Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə96/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   92   93   94   95   96   97   98   99   ...   112

– İndi hara gedirik? 
– Başlanğıc üçün «Maison de Renda-rvous» (25) necə olar? 
– Bu, nə olan şeydir? 
– Orada yüksək cəmiyyətin qadınları macəra axtarır. 
– Nə? Doğrudan, yüksək cəmiyyətin xanımlarıdır? 
– Bəli. Kiminin əri qocadır, kimininki cansıxıcıdır, bəzilərininki də yaxşı pul 
qazanmır. 
– Bəs necə... Axı onlar birdən-birə... Bu, necə olur? 
– Həmin qadınlar bir-iki saatlığa ora gəlirlər. Necə deyərlər, kokteyl içməyə 
yığışırlar. Bəziləri də zəng vurandan sonra gəlir. Əlbəttə, ora Monmartrdakı 
fahişəxana kimi açıq-saçıq deyil... Hələ Bulon meşəsində əntiqə bir ev tanıyıram, 
sahibə xarici görkəmindən hersoginyaya oxşayır. Orada hər şey gözəl, intim, 
abırlıdır. 
Ravik yavaş-yavaş, sakit-sakit danışır, asta-asta nəfəs alırdı. Sanki, təcrübəli bir 
turist bələdçisi idi, ancaq yenə özünü danışmağa məcbur edirdi ki, sakitləşsin. 
Qolunun damarları titrəyirdi. Sükandan ikiəlli yapışmışdı ki, titrədiyi bilinməsin. 
– Otaqlara valeh olacaqsınız. Müasir mebellər... Döşəmədə, divarlarda qədim 
xalçalar... Seçmə şərab, əla xidmət... Qadınlara da söz ola bilməz, hamısı gül kimi 
təmiz! 
Haake ağzındakı tüstünü havaya üfürüb, Ravikə baxdı: 
– Bura baxın, cənab fon Horn, əzizim, bunlar hamısı gözəl səslənir! Ancaq bircə 
şey qaranlıq qaldı: yəqin, çox baha olar?! 
– Əksinə, çox ucuzdur. 
Haake pərt olsa da, qaqqıltı ilə güldü: 
– Baxır, kimə ucuzdur! Biz almanlar da... 
Ravik başını buladı: 
– Sahibə ilə aram yaxşıdır. Ona çox yaxşılığım keçib, bizi xüsusi qonaq kimi qəbul 
edəcək. Siz ora mənim dostum kimi gedirsiniz, ona görə də heç nə almayacaqlar. 
Uzaqbaşı kiməsə çaypulu verəcəksiniz. «Oziris»də bir şüşə şampan şərabı bundan 
çox eləyir. 
– Doğrudan? 
– Özünüz görəcəksiniz. 
Haake yerini rahatladı: 
– Lənət şeytana, bu, nəyə desən dəyər!–Ravikin üzünə baxıb irişdi.–Deyəsən, belə 
şeylərdə ustasınız, qadına da böyük yaxşılıq eləmisiniz. 
Ravik düz onun gözlərinin içinə baxdı: 
– Belə ev saxlayanlar hökumət orqanları ilə tez-tez toqquşurlar. Hərdən onları bir 
az sıxma-boğmaya salırlar. Nəyi nəzərdə tutduğumu özünüz yaxşı başa 
düşərsiniz... 
– Lap yaxşı başa düşürəm!–Haake bircə anlığa fikrə getdi.–Burada əlaqələriniz 
genişdir? 
– Bir az var. İki-üç dostum yüksək dairələrdə işləyir. 
263 
– Az iş deyil! Bizə lazım olar. Bu haqda sizinlə söhbət etmək olar? 
– Əlbəttə! Parisdə nə qədər qalacaqsınız? 


Haake güldü: 
– Deyəsən, sizə həmişə gedən vaxt rast gəlirəm. Səhər tezdən, səkkizin yarısında 
yola düşürəm.–O, maşındakı saata baxdı.–İki saat yarım qalıb. Elə indi onu 
soruşmaq istəyirdim. Şimal vağzalına gedəsiyəm, çatarıq? 
– Əlbəttə! Əvvəlcə mehmanxanaya gedəcəksiniz? 
– Xeyr, çamadanım vağzaldadır. Otağı günorta təhvil verdim, bir günə qənaət 
elədim. Biz almanlar...–O, yenə güldü. 
Ravik birdən hiss elədi ki, özü də gülür. Əllərini bərk-bərk sükana sıxdı. «Ola 
bilməz!–ürəyindən keçirdi. – Ola bilməz! Heç nə olmayacaq, araya heç nə 
düşməyəcək! Bu qədər təsadüf olmaz...» 
Təmiz hava şərabın təsirini daha da artırdı. Haake güclə, yavaş-yavaş danışırdı. 
Küncə çəkilib yerini rahatladı və mürgüləməyə başladı. Alt çənəsi bir az da aşağı 
düşdü, gözləri yumuldu. Maşın Bulon meşəsinin sükuta dalmış qaranlığına baş 
vurdu. 
Fənərlərin işığı maşının qabağında səssiz-səmirsiz, xəyal kimi süzür və ağacları 
bir-bir qaranlığın caynağından qoparırdı. Akasiya ağaclarının ətri açıq pəncərədən 
içəri dolurdu. Təkərlər asfaltın üstündə elə xışıldayırdı ki, deyərdin, maşın heç vaxt 
dayanmayacaq. Motorun asta, ahəngdar uğultusu bu gecənin nəmli havasına 
qarışmışdı. Uzaqdakı balaca çay işıldayır, qaranlıq cökələrin fonunda söyüdlərin 
silueti işıq saçırdı. Şeh düşmüş çəmənliklər sədəf kimi parıldayırdı. Madrid şosesi, 
sonra Sən-jem şosesi, Neyiyə gedən yol... Qaranlıqda mürgü döyən bir ev. Su ətri... 
Sena çayı... 
Ravik Sena bulvarına çıxdı. Ay işığına bələnmiş sularda iki balıqçı qayığı qaralırdı. 
Haradasa lap uzaqlarda it hürürdü. Çaydan səs gəlirdi. Birinci qayığın tərəfində 
fənər yanırdı. Ravik maşını saxlamadı. Sürətin ahəngini pozmadı ki, maşın 
silkələnəndə Haake oyanar. Və Sena boyunca irəliləməyə başladı. Burada 
dayanmaq istəyirdi, ancaq mümkün deyildi. Qayıqlar sahilə çox yaxın idi. Fam 
şosesinə buruldu, çaydan uzaqlaşaraq, Lonşan xiyabanına tərəf sürdü. Oradan da 
«Kraliça Marqarite» xiyabanına keçib, yan tərəfdəki ensiz xiyabanlara sarı döndü. 
Haake tərəfə baxanda gördü ki, gözləri açıqdır və diqqətlə ona baxır. Gözləri göy 
rəngli şüşə şar kimi parıldayırdı. Raviki, sanki, elektrik cərəyanı vurdu... 
– Ayıldınız? 
Haake cavab vermədi. Gözlərini Ravikdən çəkmirdi. Qımıldanmırdı. Heç gözləri 
də tərpənmirdi. 
– Haradayıq?–deyə nəhayət soruşdu. 
– Bulon meşəsində, «Kaskada» restoranının lap yanında... 
– Çoxdan yoldayıq? 
– On dədiqədir. 
– Çox olar. 
– Olmaz. 
– Yatmazdan əvvəl saata baxdım. Yarım saatdan çoxdur ki, yol gəlirik. 
– Doğrudan? Elə bilirdim, az getmişik. İndicə çatırıq... 
Haake gözlərini hələ də Ravikdən çəkməmişdi. 
264 
– Hara çatırıq? 


– «Görüş evi»nə. 
Haake qımıldandı: 
– Geri qayıdın,–dedi. 
– İndi? 
– Bəli. 
Sərxoşluq keçib getmiş, o, tamam ayılmışdı. Üzünün rəngi də dəyişmişdi. Bayaqkı 
şən ovqatdan, səmimiyyətdən nişanə qalmamışdı. Ravik indi birinci dəfə artıq 
gestaponun əzab-işgəncə dolu divarları arasında beyninə əbədi həkk olunmuş tanış 
sifəti gördü. Haake yanında oturan andan onu bürüyən həyəcan hissləri birdən-birə 
yoxa çıxdı. İndiyəcən ona elə gəlirdi ki, tanımadığı yad bir adamı öldürməyə 
hazırlaşır. Sanki, yanında oturan miskin bir şərab düşgünü idi və o da nahaq yerə 
kişinin üzündə, öz beynində əvvəlcədən dəqiqləşdirdiyi, indisə yadına salmaq 
istədiyi səbəbləri axtarırdı. Lakin qəflətən o vaxtlar dəhşətli ağrılardan huşunu 
itirib təzədən özünə gələndə gördüyü gözləri tanıdı. Yenə həmin soyuq baxışlar, 
yenə həmin soyuq, sakit, təkid dolu səs... 
Həmin anda beynində, sanki, çevriliş oldu. Elə bil, elektrik cərəyanı öz axın 
səmtini dəyişdi. Gərginlik qalmışdı, ancaq səhərdən bəri onu üzən qarmaqarışıq, 
ziddiyyətli, tez-tez istiqamətini dəyişən hisslər yığışıb bircə məqsədə yönələn axına 
çevrildi. İndi beynində həmin məqsəddən başqa heç nə yox idi... İllərin tutqun 
pərdəsi yanıb gülə döndü, bomboz divarlı bina, gur işıqlı çətirsiz lampalar, qan, tər 
qoxusu, əzab-işgəncə dolu anlar təzədən baş qaldırdı... 
– Neyçin?–Ravik soruşdu. 
– Qayıtmalıyam, mehmanxanada gözləyəcəklər. 
– İndi deyirdiniz, şeyləriniz vağzaldadır? 
– Vağzaldadır, ancaq başqa işim var. Yadımdan çıxmışdı... Geri qayıdın! 
– Oldu. 
Ravik bir həftə bundan əvvəl Bulon meşəsində gecə-gündüz məşq eləmişdi. İndi 
harada olduqlarını bilirdi. Bir-iki dəqiqə də lazım idi... 
Sol tərəfdəki ensiz xiyabana tərəf döndü. 
– Qayıdırıq? 
– Bəli. 
Hətta gündüzlər belə günəş işığını buraxmayan ağacların altındakı boğuq hava 
içəri doldu. Zülmət qaranlıq... Ravik güzgüdə gördü ki, Haake sol əlini yavaşyavaş, 
ehtiyatla qapının tutacağından geri çəkdi. «Nə yaxşı ki, «Talbo»un sükanı 
sağdadır»,–deyə Ravik ürəyindən keçirdi. Döngəni buruldu, sükanı təkcə sol əli ilə 
tutub, Haake tərəfə meyilləndi, sanki, döngədə müvazinətini saxlaya bilmədi, 
dümdüz xiyabana çıxan kimi qaz verdi. Maşın irəli atıldı və bir neçə saniyədən 
sonra o var gücü ilə əyləci basdı... «Talbo», elə bil, yerə mıxlandı, təkərlər 
xırçıldadı. Bir ayağı əyləcdə, bir ayağını da döşəməyə dayayan Ravik müvazinətini 
saxlaya bildi. Bu təkanı gözləməyən Haakenin ayaqları ilişəcək tapa bilmədi, başı 
qabağa əyildi. Əlini vaxtında cibindən çıxara bilmədi, alnı maşının şüşəsi ilə alətlər 
yığılan qutunun tininə dəydi. Həmin anda Ravik sağ cibindən çıxardığı ağır açarla 
onun boynunun kökündən vurdu... 
265 
Haake bir daha dikəlmədi. Yana əyilərək, yavaş-yavaş oturacaqdan sürüşdü, çiyni 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə