemlərin olduğunu qeyd
edərək ATƏT-in təşəbbüsünü alqışladığını, təşkilatın bu istiqamətdə həyata keçirəcəyi layihələrə dəstək
verdiyini bildirmişdi. Misir müəllimin mövqeyi bizi sevindirməyə bilməz. Biz bunu da yaxşı bilirik ki,
standartlar və seçmə fənlərlə bağlı mövqeyimizi müdafiə etmək üçün böyük bir iş görülməlidir – təklif olunan
bütün yeni fənlərin proqramları və dərslikləri yazılmalıdır. Çünki nə qədər peşəkarcasına
tərtib olunsa da,
kurikulum modulsuz və dərsliksiz hələ heç nədir.
Modul nədir?
Modul kurikulumun kərpicidir. Kurikulum binadırsa, o, kərpiclərsiz – modulsuz tikilə bilərmi? Məsələn, biz
fotojurnalistikanı keçmək istəyirik. Bunun üçün bizə fotojurnalistika modulu lazımdır. Bu, bizim başa
düşdüyümüz tədris proqramına yaxın bir anlayışdır. Amma ondan bir qədər fərqlidir. Bir fənnin bir və ya bir
neçə modulu ola bilər. Məsələn, TV jurnalistika bir fəndir. Amma o, bizim kurikulumda 4 modulda tədris
olunur: TV xəbərçilik, TV xəbər proqramlarının hazırlanması,
TV xəbərlərdə etika, TV texnika. Biz dövlət
standartında təklif olunan KİV-in texnikası və texnologiyası fənnini də 4 modula bölürük.
Modulun dəqiq strukturu var, o bəlli komponentlər üzərində qurulur və onların tələblərinə cavab verir. Modulun
üstünlüyü nədir? Modul standartdır. O eyni fənnin fərqli standartlardan keçilməsinin qarşısını alır. Bu yerdə
jurnalistlər arasında çox yayılmış bir deyimi xatırlamaq yerinə düşər: ―Azərbaycan jurnalistikasında neçə
müəllim varsa, bir o qədər də jurnalistika standartı var‖. Jurnalistikada baş verən standartsızlıq
elə buradan
qaynaqlanmırmı? Modullu təhsil həm də modulları vaxtaşırı yenidən nəzərdən keçirməyə, onu yeniləməyə