Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə99/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   95   96   97   98   99   100   101   102   ...   112

çəkici qaldırdı. Bircə dəfə vuran kimi dayandı. Səs yaman boğuq çıxırdı. Sonra 
teztez 
vurmağa başladı. Bir azdan əskini qaldırdı. Sifət qana bələnmiş, tanınmaz 
olmuşdu. «Rizenfeldin başı da belə idi...– deyə ürəyindən keçirdi. Hiss etdi ki, 
dişləri bir-birinə sıxılıb. – Yox, Rizenfeldin başına oxşamır. O, bundan betər idi. 
Çünki ölməmişdi, hələ nəfəsi vardı...» 
Bu da sağ əlindəki üzük! Onu çıxarıb, meyiti quyuya salladı. Bir az qısa eləmişdi. 
Dizlərini qarnına tərəf qatladı. Üstünü torpaqladı. İşlər yaxşı gedirdi. Torpağı 
ayaqlayıb hamarladı, əvvəlcədən bellə kəsdiyi çimləri üstünə düzdü. Hamısı düz 
gəldi. Lap əyilib baxanda ağız-ağıza qoyulan yerlər güclə seçilirdi. Çimlərin 
üstündəki yapıxmış ot-alağı düzəltdi. 
Bu çəkic, bu bel, bu da əski... Hamısını gətirib, yük yerindəki paltarın yanına 
qoydu. Sonra bir də qayıtdı, tələsmədən, diqqətlə baxdı ki, bəlkə, iz qalıb. Heç nə 
qalmamışdı. Olsa da, yağış yuyub aparacaq, bir-iki günə təzə ot qalxacaq, hər şeyi 
itirəcək... 
Qəribədir, bu, ölən adamın ayaqqabıları, bu da corabları... Bu da alt paltarı... 
Kostyumu diqqətini o qədər də cəlb etmədi. Corabların da, köynəyin də, alt 
paltarlarının da rəngi solmuşdu, meyit qoxusu verirdi və elə bil, onlar də ölmüşdü... 
Bunları təzədən bir-bir əlinə götürüb monoqramları, firma yarlıqlarını axtarmağa 
iyrənirdi... Canını dişinə tutaraq hamısını tapdı, kəsib götürdü. Qalan paltarları bir 
yerə yığıb bağladı, meyiti basdırdığı yerdən çox aralıda basdırdı ki, ikisi bir yerdə 
tapılmasın... 
Maşını irəli sürüb, bir çaya çatdı. Kəsib götürdüyü yarlıqları kağıza bükdü. Sonra 
onun qeyd dəftərçəsini xırda-xırda cırdı, pulqabını yoxladı. İki min franklıq çek, 
Berlinə qədər bilet, on alman markası, ünvan yazılmış bir neçə kağız parçası və 
pasportunu tapdı. Fransız pulunu cibinə qoydu. Haakenin şalvar cibindən də bir 
neçə beş franklıq çıxmışdı... 
Baxışları bir anlığa yol biletinə ilişib qaldı. Üstündəki «Berlin» sözü ona lap qəribə 
görünürdü. Onu da cırdı. Pasporta isə xeyli baxdı. Hələ üç il vaxtı var idi. İstəyirdi, 
saxlayıb onunla yaşasın. Bu, onun həyat tərzinə də uyğun gəlirdi. Əgər təhlükəli 
olmasaydı, çox götür-qoy etməzdi... 
Onu da cırdı. Alman pullarını da... Açarı, tapançasını və bir də vağzala qoyduğu 
çamadanın qəbzini saxladı. Fikirləşdi ki, bəlkə, Parisdəki izi tamam itirmək üçün 
onu götürməli oldu. Mehmanxananın haqq-hesab qəbzini də tapıb cırdı. 
Sonra hamısını yandırdı. Bu isə gözlədiyindən çox çəkdi. Ancaq, yaxşı ki, parça 
kəsiklərini arasına qoyub yandırmaq üçün qəzet götürmüşdü. Külü çaya sovurdu. 
Daha sonra maşını diqqətlə yoxladı ki, bəlkə, qan izi qalıb. Heç nə tapmadı. 
Çəkiclə açarı təmiz-təmiz yudu, aparıb yük yerinə qoydu. Qayıdıb əllərini 
yaxşıyaxşı 
yudu, siqaret çıxarıb yandırdı, bir xeyli beləcə oturdu... 
Hündür fıstıq ağaclarının arasından günəş boylanırdı. Ravik də oturub siqaretini 
çəkirdi. Tamam yüngülləşmişdi və heç nə haqda düşünmürdü... 
Yalnız qalaya tərəf uzanan şoseyə burulanda Sibillanı xatırladı. Qala XVIII əsrin 
əbədi səmasından boylanan parlaq yay günəşinin şüaları altında bərq vururdu. 
Qəflətən Sibilla yadına düşdü və o vaxtdan bəri ilk dəfə müqavimət göstərmədi, 


onun haqqındakı xatirələri boğmaq istəmədi, özündən uzaqlaşdırmağa çalışmadı. 
270 
Sibilla haqqında xatirələr həmişə Haake onu gətirtdiyi anda kəsilərdi. Üzündə 
gördüyü vahimədən, dəhşətli qorxudan o yana gedə bilmirdi. Qalanları bunun 
yanında itib-batırdı. Bir də onun özünü asması xəbəri yadında idi. İnanmamışdı. 
Halbuki elə şey ola bilərdi. Ancaq ondan qabaq nələr olduğunu kim bilirdi? Sibilla 
haqqında düşünəndə beyni qıc olurdu, əlləri əllikdən çıxıb pəncəyə dönürdü, nəsə 
sinəsini deşirdi və uzun müddət qan rəngli ümidsiz intiqam dumanında 
çabalayırdı... 
İndi xatırlayanda isə o qıcolma da, sinəsini deşən şey də, duman da birdən-birə 
qeybə çəkildi. Nəsə əriyib yox oldu, hansı maneəsə dəf edildi və o dəhşətli anları 
yaşamış donuq surət yavaş-yavaş canlandı, əriyə-əriyə ötən illərin buzundan 
ayrılmağa başladı. Əyilmiş ağzı düzəldi, gözlərindəki donuqluq əridi, əhəng kimi 
ağarmış sifətinə qan gəldi. İndi həmin surət əbədi qorxu mücəssəməsi deyil, yaxşı 
tanıdığı, iki il bir yerdə yaşadığı, zərif döşlərini həmişə sinəsində hiss etdiyi, 
ömrünün iki ilindən ilıq iyun gecəsi kimi keçib gedən Sibilla idi. 
Gündüzlər, gecələr bir-bir baş qaldırdı. Sanki, lap uzaqlarda, üfüqdən də o tərəfdə 
tənha bir məşəl alovlandı. Keçmişin bərk-bərk bağlanıb qanla möhürlənmiş qapısı 
qəfildən, öz-özünə, səssiz-səmirsiz açıldı və Ravik onun arxasında gestaponun 
zirzəmisi əvəzinə, güllü-çiçəkli bir bağ gördü... 
Bir saatdan artıq idi ki, yol gedirdi. Ancaq üzü Parisə tərəf deyildi. Sən-jermendən 
bir az o yanda Senanın körpüsünü keçərkən dayandı, Haakenin açarını da, 
tapançasını da suya tulladı. Sonra maşının üstündəki çadırı geri yağıb, yoluna 
davam etdi. 
Bütün Fransada onun üzünə günəş açılmışdı. Arxada qalan gecəni, demək olar ki, 
unutmuşdu. Elə bil, həmin gecə on il, yüz il bundan qabaq olmuşdu. Bir neçə saat 
bundan əvvəl baş verən hadisələr dumana bürünmüşdü. İllərin yaddaş quyusunda 
batanlar isə müəmmalı-müəmmalı baş qaldırır, yavaş-yavaş üzə çıxırdılar. İndi 
onların arasında heç bir uçurum yox idi... 
Ona nə olduğunu özü də anlamırdı. Elə bilmişdi ki, özündə nəsə bir boşluq, 
yorğunluq, biganəlik hiss edəcək, həyəcanlı olacaq. Gözləyirdi ki, özü özündən 
iyrənəcək, ürəyində özünə bəraət qazandırmağa çalışacaq, araq içib keflənmək, hər 
şeyi unutmaq istəyəcək. Ancaq bircə bunu gözləmirdi. Gözləmirdi ki, belə 
yüngülləşəcək, azad nəfəs alacaq, sanki, keçmişin ağır dağı çiyinlərindən 
götürüləcək. Ətrafına baxdı, gözləri önündə əlvan bir mənzərə çanlandı: yolların 
üstündə vüqarla dayanmış qovaqların başında, sanki, yaşıl məşəllər yandırılmışdı. 
Laləyə, peyğəmbər çiçəyinə bələnmiş çöllərin sonu görünmürdü. Balaca kəndlərin 
çörəkxanalarından isti çörək ətri gəlirdi. Uşaqlar məktəbdə skripkanın müşayiətilə 
mahnı oxuyurdular... 
Bayaq buradan keçəndə nə haqda düşünmüşdü? Bir neçə saat bundan qabaq 
keçmişdi, ancaq, deyərdin, çoxdan, lap çoxdan keçib. Bayaqkı şüşə divar, bayaqkı 
yalqızlıq hara getdi? Duman günəş işığında əriyən kimi, əriyib yox oldu. Yenə 
evlərin qabağındakı pilləkənlərdə oynayan uşaqları gördü. Gördü ki, itlər, pişiklər 
həyətdə uzanıb özlərini günə verir. Gördü ki, külək rəngarəng paltarları yenə 
yellədir, atlar çəmənlikdə dördnala çapır və bayaqkı qadın da əlində sancaq 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə