Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə98/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   94   95   96   97   98   99   100   101   ...   112

«Sonralar? Bəs siz xaricdə yaşamamısınız? Mən isə Almaniyadan kənara 
çıxmamışam. Təkcə son iki ildə Parisə gəlirəm. Bəlkə hardasa vurmuşuq?» 
«Xeyr, içki yoldaşı olmamışıq. Burda yox… Almaniyada görüşmüşük, Haake!» 
Şlaqbaum... Dəmiryol xətləri... Qızılgül, floks, günəbaxanlarla dolu bağ... Dayanıb 
gözlədi. Vaqonları qaralan tənha bir qatar bu nəhayətsiz səhərin qoynunda 
fısıldayır. Maşının şüşəsindən bir cüt qızarmış göz baxırdı. Yük yerindəki tozun 
hamısı onlara dolmuşdu... 
«Almaniyada? Aha başa düşdüm! Partiya qurultayında… Nürnberqdə… Deyəsən, 
yadıma düşdü. Nürnberqdə görüşmüşük?» 
«Xeyr, Haake, – Ravik bu sözləri asta-asta şüşəyə dedi və his elədi ki, o dəhşətli 
illər dalğa-dalğa geri qayıdır. – Nürnberq yox… Berlində…» 
«Berlində?» – Maşının şüşəsində titrəyən kölgəli sifətdə gülümsər, səbrsizlik dolu 
bir ifadə oynadı. – Qurtarın, əzizim, oxunu atıb yayını gizlətməyin, özünüz deyin! 
Neyçin mənə bu qədər əziyyət verirsiniz? Nə vaxt görüşmüşük?» 
Sanki yerdən bir dalğa baş qaldırdı, yavaş-yavaş Raviki qoynuna almağa başladı. 
«Əziyyət verəndə, Haake! Elədir! Əziyyət verəndə!» 
Ehtiyatlı, inamsız bir gülüş… 
«Lağlağı eləməyin!» 
«Əziyyət verəndə, Haake! İndi bildin, mən kiməm?» 
Ehtiyatlı, inamsız, hədə dolu bir gülüş… 
«Hardan bilim? Əgər gizli dövlət polisinə işarə vurursunuzsa…» 
«Bəli, Haake, gestaponu deyirəm». 
Çiyinlərini çəkir. Təfərinclə baxır. 
«Əgər sizi orda dindirmişəmsə…» 
«Bəli. Yadına düşdü?» 
Yenə çiyinlərini çəkir. 
«Hardan yadıma düşsün? Minlərlə adam dindirmişik…» 
«Dindirmisiniz! İşgəncə vermisiniz, huşunu itirənəcən döymüsünüz, vurub 
böyrəklərini içinə salmısınız, sümüklərini sındırmısınız, sonra da boş kisə kimi 
zirzəmilərə atmısınız, təzədən aparmısınız, üz-gözündə tutar qoymamınız, xayasını 
yırtmısınız! Bütün bunlara siz «dindirmək» deyirsiniz! Qışqırmağa heyi qalmayan 
insanların fəryad dolu dəhşətli iniltisinə «dindirmək» deyirsiniz! Huşsuzluqdan 
ayılanda, onun sızıltısına, qarnına dəyən təpiklərə, rezin toppuzlara, qamçılara 
adicə «dindirmək» deyirsiniz!» 
Ravik gözlərini şüşədəki xəyali sifətdən çəkmirdi. Taxıl zəmiləri, laləli çöllər, 
itburnu kolları həmin sifəti yalayıb keçirdi. O isə gözlərini şüşədən çəkmirdi, 
dodaqları tərpənir, demək istədiyi və ya nə vaxtsa deyilməli olan sözlərin hamısını 
bircə-bircə deyirdi... 
«Əllərini tərpətmə, yoxsa beyninə bir güllə çaxaram! Balaca Maks Rozenberq 
yadındadır? Zirzəmidə mənim yanımda uzanmışdı, bədənində salamat yer yox idi, 
başını beton divara vurmağa çalışırdı ki, bir də dindirməyə aparmasınlar. Niyə 
dindirirdiniz? Çünki demokrat idi! Bəs qan qusan Villman? İkicə saat 
268 
«dindiriləndən» sonra ağzında bircə dişi də qalmadı, gözünün biri də getdi…Niyə 
dindirirdiniz? Çünki katolik idi, sizin fürerin ikinci Musa peyğəmbər olduğuna 


inanmırdı! Bəs başı, bədəni çiy ət parçasına dönmüş Rizenfeld? Bizə yalvarırdı ki, 
onun venasını dişimizlə deşək! Çünki sən «dindirəndən» sonra özünün bircə dişi də 
qalmamışdı. Niyə dindirirdin? Ona görə ki, müharibə istəmirdi, bombaların, odlu 
silahların ən yüksək mədəniyyət əlaməti olduğuna inanmırdı! Dindirmək! Bəli, siz 
minlərlə adamı «dindirmisiniz!» Əl-qol atma, donuz! İndi yaxşı düşmüsən əlimə, 
bir az o tərəfə gedək! Orda qalın divarları olan bir bina var, səni özüm 
«dindirəcəyəm!» Özü də yavaş-yavaş, gecə-gündüz… Bir vaxtlar məni, 
Rozenberqi, Rizenfeldi, Villmanı saldığın günlərə salacağam səni! Sonra da 
bunları qurtaran kimi…» 
Ravik birdən hiss etdi ki, maşın qanad açıb uçur. Ayağını qazdan çəkdi. Evlər... 
Kənd... Toyuq-cücə... Çəmənlikdə başlarını dik tutaraq dördanla çapan atlar... Elə 
bil, buralarda köçəri tayfalar yaşayır... Kentavrlar... Hər yanda həyat qaynayır... Bir 
qadın gülə-gülə paltar sərir. İpdən asılmış rəngarəng paltarlar əbədi səadət bayrağı 
kimi dalğalanır... Həyətlərdə uşaqlar oynayır... Bütün bunları sanki şüşə divardan 
görürdü və həm yanında idi, həm də əlyetməz bir uzaqlıqda! Ürəyini şan-şan 
eləyən bu gözəllik, bu sakitlik, bu məşumluq ondan uzaqlaşmışdı, bu gecə hamısını 
əlindən alıb aparmışdı. Ancaq heyifsilənmədi. Neyləyəsən, tale belə yazıbmış... 
Yavaş sürmək lazımdır. İndi bircə şeyin qorxusu qalmışdı: kəndlərin arası ilə belə 
bərk sürsə, saxlaya bilərdilər! Bəs vaxt? Yol gəldiyi az qalırdı iki saat olsun. Elə 
şey olar? Özü heç hiss eləməyib... Bayaq söhbət etdiyi sifətdən başqa heç nə 
görməyib... 
Bu da Sən-jermen! Park. Sanki, mavi səmaya sancılmış qapqara dəmir hasar və 
ağaclar. Ağaclar... Ağaclarla dolu xiyabanlar. Çoxdan gözlədiyi, arzuladığı qalın 
park. Və bir az o tərəfdə meşə. Maşın yavaşımışdı. Qızılı, yaşılı dalğa kimi baş 
qaldıran meşə sağa, sola səpələnmişdi, üfüqü qoynuna almışdı, hər şeyi, hətta onun 
sinəsindəki çınqıllı yollarda işıldayan böcək kimi şıqqıltı sala-sala gedən maşını da 
udmuşdu... 
Kol-kos basmış torpaq yumşaq idi. Şosedən görünməzdi. Ravik maşını bir az aralı 
saxlamışdı, ancaq yanından görünürdü. Beli götürüb qazmağa başladı. Asan 
qazılırdı. Bu tərəflərə gələn olsa, beli gizlədərdi, özü üçün gəzməyə çıxmış adam 
kimi maşının yanına qayıdardı. 
Xeyli qazdı ki, oradan çıxan torpaq meyitin üstünü örtə bilsin. Sonra maşını yaxın 
çəkdi. Meyit ağır olardı. Ancaq yenə də yumşaq torpağa çatmamış saxladı, yoxsa 
təkərlərin izi qalardı. 
Meyit hələ soyumamışdı. Ravik onu qucağına alıb, qazdığı yerə gətirdi, əynindəki 
paltarları çıxarıb, bir yerə yığdı. Sən demə, bu, o qədər də çətin deyilmiş. Çılpaq 
meyiti yerə uzadıb, paltarları maşının yük yerinə qoydu, onu bayaqkı yerinə 
qaytardı. Qapıları, yük yerini bağladı, özü ilə bir çəkic də götürüb geri qayıtdı. 
Fikirləşdi ki, meyit təsadüfən tapıla bilər, onu elə hala salmaq lazımdır ki, 
tanınmasın. Bircə anlığa, qayıtmaq ona yaman çətin gəldi. Az qalırdı, meyiti eləcə 
də qoyub, maşına minsin, buralardan uzaqlaşsın. Dayanıb ətrafına nəzər saldı. 
Yaxınlıqdakı ağacın kökündə iki dələ oynaşırdı. Onların qızılı xəz dəriləri günün 
altında parıldayırdı. Ravik meyitə tərəf getdi. 
269 
Meyit şişmişdi, göy rəngə çalırdı. Maşın yağına bulaşmış əskini onun üzünə sərdi, 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə