Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə104/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   100   101   102   103   104   105   106   107   ...   112

göstərəcək... 
– Mən gedim,–deyə Morozov saata baxdı. 
– Oldu, Boris. Mən bir az da oturacağam. 
– Axırı çatmış bir dünyanın son gecələrindən nəsə qoparmaq istəyirsən, hə? 
– Düz tapdın! Bunların heç biri qayıdan deyil... 
– Qayıtsa yaxşıdır? 
– Yox! Heç biz də qayıdan deyilik! Keçən gün keçib getdi, onu gözyaşı ilə, 
yalvarmaqla qaytarmaq olmaz! 
282 
– Sən yaman çox danışırsan!–Morozov ayağa durdu.– Allahına şükür elə ki, hansı 
əsrinsə son günlərini görürsən. Ancaq heç də yaxşı əsr olmadı... 
– Hər halda, öz əsrimizdir. Sən isə yaman az danışırsan, Boris! 
Morozov qədəhin dibində qalanı ayaq üstə içdi. Onu stolun üstünə elə ehtiyatla 
qoydu ki, deyərdin, icində dinamit var və saqqalını sildi. O, adi geyimdə Ravikə 
çox nəhəng, cüssəli göründü. 
– Elə bilmə ki, sənin nə üçün getmədiyini başa düşmürəm...–Bu sözləri asta-asta 
dedi.–Niyə getmədiyini lap yaxşı bilirəm, ay: «Olacağa çarə yoxdur!»– deyən 
sınıqçı... 
Mehmanxanaya səhər açılanda qayıtdı. İçəri girəndə vestibüldəki divanda balaca 
bir kölgə büzüşüb oturmuşdu və onu görən kimi əllərini qəribə tərzdə yellədərək, 
sıçrayıb ayağa durdu. Ravik gördü ki, onun bir qıçı yoxdur. Şalvarının altından 
çıxan taxta ayaq kələ-kötür və çirkli idi. 
– Doktor! Doktor! 
Ravik diqqətlə ona baxdı. Vestibülün zəif işığında gördü ki, oğlan uşağıdır, 
dişlərini ağardır. 
– Janno!–Lap mat qaldı.–Hə də, Jannodur! 
– Özüdür ki, var! Tanıdınız. Bütün gecəni oturub gözləmişəm. Ünvanınızı bu gün 
günortadan sonra tapa bildim. Xəstəxanadakı ifritədən çox soruşdum. Baş tibb 
bacısını deyirəm... Hər dəfə də dedi ki, Parisdə yoxsunuz. 
– Düz deyir, burada xeyli olmadım. 
– Axır ki, bu gün günorta burada qaldığınızı dedi. O dəqiqə də gəldim! 
Oğlanın üz-gözündən sevinc yağırdı. 
– Yoxsa, ayağına nəsə olub? 
– Heç nə!–Janno taxta qıçını şappıldatdı, elə bil, sadiq itinin kürəyinə vurub: «sağ 
ol!» – deyirdi.–Heçcə nə! Hiss olunmur da... 
Ravik onun taxta qıçına baxdı: 
– Deyəsən, istədiyinə çatmısan. Sığorta idarəsi ilə necə düzəlişdin? 
– Pis olmadı. Mexaniki protezə razılaşdılar, mağaza da on beş faizini saxlayıb, 
qalanını nəqd pulla özümə verdi. Hər şey qaydasındadır. 
– Bəs dükan? 
– Elə ona görə gəlmişəm. Süd dükanı açdıq. Balacadır, ancaq bizi dolandırır. 
Anam satır. Malı özüm gedib alıram, sonra da haqq-hesab işinə baxıram. Etibarlı 
adamlarım var, birbaşa kənddən gətirirəm. 
Janno taytıya-taytıya sınıq-salxaq divana tərəf getdi, möhkəm-möhkəm sarınmış 
qəhvəyi bir bağlama gətirdi. 


– Buyurun, doktor, sizin üçündür! Özüm gətirmişəm! Elə şey deyil... Hamısı öz 
dükanımızdandır: çörək, yağ, pendir, yumurta... Bir yana çıxmaq həvəsi 
olmayanda, ala-babat axşam yeməyi olar, hə? – deyə Janno ərklə Ravikin 
gözlərinin içinə baxdı. 
– Bundan yaxşı şam yeməyi olmaz, Janno. 
Oğlan razılıqla başını tərpətdi: 
– Mənə elə gəlir, siz pendiri çox xoşlayırsınız. «Bri» və «Pon le Eveg»dir... 
– Lap ürəyimcə olan pendirlərdir. 
283 
– Əla!–Janno sevinclə əlini ayağının calaq yerinə vurdu. – «Pon le Evek» anamın 
ağlına gəldi! Mən elə bilirdim, «Bri» xoşunuza gəlir. «Bri» əsl kişi pendiridir. 
– İkisi də əladır. Bundan yaxşı hədiyyə olmaz,–deyə Ravik bağlamanı aldı. – Çox 
sağ ol, Janno! Xəstələr çox nadir hallarda öz həkimlərini xatırlayırlar. Çox vaxt da 
verdikləri puldan bir az geri almağa gəlirlər. 
– Elələri varlılar olar, düz demirəm?–Janno bic-bic güldü.–Bizlərə aid deyil. Axı 
sizə çox borcluyuq! Ayağım elə taxta kimi dümdüz qalsaydı, əlimiz də boşda 
qalardı... 
Ravik onun üzünə baxdı. «Bəlkə oğlan, elə bilir, ayağını kefdən kəsmişəm?»–deyə 
ürəyindən keçirdi. 
– Başqa yolumuz yox idi, Janno,–dedi,–mütləq kəsilməli idi. 
– Əlbəttə!–Janno göz vurdu.–Aydın məsələdir!–O, papağını gözünün üstünə 
basdı.–İndisə gedim. Anam indi nigarandır, çoxdan çıxmışam evdən... Hələ bir 
nəfərlə də görüşməliyəm. Təzə qoyun pendiri üçün... Hələlik, doktor! Ümid edirəm 
ki, xoşunuza gələcək. 
– Hələlik, Janno! Çox sağ ol! Xoşbəxt ol! 
– Xoşbəxt olmağına olacağıq! 
Balaca kölgə uzaqdan əl elədi və inamla axsaya-axsaya qapıya tərəf getdi. 
Ravik otağa girən kimi bağlamanı açdı. Axtarıb köhnə bir spirt lampası tapdı. Neçə 
il idi ki, onu işlətmirdi. Ora-buranı eşələyib bir qutu quru spirt və balaca bir tava 
çıxardı. Qaxaclardan ikisini götürüb lampanın piltə yerinə qoydu, od vurdu. Mavi 
alov dilləri şölələndi. Tavaya bir az yağ atdı, iki yumurta sındırıb çırpdı. Sonra 
təzə, bürüştə ağ çörəyi dilimlədi, stolun üstünə bir-iki köhnə qəzet sərib, tavanı da 
onun üstünə qoydu, pendir çıxardı, bir şüşə də «Vuvre» açıb, yeməyə başladı. 
Çoxdan belə yeməmişdi. Fikirləşdi ki, sabah bir bağlama quru spirt alsın. Spirt 
lampası açılıb-yığılan idi, onu özü ilə həbs düşərgəsinə də apara bilərdi... 
Asta-asta yeyirdi. Sonra da «Pon le Evek»in dadına baxdı. Janno düz deyirmiş, 
əntiqə şam yeməyi oldu... 
XXXII 
– Misir köçü başlandı! – Bu sözləri filologiya və fəlsəfə elmləri doktoru 
Zaydenbaum Raviklə Morozova deyirdi.–Özü də Musa peyğəmbərsiz! 
Rəngi saralıb, arıqlamış Zaydenbaum «İnternasional»ın qapısında dayanmışdı... 
Küçədə Şternlər, Vaqnerlər ailəsi və bir də subay Ştolts köçlərini tutduqları mebel 
maşınına yükləyirdilər. 
Həmin günəşli avqust günündə küçəyə çoxlu mebel yığılmışdı. Üzünə həbəş xalısı 
çəkilmiş qızıl haşiyəli divan, bir neçə qızıl haşiyəli kreslo və təzə bir həbəş 


xalçası... Hamısı da Şternlər ailəsinin idi. İndi də qızılağacdan düzəldilmiş iri stolu 
gətirirdilər. Solğunbənizli, qonurgözlü Selma Ştern onu, qırt toyuq cücələrini 
qoruyan kimi qoruyurdu: 
– Ehtiyatlı olun! Üstünü cızmayın! Yavaş... Bir az yavaş! 
284 
Pardaqlanmış stol işım-işım işıldayırdı. Evdar qadınlar belə şeydən ötrü nədən 
keçməzdilər! Selma Ştern stolun yan-yörəsində vurnuxur, yükdaşıyanlar isə ona 
məhəl qoymurdular. Onlar stolu küçəyə çıxardılar. 
Günəş stolun üstündə bərq vururdu. Selma bir az əyilərək, əlindəki əski ilə üstünün 
tozunu alır, künc-bucağını silirdi. Stolun pardaqlanmış lövhəsi tutqun güzgü kimi 
onun solğun bənizini əks etdirirdi. Elə bil, min yaşlı ulu nənəsi sualedici nəzərlərlə 
zəmanənin güzgüsündən ona baxırdı... 
Yükdaşıyanlar qızılağacdan hazırlanmış servantı çıxardılar. O da stol kimi 
pardaqlanmışdı və işım-işım işıldayırdı. Kişilərdən biri vaxtından əvvəl döndü və 
servantın bir tərəfi «İnternasional» mehmanxanasının giriş qapısına toxunub 
cızıldı. 
Selma Şterndən səs çıxmadı, elə bil, daşa döndü. Əsgini bir az yuxarı qaldırmışdı, 
ağzı da azacıq açılmışdı... Sanki, əsgini ağzına basmaq istəyəndəcə daşlaşmışdı... 
Balacaboy, eynəkli, sallaqdodaq əri Yozef Ştern ona yaxınlaşdı: 
– Yaxşı, Selma, əzizim... 
Qadın onu görmürdü, gözlərini harayasa uzaqlara zilləmişdi... 
– Servant... 
– Yaxşı, Selma, əzizim, axı əlimizdə viza... 
– Anamdan qalmışdı... Ata-anamdan... 
– Yaxşı, Selma, əzizim, nə böyük şeydir? Bir az cızılıb. Əsas məsələ odur ki, viza 
əlimizdədir... 
– Qalacaq... Ömürlük qalacaq... 
– Madam!–Yükdaşıyan almanca bilməsə də, söhbətin nədən getdiyini yaxşı başa 
düşürdü.–Elə isə zirzibilinizi özünüz yükləyin. Qapıları mən belə ensiz 
düzəltməmişəm! 
–Sales boches (26) –O biri yükdaşıyan da donquldandı. 
Yozef Ştern dikəldi: 
– Biz «Boshe» deyilik,–dedi. – Biz mühacirik! 
– Qoy olsun «Sales refugiés» (27) – Kişi yenə donquldandı. 
Ştern arvadına tərəf döndü: 
–Görürsən, Selma, başımıza nələr gəlir? İndi neyləyək? Sənin bu qızılağac 
mebellərin bizim başımıza çox oyunlar gətirdi. Koblensdə dörd ay ləngidik, çünki 
sən onlardan əl çəkmək istəmədin. Sonra oradan çıxmaq bizə on səkkiz min 
markaya başa gəldi. İndi də qalmışıq küçənin ortasında, gəmi də bir azdan yola 
düşür... 
Ştern bunu deyib yazıq-yazıq Morozova baxdı: 
– İndi neyləyəsən? Gah «Sales boche», gah da «Sales refugiés» olduq! Desəm ki, 
yəhudiyik, onda da «Sales jufs» (28) deyəcək, hər şey də bitəcək! 
– Pul verin! 
– Pul? Təpəmə çırpar! 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə