Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə107/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   104   105   106   107   108   109   110   111   112

gəmisinə dönmüşdü. Çox yüngül idi və tufan qopmamış getmək istəyirdi. Bu 
tufandan bir dəfə yaxa qurtarmışdı. Ancaq bu dəfə çətin idi... 
– Vaxtdır, Ket. 
– Vaxtdır? Əlvida, Ravik! 
– Əlvida, Ket. 
– Bir-birimizə yalan satmağa ehtiyac yoxdur, eləmi? 
– Elədir. 
290 
– Siz də gəlin Amerikaya... 
– Mütləq, Ket. Lap tezliklə... 
–Əlvida, Ravik! Çox sağ olun! İndisə gedirəm... Göyərtədən əl eləyəcəyəm. Gəmi 
tərpənənə kimi gözləyin, mənə əl eləyin. 
– Yaxşı, Ket. 
O, asta-asta, güclə seziləcək qədər ləngər vura-vura gəmiyə qalxdı. Yanınca 
gedənlərin hamısından arıq idi, şax idi və sanki, bədənində ət deyilən şey 
qalmamışdı, labüd ölümün qüssə dolu gözəlliyinə bürünüb gedirdi... Üz-gözündən 
cəsarət yağırdı, başı misirlilərin tunc pişik heykəlinin başına oxşayırdı, fərqi bircə 
onda idi ki, bunun üzündə cizgilər, həyat nişanəsi, gözlər vardı... 
Axırıncı sərnişinlər... Qan-tərə batmış bir yəhudi xəz paltosunu qoltuğuna vurub, 
az qalır ağlı başından çıxsın, iki hambal da onun yükünü gətirir... O gah yüyürür, 
gah da dayanıb qışqırırdı. Axırıncı amerikalılar da gəldilər. Pilləkənləri yavaşyavaş 
çəkdilər. Raviki qəribə bir hiss bürüdü. Pilləkənlər, sanki, əbədilik yığıldı... 
Bu da sonu! Su tərpəndi. Sərhəd... İkicə metr su yolundan sonra Amerika ilə 
Avropa sərhədi başlayır. Həyatla fəlakətin sərhədi... 
Ravik gözləri ilə Keti axtardı və o dəqiqə də tapdı. Göyərtədə dayanıb əl eləyirdi. 
Ravik də əlini yellətdi... 
Deyəsən, gəmi asta-asta tərpəndi. Sanki, sahil özü geri çəkildi. Lap azca... heç hiss 
olunmadı da... Və dümağ gəmi birdən-birə sahildən qopdu, qaranlıq səmanın 
qoynundakı qaranlıq sularda əlçatmaz uzaqlığa doğru süzdü. Ket daha 
görünmürdü. Sahildə qalanlar dinməz-söyləməz, peşman-peşman, saxta təbəssümlə 
bir-birinə baxdılar və kimi tələsə-tələsə, kimi də tərəddüdlə oradan uzaqlaşdı.,. 
Maşın qaranlıq gecədə Parisə tərəf üz qoymuşdu. Normandiyanın meyvə bağları, 
hasarları bir-bir arxada qalırdı. Bədirlənmiş ay buludlu səmadan asılmışdı. Gəmi 
yaddan çıxmış, yalnız bu gecə mənzərəsi, quru ot, yetişmiş alma ətri, sükut və bir 
də əbədi olan şeylərin həzin sədası qalmışdı... 
Maşın, demək olar ki, səssiz gedirdi. Elə gedirdi ki, heç deməzdin, onda bu ağırlıq 
var... Evlər, kilsələr, kəndlər, işıq gələn balaca kafelər, bistrolar, işıldayan çaylar, 
dəyirmanlar bir-bir ötdü, qarşıda, sanki, sonu lap yaxındaca göylə birləşən bir 
düzənlik açıldı. Həmin düzənliyin üstündə qübbələnmiş səma də nəhəng 
balıqqulağının iç tərəfinə oxşayırdı və onun südrəngli sədəfində ay mirvari kimi 
bərq vururdu... 
Hər şey başa çatıb tamama yetmişdi. Ravik buna oxşar hissləri artıq bir dəfə 
keçirmişdi. Ancaq bu dəfəki həmişəkindən aydın, həmişəkindən güclü idi, ondan 
qaçmaq olmurdu, hisslər onu caynağına alırdı. Heç özü də müqavimət göstərmirdi. 
Sanki, hər şey çəkisizlikdə süzürdü... Gələcəklə keçmiş görüşmüşdü. Ancaq 


onların nə bir arzusu, nə bir çəkəcəyi qalmışdı. İndi keçmiş də, gələcək də eyni idi, 
heç nə ilə fərqlənmirdi. Üfüqlər eyniləşmiş və hansı möcüzəli andasa həyat 
tərəzisinin gözləri də tarazlaşmışdı... Tale heç vaxt ona qarşı qoyulan cəsarət 
hissindən güclü olmayıb! Gördün, dözə bilmirsən, o vaxt özünü öldürürsən. Yaxşı 
ki, adam bunu bilir. Və bir də onu bilmək yaxşıdır ki, nə qədər nəfəsin gedib-gəlir, 
heç nə itirilməyib... 
Ravik onu nə gözlədiyini bilirdi. Hara getdiyini də bilirdi. Və bir də onu bilirdi ki, 
sabah yenə özünü qoruyacaq. Ancaq bu gecə, itirilmiş zirvənin sahillərindən 
291 
gələcək bədbəxtliyin qan qoxusuna bələnmiş bir dünyaya qayıtdığı saatda hər şey 
dəyişib mənasını itirmiş, bir-birinə qarışmışdı. Təhlükə öz təhlükəliliyində qalırdı, 
ancaq hələ gəlməmişdi. Tale özü həm qurban idi, həm də qurban qəbul edən bir 
səcdəgah. Açılan sabah isə naməlum bir dünya... 
Hər şey yaxşı idi. Olan da, olacaq da! Bəsi idi. Əgər sonu çatıbsa, eybi yoxdur, qoy 
çatsın. Birini sevib itirmiş, başqasına da nifrət edib öldürmüşdü. İkisindən də canı 
qurtarmışdı. Biri onun hiss və duyğularını torpağa basdırmış, o biri isə keçmiş 
haqda xatirələri birdəfəlik söndürmüşdü. Daha heç nədən nigarançılığı qalmamışdı. 
Nə bir arzusu, nə bir nifrəti, nə də bir şikayəti vardı. Əgər bununla təzədən nəsə 
başlayırdısa, eybi yoxdur, qoy başlasın. Onsuz da çox şey görüb-götürmüş, 
zəifləmək əvəzinə, qüvvətlənmişdi, bir də başlayardı. Duman çəkilmiş, iflic vuran 
yerlər sağalmış, miskinlik gücə çevrilmişdi. Hər şey yaxşı olmuşdu... 
Kanna çatmamış yolda çoxlu at gördü. Dəstə-dəstə atlar, atlar... Ay işığında 
kölgəyə oxşayırdılar. Sonra da dörd cərgə düzülmüş kişilər... Əllərində də 
bağlama, kağız torba, çanta... Səfərbərlik başlanmışdı! 
Demək olar ki, səsləri çıxmırdı. Heç kəs oxumurdu. Danışan da yox idi. Bu kölgə 
dəstələri səssiz-səmirsiz qaranlıq gecədə yolun sağı ilə addımlayırdı. Yolun solu 
isə maşınlara qalmışdı... 
Ravik onları bir-bir ötdü. «Atlar,–deyə ürəyindən keçirdi.–Atlar! 1914-cü ildəki 
kimi... Tank görünmürdü. Atlar...» 
Yanyurda çatanda dayandı, benzin tökdürdü. Balaca qəsəbənin pəncərələrindən 
işıq gəlirdi, ancaq sükuta qərq olmuşdu. Bir dəstə də gəlib keçdi. Camaat onların 
arxasınca baxdı, heç kəs də əl eləmədi... 
– Mən də sabah gedirəm...–Benzinsatan kişi dilləndi. 
Onun kəndlilərə məxsus aydın, gündən qaralmış sifəti vardı. 
– Atam axırıncı müharibədə öldü. Babam isə 1871-il müharibəsindən qayıtmayıb. 
Sabah da mən gedirəm. Hər şey təkrar olunur. Artıq neçə yüz ildir ki, bu yolun 
yolçusuyuq, ancaq heç nəyin xeyri yoxdur, yenə də gedirik... – Kişi bircə baxışla 
köhnə nasosu, balaca evi və yanında dinməz dayanmış qadını süzdü.–İyirmi səkkiz 
frank otuz santim, müsyö. 
Yenə mənzərə... Ay... Dəstələr, dəstələr... Atlar... Sükut... Ravik maşını balaca bir 
restoranın qabağında saxladı. Küçəyə iki stol qoyulmuşdu. Sahibə dedi ki, yeməyə 
heç nə yoxdur. Ancaq şam yeməyini ötürmək olmazdı. Fransada qayğanaqla pendir 
axşam yeməyi sayılmırdı. Axır ki, sahibə yola gəldi, üstəlik, salat, qəhvə, bir qrafin 
də əla şərab gətirdi. 
Ravik çəhrayı rəngli evin qabağında təkcə oturub çörək, yeyirdi. Çəmənliklərə 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə