Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə103/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   99   100   101   102   103   104   105   106   ...   112

fikirləşirsən? 
– Məni də o siçovullara tay tutursan? 
– Hə. 
– İndi siçovullara da pasport, viza lazımdır. 
Morozov narazı baxışlarla onu süzdü: 
279 
– İndiyə kimi səndə hansı olub?! Gəzmədiyin yer də qalmayıb... Vyanada, Sürixdə, 
İspaniyada, Parisdə... Sənin də aradan çıxmaq vaxtın yetişib. 
– Hara?–Ravik xidmətçinin yenicə gətirdiyi qrafini götürdü. Şüşə soyuq və 
kələkötür idi. Tünd olmayan şərabdan qədəhlərə süzdü.–İtaliyaya? Gestapo 
sərhəddə dayanıb gözləyir. İspaniyaya? Falankistlər də orada gözləyir... 
– İsveçrəyə get! 
– İsveçrə də çox balacadır. Orada üç dəfə olmuşam. Hamısında da polis bircə 
həftədən sonra yaxalayıb, Fransaya qaytarıb. 
– İngiltərəyə! Belçikadan gizlincə keçərsən. 
– Mümkün deyil. Limanda tutub Belçikaya qaytaraçaqlar. Ora da mühacirlərə əl 
vermir. 
– Amerikaya da gedə bilməzsən. Bəs Meksika necədir? 
– Mühacirlərlə doludur. Ora getmək üçün də sənəd lazımdır. 
– Sənin heç nəyin yoxdur? 
– Həbsxanalardan buraxılış sənədlərim olub. Sərhədi keçəndə müxtəlif adlarla 
yatmışam. Belələri adama lazım olmur, ona görə də cırıb atmışam. 
Morozov susdu. 
– Daha qaçmağa yer qalmayıb, Boris baba!–Ravik kinayə ilə dilləndi.–Nə vaxtsa 
qurtarmalı idi... 
– Bilirsən, müharibə başlasa, burada nələr olacaq? 
– Məlum şeydir, fransız konslagerləri... Keyfiyyəti də lap aşağı olacaq, çünki 
hazırlıq görməyiblər. 
– Bəs sonra? 
Ravik çiyinlərini çəkdi: 
– Çox uzağı fikirləşmək lazım deyil. 
– Qoy belə olsun... Ancaq bilirsən, burada qarmaqarışıqlıq düşüb, səni də 
konslagerə göndərsələr, axırın necə olacaq? Almanların əlinə düşə bilərsən! 
– Bəlkə də, düşdüm... Çoxu belə olacaq... Bəlkə də, bizi onlar gəlməmiş 
buraxdılar... Kim bilir, necə olacaq? 
– Bəs sonrası? 
Ravik siqaret çıxardı: 
– Gəl bu söhbətləri bir yana qoyaq, Boris. Mən Fransadan heç yana gedən deyiləm. 
Başqa yerlər təhlükəlidir, getmək mümkün deyil. Heç özüm də daha getmək 
istəmirəm. 
– Daha istəmirsən? 
–Yox! Çox ölçüb-biçmişəm. Səni başa sala bilmərəm. Sözlə demək də çətindir. 
Getmək istəmirəm, vəssalam! 
Morozov susaraq, artırmada oturanlara baxdı: 
– Joan da burada imiş,–dedi. 


O, V Georq prospekti tərəfdən uzaq bir stol arxasında kişi ilə oturmuşdu. 
Morozov Ravikdən soruşdu: 
– Kişini tanıyırsan? 
Ravik həmin tərəfə baxdı: 
–Yox. 
–Deyəsən, gündə birini tapır. 
280 
–Həyatla ayaqlaşır, – Ravik laqeydliklə dilləndi.– Çoxumuz eləyik. Nəfəsi 
tutulatutula 
onun arxasınca qaçırıq ki, əldən çıxmasın. 
– Bunu başqa cür də demək olar. 
– Olar, ancaq mənası dəyişməyəcək. Nigarançılıqdır, qoca! Son iyirmi beş ilin 
dəbdə olan xəstəliyidir. Daha heç kəs həyatının qalan hissəsini sakitcə başa vurub 
qocalacağına inanmır. Hamı yanğın qoxusunu duyur, həyatdan nəsə qoparmağa 
çalışır. Təkcə səndən başqa... Sənə adi sevinclər də bəs eləyir. 
Morozov dinmədi. 
– Ancaq şlyapadan başı çıxmır,– deyə Ravik sözünə davam etdi.–Başına qoyduğu 
şlyapaya bax! Ümumiyyətlə, zövqü pisdir. Onun gücü də elə bundadır. Çox 
mədəni olmaq adamı zəiflədir. Ancaq axır nəticədə hamı adi, çılpaq həyat 
həqiqətlərinə gəlib çıxır. Sən özün buna ən yaxşı misalsan. 
Morozov irişdi: 
– Mənim miskin səadətimdə işin olmasın, ey xəyalı həmişə göylərdə süzən insan! 
Zövqü adi olan adamın çox şey xoşuna gəlir, heç vaxt əli boşda qalmır. Altmış 
yaşında məhəbbət dalınca qaçan axmaqdır, qarşısındakıların manşır kartla 
oynadığını bilə-bilə onları udmaq xəyalına düşür. Yaxşı fahişəxanada adamın ürəyi 
dinclik tapır. Mən getdiyim yerdə on altı cavan qız var. Azacıq pulla paşalıq 
eləyirəm. Mənim orada gördüyüm nəvazişi bəzi məhəbbət qulları ömrü boyu 
görmür. Yenə deyirəm, məhəbbət qulları! 
– Başa düşdüm, Boris. 
– Yaxşı, onda gəl bu sərin, yüngül «Puyi» şərabını axıracan içək, Parisin hələ 
zəhərlənməmiş havasından doyunca udaq! 
– Mən razı! Sən şabalıd ağaclarının bu il ikinci dəfə çiçək açdığını hiss elədin? 
Morozov başını tərpətdi, qırmızı rəngə çalan nəhəng Mars planetinin işıq saçdığı 
səmanı göstərdi: 
– Hiss elədim! Deyirlər, Mars da çoxdan bəri yerə belə yaxınlaşxmayıb.– O 
güldü.–Bir azdan qəzetlərdə oxuyarıq ki, haradasa yenicə doğulmuş uşağın 
üzündəki xal qılınca oxşayır. Ya da haradasa yağış əvəzinə, qan yağıb! Bu qəribə 
əlamətləri tamamlamaq üçün təkcə orta əsrlərin müəmmalı quyruqlu ulduzu 
çatmır. 
– O quyruqlu ulduz da gəlib!–Ravik redaksiyanın binası üstündə hərəkət edən 
reklam–yazını göstərdi. Hərflər, sanki, bir-birini təqib edirdi. Ora xeyli adam 
yığışmışdı və başlarını geri əyərək, dinmədən onlara tamaşa edirdilər... 
Raviklə Morozov burada xeyli oturdular. Bir qarmonçalan səkidə dayanıb 
«Göyərçinim mənim» mahnısını çalırdı. Sonra xalça alverçiləri gəldi, hərəsi birini 
çiyininə almışdı. Bir oğlan da stolların arası ilə gəzə-gəzə püstə satırdı. 


Qəzetsatanlar gələnə kimi hər şey əvvəlki qayda ilə yerində idi. Ancaq onlar 
görünər-görünməz təzə xəbərləri əllərindən qapdılar və bir neçə saniyənin içində 
hərə bir qəzet açdı. Elə bil, artırmaya bir dəstə iri, dümağ, qansız güvə dolmuşdu 
və qanadlarını asta-asta tərpədərək, acgözlüklə öz qurbanlarını didişdirirdi... 
– Joan gedir, –Morozov dilləndi. 
– Hanı? 
– O tərəfə bax... 
281 
Joan küçəni keçib, «Yelisey çölləri»ndəki üstüaçıq maşına tərəf gedirdi. Raviki 
görmədi. Yanındakı kişi maşının o biri tərəfinə keçib, sükanın arxasında oturdu. 
Şlyapa qoymamışdı və çox cavan görünürdü. Ustalıqla maşını o birilərin arasından 
çıxardı. «Deloe» idi... 
– Gözəl maşındır...– Ravik sükutu pozdu. 
– Təkərləri gözəldir!–deyə Morozov fısqırdı.–Polad qətiyyətli, əyilməz Ravikə 
bax! – Sonra da təəssüf hissi ilə əlavə elədi.–Vətənindən didərgin düşüb, gəlib 
mərkəzi avropalı olub. Gözəl maşına bax! Murdar bir əclaf desəydin, yenə bir az 
başa düşərdim. 
Ravik gülümsədi: 
– Bu, nəyisə dəyişir? Əclaf, ya müqəddəs, nə fərqi, hər şey ona münasibətdən 
asılıdır. Ömrü boyu sakit bir fahişəxana axtaran on altı qızın paşası belə şeyi başa 
düşməz! Məhəbbət gəlir güdən tacir deyil. Xəyal aləminə öz pərdəsini asmaq üçün 
iki-üç mismar bəs eləyər. İstəyir qızıldan olsun, istəyir qurğuşundan, ya da lap 
paslanmış olsun, ona fərq eləmir. Harada kefi gəlir, orada da adamı yaxalayır. 
İstəyir, qaratikan kolu olsun, istəyir, qızılgül, fərqi yoxdur, sədəf kimi parıldayan 
ay işığına bürünəndə «Min bir geçə» nağılına dönür. 
Morozov şərabdan bir qurtum aldı. 
– Sən yaman çox danışırsan,–dedi,–heç biri də düz deyil. 
– Özüm bilirəm. Ancaq qatı qaranlıqda adicə bir mayak da gur işıqdır, Boris. 
Etual meydanından gümüşü rəngə bələnmiş bir sərinlik gəldi. Ravik içində şərab 
olan köbəli qədəhi ovcuna aldı. Əlinə sərinlik yayıldı. Ürəyi də belə soyuq idi. Bu 
soyuqluq gecənin nəfəsi ilə gəlirdi və özü ilə bərabər Ravikin taleyinə sonsuz bir 
biganəlik də gətirirdi. Həm taleyinə, həm də gələcəyinə... Haçansa bir dəfə də belə 
olmamışdımı? Hə, yadına düşdü, Antibdə... Joanın onu atıb gedəcəyini biləndə... 
Bu, sonradan etinasızlığa çevrilən biganəlik idi. Heç yana getməməyi qərara alanda 
da belə soyuqqanlı oldu. Daha heç yerə gedən deyil! Bu da həmin işin davamıdır. 
İntiqamın da, məhəbbətin də dadını gördü. Bəsi idi! Bunlar hər şey olmasa da, hər 
halda, çox şey idi! Kişiyə bundan artıq nə lazımdır?! Əslində, heç birinə ümid 
eləmirdi. Haakeni öldürdü və Parisdən qaçmadı! Heç qaçmayacaq da! Bu da həmin 
işin davamıdır! Bir yandan dolan bir yandan boşalmalıdır... Yox, məyusluq deyildi 
bu! Sadəcə olaraq, adam qəti qərara gələn kimi sakitləşir, fərqi yoxdur, qoy bu 
qərar heç bir məntiqə sığmasın! Çox yıxılıb-durandan sonra ayağı yer tutmuşdu, 
nəsə gəlib yerinə düşmüşdü. İndi bir az ara vermək, özünü toplayıb diqqətlə ətrafa 
baxmaq lazımdır. Bu, çox müəmmalı bir inam idi, sanki, yaranan fasilədən istifadə 
edərək, nəyəsə hazırlaşırdı. Artıq hər şey mənasını itirmişdi. Axar sular dayanıb 
göl olub, gecənin qoynunda uyuyur. Bu gölün hara axıb töküləcəyini açılan səhər 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə